Məhkəmə qərarları › İş №2(103)-300/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-300/2025

11.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-300/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 Şəmsəddin oğlunun, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Nümayəndə1 və X5 iştirakları ilə, İddiaçı cavabdeh “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-yə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X20 Sosial Sığorta və Fərdi Uçat üzrə Mərkəzi Filialı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla) “cavabdeh tərəfindən 113.680 manat pul vəsaitinin onun Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25.200 manat, əmək haqqından 4.000 manat, cəmi 29.200 manat pulun ona ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-27/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X17 xx.xx.2008-ci il tarixində "Azərkörpü" (indiki “X2” Evrascon ASC) ASC-də idarə heyyətinin sədr müavini vəzifəsində işə qəbul olunmuş, xx.xx.2019-cu ildə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur.

2. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 2013-cü ilin iyun ayından 2014-cü ilin sentyabr ayına kimi iddiaçının hesabına köçürülən əmək haqqı aylıq 996 manat, 2014-cü ilin oktyabr ayından 2017-ci ilin avqust ayına kimi 1357,05 manat, 2017-ci ilin sentybr ayından həmin ilin noyabr ayına kimi 1378,75 manat, 2017-ci ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək 5000,05 manat təşkil etmişdir. Həmçinin qeyd olunan çıxarışdan görünür ki, iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə son haqqhesab olaraq 23.267,3 manat məbləğində pul köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X20 Sosial Sığorta və Fərdi Uçat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən 113.680 manat pul vəsaitinin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25.200 manat, əmək haqqından 4.000 manat, cəmi 29.200 manat pulun ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X17 xx.xx.2008-ci il tarixində "Azərkörpü" (indiki “X2” Evrascon ASC) ASC-də idarə heyyətinin sədr müavini vəzifəsində işə qəbul olunmuş və xx.xx.2019-cu ildə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. xx.xx.2012-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası alır. "xxxx" ASC-də xx.xx.2012ci ildən xx.xx.2019-cu ilədək işlədiyi müddət ərzində əmək haqqını tam almamış və aldığı əmək haqqının isə sosial sığorta haqları cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna bu günədək köçürülməmişdir. Belə ki, qeyd etdiklərini aşağıda göstərildiyi kimi izah edir: 1. 2012-ci ilin iyul - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 30000 manat (iki cədvəl üzrə 996x6 ay=5976 manat, 4004 manat x 6 ay=24024 manat= cəmi 6 ay ərzində 30000 man) Bankla verilən əmək haqqı - 0 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 30000 man, hər ikisinin sosial sığortası - 7500 man (30000x0,25=7500). Sosial sığortada qeyd olunan əmək haqqı - 1200x6 ay=7200 man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 1800 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 1800 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 5700 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi ilə cəmi - 5700x9,4%(535,8)=6236 manat. 2. 2013-cü ilin yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 53028 manat (iki cədvəl üzrə 996x5 ay=4980 manat, 4004 manat x 12 ay=48048 manat) Bankla verilən əmək haqqı - 6972 manat (996x7ay=6972 man) Nağd və bankla verilən əmək haqqının cəmi - 60000 man. Hər ikisinin sosial sığortası - 15000 man (60000x0,25=15000). Sosial sığortada qeyd olunan əmək haqqı - 14400 (1200x12=14400) man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 3600 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 3390,23 man. Sosial sığortada qeyd olunan ödənilməli məbləğ ilə rəsmi ödənilmiş məbləğin fərqi - 209,77 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 11609,77 manat. (15000-3390,23=11609,77) Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 11609+6236=17845x6,7%=1195,6+11609=12804 manat. 3. 2014-cü il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 46604 manat (cədvəl üzrə 3883x12 ay=46604 manat). Bankla verilən əmək haqqı - 13396 manat (iki bank 996x8ay=7968 man, 1357,05x4 ay=5428,2). Nağd və bankla verilən əmək haqqının cəmi - 60000 man. Hər ikisinin sosial sığortası - 15000 man (60000x0,25=15000). Sosial sığortada qeyd olunan əmək haqqı - 21273,16 manat. Sosial sığortada qeyd olunan sığorta məbləği - 5318,29 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 5318,29 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi – 9682 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi- 9682+12804=22486,6x4,6%=1034,3+9682=10716 manat. 4. 2015-ci il yanvar – dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 40073 manat (cədvəl üzrə 3643x11 ay=40073 manat). Bankla verilən əmək haqqı - 14927 manat (1357x11ay=14927 man). Nağd və bankla verilən əmək haqqının cəmi - 55000 man. Hər ikisinin sosial sığortası - 13750 man (55000x0,25=13750). Sosial sığortada qeyd olunan əmək haqqı - 8920 (735x12=) man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 2230 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 2230 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 11520 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 11520+22439=33959x5%=1698+11520=13218 manat. 5. 2016-cı il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 43716 manat (cədvəl üzrə 3643x12 ay=43716 manat). Bankla verilən əmək haqqı - 22206 manat (1357x12ay=16284,6 man+məzuniyyət pulu 5921,95=22206,95). Nağd və bankla verilən əmək haqqının cəmi - 65922,95 man. Hər ikisinin sosial sığortası - 16480,05 man (65922,95 x0,25=16480,05). Sosial sığortada qeyd olunan əmək haqqı - 2820 (235x12 ay.). Sosial sığortada qeyd olunan sığorta məbləği - 705 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 705 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 15776 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 15776+33959=49735x7%=3481+15776=19257 manat. 6. 2017-ci il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 30000 manat (cədvəl üzrə 2500x12 ay). Bankla verilən əmək haqqı - 35901 manat (1357x6ay= 8142man+ 1378,75x3=4136,25 manat əmək haqqı + 5000x4 ay=20000 man əmək haqqı+məzuniyyət pulu 3621,61=35901). Nağd və bankla verilən əmək haqqının cəmi - 65901 man. Hər ikisinin sosial sığortası - 16475,25 man (65901 x0,25=16475,25). Sosial sığortada qeyd olunan əmək haqqı - 3876 (12 ay əmək haqqısı). Sosial sığortada qeyd olunan sığorta məbləği - 969 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 969man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 15506,25 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 15495+49735=65230x5,7%=3718+115495=19213 manat. 7. 2018-ci il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı -0 manat. Bankla verilən əmək haqqı - 73218,0 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 73218,0 man. Hər ikisinin sosial sığortası - 18304,47 man (73218,0 x0,25=18304,47). Sosial sığortada qeyd olunan əmək haqqı - 19204,65 (12 ay əmək haqqısı). Sosial sığortada qeyd olunan sığorta məbləği - 4801,16 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 4801,16 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 13503,31 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 13503+65230=78733x3%=2357+13503=15860 manat. 8. 2019-cu il yanvar - iyul ayları üzrə: Nağd verilən əmək haqqı -0 manat. Bankla verilən əmək haqqı - 48268,33 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 48268,33 man. Hər ikisinin sosial sığortası - 12067,08 man (48268,33 x0,25=12067,08). Sosial sığortada qeyd olunan əmək haqqı - 36925,45 (6 ay əmək haqqısı və son haqq-hesab). Sosial sığortada qeyd olunan sığorta məbləği - 9231,36 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 9231,36 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 2836 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi2836+78733=81569x16,6%=13540,5+2836=16376,4 manat. Nəticə: 2012-2019-cu il tarixlərində: Nağd verilən əmək haqqı - 240421 manat. Bankla verilən əmək haqqı - 214888,33 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 458310,28 man. Hər ikisinin sosial sığortası - 114576,85 man. Sosial sığortada qeyd olunan əmək haqqı - 114619,1 man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 28654,81 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 28654,81 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 86132,26 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 113680 manat. Bundan başqa, 2011, 2012 və 2013-cü illərdə əmək məzuniyyət pulum verilməmişdir. Belə ki, 2011-2012-ci illərin məzuniyyət pulu 3.460 manat, 2012-2013-cü illərin məzuniyyət pulu 5.680 manat, 2013- 2014-cü illərin məzuniyyət pulu isə 5.680 manat, cəmi 14820 manat təşkil edir. Bundan başqa, 2017-ci ilin əmək haqqından isə 4.000 manat verilməyib. Ona görə də əmək qanunvericiliyinin tələbinə əsasən ödənilməmiş əmək haqqı və məzuniyyət pulundan hər gecikən günə görə dəbbə pulu hesablanaraq ona ödənilməlidir. Göründüyü kimi, cavabdeh onun sığorta hesabı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna 113.680 manat vəsaiti köçürməmişdir. Bununla yanaşı, o 2011-2014-cü illərin məzuniyyət pulundan iddiaçıya 14.820 manat, 2017-ci ilin əmək haqqından isə 4.000 manat pulu bu günədək ödəməmişdir. Bunun da nəticəsində iddiaçıya hesablanmış pensiya məbləği kəskin şəkildə azalmışdır. Əgər cavabdeh təşkilat qeyd olunan məbləği vaxtında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna köçürsəydi, hazırda iddiaçı yüksək məbləğdə pensiya ala bilərdi. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh 113.680 manat pul vəsaitini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna, məzuniyyət pulundan 14.820 manat, əmək haqqından 4.000 manat pulu, cəmi 18.820 manat pul iddiaçıya ödənməlidir. Qeyd edir ki, iddia tələbində qeyd olununlara dair cavabdehə çoxsaylı şifahi və yazılı (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli) müracəitlər etmişdir. Lakin, bu günədək heç bir nəticəsi olmamışdır.

5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı əvvəlki ərizəsində yalnız 2011-2013-cü illərə dair məzuniyyət pulunu tələb etmişdi. Hazırda isə 2008-2010-cu illər və 2015-ci ilin məzuniyyət pulunu da cavabdehdən tələb edir. Belə ki, 2008-2010-cu illərin məzuniyyət pulu hər il üzrə 3.460 manat olmaqla 10.380 (3460 x 3 il= 10.380) manat, 2015-ci ilin məzuniyyət pulu 5680 manat olmaqla (2011-2012-ci illərin məzuniyyət pulu 3460 manat, 2012-2013-cü illərin məzuniyyət pulu 5680 manat, 2013-2014-cü illərin məzuniyyət pulu isə 5680 manat, cəmi 14820 manat təşkil edir), cəmi 14820+10380=25200 manat təşkil edir. Göstərilənləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Sosial sığorta” haqqında Qanunun tələblərini nəzərə alaraq xahiş edir ki, cavabdeh “X2” Evrascon ASC tərəfindən 113.680 manat pul vəsaitinin iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25.200 manat, əmək haqqından 4.000 manat, cəmi 29.200 manat pulun iddiçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Sadaladıqlarına əsasən iddia müddətininn tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 831/2023 nömrəli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək iş üzrə audit yoxlaması təyin edilmiş, auditorun təyin edilməsi “X27” MMC-yə həvalə edilmişdir.

8. “X27” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli audit rəyinə əsasən müəyyən edilmişdir ki, nəticədə İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək işlədiyi müddətdə əmək haqqı və məzuniyyət (kompensasiya, son haqq-hesab) üzrə hesablanmalı məbləğ üzrə yaranmış fərq cəmi 3211,99 manat, ələ alacaq məbləğ üzrə yaranmış fərq isə cəmi 2598,77 manat müəyyən edilir. Yaranmış fərq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli əmrlərə əsasən heasblanmış məzuniyyət və son haqq-hesab üzrədir. xx.xx.2018-ci il tarixli əmrə əsasən az ödənilmiş 575,93 manat məbləğində məzuniyyət haqqına görə Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən 1% həddində cərimə məbləği 231 gün üçün 1330,40 manat təşkil edir. Bu dövr ərzində İddiaçı çatan vəsaitin (əmək haqqı, məzuniyyət, kompensasiya, son haqq-hesab) ödənişi ayrı-ayrı aylar üzrə ümumilikdə 4808 gün gecikdirildiyindən, ƏMnin 172.5 maddəsinin tələbinə görə aylıq qazancın gecikdirilməsinə görə 1% həddində cərimə məbləği 142481,67 manat məbləğində təşkil edir. X6 xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək X2 "xxxx" ASC-də Cəmiyyətin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işlədiyi müddətdə qazancından DSMF-na əlavə ödənilməli olan mdss haqqı 38240,05 manat məbləğində təşkil etdiyi müəyyən edlir. Dövlət Statistika Komitəsinin işin içində olan rəsmi arayışına əsasən İnfilyasiya nəzərə alınmaqla DSMF-na ödənilməmiş sosial sığorta məbləği (orta aylıq nominal əmək haqqı tempi nəzərə alınmaqla) qeyd edilən dövr ərzində 44587,90 manat məbləğində (38240,05 manat + 1347,85 manat) təşkil etdiyi müəyyən edilir. Bununla yanaşı, rəydə qeyd edilmişdir ki, İddiaçı ödənilməli olan məbləğ 146410,84 manat, DSMFyə ödənilməli məbləğ 44587,90 manat, cəmi 190998,73 manat təşkil edir. Mühasibatlıq ekspertizasının aparılması üçün auditorun xidmət haqqı məbləği 6000 manatdır.

9. İddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 2020-ci ilin aprel ayında ona 5.000 manat pul verilmişdir. Qeyd olunan pulu V.Hacıyev iş otağında məxaric orderinə qol çəkdirərək vermişdir. 2020-ci ilin iyun ayında yaxın qohumları “Covid-19” xəstəliyindən həyat yoldaşının qardaşı qızı X4, sentyabr ayında qardaşı arvadı X15, dekabr ayında qızının kürəkəni X7 vəfat etdilər. Noyabr ayında isə 44 günlük Vətən Müharibəsində arvadının qardaşı nəvəsi X3 şəhid oldu. İddiaçı isə 2020-ci ilin noyabr ayında “Covid-19” xəstəliyinə tutulmuş və uzun müalicələrdən sonra sağalmışdır. Bir müddət xəslətiklə əlaqədar ev şəraitində özünün və yaxım qohumları atası, oğlu və həyat yoldaşının müalicələri ilə məşğul olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında şirkətin iddiaçıya olan 9.000 AZN əmək haqqı və 2011-2013-cü illər üzrə əmək məzuniyyətindən qalan borc pulu (təxminən 14.820 manat) barədə şirkətin sədr müavini V.Hacıyevə yenə zəng etmişdir. V.Hacıyev bu məsələnin yaxın günlərdə həll olunacağı barədə iddiçıya məlumat vermişdir. 2021-ci ilin iyun ayında V.Hacıyev iş otağında oğlu Kamala məxaric orderinə imza atdıraraq 5.000 AZN pul vermişdir. Sonra iddiaçıya zəng vuraraq bildirmişdir ki, şirkətin sahibi Ə.İsmiyev daha ona əmək haqqından qalan 4.000 AZN və 2011-2012-ci illər üzrə əmək məzuniyyət pulunu (1.480 AZN) və Sosial Müdafiə Fondunda sənin fərdi hesabına köçürülməli olan vəsaiti verməyəcək. Bunu bildikdən sonra iddiaçı 2021-ci ilin avqust ayında şirkətin sədri Ə.İsmiyevə məktub yazmiş, irad və tələbini bildirmişdir. Bu günə kimi mənə cavab verilməmişdir. 2021-ci ilin oktyabr ayında qardaşı X1-19 xəstəliyindən vəfat etmişdir. 2022-ci ilin mart və aprel aylarında yenidən şirkətin idarə heyətinin sədri Həmzat Əfəndiyevə ərizə ilə müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir. Ərizədə şirkətin iddiaçıya olan əmək haqqı borcu, əmək məzuniyyət pulu, Sosial Müdafiə Fondunda olan fərdi hesabıma köçürülməli olan sığorta kapitalı barədə tələbini bildirmişdir. 2022-ci ilin sentyabr ayında atası X12 vəfat etmişdir. "xxxx" ASC-nə 2022-ci ildə ərzində etdiyi müracitlərə cavab vermədiyini və əmək haqqından iddiçıya olan 5.000 manat sonuncu ödənişin olmasını nəzərə alaraq 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Lakin "xxxx" ASC məhkəməyə tələb olunan sənədləri təqdim etməmiş, nəticədə məhkəmənin qərardadı ilə 2023-cü ilin oktyabr ayında tələb etdiyim məsələlərlə əlaqədar Audit yoxlaması təyin olunmuşdur. "xxxx" ASC-in rəhbərliyi 2008-2014-cü illər üzrə heç bir sənəd Auditə təqdim etməmişdir. Lakin 2008-2019-cu illər üzrə iddiçının məzuniyyətə çıxmağı və pul kompensasiyası almağı barədə saxta əmrlər təqdim edilmişdir. Əmrlərə aid ərizəsi təqdim olunmayıb (2014-cü ilin yanvar ayında sənədlərdə iddiçıya 4263 manat kompensasiya verildiyi göstərilmişdir, lakin bank kartının hesabına ödənilməmişdir). Şirkət tərəfindən Auiditə tələb etdiyi sənədlər vaxtında təqdim edilmədiyindən Audit yoxlamasının rəyi xx.xx.2024-cü il tarixə qədər uzanmışdır. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər. 2015-2019-cu illərdə aldığı əmək haqqının (faktiki olaraq 5.000 manat almış) bank kartına köçürülməsi ilə Sosial Sığorta Fonduna və Dövlət Vergi Xidməti orqanına göstərilən əmək haqqları arasında ciddi fərqlər vardır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.4, 175.5, 195.d, 196.1, 197.1, 197.2, 288.h, 294.5, xüsusilə 296.6 hissəsini və qeydi və xx.xx.2024, xx.xx.2024 tarixli Auditor rəylərini və yuxarıda qeyd olan halları nəzərə alaraq iddia müddətinin ötürülməsini üzrlü sayaraq iddia ərizəsinin təmin olunması barədə qərardad çıxarılmasını xahiş edir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 27/2024 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilməmiş, iş üzrə məhkəmə məsrəfi olan 6.000 manat ekspertiza xərcinin İddiaçı tutularaq “X27” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu ilədək "Azərkörpü" (indiki “X2” Evrascon ASC) ASC-də işləmişdir, bununla yanaşı xx.xx.2012-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası almaqdadır. 2019-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. Hazırda iddianın predmetini ödənilməmiş məzuniyyət pulunun cavabdehdən alınması, həmçinin ödənilməmiş məzuniyyət pulundan, eləcə də, əmək haqqından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməsi tələbləri təşkil edir.

12. İddianın birinci predmetinin faktiki əsası kimi iddiaçı 2012-2019-cu illər arasında onun əmək haqqının 5.000 manat olmasını, sosial sığorta haqqının həmin məbləğdən hesablanmalı olmasını, 2017-ci ilin əmək haqqından isə 4.000 AZN ödənilmədiyini göstərmişdir. Lakin, təqdim olunmuş və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi həmin dövr ərzində 2014-cü ilin sentyabr ayına kimi iddiaçının hesabına köçürülən əmək haqqı aylıq 996 manat, 2014-cü ilin oktyabr ayından 2017-ci ilin avqust ayına kimi 1.357,05 manat, 2017-ci ilin sentyabr ayından həmin ilin noyabr ayına kimi 1.378,75 manat, 2017-ci ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək 5.000,05 manat əmək haqqı almışdır. İş materialları ilə iddiaçının qeyd etdiyi dövrdə iddia ərizəsində göstərdiyi əmək haqqını (5.000) manat alması müəyyən edilmir. Hazırda isə iddiaçı mötəbərliyini sübut edə bilmədiyi əsasla cavabdehdən əlavə sosial sığorta haqqının tutulub müvafiq quruma ödənilməsini tələb edir ki, bu da qəbul oluna bilməz.

13. Belə ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Odur ki, hazırki iddia tələbi ilə bağlı müəyyən olunmalı hal iddiaçının əmək haqqının məbləğidir. İş materiallarından göründüyü kimi iddiaçının daha yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı kimi pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmamışdir və iddiaçının bununla bağlı dəlilləri əsassızdır.

14. Məhkəmə həm yuxarda qeyd olunan iddia tələblərinin öz təsqdiqini tapmaması, həm də iddiaçının əmək qanunvericiliyinin tələbinə əsasən ödənilməmiş məzuniyyət pulundan 25.200 manat pulun ona ödənilməsi barədə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə ərizə təqdim edildiyindən iddia rədd edilməlidir.

15. Beləliklə məhkəmə qeyd olunan halları və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu əsasla da rədd edilməlidir.

16. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsinə dair heç bir əsas gətirə bilməmişdir. Məhkəməyə verdiyi vəsatətində qohumlarının 2020-ci ildə vəfat etməsini və Covid xəstəliyi ilə əlaqədar iddia müddətini ötürdüyünü bildirsə də, məhkəmə həmin halı üzürlü hesab etmir. Belə ki, iddiaçı xx.xx.2019-cu ildə işdən azad olunmuş və COVİD xəstəliyinə 2020-ci ilin noyabr ayında (1 il 5 ay sonra) tutulmuş, qohumlarının vəfat etməsi də 2020-ci ilin iyun ayından sonrakı taxirə təsadüf etmiş, həmçinin həmin hallar məhkəmə tərəfindən iddia müddətinin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməz. Bundan başqa da ötən dövr ərzində hüququnun pozulduğunu (iddiasına əsasən) bilməsindən xeyli müddət ərzində iddiaçı məhkəməyə müraciət etməmiş, bununla bağlı vəsatətində heç bir sübuta əsaslanmayan səbəblər göstərmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasi Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 43-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 110.1, 113.1, 135.2, 287, 292.1-ci maddələrinə, 195-ci maddəsinin d) bəndinə, 288-ci maddəsininin d) bəndinə, 296-cı maddəsininin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375.2-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.2, 14.3, 14.3.1, 14.3.2, 15ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 53, 77.1, 88, 153, 217.3, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, İddiaçı Özbək oğluna əlavə ödənilməli məbləğ 221995,32, DSMF-nə əlavə ödənilməli olan məbləğ: 44587.90 Yekun:266583.22 AZN. Qeyd olunan məbləğlər Auditorun 27 mart 2024-cü il və 02 avqust 2024-cü il tarixli rəylərində DSMF-nə ABB və "xxxx" ASC-i tədqim etdiyi sənədlər əsasında tərtib olunmuş cədvəllərdə (23 vərəq +6=29 vərəq) öz əksini tapmışdır. 2013-cü ilin yanvar-dekabr ayları üzrə hesabatlara nəzər salınsa görünür ki, hətta rəsmi bank və sosial sığorta məlumatlarından görünür ki, cavabdehin ona bankla ödədiyi əmək haqqı məbləği, ona hesablanmalı olan sosial sığorta məbləği və cavabdehin ödədiyi sosial sığorta məlumatları arasında kəskin fərqlər vardır. Məhkəmənin diqqət yetirmədiyi ziddiyyətli fərqlər 2015, 2016, 2017, 2018 və 2019-cu illər üzrə olan hesabatlarda da müəyyən olunur. Bundan başqa, məhkəmə cavabdehin ona nağd formada verdiyi əmək haqqı barədə olan iddianı da əsassız sayması ilə razı deyil. Çünki, hesabatlardan göründüyü kimi, cavabdeh əmək haqqını tamamilə bank vasitəsilə verməyə başladığı vaxtdan (2018-ci il) sonra hesablanmış əmək haqqı məbləği ilə (73218 manat) əvvəlki illərdə hesablanmış əmək haqqı məbləği arasında olan məbləğ (22000, 30000) manat arasında kəskin fərqin qəfil yaranması əmək haqqının əvvəllər çox hissəsinin ona nağd şəkildə verilməsi barədə onun iddia tələbinin əsaslı olmasını təsdiq edir. Bundan başqa, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə iddiaçının vəsatətinin məhkəmə tərəfindən nəzərə alınmaması ilə də razı deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəfin nümayəndəsi ilə birlikdə ekspertlə görüşmüşdür. “Əmək Pensiyası haqqında” Qanunun 29-cu maddəsinə əsasən sığortolunanın fərdi hesabına sığorta kapitalı köçürüləndə hər ilin sonunda inflyasiya ilə əlaqədar indeksasiya olunur. Ekspert bunu etməmiş və ona bildirmişdir ki, bu barədə onun qarşısında sual qoyulmayıb. Auditin rəyi mövcuddur, bu rəy nəticəsində otuz səkkiz min - qırx dörd min altı yüz səksən beş manat olmuşdur. Qırx dörd min altı yüz səksən beş manat indeksasiya olunmalıdır. Qarşı tərəf qeyd edir ki, 5.000 manat bütövlükdə maaş deyildir. Lakin verilən 5.000 manat mükafat və vəzifə maaşını ehtiva edir. Bu barədə İsmiyev Əfəndinin imzaladığı arayış mövcuddur. 06 may tarixində maaş və gecikdirilmə ilə əlaqədar vəsatət qaldırılmışdır. İlk ölüm hadisəsi 2020-ci ilin iyun ayında, növbəti ölüm hadisəsi isə 2020-ci ilin oktyabr ayında baş vermişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi qanunsuzdur. Ona görə ki, iş materiallarından göründüyü kimi eyni ekspert bundan öncəki ekspertizada da heç bir kənarlaşmanın olmadığını bildirir. Lakin bu dəfə keçirilən ekspertizada isə fərqlilik mövcuddur. Nəyə görə ekspert aradakı bu fərqliliyi izah etmir?! Ekspertin istinad etdiyi bank çıxarışlarında mövcud olan əmək haqqının 5.000 manat götürülməsi ekspert tərəfindən qəbul edilə bilməz. Çünki “X2” Evroascon ASC-nin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8 olsa da, “X2” Evroascon ASC heç bir fəaliyyətini həmin ünvanda həyata keçirmir. O, öz fəaliyyətini Qurban Xəlilov küçəsindən müəyyən məsafədə yerləşən ərazidə həyata keçirir. Halhazırda onlara qarşı iddia qaldırmış şəxs “X2” Evroascon ASC-nin fəaliyyətini həyata keçirən, müavin olmuş şəxsdir. Qarşı tərəf də təsdiq edə bilər ki, digər işçilər kimi iddiaçının özü də bu işlərin təşkil olunması və koordinasiyasında iştirak etmiş şəxs olmuşdur. Göstərilən 5.000 manat bütövlükdə əmək haqqı deyildir, çünki ezamiyyə xərcləri və ezamiyyə pulları vardır. Bununla bağlı Ali Məhkəmənin qərarında 5.000 manatın bütövlükdə əmək haqqı hesab olunmaması və bunun araşdırılması göstərilir. Birinci instansiya məhkəməsində iştirak zamanı iddia müddətinin ötürülməsinə səbəb olan hallar protokollarda öz əksini tapmışdır. Yenidən ekspertiza ilə müəyyən olunmalıdır ki, qarşı tərəfdə audit rəyi olmasına baxmayaraq nəyə görə heç bir kənarlaşmanın olmadığı qeyd olunmuşdur və daha sonra isə kənarlaşmanın olduğu qeyd edilmişdir. Bu məsələyə aydınlıq gətirilməlidir, hesab edir ki, bu məsələyə aydınlıq gətirilmədən mövcud ekspertiza rəyi natamamdır. Bu ekspertiza rəyinin əsas götürülməsi və qərarın qəbul edilməsi Mülki Prosessusal Məcəllənin pozuntusu olaraq qəbul edilməlidir. Qarşı tərəfin qeyd etdiyi ölüm halları 2020-ci ilin iyun ayından etibarən başlanmışdır və iddiaçının Evrascon ASC-dən öz xahişi ilə işdən azad olma tarixi xx.xx.2019-cu ildir, yəni ilk ölüm hadisəsi baş verdikdə tərəf çoxdan iddia müddətini ötürmüşdü. Qarşı tərəf öz iddia ərizəsində istinad edir ki, 2012-ci ildən 2019-cu ilə qədər işlədiyi zaman əmək haqqını tam almadığını qeyd edir, yəni şəxs öz hüquqlarının pozulduğunu 2012-ci ildən etibarən bilirdi. İddiaçı 296-cı maddənin qeyd hissəsinə istinad etmişdir. Qarşı tərəfin qaynının qızı ilə bağlı məsələyə gəldikdə isə 296-cı maddənin qeyd hissəsində göstərilən şəxslərin siyahısında nəzərdə tutulmur. İddiaçı iddia ərizəsi ilə müraciət etdiyi zaman müddətin ötürülməsi ilə bağlı mövqeyini göstərməmişdir. İddia ərizəsinə baxılan və suallara cavab verilən zaman sonrakı proseslərdə tərəf ölüm haqqında sənədləri təqdim etmiş və iddia müddətinin üzrlü ötürdüyünü qeyd etmiş, beləliklə, iddia müddəti ötürülmüşdür.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrindən Nümayəndə2 bildirdi ki, iddiaçının elektron informasiya sistemində mövcud olan şəxsi hesab vərəqəsində hər hansı bir kənarlaşma qeydə alınmamışdır.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 35. Vİ hissə. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 9. d bəndi. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 296.4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Maddə 307.1. 1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında»Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Maddə 307.4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.11. Dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu. Maddə 2. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

29. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.2.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia rədd edildiyindən, iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - pul vəsaitinin iddiaçının Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməsi və 6000 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq “X27” MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməmiş 37.392,18 manat məbləğində vəsait köçürülməli, audit rəyinin əldə olunmasına görə 500 manat ekspertiza xərci tərəflərdən bərabər qaydada tutularaq “X27” MMC-yə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi 113.680 manat pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməsi, ödənilməmiş məzuniyyət pulundan 25.200 manatın, əmək haqqından isə 4.000 manatın cavabdehdən alınması barədədir.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, 4.000 manat ödənilməmiş əmək haqqı və 25.200 manat ödənilməmiş məzuniyyət pulunun ödənilməsi barədə tələblər iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tədbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edildiyindən bu tələblər rədd edilməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

37. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən həmin dövr üçün əmək haqqı məbləğinin iddia ərizəsində qeyd olunduğu məbləğdə verildiyi iş materialları ilə təsdiq olunmur. İddiaçı özü bildirir ki, əmək haqqının bir hissəsi nağd şəkildə, bir hissəsi isə bank vasitəsilə ona ödənilirdi. Lakin nağd şəkildə ona ödənilən əmək haqqı məbləğləri ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.

38. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi 4.000 manat məbləğində əmək haqqı 2017-ci il üçün nəzərdə tutulan əmək haqqıdır, məzuniyyət pulu isə 2008-ci ildə başlayaraq 2015-ci ilədək olan dövrü əhatə edir. Beləliklə, iddiaçı 2017-ci ilin ödənilməmiş əmək haqqı üçün tələbini ən sonu 2018-ci ilin sonunadək, məzuniyyət pulu üçün isə ən sonu 2016-cı ilin sonunadək irəli sürə bilərdi. Belə ki, iddiaçı həmin vaxt artıq hüquqlarının pozulmasından məlumatlı idi. İddiaçının istinad etdiyi qohumlarının “COVİD-19” virusuna yoluxması və vəfat etməsi halları 2020-ci ilin iyun ayından başlamışdır, yəni əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdikdən sonra.

39. Məhkəmə iddiaçının digər tələbi - 113.680 manat vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi bank hesabından çıxarışa əsasən iddiaçının cavabdeh təşkilatda işlədiyi dövr ərzində 2013-cü ilin iyun ayından 2014-cü ilin sentyabr ayına kimi iddiaçının hesabına köçürülən əmək haqqı aylıq 996 manat, 2014-cü ilin oktyabr ayından 2017-ci ilin avqust ayına kimi 1357,05 manat, 2017-ci ilin sentybr ayından həmin ilin noyabr ayına kimi 1378,75 manat, 2017-ci ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək 5000,05 manat təşkil etmişdir.

40. Cavabdehin nümayəndəsi həmin məbləğlərin ezamiyyə xərclərini də əhatə etdiyini bildirsə də, bununla bağlı hər hansı sübutlar (iddiaçının ezamiyyətə göndərilməsi barədə əmr, işçiyə ezamiyyə xərclərinin ödənilməsi barədə maliyyə-mühasibatlıq sənədləri və s.) məhkəməyə təqdim edilməmişdir.

41. Apellyasiya araşdırması zamanı iş üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarının əmək haqqına uyğun köçürülüb-köçürülməməsinin müəyyən olunması məqsədilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4574/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8162 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan sənədlər və tərtib edilmiş cədvəl əsasında rəyin tədqiqat posesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC-də işlədiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cü il tarixinədək olan dövrdə hesablanmış əmək haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ayırmalarının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq köçürüldüyü müəyyən olunmuşdur.

42. Lakin təqdim olunmuş ekspert rəyində əks olunmuş cədvəldə göstərilən iddiaçının əmək haqqı məbləğləri ilə iddiaçı tərəfindən təqdim edilən bank hesabından çıxarışda göstərilən əmək haqqı məbləğləri arasında kəskin fərqlər olduğundan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-300/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2214 nömrəli ekspert rəyinə əsasən, İddiaçı «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC-də işlədiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cü il tarixinədək olan dövrdə hesablanmış əmək haqqı üzrə maliyyə-mühasibat sənədlərinə və Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən məcburi dövlət sığorta haqları ayırmalarının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq köçürüldüyü, lakin bank çıxarışı və arayış məlumatlarına əsasən isə əmək haqqının hesablamalarında fərqin 2015-ci ildən başlayaraq yarandığı və Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ayırmaları üzrə əlavə hesablanaraq köçürülməli məbləğin 37.392,18 manat təşkil etdiyi müəyyən olunmuşdur.

43. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə təqdim olunmuş ekspert rəylərini müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin üzərinə Dövlət Sosial Müdafiə Fondunda İddiaçı fərdi şəxsi hesabına köçürülməmiş 37.392,18 manat məbləğində vəsaitin köçürülməsi öhdəliyi qoyulmalıdır.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bu tələbinə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilə bilməz.

45. Belə ki, qeyd olunan müddət bilavasitə işçilərlə işəgötürənlər arasında yaranmış əmək münasibətlərindən irəli gələn pul və digər əmlak tələbləri ilə əlaqədar tətbiq edilir. İddiaçının tələb etdiyi məbləğ isə sözügedən münasibətlərin tərəfi olmayan dövlət orqanına cavabdeh tərəfindən məcburi ödənilməli olan məbləğdir. Həmin məbləğ iddiaçının sərəncamına daxil olmur, dövlətin mülkiyyətində olan maliyyə fonduna, başqa sözlə dövlətin mülkiyyətinə daxil olur və sosial məqsədlər üçün istifadə olunur.

46. Kollegiya qeyd edir ki, iddiaçının hazırki tələbinə iddia müddəti tətbiq edildiyi təqdirdə mülki qanunvericilikdə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti tədbiq edilə bilər ki, həmin müddət də iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, ekspert rəyinə əsasən əmək haqqının hesablamalarında fərq 2015-ci ildən başlamış, iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir.

47. Bundan başqa, kollegiya iş üzrə audit rəyinin əldə olunmasına görə ekspertiza xərcinin 500 manat müəyyən edilməklə, 250 manatının iddiaçıdan, 250 manatının isə cavabdehdən tutulmasını ağlabatan hesab edir. Belə ki, auditor audit xərcləri ilə bağlı məhkəməyə və tərəflərə əvvəlcədən məlumat verməmiş, rəy verildikdən sonra yüksək məbləğdə xidmət haqqı tələb etmişdir. Həmin məbləğin ödənilməsi vəzifəsinin əvvəlcədən buna razılıq verməyən tərəflərin üzərinə qoyulması onlar üçün maliyyə yükünə səbəb olur.

48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-27/2024 nömrəli qətnaməsi qismən – pul vəsaitinin iddiaçının Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməsi və 6.000 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq “X27” MMC-yə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-nin üzərinə İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına köçürülməmiş 37.392,18 manat məbləğində vəsaitin köçürülməsi öhdəliyi qoyulsun. Audit rəyinin əldə olunmasına görə 500 manatın 250 manatı İddiaçı, 250 manatı isə cavabdeh “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-dən tutularaq “X27” MMC-nin hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 100 manatı İddiaçı, 100 manatı isə cavabdeh “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar