Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2980/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı mülki iş (Açar sözlər: «işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasındakı filialın nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-213/2025 saylı, 10 fevral 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə “X9” LTD şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işəgötürən, bu müqavilədə göstərilən şərtlər əsasında İşçiyə iş təqdim etməyi öhdəsinə götürmüş və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq İşçi və İşəgötürən arasında müvafiq əmək müqaviləsi imzalanacaqdır. Tərəflər razılaşır ki, İşəgötürən və İşçi arasındakı əmək münasibətləri 1 noyabr 2022-ci il tarixindən başlayacaqdır. İşçi, Azərbaycan Respublikasının Bakı şəhərində və ya İşəgötürənin təklif etdiyi məqbul digər yerdə işləməyi qəbul edir. Əmək müqaviləsi Azərbaycanda işə başlama tarixi etibarilə qüvvəyə minəcəkdir.
2. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən bu X10: "X6 LTD" şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İşçi: İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. İşçinin əsas iş yeri "X6 LTD" şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla, prezident vəzifəsinə qəbul edilir. Bu Müqavilə hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti bu Müqavilə və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalar və prinsiplərlə tənzimlənir. Bu Müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanılır və aşağıdakı tarixlər aralığında qüvvədədir: “xx.xx.2023 xx.xx.2023". İşçinin işə başladığı tarix: xx.xx.2023.
3. MYİ seriyalı, ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən xx.xx.1960-ci il təvvəllüdlü Kanada vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi, MYİ seriyalı, ******* nömrəli icazə vəsiqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir.
4. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən K-18/12-01/25 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
5. xx.xx.2024-cü il tarixli, OX4 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı hesabına son haqq-hesab olaraq 9210.31 ABŞ dolları köçürülmüşdür.
6. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı pretenziya məktubuna əsasən Kanada Respublikası vətəndaşı James Walker tərəfindən hüquqi yardımla bağlı müraciət edilmişdir. James Walker müraciətində bildirmişdir ki, “X6 LTD" şirkətinin Respublikasındakı filialında direktor olaraq işləməsinə baxmayaraq artıq 5 aydan çoxdur ki, ona əmək haqqı ödənilmir. Qeyd edilənləri nəzərə alaraq, "X6 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialında rəhbər vəzifəsində çalışan James Walker-in yanvar ayından bu günə qədər ödənilməyən əmək haqlarını ödəmək və bundan sonrakı əmək fəaliyyəti dövründə əmək haqlarını vaxtında ödəmək tələb olunmuşdur.
7. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı pretenziya məktubuna əsasən məlum olduğu kimi Kanada Respublikası vətəndaşı James Walker tərəfindən hüquqi yardımla bağlı müraciət edilmişdir. James Walker müraciətində bildirmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında direktor olaraq işləməsinə baxmayaraq artıq 5 aydan çoxdur ki, ona əmək haqqı ödənilmir. Bununla əlaqədar olaraq 12 saylı Mediasiya Təşkilatına təklif ünvanlanmışdır. "X6 LTD” şirkətinin Hüquq Departamentinin əməkdaşı ilə 15 iyul 2024-cü il tarixində olan şifahi telefon danışığı zamanı məlum olmuşdur ki, James Walker ilə bağlanan əmək müqaviləsinə 2023-cü il dekabr ayında xitam verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin həcmi dəyişdirilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin “LCG” Vəkil Bürosuna ünvanladığı 13 avqust 2024-cü il tarixli, 3-17-5/2- 54094/2024 nömrəli cavab məktubuna əsasən Kanada Respublikasının vətəndaşı İddiaçı əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli 45 nömrəli müraciətə aidiyyəti üzrə Nazirlik yanında X13 Xidmətində baxılmışdır. Məktubda qeyd olunan İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim olunur. Nəzərə çatdırırlar ki, kağız üzərində bağlanılmış əmək müqavilələrinin surəti X13 Xidmətində mövcud deyildir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi, sonradan isə iddia tələbinin və əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi bildirişi etibarsız hesab edilməsi; James Walker “X6 şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əvvəlki vəzifəsinə işə bərpa edilməsi; Qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 (on beş min) dollardan nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən James Walker-a ödənilməsi; Ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiya cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələr cavabdeh tərəfindən James Walker-a ödənilməsi; 3.5.2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqları bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; İddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği- 31119 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; İddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclər (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbinin və əsasının dəyişdirilməsi ərizəsində göstərilib ki, Kanada Respublikasının vətəndaşı İddiaçı (Passport nömrəsi: AM******) ilə X12 Adalarında yaradılan Cavabdeh arasında 1 noyabr 2022-ci il tarixində əmək müqaviləsi (bundan sonra “əmək müqaviləsi”) bağlanmışdır. Həmin əmək müqaviləsi ilə İddiaçı “X6 LTD-nin Azərbaycan Respublikasındakı filialı”nın (bundan sonra “cavabdeh”) rəhbəri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin preambula hissəsində tərəflər arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün düzəlişlərlə birlikdə tətbiq edildiyi və həmin Məcəllədə qeyd edilən şərt və halların qəbul edildiyi qeyd edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən həmin müqavilə müddətsiz olaraq bağlanılmışdır. Daha sonra James Walker əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasına gəlmiş və cavabdeh tərəfindən onun üçün yaşayış icazəsi alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. James Walkerə xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinə qədər müvəqqəti yaşayış icazəsi verilmişdir. 1.6.2023-cü ilin aprel ayından etibarən James Walker şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya göndərilmişdir. Dubayda olduğu dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla şəxsə əmək haqqı ödənilmişdir. Həmçinin 2024-cü ilin yanvar və fevral ayı üzrə Dubayda evin kirayə haqqı da ödənilmişdir. Lakin 2024-cü ilin yanvar ayından etibarən şəxsə əmək haqları ödənilməməyə başlanmışdır. James Walkerin müraciəti əsasında “Yanvar ayından etibarən ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə bağlı” 27 may 2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. Qarşı tərəf qeyd edilən tələblə bağlı heç bir addım atmadığı üçün mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfə xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş və ödənilməyən əmək haqlarının ödənilməsi tələbi qoyulmuşdur. İlkin mediasiya sessiyası 08 iyul tarixinə təyin edilmiş və qarşı tərəf iştirak etmədiyi üçün 16 iyul tarixinə təxirə salınmışdır. Daha sonra 15 iyul tarixində “BOC LTD” şirkətinin Azərbaycandakı filialının hüquq departamentinin rəhbəri ilə arasında olan telefon danışığı zamanı James Walkerlə yerli əmək müqaviləsinin olması və həmin müqaviləyə 01 dekabr 2024-cü il tarixindən etibarən xitam verildiyini qeyd etmişdir. Yerli əmək müqaviləsinin nüsxəsi James Walker-ə təqdim edilməmişdir. Qeyd edilən danışıqdan sonra 16 iyul 2024-cü il tarixində keçirilmiş mediasiya prosesinin gedişində tərəflərindən yeni təklif irəli sürülmüş, habelə qarşı tərəfə yeni tələblərlə pretenziya məktubu göndərilmişdir. Yeni təklifdə tələb olaraq James Walkerin işə bərpa edilməsi, ödənilməyən əmək haqlarının ödənilməsi, istehsal artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrin ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya ödənilməsi, biznes bilet xərcləri üçün kompensasiya ödənilməsi, ümumi xərclər üçün kompensasiya ödənilməsi, tibbi xərclər üçün kompensasiya ödənilməsi, birtərəfli bilet və şəxsi əşyaların daşınması üçün kompensasiya ödənilməsi göstərilmişdir. X15 cavabdeh arasında əmək müqaviləsinin mövcudluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəkil sorğusu ünvanlanmış və 20 avqustda qeyd edilmişdir ki, cavabdehlə James Walker arasında əmək müqaviləsi olmuşdur. Qeyd edilən əmək müqaviləsi 29 dekabr 2023-cü il tarixində ‘‘01 dekabr 2023-cü ildə müddətin bitməsi səbəbi ilə” Əmək Məcəlləsinin 68 (b) bəndinə əsasən xitam verilmişdir. 26 iyul tarixində keçirilən növbəti mediasiya sessiyasında qarşı tərəf yenidən iştirak etməmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Tərəflər arasında razılıq əldə edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əmək müqaviləsinə xitamın etibarsız hesab edilməsi, James Walkerin işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 (on beş min) dollardan hesalanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi. a) Bu ərizənin 1.13-cü bəndində qeyd edilənlərdən görünür ki, James Walkerin əmək müqaviləsi “müddətli” olaraq, 01 dekabr 2023-cü il tarixinədək qüvvədə olması şərti ilə “Əmək və Məşğulluq” Alt Sisteminə (bundan sonra “ƏMAS”) işlənilmişdir. Həmin müddət 01 dekabr 2023-cü il tarixində bitsə də, əmək müqaviləsinə xitam verilməsi bildirişi 29 dekabr 2023-cü il tarixində “ƏMAS”-a işlənilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edilən normalardan göründüyü kimi müddətli əmək müqaviləsi o halda xitam edilir ki, həmin müqaviləyə xitam verilməsi tələbi müddət bitdikdən sonrakı bir həftə ərzində tələb edilmiş olsun. Lakin belə bir tələb irəli sürülməmiş, əmək münasibətləri davam etdirilmiş və müddət bitdikdən 28 gün sonra, yəni 4 həftə sonra əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Halbuki cavabdehin 29 dekabr 2023-cü il tarixində James Walker-in əmək müqaviləsi bildirişini Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam etmək hüququ olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh “əmək müqaviləsi müddətinin bitməsi” əsası ilə həmin müqaviləyə yalnız 08 dekabr 2023-cü il tarixinə kimi xitam verə bilərdi. Lakin belə xitam həmin tarixədək icra edilmədiyindən, James Walkerla cavabdeh arasında olan əmək müqaviləsi 08 dekabr 2023-cü il tarixindən etibarən daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab edilmişdir. Belə olan halda isə 29 dekabr 2023-cü il tarixində işəgötürənin, yəni cavabdehin iddiaçının əmək müqaviləsinə 29 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 68 (b) maddəsi ilə xitam vermək hüququ olmamışdır. Digər tərəfdən, James Walker-la ana şirkət arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən James Walkerlə əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Yəni başqa sözlə desə, həmin iş daimi xarakterli olmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum qərarının əsaslandırılma hissəsində qeyd edilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müddətli əmək müqaviləsinin bağlanıla bildiyi hallar müəyyən edilmişdir ki, həmin maddənin redaksiyasından da göründüyü kimi həmin hallar dispozitiv xarakter daşıyır. Yəni həmin halların mövcudluğu işəgötürənin işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq imkanını istisna etmir. İstehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin ödənilməsi: Əmək müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılaşır ki, neft istehsalı 10 faizə qədər artacağı təqdirdə işçinin əmək haqqı aylıq 22000 ABŞ dolları müəyyən edilir. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. James Walkerə “BOC LTD”-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilən məlumata əsasən onun işlədiyi dövrdə hasilatın artımı baş vermişdir, bu səbəbdən də ona hasilatın artımı ilə bağlı ödənilməli olan məbləğin miqdarı 28000 ABŞ dolları təşkil etmişdir. 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqlarının ödənilməsi Əmək müqaviləsinin 4.7-ci bəndinə əsasən əgər işçi biznes məqsədləri üçün Bakıdan kənara səyahət edərsə, işçinin bütün səyahət və yerləşmə xərcləri işəgötürən tərəfindən çəkilir. Səyahət xərcləri getdiyi ölkədən asılı olaraq Azərbaycan qanunvericiliyinə uyğun olaraq hesablanıb ödəniləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”nın 63-cü hissəsinə əsasən X3 ezamiyyə xərcinin 1 günlük norması 280 ABŞ dolları müəyyən edilmişdir. James Walkerə ezamiyyə ilə əlaqədar əlavə ödənişlər icra edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq 2023-cü ilin aprel ayından etibarən günlük 280 dollardan olmaqla ezamiyyə xərci hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 22039 ABŞ dollar məbləğində tibbi xərclərin ödənilməsi: Əmək müqaviləsinin 4.4-ci bəndinə əsasən işəgötürən işçini tibbi sığorta ilə təmin etməlidir. İddiaçı 31 yaşında sağlamlıq imkanları məhdud olan övladı vardır (övladının şəkilləri, müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilir) və bundan irəli gələrək onun mütəmadi olaraq tibbi müayinələrdən keçməsi zərurəti olmuşdur. X16 özünün də Dubayda olduğu müddətdə tibbi müayinələrə və müalicəyə ehtiyacı olmuşdur. James Walkerla olan danışıqlara əsasən cavabdeh tərəfindən Walker və onun bütün ailə üzvləri Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilməli və edilmişdir (hər bir şəxs üzrə sığortanın məbləği 15000 AZN olmuşdur). X18 göndərilməsi, onun özünün və övladının tibbi xərclərinin qarşılanması ilə əlaqədar əlavə xərclərlə üz-üzə qoymuşdur. Halbuki, Walker iş fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirsəydi, yaranacaq tibbi xərclər də məhz könüllü tibbi sığorta hesabına qarşılanacaqdır. Walkerin Dubayda ümumilikdə 22039 ABŞ dollar məbləğində tibbi xərcləri çıxmışdır. Həmin xərcləri təsdiq edən sənədlər ərizəyə əlavə edilir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin ödənilməsi: Əmək müqaviləsinin 8.1-ci bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərsə, bu zaman işçiyə 3 aylıq əmək haqqı məbləği cərimə olaraq ödənilməlidir. Ana şirkətin Direktorlar Şurasının qərarına əsasən James Walkerin əmək müqaviləsinə 2023-cü ilin noyabr ayından etibarən xitam verilmişdir. Bunu təsdiq edən sənəd də məhz cavabdehin nümayəndəsi tərəfindən 3 sentyabr 2024cü ildə keçirilən prosesdə təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, 23 noyabr 2023-cü il tarixində Willemstad-da keçirilən Direktorlar Şurasının iclasında James Walker “X7” LTD-nin Azərbaycan Respublikasındakı filial rəhbəri vəzifəsindən azad edilmiş və ona verilmiş etibarnamə isə ləğv edilmişdir. İclasın keçirilmə tarixi və qərardan görünür ki, “X7” LTD James Walkerlə əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmamışdır. Halbuki, həmin şirkətlə iddiaçı arasında imzalanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, artıq cavabdehin həmin qərarı əmək müqaviləsinin 8.1-ci maddəsinin tətbiqinə əsas yaratmışdır. Əmək müqaviləsi ilə müəyyən edilən digər ödənişlər: Təktərəfli bilet və daşıma məbləğləri: Əmək müqaviləsinin 8.1-ci maddəsinin sonuncu cümləsində qeyd edilmişdir ki, müqaviləyə xitam verildiyi təqdirdə işçinin və onu müşayiət edən ailə üzvlərinin Calgary, Aberto Kanadaya göndərilməsi işəgötürənin xərci hesabına aparılacaqdır. Müvafiq saytlar vasitəsilə hesablamaya əsasən, James Walker və onun ailə üzvlərinin Calgary, Aberto Kanadaya geri dönüşü üçün təktərəfli biletin məbləği 22337 ABŞ dolları, onun əşyalarının daşınması üçün tələb olunan məbləğ isə 8500 ABŞ dolları təşkil edir. Vaxtı ilə İddiaçı Azərbaycana işləməyə gəldikdə onun və ailə üzvlərinin əşyaları Kanadadan Bakıya gətirilmiş və bu məhsulların gətirilməsinə görə 6500$ məbləğində daşıma haqqı ödənilmişdir. Təsdiqedici sənəd ərizəyə əlavə edilir. 3 ədəd biznes biletinin məbləği (31119 ABŞ dolları): Tərəflər arasında imzalanmış əmək müqaviləsinin 4.9-cu bəndinə əsasən işəgötürən işçini aşağıdakılarla təmin etməlidir: İcarə haqqı məbləği 5000 (beş min) manatadək olan və 2 yataq otağı olan mənzillə; Nəqliyyat ilə İşçinin özü və ailə üzvləri üçün hər birinə hər il üçün 3 biznes təyyarə bileti ilə. Əmək müqaviləsi ilə James Walker və onun ailə üzvlərinə illik 3 biznes biletin alınması öhdəliyi işəgötürənin üzərinə qoyulsa da, işəgötürən bu öhdəliyini yerinə yetirməmişdir. Belə öhdəliyin yerinə yetirilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 1 nəfər üçün Kanadaya biznes biletinin qiyməti 10373 ABŞ dolları təşkil edir. Qeyd edilənləri nəzərə alsaq, 3 nəfər üçün ümumi biznes biletləri üçün ümumi məbləğ 31119 ABŞ dolları təşkil edir. Bizneslə bağlı İddiaçı tərəfindən çəkilən xərclər: Əmək müqaviləsinin 4.8-ci bəndinə əsasən işçinin öz cibindən bizneslə əlaqədar çəkdiyi xərclər işəgötürən tərəfindən qarşılanır. Həmçinin həmin müqavilənin 4.9-cu bəndinə əsasən işəgötürən işçini nəqliyyat ilə təmin etməyi öhdəsinə götürmüşdür. İşçi Dubayda olduğu müddətdə müxtəlif görüşlərdə iştirak etmək üçün əlavə biznes xərcləri də çəkmişdir ki, bunun da məbləği 3920 ABŞ dolları təşkil etmişdir. Lakin həmin ödənişlər işəgötürən tərəfindən işçiyə ödənilməmişdir. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.
11. Cavabdeh Azərbaycan Respublikasındakı filialı elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, işə bərpaya dair iddia tələbi əsassız olduğundan həmin hissədə iddianın rədd edilməsini, prossesual qənaət prinsipinə əsasən, iddiaçının digər tələbləri törəmə tələblər olduğundan və “işə bərpa" hissəsində iddia tələbi əsassız olduğundan digər hissələrdə iddianın əsassız olması səbəbindən iddianın tamamilə rədd edilməsini xahiş edib etiraz onunla əsaslandırılmışdır ki, 1. İşin faktiki halları: İddia ərizəsində qeyd olunan hallara münasibət bildirməmişdən əvvəl, İddiaçı cavabdeh ilə əmək münasibətlərinin yaranması və xitam ilə bağlı faktları məhkəmənin nəzərinə çatdırırlar: X6 LTD” Şirkətinin Direktorlar Şurasının xx.xx.2022- ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2022-ci il tarixində Cavabdeh Şirkətinin adından İddiaçı adına Filialın rəhbəri olaraq ümumi etibarnamə verilmişdir; xx.xx.2022-ci il tarixində İddiaçı və Cavabdeh Şirkəti arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minmişdir; İddiaçı Kanada Respublikasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmiş; xx.xx.2023-cü il tarixindən İddiaçı yaşayış yerini dəyişdirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir; İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023-cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və Tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlmişlər; Tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqavilə ƏMAS sistemində qeydə alınmış və bildirişdə “Əmək müqaviləsinin növü” bölməsində “Müddətli” qeyd edilmişdir. Əmək müqaviləsinin qüvvədə olma müddəti müqavilədə olduğu kimi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyd edilmişdir; xx.xx.2023-cü il tarixli Cavabdeh Şirkətinin Direktorlar Şurasının Qərarının 1-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən onun adına verilmiş etibarnamə qüvvədən düşmüş hesab edilmişdir; X6 LTD” Şirkətinin Azərbaycan Respublikasının Filialının xx.xx.2023-cü il tarixli K-18/12- 01/25 nömrəli əmrinə əsasən, əmək müqaviləsini müddətinin bitməsi ilə əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2.İddia tələbinə etirazın əsasları: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair e- 2(004)-4319/2024 nömrəli mülki iş üzrə iddia tələbinə etiraz məhkəməyə təqdim edilmişdir. Hazırda iddia tələbinin əsasının dəyişdirilməsi ilə əlaqədar olaraq etiraza əlavənin təqdim edilməsi zərurəti yaranmışdır. Odur ki, əlavə olaraq qeyd etmək istərdilər: 2.1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 təsis edilmiş Cavabdeh Şirkəti arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı Şirkətin Filial direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd olunan müqavilə imzalandığı tarixindən, yəni xx.xx.2022-ci il tarixindən qüvvəyə minmişdir. Eyni zamanda, iddia ərizəsində qeyd olunmuşdur ki, əmək müqaviləsi müddətsiz olaraq bağlanmış və ona heç bir məlumat verilmədən əmək müqaviləsinə xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialının Prezidenti olaraq Azərbaycanda yeganə səlahiyyətli şəxs olmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, işçinin əmək müqaviləsi şərtləri 2022-ci il noyabr ayının 1-dən başlayır, bu müqavilədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xitam verilmədiyi təqdirdə qeyri-müəyyən müddətə davam etdirilir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və qanunvericiliyi ilə tənzimlənir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin və qanunverciliyin şərtlərinə əsasən, əcnəbi şəxs olan X19 arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. James Walker əcnəbi olduğundan tərəflər yerli qanunvericiliyin tələblərini nəzərə alaraq, yalnız müvəqqəti yaşamaq icazəsinin qüvvədə olduğu müddət ərzində yeni əmək müqaviləsi bağlamış və bu müqavilənin müddəti müvəqqəti yaşamaq icazəsinin müddəti nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olması razılaşdırılmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Baxmayaraq ki, Miqrasiya Məcəlləsinin 64.0.13-cü maddəsinə əsasən, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin əcnəbi və vətəndaşlığı olmayan rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur, bununla belə James Walkerə müvəqqəti yaşamaq üçün icazəsinin verilməsinin əsası Miqrasiya Məcəlləsinin 45.1,6-cı maddəsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri vəzifəsini tutması olmuşdur. Miqrasiya Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 50.1.8-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq əcnəbi vətəndaşlarla bağlanan əmək müqaviləsi “Əmək və məşğulluq” Alt Sisteminə (ƏMAS) daxil edilərkən onun müvəqqəti yaşamaq üçün icazəsinin qüvvədə olma müddətinin sistemə daxil edilməsi tələb olunur ki, belə olan halda əmək müqaviləsinin müddəti icazə müddətindən artıq ola bilməz, yəni xarici vətəndaşlarla əmək müqaviləsinin bağlanması iş icazəsinin, iş icazəsi tələb olunmadıqda isə müvəqqəti yaşamaq icazəsinin müddəti ilə məhdudlaşdırılır. İddia ərizəsində və məhkəmə iclasında qeyd edilənlərin əksinə əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə James Walkerin müvəqqəti yaşamaq üçün icazəsinin qüvvədə olduğu dövr nəzərə alınmaqla müddətli olaraq bağlanmış və xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olması razılaşdırılmışdır. Müqavilə həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmaqla tərəflər arasında imzalanmışdır. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İddiaçının imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. James Walker əcnəbi vətəndaş olduğundan və əcnəbilərlə əmək müqaviləsinin bağlanması qaydası AR Miqrasiya Məcəlləsinin tələblərinə əsasən tənzimləndiyindən və Miqrasiya qanunvericiliyinə əsasən 01 dekabr 2023-cü il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmiş James Walker tərəfindən müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması barədə müraciət edilmədiyindən ona verilmiş müvəqqəti yaşamaq icazəsinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz olması mümkün ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən Əmək Məcəlləsi xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə şamil edilmir. Həmin Məcəllənin 3.5-ci hissəsinə əsasən Əmək müqaviləsi (kontraktı) dedikdə - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə nəzərdə tutulur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə də Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu halda xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə-filialda yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsinin tətbiq edilməməsini müəyyən edən imperativ norma olduğundan müqavilədə tərəflərin müəyyən etdiyi şərtlərə əsasən iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə istinad etməklə hazırki işə bərpa tələbi ilə çıxış etməsi qanunun tələblərinə ziddir. Çünki tərəflər müqavilə şərti olaraq qanunvericiliyin tələblərinə zidd müddəa razılaşdıra bilməzdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin imperativ normasına əsasən İddiaçılə Cavabdeh Şirkəti arasında bağlanmış ilkin əmək müqaviləsinin dövlət qeydiyyatına alınmasında problemlər yaranmışdır. Görünüdüyü kimi, tərəflər arasında bağlanmış ilkin müqavilədə bəzi şərtlər dəqiqləşdirilsə də James Walkerin əmək şəraitinin şərtləri-iş və istirahət vaxtı, əmək məzuniyyəti, əməyin mühafizəsi və digər məsələlərin tənzimlənməsi, X16 elektron sistemə daxil edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və əmək müqaviləsinin nümunəvi formasina uyğun yeni əmək müqaviləsi bağlanması zərurəti yaranmışdır. İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023- cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və Tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlmişlər. Məhz bu müqavilə “Əmək və məşğulluq” Alt Sisteminə (ƏMAS) daxil edilməklə qeydiyyata alınmışdır. James Walker onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasını bilmiş, eyni zamanda iş materiallarından da göründüyü kimi müvəqqəti yaşamaq üçün icazəsinin bitdiyi müddətdə Azərbaycan Respublikası ərazisində olmamış, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş, bununla bağlı Şirkətə hər hansı sənəd təqdim etməmişdir. Görünür əmək müqaviləsinin müddətli olmasını bilən James Walker onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuş, müqavilənin müddətinin uzadılmasına maraqlı olmamış, bu istiqamətdə heç bir addım atmamışdır. Nəticədə, xx.xx.2023-də müvəqqəti yaşamaq icazəsinin və ona uyğun olaraq əmək müqaviləsinin müddəti başa çatdığından İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, həmçinin qanunvericiliyə uyğun olaraq ona son hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmışdır. Əmək müqaviləsinə xitam verildiyi zaman onun Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən ona əmrin surətinin və son haqq-hesab sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. Bununla belə, onun əmək müqaviləsinə xitam verildikdən sonra onun son haqq-hesabı bank hesabına köçürülmüş və ödənişin təyinatında son haqq-hesab olması qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı James Walkerə əvvəlcədən məlumatın verilməməsi qeyd edilsə də, iş materialarından da görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, həmin Məcəllənin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Təqdim edilmiş əmək müqaviləsindən də görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının əmək müqavilələrinin müddəti başa çatmış, müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqavilələrinə qanuni əsaslarla xitam verilmişdir. İddiaçı tərəfin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə gec daxil edilməsi ilə bağlı iddiası üzrə qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr texniki səbəblərdən elektron informasiya sisteminə gec vurulmuşdur. Bildirişdə əmrin tarixinin xx.xx.2023-cü il olması aşkar görünür. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec vurulması qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığına dəlalət etmir. Bununla yanaşı, hazırki iddia tələbinə münasibət bildirərkən nəzərə alınmalıdır ki, James Walker filial rəhbəri olaraq hüquqi şəxs tərəfindən təyin edilmiş və onun etibarnaməsi əsasında fəaliyyət göstərmişdir. Onunla əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi Direktorlar Şurasının qəbul etdiyi qərarın hüquqi nəticəsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən filial rəhbərinin fəaliyyəti mülki qanunvericiliklə tənzimləndiyindən onunla bağlanmış əmək müqaviləsi müddətinin bitməsinə görə əmək münasibətlərinə son qoyulması qaydaları da, adi qaydada müddətli müqavilə müddəti bitən işçilərlə əmək müqaviləsinə xitam verilməsi qaydalarından bir qədər fərqlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. James Walkerin əmək müqaviləsinə xitam verilərkən Direktorlar Şurası tərəfindən ona verilmiş etibarnamə artıq ləğv olunmuş və onun səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh Şirkətinin Nizamnaməsinin 13.1-ci bəndində qeyd edilir ki, “The Company may by resolution of directors appoint officers of the Company at such times as shall be considered necessary or expedient. Such officers may consist of a Chairman of the Board of Directors, a Vice Chairman of the Board of Directors, President and one or more Vice Presidents, Secretaries and Treasurers and such other officers as may from time to time be deemed desirable”.- “ “Cəmiyyət Direktorların qərarı ilə zəruri və ya məqsədəuyğun hesab edilən vaxtlarda Cəmiyyətin vəzifəli şəxslərini təyin edə bilər. Belə məmurlara Direktorlar Şurasının sədri, Direktorlar Şurasının sədr müavini, Prezident və bir və ya daha çox vitse-prezidentlər, katiblər və maliyyəçilər və zaman-zaman arzuolunan hesab edilən vaxtlarda digər məmurlardan ibarət ola bilərlər”. Həmin Nizamnaməsinin 13.4-cü bəndində qeyd edilir ki, “The officers of the Company shall hold office until their successors are duly elected and qualified, but any officer elected or appointed by the directors may be removed at any time, with or without cause, by resolution of directors. Any vacancy occurring in any office of the Company may be filled by resolution of directors”- “Cəmiyyətin vəzifəli şəxsləri öz varisləri/davamçıları lazımi qaydada seçilənə və ixtisaslaşana qədər vəzifələrini icra edirlər, lakin direktorlar tərəfindən seçilmiş və ya təyin edilmiş hər hansı məmur istənilən vaxt, səbəbli və ya səbəbsiz, direktorların qərarı ilə vəzifədən kənarlaşdırıla bilər. Direktorların qərarı ilə Şirkətin hər hansı ofisində yaranan istənilən vakansiya tutula bilər”. Şirkətin Nizamnaməsindən də göründüyü kimi vəzifəli şəxslərin istənilən vaxt vəzifəyə təyin edilməsi və vəzifədən kənarlaşdırılması Direktorlar Şurasının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyə və Şirkətin Nizamnaməsinə əsasən etibarnamənin verilməsi və onun müddətinin uzadılması Direktorlar Şurasının səlahiyyətində olmuş və X14 Walkerə verilmiş etibarnamənin qüvvədə saxlanmasını məqsədəuyğun saymamışdır. Odur ki, əmək müqavilənin müddətinin uzadılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1 -ci maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi (MM 365.1.3) nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. İddiaçı hazırda “işə bərpa” tələbi ilə çıxış etsə də, nəzərə almamışdır ki, onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialında tutduğu vəzifəyə təyin olunması və fəaliyyət göstərməsi hər hansı digər yollarla deyil, qeyd edilən Mülki Məcəllənin və hüquqi şəxsin Nizamnaməsinin tələblərinə uyğun olaraq Direktorlar Şurasının qərarına və Direktorlar Şurası tərəfindən verilmiş etibarnaməyə əsasən mümkündür. Qanunvericiliyin tələblərinə uyğun olaraq filial rəhbərinin hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərməsini nəzərə alınsa, iddiaçının “işə bərpa” tələbini irəli sürməsi, eyni zamanda hüquqi şəxsin üzərinə ona məcburi qaydada etibarnamə verilməsi öhdəliyinin qoyulması tələbini də nəzərdə tutur ki, qanunvericiliyə əsasən bu hal mümkün deyildir. Belə olan halda həm qanunvericiliyin (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsi), həm də nizamnamənin tələblərinə əsasən iddiaçının “işə bərpa” tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, filial rəhbərinin təyin edilməsi, onun geri çağırılması MMC-nin Direktorlar Şurasının müstəsna səlahiyyətində olduğundan Direktorlar Şurasının qərarı olmadan onunla əmək müqaviləsinin bağlanması, müddətinin uzadılması mümkün ola bilməz və qanuni sayıla bilməz. 2.2. İddia ərizəsində James Walkerin 2023-cü ilin aprel ayından etibarən şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya ezam olunması, Dubaya göndərilməsi ilə bağlı onunla hər hansısa yazılı razılaşma və ya müqaviləyə əlavə imzalanmaması və bu prosesin tərəflər arasında şifahi razılaşma ilə həyata keçirilməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında James Walkerin neft satışının həcminin genişləndirilməsi məqsədilə Dubaya getməsi və bu məqsədlə orada müxtəlif tədbirlərdə iştirak etməsi qeyd edilmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 aprel 2001-ci il tarixli i-44 nömrəli əmri ilə təsdiq edilmiş X2 əsasən işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. Bununla belə, X20 ezamiyyə məqsədilə getməsi və ya göndərilməsi barədə heç bir sənədləşmə mövcud deyildir. Odur ki, iddia ərizəsində qeyd edildiyi kimi ezamiyyəyə göndərilmə məsələsinin şifahi qaydada tənzimlənməsi barədə iddialar tamamilə əsassızdır. İddiaçının vəkili məhkəməyə təqdim etdiyi mülahizədə qeyd etmişdir ki, ezamiyyə sənədlərinin rəsmiləşdirilməməsi insan resurslarının səhvi olmuş, James Walkerin ezamiyyətə göndərilməsinin “formal olaraq” sənədləşdirilməməsi işəgötürəni ezamiyyə xərclərini ödəməkdən azad etmir. Lakin nəzərə alınmalıdır ki, müəssisənin qanunauyğun fəaliyyəti, idarəetmənin, sənədləşmənin düzgün və vaxtında aparılmasına cavabdeh müəssisə rəhbəri, hazırki halda Filial rəhbəri olaraq James Walkerin öhdəliyində olmuşdur. Belə ki, istənilən departamentin və şöbənin əməkdaşları yalnız rəhbərin tapşırığına əsasən müvafiq sənədləşməni aparmaq səlahiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Bununla yanaşı iddiaçı tərəfin iddia etdiyi digər məsələ James Walkerin əcnəbi vətəndaş olması Azərbaycan Respublikasının qanunvericiliyindən məlumatlı olmamasıdır. Hesab edirlər ki, iddiaçının hazırki iddiası da tamamilə əsassızdır. Belə ki, James Walker rəhbər vəzifəyə təyin edilərək fəaliyyət göstərmək üçün Azərbaycana gəlməyə razılaşdıqda burada Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməli olduğunu bilmiş, odur ki, fəaliyyətinin düzgün qurulması üçün burada qarşılaşa biləcəyi bütün növ hüquqi və əməliyyat risklərini idarə etməli olduğunu başa düşərək, bu cür riskləri hansı qaydada idarə etməli olması barədə məlumatlı olmalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. James Walkerin neft satışının həcminin genişləndirilməsi məqsədilə Dubaya getməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, nə Cavabdeh Şirkəti, nə də Şirkətin Azərbaycan Respublikasının Filialı neftin satışını həyata keçirmir və neft satışı ilə bağlı hər hansı tədbirlər görülməsində iştirak etmir. Cavabdeh Şirkəti quruda neftin hasilatı, yəni neftin çıxarılması ilə məşğul olur. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında BalaxanıSabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən kontrakt sahəsində neftin hasilatını həyata keçirir və hasil edilmiş neft Azərbaycan Dövlət Neft Şirkətinin “Neft Kəmərləri”nə təhvil verilir. Odur ki, iddiaçının ərizəsində qeyd edildiyi kimi X20 ezam olunması, ezamiyyəyə göndərilmə məsələsinin şifahi qaydada tənzimlənməsi, orada şirkətin əlaqələrini gücləndirilməsi və neft satışının həcminin genişləndirilməsi məqsədilə hər hansı işlər görülməsi, danışıqlar aparılması və işgüzar əlaqələrin yaradılmasını sübut edən heç bir fakt mövcud olmamaqla iddiaçının ezamiyyə xərcləri barədə və ezamiyyə dövründə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddialar tamamilə əsassızdır. James Walker Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Prezidenti olaraq xx.xx.2023-cü il tarixinədək yeganə səlahiyyətli şəxs olmuşdur. Zəruri sənədləşmə işlərinin aparılması və təşkili tamamilə onun səlahiyyətində və məsuliyyətində olmuşdur. 2.3. İddia ərizəsində müqaviləyə əsasən işəgötürən tərəfindən işçinin tibbi sığorta xərcləri ilə təmin olunması lakin işçinin çəkdiyi heç bir sığorta xərclərinin işəgötürən tərəfindən qarşılanmaması, James Walkerlə olan danışıqlara əsasən Walker və onun bütün ailə üzvlərinin Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilməli olması, X17 ezamiyyətdə olması və bununla əlaqədar ailə üzvlərinin də onunla birlikdə Dubaya getməsi və nəticədə könüllü tibbi sığortadan istifadə etmək imkanından məhrum olması qeyd edilsə də tərəflər arasında bağlanmış müqavilədə James Walkerin yalnız özü üçün tibbi sığorta ilə təmin edilmə nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçının özü tərəfindən təqdim edilmiş sığorta kartının surətindən görünür ki, James Walkerin və həyat yoldaşının adına verilmiş sığorta kartına əsasən 15 000 manat məbləğində könüllü sığorta olunmuşdur. Müqavilə şərtlərinə əsasən Şirkət tərəfindən müvafiq sığorta haqları ödənilmiş, X21 tibbi sığorta şəhadətnaməsi təqdim edilmişdir. Məlumat üçün bildirirlər ki, könüllü tibbi sığorta ilə bağlı münasibətlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Sığortaçı "xxxx" ASC arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqaviləsi ilə tənzimlənir. Həmin müqavilənin şərtlərinə əsasən sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədə olmuş, həmçinin sığorta olunanın Könüllü Tibbi Sığorta Proqramına uyğun olaraq tibbi xidmət almaq üçün Müqavilədə göstərilən Tibb müəssisələrindən hər hansı birini seçmək hüququ müəyyən olunmuşdur. Həmin müqavilənin 10-cu maddəsində müəyyən olunur ki, Sığorta hadisəsi baş verdikdə Sığorta olunan şəxsə Müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətlər Sığorta olunanların Podratçı klinikalara müraciəti zamanı göstərilir. Podratçı klinikalara müraciət edərkən Sığorta olunan Sığortaçı tərəfindən verilmiş Tibbi kartı, şəxsiyyət vəsiqəsini və ya onun şəxsiyyətini təsdiq edən digər sənədi, həmçinin ehtiyac olan hallarda müayinə/müalicəyə göndəriş vərəqəsini təqdim etməlidir. Digər vacib bir fakt ondan ibarətdir ki, James Walker Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işlədiyi dövrdə hər hansı sığorta hadisəsi baş verməsi haqqında nə Sığortaçıya, nə də Sığortalı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına heç bir məlumat verməmiş, tibbi xərclərin ödənilməsi və ya bununla əlaqədar Müqaviləyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Belə olan halda, müqaviləyə xitam verildikdən aylar sonra iddiaçının tibbi xərcləri tələb etməsi anlaşılan deyildir. Qeyd olunanlardan görünür ki, Cavabdeh Şirkəti müqavilə üzrə James Walkerin sığortalanması ilə bağlı öz öhdəliyini tam yerinə yetirmiş və onun adına sığorta haqları vaxtında ödənilmişdir. Cavabdeh Şirkəti tərəfindən X20 ezamiyyətə göndərilmədiyindən və göndərilməsi ilə bağlı heç bir sənədləşmə və sübut olmadığından, tərəflər arasında könüllü tibbi sığortanın əvəzi olaraq hər hansı kompensasiya ödənilməsi və ya tibbi xərclərin ödənilməsi müəyyən edilmədiyindən və bununla bağlı hər hansı razılaşma olmadığından iddiaçının iddia tələbi bu hissədə də tamamilə əsassızdır. 2.4. İddiaçı tərəfindən mübahisələndirilən məsələlərdən biri də neft hasilatının 10% artması halında şəxsin aylıq əmək haqqının artımı ilə bağlı iddia tələbidir. İddiaçının hazırki tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, James Walkerin neftin hasilatı, yəni neftin çıxarılması ilə məşğul olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında fəaliyyətə başlamamışdan əvvəlki 1 il ərzində hasil olunmuş neftin həcmi ilə James Walkerin fəaliyyət dövrünü əhatə edən 1 illik dövr ərzində hasil olunmuş neftin həcmi barədə məhkəməyə təqdim edilmiş hesabatdan da görünür ki, 2021ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayına olan hasilatın həcmi 241.784 ton olduğu halda, 2022-ci ilin dekabr ayından 2023-cü ilin dekabr ayına, yəni James Walkerin əmək müqaviləsinə xitam verildiyi tarixənə olan hasilatın həcmi 265.300 ton olmuşdur. Bununla da James Walkerin fəaliyyət dövrünün əvvəli ilə onun fəaliyyət dövrünün sonuna olan hesabatdan görünür ki, hasilatda cəmi 9.73% həcmində artım olmuşdur. Bu halda isə James Walkerin əmək haqqının artırılmasına əsas yaranmamışdır. Bununla yanaşı, James Walkerin iddia etdiyi hasilat artımı onun öz fəaliyyət dövrünə təsadüf etmişdir ki, hasilatın həcmi həqiqətən artmış olsaydı, işəgötürən olaraq əmək haqqı artımı üçün özü hər hansı addımlar atardı. Bununla bağlı James Walkerin öz tərəfindən hər hansı tədbirin görülməsi ilə bağlı iş materiallarında heç bir rəsmi və qeyri-rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək haqqı dəyişikliyi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilir ki, belə dəyişiklik barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən sonra mümkün ola bilərdi. Tərəflər arasında razılaşdırılmamış və rəsmiləşdirilməmiş, elektron sistemə daxil edilməmiş heç bir razılaşma olmadığı halda hər hansı əmək haqqı artımı üzrə ödənişin tələb edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, James Walkerin hasilatın həcminin artması səbəbindən əmək haqqı tələbi onun əmək müqaviləsinə xitam verildikdən aylar sonra irəli sürülmüşdür. Odur ki, qeyd edilən hissədə iddia tələbi tamamilə əsassızdır. 2.5. İddia ərizəsidə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatının olmaması və yalnız vəkilin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlanarkən James Walkerin işdən azad edilməsi barədə məlumat əldə etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, James Walker Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının hər hansı işçisi deyil, Filialın rəhbəri-Prezidenti olmuşdur. Filialın maliyyə-təsərrüfat və inzibati idarəçiliyini həyata keçirməli olan və Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşımalı olan bir şəxsin 2023cü ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək heç bir fəaliyyət göstərmədiyi, Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyi, Şirkətlə heç bir fiziki və hüququ bağlılığı olmadığı halda hələ də həmin müəssisədə işləyib-işləmədiyini bilməməsi, işdən azad olunması barədə məlumatının olmaması qətiyyən mümkün, məntiqli və inandırıcı deyildir. Belə olan halda hesab edir ki, James Walker “işə bərpa” tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 ay ərzində iddia irəli sürə bilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. 2.6. İddiaçının bilet xərcləri. İddiaçının müqavilə üzrə biznes bilet xərclərinin ödənilməsi tələbi üzrə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi kimi tərəflər arasında bağlanmış əmək müqaviləsində ildə 3 dəfə ailəsi ilə birlikdə biznes səyahət etmək hüququnun olması qeyd edilsə də, bu hüquq iddiaçının biznes səyahəti etdiyi təqdirdə xərclərinin şirkət tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Belə ki, müqavilədə James Walkerin bu hüquqdan istifadə etmədiyi təqdirdə kompensasiyanın ödənilməsi müəyyən edilməmişdir. Bu səbəbdən James Walkerin istifadə edilməmiş biznes səyahətinə görə hər hansı haqq tələb etməsinə heç bir əsası olmamışdır. Həmçinin, iddiaçının şəxsi əşyaların daşınması üçün tələb etdiyi kompensasiya məbləğinin nəyə əsaslandığı, nə zaman, hara səyahət zamanı bu xərcləri çəkildiyini iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, əşyaların daşınması üçün real xərclərin mövcudluğu ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Müqavilənin qüvvədə olduğu dövrdə James Walker və ailə üzvlərinin həyata keçirdiyi səyahətlər zamanı əşyaların daşınması xərclərinin kim tərəfindən ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində James Walker və onun ailə üzvlərinin Dubaya təyyarə ilə uçuşu olmuş, həmçinin məhkəmə iclasında iddiaçının vəkilinin bildirməsinə görə James Walker vizasının vaxtının bitməsinə görə 1 dəfə Dubaydan Küveytə təyyarə ilə uçuş etmiş və yenə də iddiaçı tərəfin özünün bildirməsinə görə həmin istiqamətdə bilet xərcləri Şirkətin vəsaiti hesabına ödənilmişdir. İddia tərəfinin özünün etirafından görünür ki, Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialı müqavilə üzrə öhdəliyinin icrasını pozmamış və icrasından yayınmamış, əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində James Walker və onun ailə üzvlərinin təyyarə biletlərinin xərclərini ödəmişdir. Belə olan halda, iddiaçının biznes uçuşları ilə bağı Cavabdeh-nin müqavilə öhdəliklərini icra etməməsi ilə bağlı iddiası əsassızdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən James Walkerin iş yeri Bakı şəhəri müəyyən edilmişdir, lakin James Walker qısa müddət sonra Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışdır. Onun əmək müqaviləsinə xitam verilərkən də Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən iddiaçının və onun ailə üzvlərinin Kanadaya geri qayıtması ilə bağlı xərclər ödənilməmişdir. Nə iş materiallarında, nə də məhkəmə icaslarında James Walker və onun ailə üzvlərinin ümumiyyətlə Kanadaya geri qayıtması müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının və onun ailə üzvlərinin Kanadaya geri qayıtması xərcləri daxil olmaqla, hər hansı saytlar vasitəsilə həyata keçirilməmiş uçuşlar üçün hər hansı məbləğin Şirkət tərəfindən ödənilməsini tələb etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. 2.7. İddia ərizəsində şirkətlə James Walker arasında bağlanılan müqavilədə tərəflərdən birinin müqaviləyə xitam verməzdən 1 ay əvvəl qarşı tərəfi xəbərdar etmək vəzifəsinin nəzərdə tutulması, əgər işəgötürən işçini 1 ay əvvəlcədən xəbərdar etmədən müqaviləyə xitam verərsə, belə olan halda işçiyə aylıq əmək haqqının 3 misli məbləğində cərimə ödənilməli olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Müqavilənin qeyd edilən bəndi müqavilənin qüvvədə olduğu müddətdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi hallarına şamil edilir. Müqavilə müddətinin bitməsi əsası ilə müqaviləyə xitam verilməsi zamanı işəgötürənin işçinin əvvəlcədən xəbərdar etmə vəzifəsi həmin dövrdə qüvvədə olan Əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Odur ki, əmək haqqının 3 misli məbləğində cərimə ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edirlər. 2.8. İddia ərizəsində istinad edilən digər bir hal isə Əmək Məcəllənin 79.1-ci maddəsi və James Walkerin 18 yaşına çatmamış əlilliyi olan övladının olması ilə bağlıdır. Bununla əlaqədar bildirir ki, yuxarıda da qeyd olunduğu kimi, James Walkerlə əmək münasibətlərinə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndindəki əsasla xitam verilmişdir. Məcəllənin 79.2-ci maddəsində qanunverici qeyd edir ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulan müddəalar (hansı ki, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qadağan edən müddəa da belə müddəalardan biridir) əmək müqaviləsinə Məcəllənin 73- cü maddəsi ilə xitam verilən hallara şamil edilmir, Məcəllənin 73-cü maddəsi isə məhz müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi qaydasını ehtiva edir. Bu əsasla, Məcəllənin 79.1-ci maddəsinin tələbləri tərəfimizdən pozulmamışdır, çünki qanunverici həmin müddəanın müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilən əmək münasibətlərinə tətbiqini istisna edir. 2.9. İddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclərlə bağlı tələb olunan 3920 ABŞ dolları məbləğində vəsaitin nə vaxt, hansı məqsədlə istifadə edildiyi barədə heç bir sübut təqdim edilməməklə yanaşı həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. 2.10. İddia ərizəsində X5 dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla ona əmək haqqının ödənilməsi, 2024-cü ilin yanvar ayından etibarən əmək haqqının ödənilməməsi ilə bağlı James Walkerin dəfələrlə şirkətə müraciət etməsi və müraciətlərinin nəzərə alınmaması, həmçinin onun 2024-cü ilin yanvar və fevral ayları üzrə kirayə haqqının ödənilməsi qeyd edilsə də, iddiaçı tərəfindən iddia tələbini bu hissədə əsaslandırdıqları halları təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-213/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qanunvericiliyin tələbinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göründüyü kimi, ilk növbədə əcnəbi İddiaçı ilə xarici hüquqi şəxs X6 LTD arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə əsasən işçi İddiaçı Cavabdehnin Azərbyacan Respublikasındakı Balaxanı-Sabunçu-Ramana və X11 Bölgüsü Sazişi (PSA) üzrə operator kimi fəaliyyət göstərən “Azərbaycan Respublikasında Filial Rəhbəri” vəzifəsində işəgötürən tərəfindən işə qəbul edilmiş, Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq işçi və işəgötürən arasında müvafiq əmək müqaviləsi imzalanacaqdır, əmək müqaviləsi Azərbaycanda işə başlama tarixi etibarı ilə qüvvəyə minəcəkdir və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada ləğv edilmədiyi təqdirdə müddətsiz davam edəcəkdir. Qanunvericiliyin tələbinə görə xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsi şamil edilmir. Daha sonra xx.xx.2023-cü il tarixdə işçi İddiaçı ilə işəgötürən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən işçi əsas iş yeri Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Prezident vəzifəsinə qəbul edilmiş və müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur və Kanada vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı əsas iş yeri olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi ilə Cavabdeh Azərbaycan Respublikasındakı filialının rəhbəri Prezidenti vəsifəsində və əlavə iş yeri olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qanuni təmsilçi olaraq fəaliyyət göstərmişdir. Hər iki müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Xitam bildirişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İddiaçı bank hesabına 2023-cü ilin dekabr ayının əmək haqqı və son-haqq hesab olaraq 9210.31 ABŞ dolları məbləğində pul köçürmüşdür. Hazırda İddiaçı əmək müqaviləsinə xitam verilməsi bildirişinin etibarsız hesab edilməsi, James Walkerin “X6 şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əvvəlki vəzifəsinə işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 dollardan nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən James Walker-a ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin cavabdeh tərəfindən James Walker-a ödənilməsi, 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqlarının bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği- 31119 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclər (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmaması, yalnız iddiaçının vəkilinin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlanarkən İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi barədə məlumat əldə etməsinə münasibətdə qeyd edib ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialın rəhbəri, Prezidenti olduğundan Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyan şəxsin 2023-cü ilin dekabr ayından Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyindən, həmçinin fevral ayından əmək haqqı almadığından işdən azad olunması barədə məlumatsız olması inandırıcı görünmür. Bundan başqa, İddiaçı məhkəməyə göndərdiyi izahatında 2024-cü ilin yanvar ayında ona əmək haqqı ödənişi edildiyi, 2024-cü ilin fevral ayından əmək haqqı ödənişinin gecikirdirildiyini, mart ayının sonundan hüquqşünas axtarmağa başladığını qeyd etməsi, onun ən azı 2024-cü ilin mart ayından işdən azad olunmasından məlumatlı olduğunu göstərir. İddiaçı işdən azad edilməsi barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə ilkin təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsi barədə məlumatlı olmasına baxmayaraq, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Buna görə də iddia tələbi işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas vermir. Məhkəmə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə xx.xx.2023-cü il tarixdə daxil edilməsinə münasibətdə qeyd edib ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec daxil edilməsi qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığa dəlalət etmir. Qanunvericiliyin əmək müqaviləsi və əmək müqaviləsi bildirişinə verdiyi anlayışların məzmunu birgə təhlil olunduqda görünür ki, əmək müqaviləsi bildirişi, əmək müqaviləsində əksini tapmış məlumatların elektron informasiya sisteminə inteqrasiya etmək məqsədi daşıyır. Bildiriş əmək müqaviləsindəki məlumatların daşıyıcısıdır, elektron informasiya sistemində qeydə alınan məlumatların mənbəyi əmək müqaviləsidir və sistemdə əksini tapmış məlumatlar əmək müqaviləsinin şərtlərinə tam uyğun olmalıdır. Məhkəmə 2023-cü ilin aprel ayından İddiaçı Dubaya ezam olunması məsələsinə münasibətdə qeyd edib ki, iddiaçının Dubayda ezamiyyətdə olması faktini təsdiq edən ezamiyyət vəsiqəsi və müvafiq əmri, qanunvericiliyin tələbinə əsasən ezamiyyət müddətinin 40 gündən çox olmamasına baxmayaraq, 40 gündən artıq müddətdə ezamiyyətdə olmasına əsas olmuş sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edib ki, bu hissədə sübutetmə yükü iddiaçının üzərində olmuşdur. Məhkəmə müddətli əmək müqaviləsinə xitam verilərkən iddiaçının xəbərdarlıq edilməməsi barədə qeyd olunanlara münasibətdə bildirib ki, Əmək Məcəlləsinin müqavilə bağlanan zaman qüvvədə olan əvvəlki redaksiyasında 73-cü maddəsinə və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən işçinin əvvəlcədən məlumatlandırılması nəzərdə tutulmamışdır. Təqdim edilmiş müddətli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə (azərbaycan və ingilis dilində) tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İddiaçı 18 yaşına çatmamış əlilliyi olan övladının olması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi barədə müddəa müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilən əmək münasibətlərinə şamil edilmir. İş materillarına əsasən müəyyən olunur ki, işçinin könüllü tibbi sığorta ilə bağlı münasibətləri Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Sığortaçı "xxxx" ASC arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqaviləsi ilə tənzimlənir. Müqavilə şərtlərinə əsasən Cavabdeh Şirkəti tərəfindən müvafiq sığorta haqları ödənilmiş, İddiaçı Könüllü tibbi sığorta şəhadətnaməsi təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, işə bərpa, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələblərinin rədd edilməsi digər törəmə tələblərin də rədd edilməsinə səbəb olur. Çünki törəmə tələblər əsas tələbin təmin edilməsinə bağlıdır. Bu səbəbdən ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiyanın ödənilməsi, neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin ödənilməsi, 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqları bir günlük 280 dollardan hesablanmaqla iddiaçıya ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclərin iddiaçıya ödənilməsi, əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərclərinin iddiaçıya ödənilməsi, əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği - 31119 ABŞ dollarının iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclərin (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi törəmə tələblər olduğundan iddia tələbi bu hissələrdə də təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrini də işin hallarına düzgün olaraq tətbiq etməmişdir. İlk növbədə məhkəmə öz qərarında iddia müddətinin ötürülməsini sübutlara deyil, mülahizələrə dayanaraq əsaslandırmışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmaması, yalnız iddiaçının vəkilinin 15 iyul 2024-cü il tarixindən sonra bu haldan məlumatlı olması “inandırıcı görünmür”. X16 məhkəməyə ünvanladığı məktubunda artıq mart ayında əmək haqqı gecikməsinə görə hüquqşünas axtarmasını James Walkerin bunu əmək müqaviləsinin xitamı kimi qiymətləndirmişdir. Qeyd edilənlərlə bağlı ilk olaraq bildirir ki, əmək haqqı ödənişinin gecikməsi hələ əmək müqaviləsinə xitam verilməsi demək deyil. 2024-cü ilin noyabr ayından etibarən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının 4 ay əmək haqları gecikdirilmişdir. Əgər məhkəmənin mülahizəsinə əsaslansa, o zaman bütün gömrük işçiləri “1 aylıq müddətin ötürülməməsi səbəbilə” məhkəməyə işə bərpa tələbi ilə müraciət etməli idilər. Digər tərəfdən, Əmək Məcəlləsinin 293.3-cü maddəsi “1 aylıq” müddət axımının dəqiq olaraq hansı vaxtdan başlanmasını müəyyən etmişdir. Cavabdeh özü isə həm 7 oktyabr 2024-cü il tarixli iclasda, həm də həmin iclasa təqdim etdiyi etirazda özü etiraf etmişdir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələblərinə uyğun olaraq nə əmr, nə də haqq hesab sənədi James Walker xaricdə olduğu üçün ona təqdim edilməmişdir. Cavabdeh iddia müddətinin ötürüldüyünü iddia edirsə, bunu sübut etmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh bunu təsdiq edən sübutları məhkəməyə nəinki təqdim etməmiş, hətta Əmək Məcəlləsinin 296.3-cü maddəsi ilə müəyyən edilən sənədləri iddiaçıya təqdim etmədiyini şifahi məhkəmə baxışı zamanı və məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir. Bütün bunlara baxmayaraq məhkəmə ehtimal üzərindən qərar çıxararaq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin dəfələrlə qərarında qeyd etdiyi kimi, əmək münasibətləri mülki hüquq münasibətləri olsa da, işçi və işəgötürən faktiki cəhətdən bərabər deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir (Konstitusiya Məhkəməsi “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarı). Əmək Məcəlləsinin 296.3-cü maddəsi belə imperativ qayda müəyyən edən maddələrdəndir və təsadüfü deyil ki, həmin maddəyə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli qanunla dəyişiklik edilmiş və həmin maddənin tələbləri daha da sərtləşdirilmişdir. Məhkəmə Əmək Məcəlləsinin normalarını işin hallarına düzgün şəkildə tətbiq etməmişdir. Belə ki, iddiaçının iddia tələbi mahiyyət etibarilə iki hissədən ibarət olmuşdur: 1) İşəbərpa, işəbərpa olunan tarixədək ödənilməyən aylıq əmək haqlarının ödənilməsi, gecikdirilən əmək haqlarının ödənilməsinə görə hər gecikdirilən gün üçün 1 faiz məbləğində kompensasiya; 2) İşəgötürənin işçi ilə imzaladığı əmək müqaviləsində üzərinə götürdüyü pul tələblərinin tələbi: a) Əmək müqaviləsinin 4.1-ci bəndinin tələbinə əsasən istehsalın artımı ilə əlaqədar əmək haqqına əlavə edilməli olan 28000 ABŞ dolların ödənilməsi; b) Əmək müqaviləsinin 8.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən işçiyə ödənilməli olan 3 aylıq əmək haqqı məbləğinin – 45000 ABŞ dollarının ödənilməsi; c) Əmək müqaviləsinin 8.1-ci maddəsinin ikinci cümləsindən irəli gələrək işçinin əmək müqaviləsinə xitam verildiyi halda işçinin və ailə üzvlərinin Kanadının Kalqari, Alberta mənşə nöqtəsinə geri qayıtması ilə əlaqədar bütün xərclərin qarşılanması məqsədilə 22337 ABŞ dolları məbləğində bilet və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərclərinin ödənilməsi; d) Əmək müqaviləsinin 4.9-cu bəndindən irəli gələrək 31119 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi; e) əmək müqaviləsinin 4.8-ci bəndindən irəli gələrək 3920 ABŞ dollarıməbləğində biznes bağlı çəkilmiş xərclərin kompensasiya edilməsi; f) 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqları bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; g) İddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclərin ödənilməsi. Daha sadə şəkildə desə, iddiaçının tələbi iki hissədən, yəni 1) işəbərpa və ondan irəli gələn tələblər və 2) pul tələbindən ibarət olmuşdur. İddia tələbinin ikinci hissəsini təşkil edən tələblər müstəqil tələb olmuş və birinci tələbin təmin edilib-edilməməsi ilə əlaqədar olmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 296.4-cü maddəsi birmənalı olaraq müəyyən edir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar iddia müddəti 1 ildir. Lakin məhkəmə iddianın ikinci hissəsinə, yəni pul tələbinə 1 aylıq iddia müddətini (296.2-ci maddəni) tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticə əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qərarında cavabdeh tərəfindən təqdim edilən əmək müqaviləsinə istinad edərək James Walkerin həmin əmək müqaviləsi ilə tanış olması və müddətli əmək müqaviləsini bağlamağa razı olduğunu bildirmişdir. İlk növbədə bildirir ki, cavabdeh tərəfindən təqdim edilən əmək müqaviləsinin həqiqiliyi tərəfindən mübahisələndirilmiş, dəfələrlə həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsi istənilmişdir. Belə ki, təqdim edilən müqavilədə qeyd edilən imza iddiaçı tərəfindən çəkilməmiş, iddiaçı belə müqaviləni imzalamadığını bildirmiş, həmçinin iddiaçının emailində (elektron poçtunda) istifadə etdiyi elektron imzanın böyüdülərək sənədə əlavə edilməsi ehtimal edilir. Bu isə həmin müqavilənin şərtlərinin həqiqiliyini şübhə altına alır. Bu halların sübuta yetirilə bilməsi və müvafiq ekspertizanın tətbiq edilməsi üçün həmin sənədin əslinin məhkəməyə təqdim edilməsi zəruri olmuşdur. James Walker onunla yerli əmək müqaviləsinin bağlandığını, lakin Azərbaycan dilində bağlandığını, müqavilənin müddətli olmasına dair ona heç bir məlumat verilmədiyini və müqavilənin surətinin ona təqdim olunmadığını qeyd etmişdir. Digər tərəfdən 73-cü maddənin məzmunundan da göründüyü kimi, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün müqavilənin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən biri belə xitamı tələb etməli idi. Qeyd edilənləri nəzərə alsa “X6” LTD-nin Azərbaycan Respublikasındakı filialının həmin müqaviləni 2023-cü ilin dekabrın 8-ə qədər ləğv etmək hüququ olmuşdur. Həmin tarixdən sonra isə tərəflər arasında olan əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab olunub. Yəni başqa sözlə desə, “X6” LTD-nin Azərbaycan Respublikasındakı filialının 29 dekabr 2023-cü il tarixində əmək müqaviləsini Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam etmək hüququ olmamışdır. Bu isə işəgötürən tərəfindən verilən əmrin qanunsuz olmasını sübut edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
15. Cavabdeh Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə etirazda şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikasındakı filialın nümayəndələri Nümayəndə3 və Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; ............... Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 3(5-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 6-cı maddə “ç” bəndi. Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə bu Məcəllə şamil edilmir. Maddə 7 (2-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 13.4. İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 48.3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Maddə 49(1-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73(1-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73(2-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 79(2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Maddə 83(1-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant).Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83(2-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 154(1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172(5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 174(2-ci hissə). Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (1ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə)(xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(3-cü hissə) (xx.xx.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
20. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi:
Maddə 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; Maddə 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Maddə 50.1, 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir Maddə 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Maddə 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Maddə 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Maddə 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 63.5. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. 64.0. Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: 64.0.13. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Maddə 69.1. İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Maddə 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Maddə 76.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 76.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3 may 2001-ci il tarixdə 2687 № ilə qeydiyyata alınmış X1: 1-ci bəndinə əsasən Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. 2-ci bəndinə əsasən Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. 4-cü bəndinə əsasən işçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə olan Səfirlikləri, Konsulluqları, Nümayəndəlikləri və Beynəlxalq təşkilatlarda çalışan işçilər və nümayəndələr istisna olmaqla). 8-ci bəndinə əsasən ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində qeydlər edilməsi mümkün olmadığı halda ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə şəxsiyyəti təsdiq edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülə bilər. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin müvafiq qaydada qeydiyyatının uçotu kitabı aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin nömrəsi, onu təsdiq edən şəxsin adı, soyadı, vəzifəsi, ezam edilən təşkilatın adı, faktiki gediş və gəliş xərcləri, ezam edilən şəxsin imzası qeyd olunmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərildi ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 fevral 2025-ci il tarixli qərarında göstərildi ki, Azərbaycan Respublikası Konstitusiyasının 15 və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
26. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
28. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
30. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
31. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
32. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
33. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən təqdim və tədqiq edilən sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh Şirkətinin Direktorlar Şurasının xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə təyin edilib. xx.xx.2022-ci il tarixində Cavabdeh Şirkətinin adından İddiaçı adına Filialın rəhbəri olaraq ümumi etibarnamə verilib. xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh Şirkəti arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minmişdir. İddiaçı Kanada Respublikasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. xx.xx.2023-cü il tarixindən İddiaçı yaşayış yerini dəyişdirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023-cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlib. Tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqavilə ƏMAS sistemində qeydə alınıb və bildirişdə əmək müqaviləsinin növü bölməsində müddətli qeyd edilib. Əmək müqaviləsinin qüvvədə olma müddəti müqavilədə olduğu kimi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyd edilib. xx.xx.2023-cü il tarixli Cavabdeh Şirkətinin Direktorlar Şurasının Qərarının 1-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilib və xx.xx.2023-cü il tarixindən etibarən onun adına verilmiş etibarnamə qüvvədən düşmüş hesab edilib. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialının xx.xx.2023-cü il tarixli K- 18/12-01/25 nömrəli əmrinə əsasən, əmək müqaviləsini müddətinin bitməsi ilə əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilib.
34. Bundan əlavə, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələri pozulmayıb. Belə ki, 12 avqust 2024-cü ilədək qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixdə iddiaçıya çatacaq son haqq-hesab ödəniş tapşırığına əsasən bank hesabına köçürülmüşdür. Köçürmənin məzmunu da həmin məbləğin son haqq-hesab olduğunu təsdiq edir. Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilib. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan 4 əsasdan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də yalnız əmrin surətinin yaxud son haqq-hesabın şəxsən iddiaçıya çatdırılmasının sübut olunmamasına görə iddia müddətinin axımı başlana bilməz kimi bir yanaşma əsaslı deyildir. Demək ki, iddia müddətinin ötürülməsi mülahizə ilə deyil, sübuta istinad edilməklə əsaslandırılıb.İddiaçının şikayətdə göstərdiyi müqayisə də uğursuz olub.
35. Bundan başqa, iddiaçının tələbini iki hissəyə bölməsi də onun əsaslı olmasına təsir etmir. Başqa sözlə, tələbin iki hissədən, yəni 1) işə bərpa və ondan irəli gələn tələblər və 2) pul tələbindən ibarət olması, ikinci hissəsini təşkil edən tələblərin müstəqil tələb olması və birinci tələbin təmin edilib-edilməməsi ilə əlaqədar olmadığı barədə dəlillər də şikayəti əsaslı etmir. Əmək Məcəlləsinin 296.4-cü maddəsində pul və digər əmlak tələbləri üzrə iddia müddətinin 1 il nəzərdə tutulması da hazırkı iddianın əsaslılığı baxımından heç nəyi dəyişmir. Çünki hazırkı işdə olan pul tələbi müstəqil tələb hesab edilmir və əsas tələbə, yəni işə bərpa tələbinə bağlı olmuşdur. Ona görə də məhkəmənin əsas tələblə yanaşı asılı pul tələbi üzrə 1 aylıq iddia müddətini tətbiq etməklə Əmək Məcəlləsinin 296.2-ci maddəsini düzgün tətbiq edib və əsassız qərar qəbul etməyib.
36. Göstərilənlərdən başqa, iddiaçı bir tərəfdən əmək müqaviləsinin həqiqiliyini mübahisələndirir, digər tərəfdən isə Əmək Məcəlləsinin xx.xx.2024-cü ilə kimi qüvvədə olan 73-cü maddəsinin 1-ci hissəsinin 2-ci cümləsində nəzərdə tutulan bir həftə müddətində tərəflərin əmək müqaviləsinin xitamını tələb etmədiyi üçün müqavilənin 1 dekabr 2024-cü ilədək uzadıldığını bəyan edir. Hər iki dəlil əsassızdır. Əvvəla ona görə ki, müqavilə eyni sənəddə həm Azərbaycan, həm də ingilis dilində tərtib edilmişdir. Müqavilənin 2.1-ci bəndində isə müddətli olması, yəni 01 dekabr 2023-cü ilədək qüvvədə olması açıq-aşkar qeyd olunmuşdur. Demək bu dəlillər özü-özlüyündə əsassız olub. Bununla yanaşı, cavabdehin həmin müqaviləni 8 dekabr 2023-cü ilədək ləğv etmək hüququ olsa da, müqaviləyə 01 dekabr 2023-cü ildə xitam verilmişdir. Ona görə də müqavilə daha bir il müddətinə uzadıla bilməzdi. Bir daha qeyd olunur ki, əmr 01 dekabr 2023-cü ildə verilib, 29 dekabr 2023-cü ildə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməyib. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec daxil edilməsi onun qanunsuz və əsassız olduğuna, eləcə də 01 dekabr 2023-cü ildə verilmədiyinə dəlalət etmir.
37. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı tərəf bu cür üzrlü səbəblərin olmasına dair mötəbər sübut təqdim etməyib. Bu cür vəziyyətdə ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.
38. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 fevral 2025-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir.Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir.
40. Bununla əlaqədar məhkəmə tərkibi aşığadıkların qeyd olunmasını zəruri hesab edir. Belə ki, hər bir fiziki şəxs öz əmək qabiliyyətindən (bacarığından) əmək müqaviləsi ilə yanaşı, həm də mülki hüquqi müqavilələr üzrə istifadə edə bilər. Bu, müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar ola bilər. Demək ki, hər bir şəxsin azad və sərbəst seçimi əsasında həyata keçirdiyi fəaliyyət ilə bağlı əmək yaxud mülki hüquq münasibətlərinin yaranması mümkündür. Burada bəzi işlərin yerinə yetirilməsi ilə bağlı əmək münasibətləri obyektiv cəhətdən mülki dövriyyə subyektləri arasındakı mülki münasibətlərə oxşaya bilər. Ancaq bu münasibətlər bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Buna görə də həmin münasibətlər həqiqi mahiyyətinə uyğun əmək yaxud mülki hüquq normaları ilə tənzimlənməlidir. Bunun məcburiliyi əmək qanunvericiliyində imperativ qaydada qeyd edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi qəti şəkildə göstərilmişdir. 41.Əmək münasibətlərinin xarakterik cəhətlərinə bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Əmək münasibətlərinin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Burada əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.
42. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi prinsipi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur.
43. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir.
44. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır.Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Ona görə də Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.
45. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma X4 “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Məhz buna görə də Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmişdir.
46. Bununla əlaqədar, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-3.3-cü maddəsinin Mülki Məcəllənin normaları ilə əlaqəli şəkildə müqayisə olunmalıdır. Qeyd olunan normanın tələbinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
47. Lakin hazırkı mülki işdə və analoji işlərdə tərəflər arasında yaranan bu cür münasibətlərin əmək yaxud mülki hüquq münasibətləri olub-olmaması ilk növbədə işin faktiki halları, münasibətlərin xarakteri və həqiqi mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparılmaqla müəyən edilməlidir. Başqa sözlə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-3.3-cü maddəsinin məqsədləri baxımından tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə... ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilsə və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməsə də, Mülki Məcəllənin 49, 91 və 91-2-ci maddələrinin tələbləri baxımından tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə... ilə bağlı yarandıqda həmin münasibətlərin əmək münasibətləri və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qənaətinə heç də həmişə gəlmək olmaz.
48. Belə ki, Mülki Məcəllənin 49.1-ci maddəsinə əsasən... Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən... Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir... Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin qeyd olunan normalarında hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası zamanı yaranan münasibətlərin əmək münasibətləri olduğu sezilmir. Üstəlik, bir iştirakçıdan ibarət olan cəmiyyətdə, yəni yeganə təsisçisi və qanuni təmsilçisi olan cəmiyyətdə hüquqi şəxslə təsisçi və qanuni təmsilçisi arasında yaranan münasibətlərin əmək münasibətləri olduğunu bəyan etmək ümumiyyətlə qəbuledilməzdir. Çünki əmək münasibətlərinin subyekti kimi işçinin və işəgötürən hüquqi şəxsin(filialın) adından faktiki olaraq eyni fiziki şəxsin qərar qəbul etməsi(məsələn hazırkı işdə olduğu kimi cavabdehdən pul tələb etməsi və.s) absurd bir haldır. Əlbətdə ki, hazırkı mülki iş üzrə hüquqi dəyərləndirmə apararkən iddiaçının hüquqdan sui-istifadə etdiyini yeri gəlmişkən vurğulamaq da yerinə düşür.
49. Göstərilənlərdən əlavə, Mülki Məcəllənin 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Həmin Məcəllənin 91-2.3-cü maddəsinə əsasən cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 91-2.4-cü maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Göründüyü kimi qeyd olunan normalarda da cəmiyyət və onun icra orqanı, o cümlədən cəmiyyətin təkbaşına rəhbəri arasında yaranan münasibətlərin əmək münasibətləri olduğu və bu münasibətlərin mülki hüquqi müqavilə ilə deyil, məhz əmək müqaviləsi ilə rəsmiləşdirilməli olması açıq-aydın görünmür. Düzdü, Mülki Məcəllənin 91-2.3 və 91-2.4-cü maddələrində “müqavilə imzalanır” və “müqavilə bağlanır” sözlərindən istifadə olunmuşdur. Lakin bu müqavilələrin əmək münasibətləri ilə bağlı ola biləcəyi inandırıcı və ağlabatan sayılmır. Çünki cəmiyyətlə başqa hüquqi şəxs(kənar idarəçi) arasında ümumiyyətlə əmək müqaviləsi bağlana bilməz.
50. Beləliklə, yuxarıda aparılan hüquqi dəyərləndirmə nəticəsində belə məna hasil olur ki, nə qədər ki, xx.xx.2023-cü il tarixli Cavabdeh Şirkətinin Direktorlar Şurasının Qərarının 1-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilib və xx.xx.2023-cü il tarixindən etibarən onun adına verilmiş etibarnamə qüvvədən düşmüş hesab edilib, demək ki, hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilib. Başqa sözlə, James Walker filial rəhbəri olaraq hüquqi şəxs tərəfindən təyin edilmiş və onun etibarnaməsi əsasında fəaliyyət göstərmişdir. Onunla əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi Direktorlar Şurasının qəbul etdiyi qərarın hüquqi nəticəsi olmuşdur. Bu faktın özü də hazırkı iddianın tam olaraq rədd edilməsi üçün müstəqil əsas hesab edilməlidir.
51. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-213/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-213/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.