Məhkəmə qərarları › İş №2(103)-2993/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2993/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2993/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafiz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3537/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafiz oğluna qarşı onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu küçəsi, 2 saylı evə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx xxxx 2016- cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahdan uşaqları olmamış, nikahları hazırda pozulmuşdur. O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu küçəsində yerləşən 2 saylı evə gəlin köçmüşdür. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və valideynlərinin evində qalır. O, artıq valideynlərinə yük olmaq istəmir və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3537/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafiz oğluna qarşı evə köçürülmə barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin həmin qətnaməsini tam əsassız və qanunsuzdur. Həmin qətnamə aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. O, cavabdehlər tərəfindən evdən xx xxxxxxxx 2017- ci ildən qovulmuşdur. Dəfələrlə evə qayıtmaq istəmiş, lakin icazə verməmişlər. Məhkəmənin digər qeyd etdiyi hal ondan ibarət olmuşdur ki, onun cehiz əşyalarının çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin mövcud olması və həmin qətnamənin qanuni qüvvəsini alması olmuşdur. Qeyd edilənlərdən görünür ki, cavabdeh tərəf onun evdən əşyalarının çıxarılmasına belə hətta özü iddia qaldırmışdır. O, öz əşyalarını belə çıxarmaq niyyətində olmamışdır. Bunun özü də bir daha sübut edir ki, cavabdeh tərəf onu evdən qovmuş, onun evə qayıtmağa görə maneələr törətmişlər.Bütün bunlar hər iki halı təkzib edən hallardır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun həmin evdə əşyaları var. Məhkəmə qətnaməsi ilə əşyaların mübahisəli evdən çıxarılması nəzərdə tutusa da, həmin əşyaları yerləşdirməyə yeri yoxdur. Əlavə olaraq hazırda valideynləri ilə birlikdə çətin vəziyyətdə yaşadığını bildirdi və əşyalarının cavabdehlərə məxsus evdə müəyyən müddətə saxlanılmasına vaxt verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafiz oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə hazırki iş üzrə iddiaçının həmin evdə olan əşyalarının çıxarılmasını nəzərdə tutulsa da o, əşyaları ona məxsus evdən hazıradək çıxarmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3537/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarında olan Abşeron rayon Hövsan südçülük Sovxozu tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 16 saylı əmrindən çıxarışdan görünür ki, sovxozda işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh1 0.04 ha fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materillarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-65/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Hafiz oğlu ilə Şərifova (Mərdanova) Məsməxanım Əlibaba qızı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış 255 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materillarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2892/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus cehiz əşyalarıın Bakı şəhəri, Xəzər rayonu, Duda zavodu 2 ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-2495/2019 saylı qətanməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2892/2018 saylı qətnaməsi cavabdeh İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu müddəa hazırkı işdə tətbiq edilə bilməz. İddiaçı özbaşına tikinti obyektindən qanunsuz məhrum edilməyib. Belə ki, iddiaçı aralarında söz söhbət olduğundan atasını çağırmaqla özbaşına tikinti obyektini könüllü surətdə tərk edərək atası ilə birlikdə daimi yaşamaq üçün valideylərinin yaşadığı evə getmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının həmin ünvanda qeydiyyatda olması da, həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018 –ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İş materiallarından və iddiaçının apellyasiya icraatı zamanı vermiş olduğu izahatdan göründüyü kimi, tərəflərin arasındakı mübahisə özbaşına tikinti obyekti ilə bağlıdır. Həmin tikili yaşayış sahəsi kimi istifadə olunur. Özbaşına tikinti obyekti hal-hazırda cavabdehlərin sahibliyindədir. İddiaçı həmin küçədə başqa ünvanda valideynləri ilə birlikdə yaşayır. Müəyyən olunur ki, iddiaçı özbaşına tikilidə əri ilə birlikdə müəyyən müddət yaşamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının bildirdiyinə görə də 1 il 2 ay ərzində, x xxxxxxxx 2017-ci ilədək sözügedən özbaşına tikilidə yaşayıb. Cavabdehlər də bunu inkar etmirlər. Aralarında söz söhbət olduğundan özbaşına tikinti obyektini könüllü surətdə tərk edərək atası ilə birlikdə daimi yaşamaq üçün valideylərinin yaşadığı evə getmişdir. Digər tərəfdən iddiaçıya məxsus əşyaların da Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mübahisəli evdən çıxarılması qət edilmişdir. İddiaçı hazırda valideynləri ilə birgə yaşadığından və onun əşyalarının saxlanıması üçün başqa yeri yoxdur və cavabdehlərindən həmin əşyaların saxlanılması üçün müəyyən müddətə vaxt istəyir. Beləliklə, iddiaçı yuxarıda qeyd edilən tarixdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş, həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçmiş və mübahisəli evlə əlaqəsini kəsmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3537/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçıapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3537/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı X1 münasibətdə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar