Məhkəmə qərarları › İş №2(103)-2998/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2998/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2998/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı və mülkiyyətində olan avtomobilin ipoteka yüklülüyündən azad edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-453/2024 nömrəli, 18 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdeh ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş 2(004)-237/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdehlər X4, X2 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi cavabdeh İddiaçı münasibətdə təmin edilməmişdir (xx.xx.2012-ci il tarixli 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir).

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən LPO Cavabdeh ASC-yə ünvanlanmış ərizədən görünür ki, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilərək, bununla bağlı məlumatı AR DİN BDYPİ-yə verilməsini xahiş etmişdir.

3. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli LPO Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda kredit borcu bağlandıqdan sonra “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin girovdan azad edilə biləcəyi bildirilmişdir.

4. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı Qərarı ilə Cavabdeh ASC müfliis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir.

5. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədə bildirilmişdir ki, LPO "xxxx" ASC olaraq icraatda olan 2(006)-4548/2023 saylı mülki işə elektron müvafiq ərizə və vəsatətlə müraciət imkanı yalnız 25 dekabr tarixindən yaranmışdır. Bankla cavabdehler arasında kredit öhdəliyi və ipotekaya tutma yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi 2014-cü il tarixində yekunlaşsa da tərəf müvafiq əqdin mübahisələndirilməsini, qanunvericiliklə nəzərdə tutulmus müddəti ötürməklə, 9 ildən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddisinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddisinə əsasən həmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddisinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. O, məhkəmədən İddiaçı Mülki Məcəllənin 354-cü maddəsində göstərilmiş iddia müddətini ötürdüyünü nəzərə alaraq iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin siinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı saxta ipoteka müqaviləsinin ləğv edilməsi, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin, ipoteka yüklülüyündən azad edilməsi, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi məlumat verilməsinin təmin edilməsi və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli 04-905/3 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilməsi, bununla bağlı rəsmi məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İpotekaya xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin silinməsi barədə” iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4, X2 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi üzrə tələbinə Yasamal Rayon Məhkəməsində (hakim X5) baxılmışdır. Yasamal Rayon Məhkəməsində 2(004)-237/2014 nömrəli iş üzrə 05 noyabr 2014-cü il tarixdə qətnamə çıxarılarkən iddiaçının cavabdeh İddiaçı münasibətdə ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobilin DİN BDYPİ-İ tərəfindən tutularaq bankın saxlancına verilməsi və açıq hərracdan satılmasına dair tələbi üzrə məhkəmə araşdırması zamanı xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni imzanın cavabdeh İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi cavabdeh İddiaçı aid hissədə rədd edilərək iddia qismən təmin edilmişdir. İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilərək xx.xx.2012ci il tarixli 04-905/3 nömrəli saxta ipoteka müqaviləsinin ləğv edilərək ona məxsus «Ranqe Rover» markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip:Universal, 2006 buraxılış ili, ban: SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilib bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirdliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunda xx.xx.2023-cü il tarixli ərizəyə baxılaraq Əmanətlərin Sığorta Fondunun xx.xx.2023-cü il tarixli **********784 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməsindən imtina edilərək kredit borcu bağlandıqdan sonra qeyd olunan avtomobilimin girovdan azad edilməsinin mümkün olması bildirilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-453/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin təmin edilməsi, xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı məxsus olan “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilməsi və bununla bağlı məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə verilməsi öhdəliyinin cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 150 (bir yüz əlli) manat dövlət rüsumunu alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.5, 354.2, 367.1, 372.2, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh LPO Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, kredit müqaviləsinə 2014-cü il tarixli qətnamə ilə xitam verilsə də iddiaçı sözügedən iddia predmeti ilə vaxtında məhkəməyə müraciət etməmiş və nəticə etibarilə, 9 ildən sonra məhkəməyə ərizə vermişdir. Eyni zamanda, qanunvericiliyin vətəndaşlarıöz hüquqlarından bəlli müddət ərzində istifadə etməsi üçün onlara subyektiv imkan yaradır, həmçinin paralel olaraq hər kəsə intizamlı olmağa dəvət edir. Yəni, bankla cavabdehler arasında kredit öhdəliyi və ipotekaya tutma yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi 2014-cü il tarixində yekunlaşsa da tərəf müvafiq əqdin mübahisələndirilməsini, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə, 9 ildən sonra məhkəməyə müraciət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

23. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

27. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda qətnamə cavabdeh LPO Cavabdeh ASC tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-453/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4, X2 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi üzrə tələbinə Yasamal Rayon Məhkəməsində baxılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2014 nömrəli mülki işi üzrə 05 noyabr 2014-cü il tarixdə qətnamə çıxarılarkən iddiaçının cavabdeh İddiaçı münasibətdə ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobilin DİN BDYPİ-İ tərəfindən tutularaq bankın saxlancına verilməsi və açıq hərracdan satılmasına dair tələbi üzrə məhkəmə araşdırması zamanı xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni imzanın cavabdeh İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi cavabdeh İddiaçı aid hissədə rədd edilərək iddia qismən təmin edilmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

39. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddia müddətinin ötürülməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

40. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyriəmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.

41. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

42. Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.

43. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2014 nömrəli mülki işi üzrə 05 noyabr 2014- cü il tarixdə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığorta Fondu tərəfindən əsassız olaraq ipoteka predmeti girovdan azad edilməmiş və bununla da İddiaçı mülkiyyət hüququları pozulmuşdur.

44. Beləliklə məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi əsas götürülməklə, artıq qanuni qüvvəsini almış məhkəmə aktına əsasən, mübahisə predmeti olan müqavilədə iddiaçının imzasının saxtalaşdırıldığı müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsini etibarsız hesab etmiş, İddiaçı məxsus olan “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobil ipoteka yüklülüyündən azad edilməsi və bununla bağlı məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə verilməsi öhdəliyinin cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, həmçinin xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

45. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir..

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-453/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar