Məhkəmə qərarları › İş №2(103)-2995/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2995/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2995/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2995/2023 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3229/2022 saylı 26 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş və bunun nəticəsində Cavabdeh 305,00 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 305,00 manat borcun tutularaq **********021 №-li abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə 305,00 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərim tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 305,00 manat məbləğində borc tutulması və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin hesabına ödənilməsi qət olunmuşdur.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1-ci maddəsləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və X4 2.1.0.2 yarımbəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 119.1-ci maddələrə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, onların ünvanında evəllər yəni 2015-ci ilədək 2 nəfər qeydiyyatda oldüğu halda iddiaçı qəbzlərdə ailə tərkibinin 4 nəfər olduğunu qeyd edirdi. 2015-ci ildə atası vəfatından sonra Mənzil istismar Sahəsinin arayışı ilə təsdiq olunur ki, onların ünvanda 1 nəfər qeydiyyatda olub və həmin il üzrə bütün borclar tam ödəmişdir. 2016-cı ilin may ayına qədər verilmiş qəbzlərdə 1 nəfər yazılırdı və vaxtında ödəniş edilirdi, lakin həmin ilin may ayından sonra naməlum səbəbdən verilən qəbzlərdə 4 istifadəçi yazılırdı. Bu səbəbdən o, ödənişi dayandırmış və İddiaçı ASC-nin əməkdaşlarına xəbərdarlıq etmişdir ki, səhvlərini düzəltsinlər, amma onlar kompüterdəki bazada düzəliş etməyin mümkün olmadığını bəhanə gətirərək heç nə etmədilər. Yaranmış vəziyyət 2019cu ilin may ayına qədər davam etdi. Növbəti dəfə o, İddiaçı ASC-nin Nərimanov idarəsinin abonent şöbəsindən tələb etmmişdir ki, abonentlə hesablaşmanı real istifadə üzrə aparsınlar. Onlar ona təklif etmişlər ki, həmin müddət üzrə 1 nəfər üçün ödəniş etsin və o, 123 manat ödədikdən sonra, bu günə qədər istifadəçinin sayı 1 göstərilməklə qəbzlər təqdim edilmiş və vaxtında ödənişlər olmuşdur. Eyni zamanda 2016-cı ilin may ayından 2019-cu mayına qədər 3 nəfər adamın səhv olaraq qəbzlərdə artıq göstərilməsi ucbatından 300 manata yaxın süni borc məbləği yaratmışdır. O, vaxtlı-vaxtında 1 nəfər göstərilmiş qəbzlər üzrə ödəniş etmişdir. Buna baxmayaraq İddiaçı ASC tərəfindən verilmiş qəbzlərdə səhv hesablanmış məbləğ borc kimi bu günə kimi göstərilməkdə davam edir. Məhkəmə göstərilən halları nəzərə almadan qeydiyyat barədə iddiaçının heç bir sübutunun olmamasına baxmayaraq İddiaçı ASC-nin xeyrinə qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydaları

15. Bənd 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh tərəfindən qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi xahiş olunduğundan qətnamə bütünlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilməlidir.

23. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi borcun hesablandığı mənzildə qeydiyyatda olan şəxslərin sayını müəyyən etmədən, hesablanmış borcun düzgünlüyünü dəqiqləşdirmədən iddianın təmin olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X4 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

25. Cavabdehin məhkəməyə təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında ondan başqa heç kəs qeydiyyatda yoxdur.

26. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi arayışda 1 nəfər üçün hesablanmış borcun 70,25 manat olduğu müəyyən olunmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus mənzildə 1 nəfər qeydiyyatda olduğundan həmin mənzilə su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borc 1 nəfərə münasibətdə hesablanmalı və 70,25 manat müəyyən olunmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3229/2022 saylı iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 70,25 (yetmiş manat iyirmi beş qəpik) manat məbləğində borc tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar