Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-3/2025 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, ##.##.2017-ci il tarixli ******* saylı çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi H.Sultanov küçəsi *** saylı evə və 0,0768 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçının mülkiyyətində olan sahələrin texniki pasportunda həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri adlanan cəvəlində III literi altında qapı qeydə alınmışdır. İddiaçının qonşusu və eyni zamanda qohumu olan Cavabdeh bu qapını arxadan bağlamış, həmin yerdən iddiaçının mülkiyyətində olan 80 m2 sahəni özbaşına zəbt etmiş, hündür daş hasar və digər tikililər tikərək iddiaçının mülkiyyətində olan torpaq sahəsini öz torpaq sahəsinə qatmışdır. Cavabdeh iddiaçının inşa edilən tikililərin sökülməsinə, zəbt olunmuş tələblərinə məhəl qoymur və zəbt etdiyi torpaq sahəsini boşaltmır. Ona görə də ünvan 2 ünvanında iddiaçı İddiaçı mülkiyyətində olan zəbt edilmiş 80 m2 sahəsində cavabdeh tərəfindən tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında Cavabdeh zəbt edərək 80 m2 torpaq sahəsində inşa etdiyi hasar və tikililərin Cavabdeh hesabına sökülməklə həmin sahənin boşaldılmasının Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) iddiadan imtina barədə ərizələri təqdim edərək göstərmişdir ki, hazırkı mülki iş üzrə tərəflər arasında olan mübahisə məhkəmədənkənar qaydada həll olunmuş, aralarında barışıq əldə olunmuşdur. Bu səbəbdən də, hazırki iddiaya baxılmasında hüquqi maraq qalmamışdır. İddiaçı iddiasından imtina edir, iddiadan imtinanın nəticələri ona aydındır, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim edilən ərizədə əks olunmuş, ərizə iddiaçı və nümayəndəsi (vəkili) tərəfindən imzalanmışdır (həm birlikdə, həm də ayrılıqda). İddiaçının vəkili iddiadan imtinanın hüquqi nəticələrinin aydın olmasını, bunu iddiaçıya şəxsən izah etməsini bildirmişdir. İddiadan imtina qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Bu səbəbdən də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işin icraatına iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onun özünə aid edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3/2025
07.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver