Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2986/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8” X11rşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), İx və Sxndan ibarət tərkibdə, Sm-nun katibliyi, İddiaçı, Cavabdeh “X8” X18 nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh “X8” X11rşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1233/22 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən X3 X12 Hazırlığı Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehin X12 X10 Hüquqi Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Ali təhsillidir, ünvan 1 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Məşqulluq Xidmətinin X13 Peşə Təhsili Mərkəzinə müəllim vəzifəsinə təyin edilmişdir. Bundan sonra işəgötürən Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Məşqulluq Xidmətinin X13 Peşə Təhsili Mərkəzinin adı dəyişdirilərək, işəgötürənin adı “X3 X12 X10 Hüquqi Şəxsi” olmuşdur. İşəgötürənin adı dəyişdiyinə görə o, öz ərizəsinə əsasən, xx.xx.2021-ci il tarixli əmrlə ƏƏSM Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin X13 Peşə Təhsili Mərkəzinlə müəllim vəzifəsindən azad edilərək X3 X12 X10 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli əmri ilə sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra heç bir qanuni əsas olmadan o, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X3 xx.xx.2022-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2020-ci il tarixdən 2022-ci il tarixə kimi X3 X12 X10 Hüquqi Şəxsində, “müəllimə” və “mütəxəssis” vəzifələrində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa belə, heç bir qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin, himayəsində azyaşlı uşağı vardır, uşaqları xəstədir və işlədiyi iş onun yeganə qazanc mənbəyidir. Cavabdehin fəaliyyəti mahiyyət etibarı ilə ölkədə əmək hüquqlarının pozulmasının qarşısını almaq olsa da, onun tabeliyində olan qurum isə onu qanunsuz işdən azad edərək, əmək hüququnu pozmuşdur. İşəgötürən onu öz ərizəsinə əsasən müddətsiz əmək müqaviləsi ilə işlədiyi işdən azad edib, sonra onunla müddətli əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi, qüsursuz olaraq eyni müəssisədə işləmiş işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla 6 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Onun işdən azad edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuzdur. Cavabdeh tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığına istinad edərək özünün xx.xx.2022-ci il tarixli əmri ilə onu işdən azad etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur
5. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tədbiq edilməsinə dair ərizə verərək göstərmişdir ki, iddia tələbi qanunvericilikdə nəzərdə tutulan iddia müddətinə riayət edilməməsi səbəbindən təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinin xx.xx.2022-ci il tarixində xitam edilməsi hazırkı məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. İş üzrə mediasiya prosesinin tətbiqi barədə təklif isə xx.xx.2022-ci il tarixlidir. Daha sonra isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli, 2021-008913 nömrəli arayış tərtib edilmişdir. Göründüyü kimi, təqdim edilən arayış tarix olaraq ilkin mediasiya prosesinin tətbiqi barədə təklifdən daha əvvəlki tarixdə əldə olunmuşdur. Müvafiq arayışa verilən unikal nömrə də daxil olmaqla qeyd edilən arayış texniki olaraq səhv tərtib olunmuşdur, belə olduğu halda xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri arasında olan müddət iddia axımının dayandırıldığı müddət olaraq qiymətləndirilə bilər. Ancaq qeyd edilməlidir ki, yuxarıda bildirilən fikir ehtimali xarakter daşıyır və məhkəmə prosesinin gedişatı zamanı qeyd edilən arayışın məhz ilkin mediasiya sessiyasından sonra tərtib olunması, habelə texniki yanlışlıq səbəbindən 2021-ci il tarixli tərtib olunması iddiaçı tərəfindən sübut edilməlidir. Əks təqdirdə məhkəmə tərəfindən tərəflərarası müvafiq mediasiya sessiya keçirilmədən məhkəməyə müraciət edilməsi ilə bağlı qənaət formalaşmalıdır. “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İddia müddətinə münasibətdə əgər ehtimali olaraq texniki yanlışlığın olduğunu fərz etsək, iddia müddətinin axımı xx.xx.2022-ci ildən sonra davam etməkdədir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində mübahisə ilə bağlı olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-1372/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri arasında olan 20 gün, mediasiyanın tətbiq olunduğu dövrü çıxmaqla xx.xx.2022-ci il – xx.xx.2022-ci il illərdə 12 gün olmaqla iddiaçı tərəfindən müvafiq iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. Əlavə olaraq olaraq qeyd edilməlidir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(007)- 1372/2022 nömrəli Qərardadı ilə aidiyyətlə bağlı məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2022-ci il tarixində verilmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır. İddia müddəti ilə əlaqədar xx.xx.2021 tarixli, 2(102)-4745/2021 saylı Ali Məhkəmə Qərarının 32-ci yarımbəndinə əsasən, qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, şçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyrimüəyyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli, 2021-008913 nömrəli arayışın mötəbərliyi suallar doğurmaqdadır. Burada nəzərə alınmalı məqam arayışın tarixi, habelə tarixlə əlaqəli ona verilmiş müvafiq nömrənin məhz 2021-ci ilə aid olmasıdır. Əgər ehtimal etsək ki, yuxarıda qeyd edilən məsələ texniki səhvdən dolayı ortaya çıxmışdır bu zaman isə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə bərabər təqdim edilən arayışa əsasən, qeyd edilən mediasiya sessiyası cavabdeh X8 ilə yox, X3 X12 Hazırlığı X20 ilə keçirilmişdir. Əgər iddiaçı hazırki əmək mübahisəsi üzrə məhkəməyə müraciət edən zaman cavabdeh qismində X4 qoymuşdursa, o zaman bu onu deməyə əsas verir ki, cavabdeh dolayısı ilə işəgötürənin X1 bilir. Burada nəzərə alınmalı məqam ondan ibarətdir ki, X8 və onun tabeliyində Göyçay PHM təşkilatihüquqi struktur baxımından hər ikisi də publik hüquqi şəxsdir. Sadəcə təşkilati baxımdan Göyçay PHM X3 tabeliyində fəaliyyət göstərməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Kollegiyasının xx.xx.2021-ci il **********4 nömrəli Qərarı ilə təsdiq olunmuş Göyçay PHM-in Nizamnaməsinin 4.4.2-ci yarımbəndinə uyğun olaraq Mərkəzin idarəetmə orqanlarının rəhbər şəxslərinin, habelə digər işçilərinin Nazirliklə razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti yenə həmin Nizamnamənin 4.4-cü bəndinə əsasən Agentliyə verilmişdir. Belə olduğu təqdirdə iddiaçıya münasibətdə işəgötürən X8 hesab edilməklə, ilkin mediasiya sessiyası da məhz iddiaçının sadəcə əmək funksiyalarını icra etdiyi yer olan Göyçay PHM ilə deyil, X8 ilə keçirilməsi qanunvericiliyin birbaşa tələbidir. Halbuki, iddia ərizəsinə qoşulan ilkin mediasiya haqqında arayışdan da göründüyü kimi, iddiaçı X8 ilə deyil, onun tabeliyində olan Göyçay PHM X20 ilə ilkin mediasiya sessiyasının keçirilməsinə dair münasibətlərdə olmuşdur. Bu isə hazırda tərəflərarası yaranmış mübahisənin məhkəmədənkənar həlli vasitəsi olaraq qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1233/2023 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia təmin edilməmişdir.
7. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməklə xitam verilmiş, iddiaçının hüquqları pozulmamışdır. Belə ki, tərəflər arasında onların qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 3 ay, işə başlama tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində Agentliyin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş, iddiaçı tutduğu vəzifədən azad edilmişdir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, hətta iddiaçının hüquqları pozulmuş olsa idi belə iddiaçı tərəfindən bir aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməzdi. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçı işdən azad edildikdən 20 gün sonra (xx.xx.2022-ci il tarixdə) “Mediasiya prosesinin tətbiq edilməsi barədə” cavabdehə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə isə (il texniki səhv olaraq 2021 göstərilmişdir) iddiaçıya “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediator tərəfindən arayış verilmişdir. Bundan 12 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə cavabdehlər X5 və Agentliyin tabeliyində X2rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan 40 gün sonra iddiaçı xx.xx.2022-ci il tarixdə eyni iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə işəgötürənin X1, əmək müqaviləsinə Agentlik tərəfindən xitam verildiyini, Agentliyin hüquqi ünvanının Yasamal rayonunda yerləşməsini izah edərək iddiaçıya Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. İddiaçının Göyçay Rayon Məhkəməsinin həmin qərardadından verilmiş şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı hazıkı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməsini bilmiş, həmin tarixdən iddia müddətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmuşdur. Mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçmişdir ki, bununla da iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73, 294, 296, 300-cü maddələrinə, Mülki Məcəlləsinin 375, 379-cu maddələrinə, “Mediasiya haqqında” Qanunun 32, 35-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçdiyinə görə iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülməsi barədə məhkəmənin gəldiyi bu nəticə də tam əsassızdır. Belə ki, iddiaçı işdən azad olunduğu gündən vaxtında mediasiyaya müraciət etmiş, işdən azad olunmağını qanunsuz və əsassız hesab edərək lazımi prosedur hərəkətlər etmiş, ardıcıl mübarizə aparmışdır. Birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir. Məhkəmə mövcud əmək hüquqlarının pozulması və haqqı tələbi ilə bağlı məsələni həll edərkən formal mülahizələrdən çıxış edərək tələblə bağlı işin əhəmiyyətli hallarını araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 294.2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən üç ay müddətinə əmək müqaviləsi bağlanmış, işə başlama tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə müqavilə xx.xx.2022-ci il tarixədək uzadılmış, müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir.
24. Bundan əlavə, iddiaçı tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur.
25. Belə ki, iş materiallarından aydın olur ki, əmək müqaviləsinə xitam verilən gün xx.xx.2022-ci tarixdə cavabdeh tərəfindən əmək kitabçası iddiaçıya təqdim olunmuş, həmin tarixdən iddia müddətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmuşdur. Belə ki, ilk dəfə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçmiş, iddia ərizəsi geri qaytarıldığı gündən 30 gündən artıq müddətdən sonra iddiaçı ikinci dəfə başqa məhkəməyə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarıldıqdan sonra üçüncü dəfə məhkəməyə müraciət etmiş, bununla da iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxıldığını bildirsə də, işdən görünür ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndələri və vəkili iştirak etmişlər.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1233/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.