Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3004/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X7rşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X7rşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-48/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə görə İddiaçı xx.xx.2013-cü il tarixindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda 2 nömrəli xidmət sahəsinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir.
2. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə 9 saylı Əlavəyə əsasən işçiyə hər ay 403 manat məbləğində əmək haqqı ödənilir. Əlavə edilən 9.5.1. bəndinə əsasən müəyyən edilmişdir ki, işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər.
3. Azərbaycan Respublikası Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı müddətsiz ikinci dərəcəli əlildir, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədardır. M/V seriyalı, 042545 saylı vəsiqəyə əsasən İddiaçı Yəhya oğlu müharibə veteranıdır.
4. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya yaşına çatması ilə əlaqədar, onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi, həmin müqavilənin 9.5.1. bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “araşdırma zamanı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktub və sənədlərdən Sizin xx.xx.2013-cü il tarixindən müəssisədə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində çalışdığınız, həmçinin Sizinlə müəssisənin rəhbərliyi arasında bağlanmış müddətsiz əmək müqavilənizə SOCAR**********00070020B00020 saylı, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bütün iş illəri üzrə əmək məzuniyyəti hüququnuzdan istifadə etdiyiniz və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər hansı üzürlü səbəb olmadan iş yerinə getmədiyiniz müəyyən edilmişdir. Belə ki, üzürlü səbəb göstərilmədən işə getmədiyiniz günlər üçün əməkhaqqı hesablanmır və ödənilmir. Məlum edirik ki, Sizin müddətsiz əmək müqavilənizə, əmək müqavilənizin 9-cu paraqrafının 9.5-ci bəndinin (işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda müqaviləyə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər) tələbləri pozularaq xitam verildiyindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilərək vəzifənizə bərpa olunmağınızla bağlı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun vəzifəli şəxsinə müvafiq məktub ünvanlanmışdır. Müracətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.”
6. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 23 saylı Birləşmiş şəhər xəstəxanasına ünvanladığı “İşçinin əmək qabiliyyətinin tam itirilməsinin müəyyən edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət barədə məlumatın verilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktuba əsasən SOCAR-ın tabeliyindəki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun işçisi İddiaçı zavodun 2 nömrəli xidmət sahəsində 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində işləyir. İddiaçı son aylarda TƏBİB-in müxtəlif müəssisələrindən əmək qabiliyyətinin olmamasına dair vərəqələr təqdim etmiş, lakin məktubun yazıldığı tarix üçün də adına vərəqənin açılıb-açılmamsı barədə işəgötürəndə məlumat mövcud deyildir. Buna görə də, İddiaçı adına (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 0*******, doğulduğu yer və tarix: xx.xx.1957, Neftçala rayonu, FİN:xxxxxxx) 23 saylı Birləşmiş şəhər xəstəxanasında son bir il müddətində açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması, həmçinin əmək qabiliyyətinin tam itirilməsinin müəyyən edilməsi üçün müəssisə tərəfindən Azərbaycan Respublikasının Əmək və Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq sənədin göndərilib-göndərilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir.
7. 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı 2017-ci ildən 23 saylı BŞX-da tibbi qeydiyyatdadır, İİ-qrup əlildir, əlillik hərbi xidmət zamanı baş nahiyyəsindən aldığı travma ilə əlaqədardır, 23 saylı BŞX-da dispanser qeydiyyatdadır. Xəstəyə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək No 0325820-li xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2021-ci ildən vətəndaşa heç bir xəstəlik vərəqəsi açılmamışdır. Xəstə yalnız xx.xx.2022-ci ildə şəkərli diabetlə əlaqədar ödənişsiz dərman üçün müraciət etmişdir.
8. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədrinə ünvanladığı “İşçinin reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə məlumatın verilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktuba əsasən SOCAR-ın tabeliyindəki Bakı Dərin Özüllər Zavodunun işçisi İddiaçı Zavodun 2 nömrəli xidmət sahəsində 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində işləyir. İddiaçı İ Qarabağ müharibəsində iştirakı zamanı aldığı zədə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. İşçi son bir neçə ayda əmək qabiliyyətinin olmaması haqqında vərəqələr təqdim etmişdir. İddiaçı barəsində əmək qanunvericiliyin normalarının düzgün tətbiq edilməsi məqsədilə onun Agentliyin reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində halhazırda müalicə keçib-keçməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, barəsində sorğu edilən şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün deyildir.
10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2022-ci il tarixli “İşçinin əmək qabiliyyətinin olmamasına dair məlumatın təqdim edilməsi barədə” məktuba əsasən son bir ildə İddiaçı adına TƏBİB-in tabeliyində olan müəssisələrdə açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları, vərəqənin açıldığı tibb müəssisələri və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmişdir.
11. “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əmək qabiliyyətinin olmaması vərəqələrinin elektron qeydiyyatı aparılmadığından araşdırmanın aparılması mümkün olmamışdır.
12. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “İşçinin əmək qabiliyyətinin olmamasına dair vərəqənin açılmasına dair məlumatın təqdim edilməsi barədə” məktubua əsasən son bir ildə İddiaçı adına tibbi sığorta üzrə müraciət etdiyi müəssisələrdə açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları, vərəqənin açıldığı tibb müəssisələri və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmişdir.
13. "xxxx" ASC-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar sığorta sirri hesab edilir. Bu səbəbdən sığorta olunan İddiaçı haqda tələb olunan məlumatları təqdim edə bilməyəcəklərini bildirmişlər.
14. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzra Müvəkkilinə (Ombudsmana) müraciət edərək, Heydər Əliyev adına Bakı Dərin Ozüllər Zavodunda fəhlə işlədiyini, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət pulunu tələb etdiyinə görə 2021-ci ilin aprel ayından işindən kənarlaşdırıldığını, hazırda müəssisəyə çağırılaraq ona işdən azad olunmasına dair ərizə yazmasının tələb edildiyini bildirmiş, məsələnin araşdırılmasını və əmək hüquqlarının qorunmasında müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şikayətdə əks etdirilmiş halların yoxlanılması, ərizəçinin qeyd etdiyi hüquqlarının pozulması müəyyən edildiyi halda müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir.
15. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, “müraciətdə qeyd olunan "əmrin surəti" və "əmək haqqı barədə" sənəd dedikdə məhz hansı faktiki halla bağlı olan əmrin, əmək haqqı barədə hansı sənədin istənildiyi naməlum qalmaqdadır. Ona görə də qeyd edilən hissə ilə bağlı müraciətiniz qeyrimüəyyən olduğundan dəqiqləşdirilməsinə ehtiyac vardır. Həmin hissələri dəqiqləşdirmək üçün əlavə müraciət etməyiniz tövsiyyə olunur. Müraciətinizin əlaqə formu xülasəsində "SOCAR-ın müəssisə və təşkilatlarında işləyirsiniz?" sualına "Bəli" cavabı vermiş olsanız da, sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ən geci xx.xx.2022-ci il tarixindən sizə məlum olmuşdur. Əmək müqavilənizə xitam verilən gün işdə olmadığınız üçün əmək kitabçasını sizə vermək mümkün olmamışdır. Ona görə də sizə təkrarən təklif edirik ki, əmək kitabçanızı zavoddan şəxsən götürəsiniz və ya poçt vasitəsi ilə ünvanınıza göndərilməsinə razılığınızı yazılı surətdə bildirəsiniz”. Həmin məktub iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı rəsmi qaydada çatdırılmışdır.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə dair məktubda göstərilmişdir ki, ki, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid sənədlərin 7 (yeddi) iş günü ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması və məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur.
17. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə İddiaçı pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi ondan xahiş edilmişdir. Poçt qaiməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır.
18. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi İddiaçı təklif edilmişdir.
19. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli teleqrama əsasən işə gəlməməsinin səbəbləri barədə məlumatın verilməsinə dair İddiaçı göndərilmiş SOCAR Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. **********30330390X00001 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvana çatdırılmış olsa da, cavab olaraq İddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Məlumatın 5 iş günü müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur.
20. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixli əmrlə xitam verilməsi, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılması bildirilərək, əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır.
21. 06.07.2023-cü il tarixli maliyyə arayışına görə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun sabiq işçisi İddiaçı təqaüd yaşına çatması ilə əlaqədar 02 dekabr 2022-ci il tarixindən SOCAR**********00070020B00020 nömrəli, 02 dekabr 2022-ci tarixli əmrlə onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində məlum olmayan səbəblər üzündən işdə olmadığına görə ona heç bir əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla yanaşı, 2021-ci il dekabr ayının əmək haqqında ona 403 manat məbləğində SOCAR**********00070020A00059 nömrəli, 08 dekabr 2021-ci tarixli əmrlə "Zəfər Günü" münasibəti ilə birdəfəlik xarakterli mükafat ödənişi aparılmışdır. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" 25 avqust 1999-cu il tarixli, 137 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərə alınması müəyyən edilmiş ödənişlərin heç biri İddiaçı münasibətdə mövcud olmamış, nəticədə istifadə olunmamış məzuniyyər günlərinə görə kompensasiyanin ödənilməsinin aparılması mümkün olmamışdır.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara görə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X8, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xtam verildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(002)-379/2023 saylı qararının ləğv edilməsi, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, X5 Azerbaycan Respublikası İnzibati Xətalar Məcalləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir.
24. Əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı bir sıra diaqnozlar qoyulmuş və həmin şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə müxtəlif tarixlərdə işdən azad edilmişdir.
25. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində həkimkardioloq yanında müayinədə olmuş, ona "Qeyri-stabil stenokardiya, insulindən asılı şəkərli diabet periferik qan dövranının pozğunluğu ilə aşağı ətraf arteriyalarının emboliya və trombozu, essensial hipertenziya" diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində isə laboratoriya müayinələrindən keçmişdir.
26. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “əmək qabiliyyəti olmaması vərəqələri”nin ödənilməsi barədə məktubda göstərilmişdir ki, 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün təqdim edilən "Əmək qabiliyyəti olmaması vərəqələri”ndə bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu barədə SOCAR**********30330898X00003 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət edilmiş, lakin İddiaçı tərəfindən məktuba cavab verilməmişdir. Uyğunsuzluqlarla bağlı sənədlər və ya yazılı izahat təqdim olunmadığı təqdirdə göstərilən "Əmək qabiliyyəti olmaması vərəqələri" üzrə heç bir ödəniş aparılmayacaq. Odur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 107838 nömrəli və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 104684 nömrəli "Əmək qabiliyyəti olmaması vərəqələrinin əsli İddiaçı geri qaytarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
27. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmri ləğv edib öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət və başqa ödənişlərin hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun işlədiyi Bakı Dərin Özüllər Zavodunda mütəmadi olaraq əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Əslində həmin Zavodda 2000-ci ildən işləyir. xx.xx.2023-cü ildə onu qanusuz olaraq işdən azad etdilər. İşdən azad olunmağı siyasi və milli xarakterlidir, onun ikinci qrup Qarabağ müharibəsi əlili olması, Qarabağ döyüşlərində iştirak etməsi cavabdeh təşkilatın direktoru tərəfindən mənfi qarşılanmış və nəyin bahasına olursa olsun onu işdən azad etmək üçün əlindən gələni etmişdir. Onun üzrsüz səbəbdən iş buraxması böhtandır. Cavabdeh təşkilat onun təqdim etdiyi xəstəlik vərəqələrini qəbul etmiş, lakin sonradan geri qaytarmışdır. Əslində onunla müddətsiz müqavilə bağlanmış və həmin müqavilənin birtərəfli qaydada əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan İddiaçı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu arasında bağlanmış əmək müqaviləsi, iddiaçının işlədiyi 2013-2022ci illər ərzində əmək haqqı üzrə şəxsi hesab vərəqəsi, 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış, məzuniyyət əmrləri, arayış və s. sənədlərə əsasən, İddiaçı əmək haqqı hesablanmalı olan dövr üzrə əmək haqqı məbləğləri hesablanmış və ödənilmişdir. İş materiallarında olan 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış məlumatlarından göründüyü kimi, qeyd edilən dövr ərzində faktiki işlədiyi gün sayı olmadığından işəgötürən tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixə ödənilməli olan son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərə alınmaqla) məbləği müəyyən edilmir.
30. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 fevral 2024-cü il tarixli 2(002)-48/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia qismən təmin edilmiş, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməsi və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan 50 (əlli) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
31. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə xx.xx.2013-cü il tarixindən cavabdeh Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsində işləmiş, cavabdehin direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin direktoru, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xitam verdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir. Həmin qərarın qanuniliyi məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı onun qanuni və əsaslı olduğu təsdiq edilmişdir, həmçinin qüvvədə olan sonuncu məhkəmə aktında cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə iclasında tədqiq olunan sübutlara və müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilməli, İddiaçı öz işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməli və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir.
32. Məhkəmə qeyd olunan tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin dəlillərinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, iş materiallarına əsasən iddiaçıya yalnız bəzi bildirişlər təqdim edilmiş, həmin bildirişlərdən biri hətta xx.xx.2023-cü ildə təqdim edilmiş, onun işdən azad olunması barədə əmrin surəti və iddia müddətinin axımının başlanması üçün qanunla müəyyən edilmiş sənədlərdən hər hansı biri indiyə kimi təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçının 2-ci qrup əlil, müharibə veteranı, Prezident təqaüdçüsü olmasını və iş materiallarına əsasən onun səhhətinin vəziyyətini, iddia müddətinin tətbiq edilməməsi barədə ərizəsini, işdən azad olunmanın əmək qanunverciliyinə zidd olduğu ilə bağlı X10 Xidmətinin qərarının xx.xx.2023-cü il tarixli, bununla bağlı yekun məhkəmə qərarının xx.xx.2023-cü il tarixli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, qanunvericiliyin tələblərinə əsasən həmin müddət bərpa edilməlidir. Beləliklə, iddia tələbi qismən, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35.1, Əmək Məcəlləsinin 2.3, 12, 15.1, 15.2, 16.1, 83.2, 296.3, 296.4, 296.6, 310, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 82.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
34. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. xx.xx.2022-ci il tarixli, SOCAR**********40050505X00001 nömrəli məktubla iddiaçıya müraciət edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Məktub poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Məhkəmə iddiaçı tərəfindən buraxılmış müddəti əsassız olaraq bərpa etməklə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə ötürülmüş iddia müddətini bərpa etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə təqdim etdiyi halda məhkəmə müddətin bərpasına dair sübutları araşdırmalıdır. Hazırki işdə isə ümumiyətlə iddiaçı tərəfindən ötürülmüş iddia müddətinin bərpa edilməsinə dair heç bir ərizə və sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə səlahiyyətini aşaraq əsassız olaraq ötürülmüş iddia müddətini iddiaçının müvafiq ərizəsi ve heç bir sübut olmadan bərpa etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
38. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak etməyəcəyini və məhkəməyə etiraz etdiyini göstərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
39. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
40. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Qətnamə qismən – cavabdehin apellyasiya şikayəti həddində, iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia tələbinin təmin edilən hissəsində) ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir.
48. Göründüyü kimi İddiaçı əmək müqaviləsi üzrə xx.xx.2013-cü il tarixindən cavabdeh Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsində işləmişdir.
49. xx.xx.2019-cu il tarixdə bağlanmış 9 saylı Əlavənin 9.5.1. bəndində nəzərdə tutulmuşdur ki, işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər.
50. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə İddiaçı pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi ondan xahiş edilmişdir, poçt qaiməsinə əsasən bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır.
51. Daha sonra xx.xx.2022-ci il tarixli məktubla əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi iddiaçıya təklif edilmişdir.
52. Növbəti dəfə xx.xx.2022-ci il tarixli teleqram ünvanlanaraq, işə gəlməməsinin səbəbləri barədə məlumatın verilməsinə dair göndərilmiş SOCAR **********30330390X00001 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvana çatdırılmış olsa da, cavab olaraq iddiaçı tərəfindən heç bir məlumat verilmədiyi, məlumatın 5 iş günü müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur.
53. Cavabdehin direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
54. xx.xx.2022-cü il tarixli bildirişdə göstərilmişdir ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixli əmrlə xitam verilmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi xahiş edilmişdir və poçt xəbərnaməsinə əsasən bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır.
55. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına müraciət etmiş və göstərmişdir ki, 2021-ci ilin aprel ayından onu uzaqlaşdırdılar, amma əmrini vermədilər, bütün bülletenlərini ödəmədilər. İndi onu çağırıb ərizə yazıb işdən çıxmağını tələb edirlər.
56. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçı X10 Xidmətinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə ona müvafiq cavab verilmişdir.
57. Göründüyü kimi əvvəlcə cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi üçün xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi təklif olunmuş, daha sonra xx.xx.2022-ci il işə gəlməməsinin səbəbləri barədə məlumatın 5 iş günü müddətində təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur.
58. İddiaçı ona ünvanlanmış bildiriş, məktub və teleqrama heç bir münasibət bildirməsə də, bu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına müraciət edərək, onu çağırıb ərizə yazıb işdən çıxmağını tələb etdiklərini göstərmişdir.
59. xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi və Əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Yəni artıq xx.xx.2022-ci il tarixdə iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur.
60. İddiaçı xx.xx.2022-ci il tarixdə X10 Xidmətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə cavabdeh orqana müraciət edərək, əmək kitabçasının və əmrin surətinin, əmək haqqı sənədlərinin ona təqdim edilməsini xahiş etmişdir.
61. İddiaçı əvvəlcə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ərizəsi ilə mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
62. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş və mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur.
63. Qanunvericiliyin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
64. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
65. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi aşkardır.
66. Baxılan iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçı hər hansı üzrlü səbəb olmadan iş yerinə getməmişdir, belə olan halda əmək kitabçasının, müvafiq əmrin iddiaçıya fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır, bununla yanaşı əmək kitabçasının götürülməsi məsələsinə münasibət bildirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş iddiaçıya göndərilmiş və xx.xx.2022-ci il tarixdə çatdırılmışdır.
67. İddiaçı dərhal xx.xx.2022-ci il tarixdə X10 Xidmətinə müraciət etmişdir.
68. Göründüyü kimi iddiaçı artıq xx.xx.2022-ci il tarixdən məlumatlı olmuş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir.
69. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə göstərmişdir ki, iddiaçının işdən azad olunması barədə əmrin surəti və iddia müddətinin axımının başlanması üçün qanunla müəyyən edilmiş sənədlərdən hər hansı biri indiyə kimi təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçının 2-ci qrup əlil, müharibə veteranı, Prezident təqaüdçüsü olmasını və iş materiallarına əsasən onun səhhətinin vəziyyətini, iddia müddətinin tətbiq edilməməsi barədə ərizəsini, işdən azad olunmanın əmək qanunverciliyinə zidd olduğu ilə bağlı X10 Xidmətinin qərarının xx.xx.2023-cü il tarixli, bununla bağlı yekun məhkəmə qərarının xx.xx.2023-cü il tarixli olmasını nəzərə alaraq, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, qanunvericiliyin tələblərinə əsasən həmin müddət bərpa edilməlidir.
70. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır, yuxarıda istinad edilən hallara əsasən məlumdur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb, digər tərəfdən məhkəmənin, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, həmin müddətin bərpa edilməli olması barədə gəldiyi nəticədə əsassız və qanunsuz olmuşdur.
71. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
72. Baxılan iş üzrə isə iddiaçı tərəfindən “ötürülmüş müddətin bərpasına dair” ərizə təqdim edilməmişdir, belə bir ərizə olmadığı halda məhkəmənin müddətin bərpa edilməli olması barədə nəticəyə gəlməsi yolverilməzdir.
73. İddiaçı “iddia müddətinin tətbiq edilməməsi barədə” ərizə təqdim etmiş, həmin ərizədə göstərmişdir ki, hüquqlarının pozulması ilə bağlı 2022-ci ildə DƏM-nə müraciət etmiş, araşdırma başa çatmamış onu qanunsuz işdən çıxarıblar, xx.xx.2022-ci ildə 142 xidmətinə zəng vurub şikayətini bildirib və ona xx.xx.2023-cü ildə cavab verilərək məhkəməyə müraciət etməsi məsləhət görülüb, bundan sonra məhkəməyə müraciət edib. “Mən müddəti harada ötürdüm?”.
74. Beləliklə iddiaçı tərəfindən hər bir halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı olduğundan, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir.
75. İddia müddəti ötürüldüyündən, iddianın əsaslılığına qiymət verməyə ehtiyac qalmır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-48/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində (Cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilsin, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilsin və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilsin) ləğv edilsin. İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X7rşı cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğvi, öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.