Məhkəmə qərarları › İş №2(103)-2982/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2982/2023

04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2982/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “Xəzər rayon, Şüvəlan bağlar massivi çöl şüvəlan ərazisindən keçən 110 kv-luq 2cı, 3-çü Şimal hava xəttinin 37-38 saylı dayaqlar arası mühafizə zonasında inşa edilən qeyri-qanuni tikilinin (market) sökülməsinə və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 102 (bir yüz iki) manat Cavabdeh tutulub X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********00000039 44, SFİFT.Bik: CTREAZ22 VÖEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2216/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh təkrarən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1884/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə rəsmi qaydada Cavabdeh göndərilmiş və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh qətnamədən ilkin xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müddət bərpa edilmiş və apellasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmiş, daha sonra həmin qətnamədən Cavabdeh təkrarən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab ediliyindən Cavabdeh tərəfindən təkrarən apellyasiya şikayəti verilərkən prosessual müddət bərpası barədə ərizə verilməsinin verilməsinə zərurət yaranmış olsa da cavabdeh qeyd edilən ərizə ilə müraciət etməmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyini müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1884/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar