Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2982/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, iddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdeh Borcluqarşı borcunun ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2695/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2695/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu 557.754,14 ABŞ dolları əsas kredit borcu, 112.596,98 ABŞ dolları faiz borcu, 3569,96 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 673.921,08 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borc «X4 Azərbyacan» QSC-nin xeyrinə tutulması, borc məbləğinin ipotekaya qoyulmuş Borclu mülkiyyətinə verilən ümumi sahəsi 550,0 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 1.100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş qeyriyaşayış sahəsindən istifadə hüququna xitam verilməklə qeyri-yaşayış sahəsinin 1 ay mülddətində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Borclu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2695/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən «əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin 554256,25 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində ləğv edilməsinə və faiz borcu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə 36 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 780000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəfindən bir müddət davamlı ödənişlər həyata keçirilmiş, ümumilikdə cəmi 378401,57 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin ödənişlər bank tərəfindən nəzərə alınmamış və faizlər əsassız şişirdilmişdir. Birinci instansiya məhkəməsində mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert qarşısında müqavilə müddəti ərzində faiz borcunun nə qədər təşkil etməsi sualı qoyulması xahiş olunmuş, lakin belə sual qoyulmamışdır. Ekspert rəyində olan faiz borcu bank tərəfindən tələb olunan faiz borcundan artıq hesablanmışdır. Kredit müqaviləsi üzrə əsas borca faizlər yalnız müqavilə müddəti ərizində hesablana bilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddia yalnız əsas borc məbləğinə münasibətdə təmin edilməli idi. Bununla bağlı onlar rəy əldə edərək məhkəməyə təqdim etmişlər. Həmin rəylə faiz borcunun olmaması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə faiz borcunun tutulması və cəmi borc məbləğinə aid hissədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “X4 Azərbaycan” QSC tərəfindən SadıqovRəşadətZülfüqaroğlunaillik 12 % dərəcəsilə, 36 ay müddətinə 780000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin öhdəliyin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2014-cü il tarixdə bankla ipoteka qoyan Borclu arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqavfiləsi üzrə Borclu 558.701,59 ABŞ dolları əsas, 72.246,31 ABŞ dolları faiz, 173.525,11 ABŞ dolları cərimə, cəmi 804.473.,01 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1 -ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan gyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1 -ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Hazırkı apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətində göstərdiyi «əsas və faiz borcunun tutulması, iddia tələbinin 554256,25 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində ləğv edilməsinə və faiz borcu hissədə iddia tələbinin rədd edilməsi» hissəsinin yoxlanmasından ibarətdir. İddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhkəmə mövcud mübahisə ilə bağlı hesab edir ki, kredit müqaviləsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, borclular yol verdikləri pozuntulara, “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipinə əməl etmədiyinə görə məsuliyyət daşıyırlar. Lakin, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra borcluların yol verdikləri pozuntulara görə məsuliyyət daşıması kreditora borcludan iddia ərizəsində göstərilən həddə və müqavilənin razılaşdırılmış şərtlərinə uyğun hesablanmış faizləri tələb etmək hüququ vermir. Qeyd olunmalıdır ki, banklar (bank olmayan kredit təşkilatları) əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan birinci instansiya məhkəməsi müqavilə müddəti daxilində və müqavilə müddətindən sonrakı müddətə görə müqavilə şərtlərinə dair tərəflərin razılaşdırmış olduqları şərtlərlə faiz borcu müəyyən etmişdir ki, bu isə yolverilən hesab edilə ilməz. Məhkəmə kollegiyası tərəfindən müqavilə müddətinin sonuna faiz borcunun məbləği ilə bağlı mühasibatlıq ekspertizası təyin etmiş və həmin dövrə cavabdehin ödəməli olduğu əsas borc məbləği 557.754,14 ABŞ dolları, faiz borc məbləğinin isə 64.309,36 ABŞ dolları olması müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası həmin rəydə göstərilən faiz məbləğini işin araşdırılmış hallarına uyğun hesab edir və qeyd edir ki, həmin müddətdə faiz borcunun məbləğinin daha çox olması işin araşdırılmış halları baxımından təsdiq olunmur. Ümumiyyətlə faizin tutulmalı olmaması və bunun iddiaçının özünün təqdim etmiş olduğu rəydə olan məlumatlarla təsdiq olunmasına dair dəlilləri işin araşdırılmış hallarına uyğun hesab edilə bilməz. Çünki tərəflər müqavilə ilə razılaşdırmışlar ki, kreditdən istifadəyə görə faizlər hesablanmalı və məhz iddiaçı müqavilənin həmin şərtinə istinad edərək faiz borcu tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2695/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi faiz borc, cəmi borc məbləğinə münasibətdə qətnamə ləğv olunsun və həmin hissədə iddia qismən təmin olunsun. X1 64309,36 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nə verilsin. Ləğv olunmuş qalan hissədə iddia təmin olunmasın. Cavabdeh Borclu münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyərinin 100 manatı iddiaçı Borclu, 45 manatı “X4 Azərbaycan” QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2982/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2982/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver