Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2999/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X31 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X7 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı X4 və onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ilin dekabrında X40 oglu ilə faktiki ailə qurmuş, 10.01.2012-ci ildə isə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan da həyat yoldaşına məxsus Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-də fasiləsiz yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 5 övladı- 26.07.2010-cu il təvəllüdlü X20, 12.10.2011-ci il təvəllüdlü X32, 18.12.2012-ci il təvəllüdlü X23, 12.05.2016cı il təvəllüdlü X29 və 16.03.2018-ci il təvəllüdlü X15 dünyaya gəlmişlər. Həmin evi həyat yoldaşı özü tikmişdir və hazırda da həmin ev Hacı Zeynalabdin qəsəbəsi bələdiyyəsində onun adındadır. Evləndikdən sonra həmin evdə tikinti işləri apararaq təmir etmişlər. Həyat yoldaşı xəstə olduğu üçün oranın havası düşürdü. 06.04.2020-ci il tarixdə X33 həmin evdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir.Təcili yardıma məlumat da həmin ünvandan verilmiş və onlar həmin ünvana gəlmişlər. Təcili yardım briqadası gələn zaman xəstə artıq dünyasını dəyişmişdir. Həmin vaxt təcili yardım polisə məlumat vermişdir. Hadisə yerinə polislər gəlmişdir. Birinci arvadından olan Cavabdeh7 Əbdül qızı həyat yoldaşı Səfərov Güləli ilə gəlmiş və myiti morqa aparmağa qoymamışlar. bildirmişdilər ki, “atamız ürək xəstəsi idi.” Həmin gecə Bakı şəhərinə gətirmiş, məsciddə yuduzdurmuş, gecə qızı Cavabdeh2 Əbdül qızının evində qalmış və səhəri “Qurd qapısı” qəbirstanlığında dəfn olunmuşdur. Bundan sonra Cavabdeh1 ona hədə-qorxu gələrək evə getməməsini bildirmiş, lakin o, qardaşını da götürüb evinə qayıtmışdır. Cavabdehlər isə Aysel adlı vəkillə onun evinə soxulmuş, Cavabdeh7 Əbdül qızı polisə zəng vuraraq evinə çağırmışdır ki, guya evdən oğurluq edir. Bildirmişdir ki, “ev mənimdir, öz evimdən oğurluq etmək necə olur.” Aydınlaşdırmaq üçün onları polisə aparmış, qardaşını orada qanunsuz həbs etmiş və kameraya salmışlar. Polisin həyətində Cavabdeh7 Əbdül qızı ondan 200 manat istəmişdir ki, polis həbs edib buraxdırsın. Polisin həyətində vəkil Aysel cavabdehlərlə üstünə hücum çəkərək cibindəki 1000 manata yaxın pulları zorla götürmüş və öz aralarında bölmüşlər. Sonra vəkil Aysel polisdə işləyən Pərviz adlı təhqiqatçı ilə əlbir olaraq onun üzərində axtarış etmiş, evin açarını zorla alıb Cavabdeh1 Əbdül qızına vermişdirlər. Bütün cavabdehlər orada olmuşdur. Ona dedilər ki, “yoxlama olacaq. Atamızı öldürüblər.” Evində ev əşyaları, özünə bəxşiş verilmiş 30000 manatdan artıq qızıl-zinət əşyaları, 20000 manatdan artıq pulu qalmışdır. Uşaqlarının, özünün geyim əşyaları hazırda həmin evdədir. Hazırda evindən və əşyalrından xəbəri yoxdur, cavabdehlər aldığı məlumata görə evini, əşyalarını yağmalayıblar. Onu 5 azyaşlı uşağı ilə evinə buraxmırlar. Bələdiyyəyə müraciət etmiş, bildirilmişdir ki, “onlar gedib orada da səs-küy salıb, hədəqorxu gəliblər.” Bələdiyyədən onu da bildirdilər ki, “ev həyat yoldaşınızın adınadır və Sizin evin 154 manat bələdiyyəyə borcu qalmışdır.” Onu da ödəmişdir. X14 36 saylı 25.02.2021ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir. Hazırda evindən məhrum olmuşdur. Dəfələrlə polisə də müraciət etsə də, qiymətli əşyalrının oğurlanması ilə əlaqədar heç bir tədbir görməyiblər. Bilmir azyaşlı uşaqları ilə harada yaşasın. Gah orda, gah burda ortalıqda qalmışdır. Hazırda həmin mənzildə o məhrum həyat yoldaşı ilə bərabər hüquq və vəzifələrə malik olmuş və onun 5 azyaşlı övladlarının anası və ailə üzvüdür. Lakin həmin evində zorla hüquqları pozularaq küçəyə atıldığından mənzil hüququndan məhrum olmuşdur. Cavabdehlərin qeyd olunan hərəkətləri ona və ailəsinə mənəvi iztirablar gətirir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı X10 və onun nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 734179 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X40 oglu ilə X10 arasında nikah 10.01.2012-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 816008 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 oglu 06.04.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri, X30 qəsəbəsi Bələdiyyəsi tərəfindən vəkil Nümayəndə3 ünvanlanmış 25.02.2021-ci il tarixli 36 saylı arayışından görünür ki, ərizəçinin sorğusuna cavab olaraq ünvan 1 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi və üzərində tikilmiş 90 kv.m fərdi yaşayış evi mərhum X26 məxsus olduğu, həmin torpaq sahəsinin sənədsiz olduğu, hal-hazırda əmlak və torpaq vergisi üzrə 154 manat (2015- 2021-ci illər üzrə) borcun yarandığı bildirilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri, X30 qəsəbəsi Bələdiyyəsi tərəfindən X11 ünvanlanmış 21.01.2022-ci il tarixli 06 saylı arayışdan görünür ki, ərizəçinin sorğusuna cavab olaraq Sumqayt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi Hacıbəyov küçəsi 73 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsi və fərdi ev hal-hazırda mərhum X5 məxsus olduğu bildirilmişdir. İş materiallarında olan 15.04.2021-ci il tarixli, 05/Q-1005/68 saylı arayışdan görünür ki, X9 24.12.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər VVAQ bürosu tərəfindən 13.05.1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22.04.1932ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ana qrafasında Səfərova (İbrahimova) Həmiyəxanım Abdul qızı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər VVAQ bürosu tərəfindən 16.10.1951-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 03.05.1964cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X12 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 21.01.2022-ci il tarixli, **********67 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, X30 qəsəbəsi, Hacıbəyov küçəsi 73 saylı evin və torpaq sahəsinin ilkin, mülkiyyətçisi dəyişdiyi təqdirdə digər mülkiyyətçiləri barədə məlumatın verilməsinə dair məhkəmənin məktubuna Ərazi İdarəsində baxılmış, bununla əlaqədar bildirilmişdir ki, Sumqayıt şəhəri, X30 qəsəbəsi, Hacıbəyov küçəsi 73 saylı evə dövlət notariat kontorunun 07.08.1978-ci il tarixli, 1D-127 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına Mənzil Kommunal Təsərrüfatı tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport verilmişdir. Bundan əlavə, məktubda qeyd edilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X11 ünvanlanmış 03.08.2021-ci il tarixli, **********00 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, X30 qəsəbəsi, Hacıbəyov küşəsi, 73 ünvanda yerləşən torpaq sahəsinə dair hüququn mərhum İbrahimova (Səfərova) Həmyəxanım Abdul qızına məxsus olması barədə arayışın verilməsinə dair 14.07.2021-ci il tarixli ərizəsinə İdarədə baxılmış, bununla bağlı bildirilmişdir ki, notarius tərəfindən vərəsəlik işinin açılması barədə müvafiq məktub idarəyə daxil olduqdan sonra fərdi-yaşayış evi üzərində mərhum İbrahimova (Səfərova) Həmyəxanım Abdul qızının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X17 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11.06.2020-ci il tarixli qərarının surətindən görünür ki, 06.04.2020-ci il tarixdə Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinə ünvan 4 ünvanında yaşayan X24 ürək çatışmazlığından yaşadığı evdə ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.11 2011-ci il tarixli 680 NQ-İİ qərarı ilə «Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat»a əsasən hadisələr barədə rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı» kitabında (2 nömrəli kitab) qeydə alınmış, şəxsin öz əcəli, xəstəliyi ilə əlaqədar ölməsi və həmin səxsin ölməsində hər hansı bir şübhə yaranmadığı üçün araşdırma aparılmasına zərurət yaranmamışdır. 11.04.2020-ci il taixdə Cavabdeh7 Əbdül qızı Azərbaycan Respublikası DİN-nin “102" xidməti zəng mərkəzi sisteminə 5 gün əvvəl rəhmətə gedən atası X26 məxsus ünvan 5 ünvanından ögey anası X4 oğurluq etmək istəməsi barədə məlumat verərək təcili polisin yaxınlaşmasını xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində 09 05.1940 cı il təvəllüdlü X25 06.04.2020-ci il tarixdə yaşadığı ünvan 6 ünvanında ölməsində kənar təsirin olması faktı müəyyən olunmamışdır. Odur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X18 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, X4 ərizə ilə polisə müraciət edərək, yaşadığı evdə 20000 manatdan artıq pulunun, 30000 manatdan artıq qızıl-zinət əşyalarının oğurlanması barədə məlumatı vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalılıdir. Pikəxanımın əməlində AR-nın CM-nin 177-ci maddəsində nəzərdə tutulan oğurluq tərkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə cinayət şinin başlanması rədd edilmiş, tərəflərə mübahisənin həlli ilə bağlı mülki mühakimə iöraatı qaydasında məhkəməyə müraciət hüquqqları izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 21 oktyabr 2016-cı il tarixli Qərarında göstörilir ki, “Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı iş üzrə25 mart 1999-cu iİ tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).” “Doğan Türkiyəyə qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi həmin ərazidə adətin elə olduğunu, insanların əraziləri nəsildən nəsilə keçirdiyini, həmin ərazi üzərində insanların mülkiyyət təsis etdiklərini və dövlətin susmaqla buna izn verdiyini əsas tutaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. İddiaçı X10 iddia tələbini yeganə sübut qismində ünvan 1 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi və üzərində tikilmiş 90 kv.m fərdi yaşayış evinin mərhum X26 məxsus olması barədə Sumqayıt şəhəri X14 25.02.2021-ci il tarixli, 36 saylı arayışı ilə əsaslandırmışdır. Halbuki, Sumqayıt şəhəri X14 21.01.2022-ci il tarixli 06 saylı arayışı ilə Sumqayt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi Hacıbəyov küçəsi 73 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsi və fərdi evin hal-hazırda mərhum X5 məxsus olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, zazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş materialları ilə müəyyən edimişdir ki, iddiaçı X1 Əbdül Almas oğlu ilə 2008-ci ilin dekabrında faktiki, 10.01.2012- ci ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X2 olan problemlərlə bağlı təmiz hava xeyir etdiyindən və münasibətləri yaxşı olduğundan, üçüncü şəxs X8 nənəsi mərhum X3 icazəsi ilə ona məxsus olan Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, 73 ünvanında yerləşən evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış, yaşadığı dövrdə evin kommunal xərcləri onun tərəfindən ödənilmişdir. X40 oglu 06.04.2020-ci il tarixdə vəfat etmişdir və hazırda mübahisəli mənzilin açarları həmin evə qanuni mülkiyyət gözləntisi olan, mərhum X3 hüquq varisi X6r. Hazırda iddiaçı mübahisəli evin onun mərhum ərinə məxsus olduğunu, cavabdehlər tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak kimi özünə məxsus olduğunu iddia edərək oraya buraxılmadığını göstərmiş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzildə mərhum əri ilə, bir müddət yaşaması təsdiqini tapır, lakin mübahisənin həllinə digər hüquqi əsasdan yanaşılmalıdır. Müəyyən olunmuşdur ki, mübahisəli ev üçüncü şəxs X8 nənəsi mərhum X5 məxsusdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə. iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək və yalnız iddiaçının razılığı ilə mümkündür. Belə razılıq olmadan məhkəmə tərəfindən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi yolverilməzdir. Qeyd olunan əsas, yəni iddianın əsl olmayan cavabdehə qarşı verilməsi iddia tələbinin mahiyyətinə hüquqi qiymət verilmədən iddianın rədd olunması üçün birmənalı əsas olduğundan məhkəmə haqlı olaraq iddianın rədd olunması üçün iddiaçının istinad etdiyi digər məsələlər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstrilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddiası təmin edilə bilməz. Həmçinin, X4 Cavabdeh1 və qeyrilərinə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ da yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2999/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2999/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver