Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2992/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3372/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun istifadəsində olan otaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısıdır, Ermənistan Respublikasında 1988-ci də baş verən məlum hadisələr nəticəsində ailəsi ilə birlikdə evlərini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəyişərək ora köçmüşlər. Həmin yaşayış evi özbaşına tikilidir, mətbəx, sanitar qovşağı ümumi istifadədə olmaqla 7 otaqdan ibarətdir. Mənzilləri öz aralarında bölüşdürmüşlər və ailənin hər bir üzvünə bir otaq düşmüşdür. Onun ailəsinə düşən otaqda həyat yoldaşı və oğlu ilə birgə yaşamışlar və xx xxxx 2004-cü ildən həmin evdə pasport qeydiyyatındadırlar. Onun həyat yoldaşına məxsus mənzilə köçməyindən istifadə edən bacısı Cavabdeh fərdi evin onlara məxsus otağının qapısını sındırıb içəri daxil olaraq onların əşyalarını dağıtmış və orada yaşamağa başlamışdır. Halbuki fərdi yaşayış evində ona məxsus ayrıca otaq vardır. Cavabdehin bu qanunsuz hərəkətləri barədə Səbail rayon Polis İdarəsinə müraciət etmiş və Səbail RPİnin 8-ci Polis Bölməsi tərəfindən aparılmış təhqiqat zamanı göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Lakin maddi zərər az miqdar təşkil etiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakter daşıması müəyyən olunaraq mülki icraat qaydasında məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3372/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3372/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin mübahisəli otağına iddiaçının və ailə üzvlərinin istifadə hüququ mübahisəli otağa köçdükləri andan yarandığından onların bu hüquqları qorunmalıdır. Kommunal xərclərin ödənişləri məqsədilə müvafiq müqavilələr iddiaçı ilə bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3372/2019 nömrəli qətnaməsinin ləğv və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, həqiqətən də o, iddiaçıya məxsus otaqda yaşayır. İddiaçı olan bacısından vaxt istəmişdir ki, otağı boşaltsın. Belə ki,o, ünvan 2 3 saylı ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən 11 il əvvəl bacısı İddiaçı 15000 manat pul vermişdir ki, ona ev alsın. Bacısı isə Ramana qəsəbəsində boş torpaq sahəsi almış, lakin o razılaşmamışdır, o fərdi yaşayış evi tələb etmişdir. Bacısı isə ona nə pulu qaytarmış, nədə ki, ona ev almışdır. Bu səbəbdən də İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi 3 saylı evdəki öz payına düşən otağı ona vermişdir ki, yaşasın. Hazırda isə bacısı həmin otaqdan çıxmağı tələb edir, lakin onun pulu qaytarılmadığından həmin otaqdan çıxmır. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 3 saylı ünvanda X13, X8, Cavabdeh, X21, X9, X6, İsmayılova Şövkət Sadıq qızı, X3, X2, X1, X4, X7, X18, X10 və X5 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İldırım Salahov tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli qərarla İddiaçı ərizəsi əsasında aparılmış araşdırma toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir.Cavabdeh iddiaçının bacısıdır, Ermənistan Respublikasında 1988ci də baş verən məlum hadisələr nəticəsində ailəsi ilə birlikdə evlərini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəyişərək ora köçmüşlər. Həmin yaşayış evi özbaşına tikilidir, mətbəx, sanitar qovşağı ümumi istifadədə olmaqla 7 otaqdan ibarətdir. Mənzilləri öz aralarında bölüşdürmüşlər və ailənin hər bir üzvünə bir otaq düşmüşdür. Onun ailəsinə düşən otaqda həyat yoldaşı və oğlu ilə birgə yaşamışlar və xx xxxx 2004-cü ildən həmin evdə pasport qeydiyyatındadırlar. Onun həyat yoldaşına məxsus mənzilə köçməyindən istifadə edən bacısı Cavabdeh fərdi evin onlara məxsus otağının qapısını sındırıb içəri daxil olaraq onların əşyalarını dağıtmış və orada yaşamağa başlamışdır. Halbuki fərdi yaşayış evində ona məxsus ayrıca otaq vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olmamış və yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçıya məxsus yaşayış sahəsidir. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında pul mübahisəsinin mövcud olması ayrıca mübahisə predmeti olmaqla, cavabdehə, iddiaçıya məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaq və orada yaşamaq hüququ vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3372/2019 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun istifadəsində olan otaqdan çıxarılması barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Odur ki, MPM-nin 384-385-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə, MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərinə və yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3372/2019 nömrəli ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının istifadəsində olan otaqdan çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2992/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2992/2020
12.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver