Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3008/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı ilkin, İddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı qarşılıqlı tələbləri üzrə (Açar sözlər: sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birinci iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, İkinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024cü il tarixli qətnaməsindən ikinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Daha sonra sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmış və Cavabdeh MMC-yə rəsmi müraciət edilərək yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilmiş, lakin təhvil-təslim prosesi yekunlaşmamışdır. Hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulmasını tələb edir. Eyni zamanda Cavabdeh və İddiaçı2 "xxxx" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsini, həmin ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsini, yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasını, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılmasını və 20450 manat zərər məbləğinin "xxxx" MMMC-dən tutularaq İddiaçı2 ödənilməsini tələb edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bunda sonra - Cəmiyyət) təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xətlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Habelə mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş Cavabdehnə rəsmi müraciət edilərək mənzil qanunvericiliyə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, hər dəfə müxtəlif səbəblər irəli sürülərək bu günə kimi təhvil-təslim prosesi yekunlaşmamışdır. MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların ümumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin verilməsinin, MMC MMMC arasında rəsmi təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMC-nin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozmaqdadır. Nəticədə, binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələnməkdədir. Bu baxımdan, iddiaçı hüquqi şəxs hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
4. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə ünvanında yerləşən yaşayış binaları Cavabdeh MMC tərəfindən inşa edilmiş və “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 1 və 2 saylı binalar 18 noyabr 2019-cu il tarixli, 0232 saylı rəylə 3 saylı bina isə 14 oktyabr 2022-ci il tarixli, Ö/005865 saylı aktla istismara verilmişdir. Sonradan həmin yaşayış binalarının sahə mülkiyyətçiləri tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçının iddia tələblərini şərti olaraq 3 qrupa bölmək olar: “yaşayış binalarının ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrinin təhvil verilməsi”; “həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının təhvil verilməsi”; “yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbi”. Ümumi əmlakın “təhvil verilməsi” tələbinə dair-İddiaçının iddia ərizəsində bildirilir ki: “dövlət qeydiyyatından sonra .. MMMCnin Ümumi Yığıncağının müəyyən qərarları tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyə və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir”. Göründüyü kimi, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmaqla "xxxx" MMMC artıq 10 aydır ki, yaşayış binalarının idarə edilməsini, binanın ümumi sahələrinə xidmət göstərilməsini və s. fəaliyyəti həyata keçirir və bununla bağlı sahə mülkiyyətçilərindən müvafiq xidmət haqları (təmirli sahələrə münasibətdə hər ay üçün hər 1 kv.m. sahəyə görə 1.5 AZN, təmirsiz sahələrə görə 1.0 AZN) yığılır. Başqa sözlə, fəaliyyətə başladığı 10 ay müddətində binaların ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrə xidmət göstərilməsi iddiaçının nəzarətindədir. İş materiallarında olan sənədlərdən də görünür ki, "xxxx" MMMC-nin idarə etməyə başladığı dövr üzrə Cavabdeh MMC tərəfindən cəmi 91 810.00 (doxsan bir min səkkiz yüz on) manat xidmət haqqı ödənilmişdir. Yuxanda da qeyd edildiyi kimi hazırda iddiaçının idarəçiliyində olan binalann səlahiyyətli dövlət orqanları tərəfindən qəbulu həyata keçirilmiş və istismarına icazə verilmişdir. Binaların idarə edilməsi əvvəllər müəyyən müddət cavabdeh tərəfindən həyata keçirilmiş və həmin müddət ərzində cavabdehə qarşı binanın ümumi əmlakının saxlanması ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən hər hansı tələb, iddia irəli sürülməmişdir. Onu da qeyd etmək lazımdır ki, idarəetmə cavabdehin nəzarətində olduğu müddətdə cavabdeh binanın saxlanması, xidmət göstərilməsi və s. zəruri xərcləri öz vəsaiti hesabına həyata keçirmiş və buna külli miqdar vəsait sərf etmişdir. İdarəçiliyin İddiaçıya keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Belə olan halda iddiaçının tələb etdiyi “təhvil verilmənin” nədən ibarət olacağı, hansı parametrlər üzrə həyata keçiriləcəyi, faktiki və hüquqi nəticəsinin nədən ibarət olacağı da məlum deyil. Göründüyü kimi, paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan və onlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hədlərdə sahiblik və istifadə hüquqları həyata keçirilən binanın ümumi əmlakının “təhvil verilməsi” mücərrəd tələb olmaqla ümumiyyətlə məhkəmədə baxılmalı tələb deyil. Bundan əlavə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər...ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi ki, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər həmin binanın tərkib hissəsinin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur, həmin sahələr İddiaçının nəzarətində olmaqla, özünün də etiraf etdiyi kimi, “xidmət göstərilir”, zəruri təmir və s. işlərə məruz qalmışdır və bu baxımdan da əmlakın “təhvil verilməsi” tələbi tamamilə əsassızdır. Bundan əlavə, işin mübahisələndirilməyən halına həmçinin o da aiddir ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının qərarına əsasən təsis edilmişdir və 2022-ci ilin dekabr ayından dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Ümumi Yığıncaq tərəfindən binanın idarə edilmə üsulu kimi Mənzil Məcəlləsinin 141.2.2-ci maddəsində nəzərdə tutulmuş “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti...tərəfindən idarə edilmə” üsulu seçilmişdir. Binanın idarə edilməsi Ümumi Yığıncaq tərəfindən "xxxx" MMMC-yə həvalə edildiyindən binanın ümumi əmlakının vəziyyətinə dair akt da Ümumi Yığıncaq tərəfindən yaradılmış komissiya ilə "xxxx" MMMC tərəfindən həmin vaxt imzalana bilərdi. Məhkəmənin nəzərinə çatdırılır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, idarəetmə hətta müsabiqə yolu ilə seçilməli olan kənar idarəedici təşkilata verildikdə də, hər hansı “təhvil-təslim” aktı deyil, “Çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair” akt tərtib edilir. Belə aktın tərtib edilməsi isə müsabiqə təşkilatçısının (hazırkı halda sahə mülkiyyətçilərinin Ümumi yığıncağı ola bilərdi) yaratmalı olduğu komissiya tərəfindən tərtib olunmalı idi. Ümumi yığıncağın hələ 10 ay bundan əvvəl həll etməli olduğu məsələnin (ümumi əmlakın vəziyyətinə dair akt tərtib edilməsi vəzifəsinin) Cavabdehdən tələb edilməsi isə İddiaçının bu tələblə bağlı subyektiv hüququnun olmadığına dəlalət edir. Hazırkı Etirazın 5-ci bəndində qeyd edildiyi kimi, (yəni, "xxxx" MMMC-nin “dövlət qeydiyyatından sonra .. MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlərin tənzimləndiyi, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə sakinlərin əksəriyyəti ilə xidmət müqavilələrinin imzalanması, qanunvericiliyə və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlərin təşkil edilməsi və s..”) İddiaçının hazırda irəli sürdüyü tələbin həqiqi subyektləri olan Ümumi yığıncaq və "xxxx" MMMC tərəfindən yerinə yetirildiyi ehtiva olunmalıdır. Binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının təhvil verilməsi tələbinə dair- Qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin bu tələbi irəli sürməyə də subyektiv hüququ yaranmamışdır. İddiaçı təsis edilməsini çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirildiyini bildirsə də, nəzərə almaq lazımdır ki, həmin təsis yığıncağının çağırılması və keçirilməsi Mənzil Məcəlləsinin tələblərinin pozulması ilə müşayiət olunmuş, MMMC-nin “təsis” edilməsi barədə qərar həmin binada yaşayış və qeyri- yaşayış sahəsi olan çoxsaylı mülkiyyətçilərin xəbəri olmadan, həmçinin keçirilən “ümumi yığıncaqda” qərara alınmış, Mənzil Məcəlləsinin 119.4 və 120.1-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, iddiaçı MMMC-nin qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması ilə yaradılması və binanın idarəçiliyinin MMMCyə həvalə edilməsi səlahiyyətsiz ümumi yığıncaq tərəfindən həyata keçirildiyi üçün iddia tələbləri bu hissədə də tamamilə əsassızdır. Yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbinə dair-İlk öncə qeyd etmək lazımdır ki, Cavabdeh MMC kooperativ deyil və özünün inşa etdiyi binalardakı sahələri ayrı-ayrı şəxslərə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. Həmin müqavilələrin tərəfi isə İddiaçının iştirakçısı olan və hazırda adından çıxış etdiyi sahə mülkiyyətçiləridir və müqavilə onlardan tələb edilə bilər. MMMCnin iştirakçısı olmayan sahə mülkiyyətçiləri də iştirakçı mülkiyyətçilər kimi MMMCyə xidmət haqqı ödəyirlər və bu səbəbdən müqavilə onların özündən tələb edilə bilər. Bundan əlavə, nəzərə alınmalıdır ki, binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna çıxarışlar almışlar və İddiaçıya lazım ola biləcək bütün məlumatlar həmin çıxarışlarda əks olunmuşdur. Bu səbəbdən artıq çıxarış alınmış mənzillərə dair alqı-satqı müqavilələrinin Cavabdehdən tələb edilməsinin tamamilə əsassız olduğunu sübut etməyə ehtiyac yoxdur. Bundan əlavə, İddiaçının tələb etdiyi müqavilələrin yaşayış və qeyri-yaşayış sahələrinin yalnız sahə ölçülərinə aid hissəsində məlumatları zəruri ola bilər ki, bu məlumatlar da ona məlumdur.
5. Eyni zamanda, iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvanda Cavabdeh MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 k.m. yaşayış sahəsindən 4051 kv.m. hissəsi və həmçinin həmin yaşayış binalarındakı qeyri-yaşayış sahəsi Cəmiyyətin təsisçisi İddiaçı2 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrıayrı vətəndaşlara satılmışdır. Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən “Nəsimi-48" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (“Nəsimi-təsis edilmiş, həmin cəmiyyət 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Hazırda yaşayış binalarının idarəetməsi həmin MMMC tərəfindən həyata keçirilir. İddiaçılar həmin MMMC-nin iştirakçısı olmamışdır. İddiaçıya qarşı irəli sürülən qanunsuz tələblər və hənin tələblərə istinadən binanın ümumi əmlakından dəyə yaradılan qanunsuz maneələr cavabdeh tərəfindən iddiaçılara qarşı mütəmadi olaraq müxtəlif məzmunlu əsassız tələblər irəli sürülür. Liftlərin cari təmiri üçün məbləğin “RTZ’ MMC-dən tələb edilməsi ilə bağlı. Cavabdeh MMMC tərəfindən xx.xx.2023-cü il tarixli, 44 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edilərək, kompleksdə mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün 10409 (on min dörd yüz doqquz) manat vəsaitin MMMC-nin hesabına köçürülməsi xahiş edilmişdir. Həmin məktuba "xxxx" MMC-nin “liftlərə lazım olan ehtiyat hissəsi üçün qiymət təklifi” də əlavə edilmişdi. Halbuki, birincisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə” xx.xx.2023-cü il S7 nömrəli Çıxarışdan görünür ki, "xxxx" MMMC-nin müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül 60-62-də yerləşən cəmi 7 ədəd sərnişin liftləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət qeydiyyatına alınmışdır. İkincisi cavabdeh MMMC-nin liftlərin cari təmirinə və işlək vəziyyətdə saxlanmasına xidmət edən və vaxtaşırı dəyişdirilməli olan raz edilməsini “qüsur” kimi təqdim etməklə, həmin işlərin ödənilməsini Cavabdeh MMC-nin üzərinə qoymaq cəhdi də ielə ki, liftlər artıq 5-10 ildir ki, istismar olunur və tələb olunan cari təmir işləri amortizasiya ilə bağlıdır. Göründüyü kimi, cavabdeh MMMC-nin adına dövlət reyestrində qeydiyyata alınmış liftlərdə müəyyən edilən “qüsurların” aradan qaldırılmasına görə “RTZ’ MMC-dən ödəniş tələb edilməsi tamamilə qanunsuzdur. İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahələrində fəaliyyət göstərən icarəçi hüquqi nn əməkdaşlarına, müştərilərinə maneə yaradılması tələbi ilə bağlı MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binalarındakı ofis kirəçilərinə məktub göndərilərək, bildirilmişdir ki: “Bina kompleksində təhlükəsizliyin tam və düzgün təmin edilməsi təşkil edilmiş mühafizə xidməti tərəfindən ofis sahələrində çalışan əməkdaşların buraxılması yalnız onların təsdiq edən sənəd əsasında mümkün olacaqdır. Həmçinin, ofisə gələn qonağın buraxılması, ofisdə çalışan həmin qonaq barədə öncədən verdikləri məlumat və qonağın şəxsiyyətini təsdiq edən sənəd əsasında baş tutacaqdır. Eyni məzmunlu məktub İddiaçı2 də göndərilmişdir. Cavabdehin bu tələbi də qanunsuz hesab edilməlidir. Belə ki, həmin sahələrin icarəçiləri hava yolları, təhsil, tibb, informasiya dizayn, energetika, tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən şirkətlərdir. Bu şirkətlərin işçilərinin öz iş olmaq üçün hər dəfə şəxsiyyətini təsdiq edən sənədin tələb edilməsinin həmçinin bu şirkətlərin xidmətlərindən şəxslər barəsində öncədən məlumat verilməsi tələbinin absurd olmasını sübut etməyə ehtiyac yoxdur. Belə tələb absurd olmaqla, həmçinin həmin şirkətlərin sahibkarlıq fəaliyyətinə müdaxilə olmaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinin İ hissəsi ilə təsbit edilmiş azad sahibkarlıq hüququn həyata keçirilməsinə qanunsuz maneədir. Qanunsuz maneələrin yaradılması həmçinin həmin sahələri icarəyə verməklə gəlir əldə edən iddiaçının mülkiyyət pozulmasına və işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olur. Belə ki, həmin sahələrin icarə müqavilələrində Həmçinin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə obyektinin yerləşdiyi sahəyə sərbəst giriş-çıxışını təmin etmək öhdəliyi götürmüşdür. İddiaçı2 Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və “İcarə haqqında" Qanunu ilə təsbit edilmiş onun üzərində öz istədiyi kimi sərəncam vermək, o cümlədən mülkiyyətini icarəyə vermək hüququnun pozulmasına səbəb olan belə məhdudiyyətlər qanunsuz hesab edilməlidir. Binaların liftlərinə müdaxilə edilməklə istifadəsinin məhdudlaşdırılmasına dair İddia ərizəsinin 5-ci və 6-cı bəndlərində sadalanan qanunsuz tələblərin məntiqi nəticəsi kimi "xxxx" MMMC-nin icraçı direktoru tərəfindən “RTZ" MMC-yə 3 avqust 2023-cü il tarixli, 46 nömrəli və İddiaçı2 həmin tarixli, 47 nömrəli xəbərdarlıq göndərilmişdir. Qeyd edilən Xəbərdarlıqda bildirilirdi ki, həmin MMMC-nin növbədən kənar ümumi yığıncağı keçirilmiş və xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara istinad edilərək bildirilirdi ki, “İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası içilər üçün məcburidir.” Kompleksin ümumi istifadəsində olan sahələrin, o cümlədən liftlərin istismarı və istifadəsinə oyulacağı bildirilmişdi. Qeyd edilən “Xəbərdarlığın” təqdim edilməsindən sonra yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2- ci və 3-cü mərtəbələrində yerləşən sahələrə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrinin icarəçilərinin liftdən istifadəsi qeyri-mümkün olmuşdur. Həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarət Agentliyinə edilmiş müraciətə Agentlik tərəfindən Cavabdeh MMC-yə və "xxxx" MMMC-yə göndərilmiş 17 avqust 2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki: “... "xxxx" MMMC-nin rəhbərliyinin tapşırığına əsasən edilmiş məsində 1-ci və 2-cibinaların 2-ci və 3-cü mərtəbələrinin çağırış düymələrinin məhdudlaşdırıldğı barədə xx.xx.2023-cü il tarixli müraciətə əsasən, Agentliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış edən mərtəbələrdə liftlərin şaxta və kabinə qapılarının açılmadığı müəyyən edilmişdir. Qapıların məhdudlaşdırılması səbəbindən həmin mərtəbələrdə liftdə qalan insanların təxliyvəsinə mane olur və bu da həmin şəxslərin həyat və təhlükə yaradır. Bu səbəbdən də təhlükəsizlik tələblərinə zidd olduğuna görə qapıların açılmasına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır”. Lakin, halhazırda da “Nəsimi-48" MMMC tərəfindən liftlərə qoyulmuş qanunsuz məhdudiyyət qalmaqdadır. Cavabdehin belə açıq-aşkar qanunsuz hərəkətləri qərəzli xarakter daşımaqla, iddiaçılara əsassız tələblərinin təmin olunması üçün təzyiq xarakteri daşıyır. Belə ki, iddiaçıların ümumi istifadə yerlərinin saxlanması və ya kommunal xidmətlərə görə hər hansı borcu mövcud deyil və konkret xidmət və həmin xidmətə görə yaranmış “borc” məbləği göstərilməklə heç bir konkret tələb irəli sürülmədən iddiaçının mülkiyyətində lift xidmətinin məhdudlaşdırılması; əlavə olaraq, belə “borcun" mövcudluğu qəbul edilsə belə, həmin “borca” görə yüksək təhlükə mənbəyi hesab edilən liftin talarının kobud surətdə pozulmaqla insanların həyatını təhlükə altına qoyan hərəkətin edilməsi; MMMC tərəfindən belə "xxxx" tədbirinin tətbiq edilməsi qanunsuzdur. MMMCnin adından “Xəbərdarlığı” imzalamış “icraçı direktor"-un hər hansı səlahiyyəti Belə ki, qanunverici (Mənzil Məcəlləsi, maddə 124, 127, 129) MMMC-nin adından etibarnaməsiz çıxış etmək yalnız İdarə heyətinin sədrinə aid etmişdir və bu, imperativ normadır. Digər şəxslər yalnız onun verdiyi etibarnamələr niyyətin adından çıxış edə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin nizamnaməsində də icraçı direktor adlı vəzifə və həmin vəzifəyə təyin olunmuş/seçilmiş şəxsin səlahiyyətləri barədə heç bir müddəa yoxdur. Digər cəmiyyətin nizamnaməsində idarə heyətinin sədrinə “icraçı direktor” və ya digər vəzifə təsis etmək səlahiyyəti verilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçıların binanın ümumi əmlakından istifadə hüquqlarının tamın edilməsi vəzifəsi üzərinə qoyulmalıdır. Qanunsuz hərəkətlərin törədilməsinə əsas kini istinad edilən “borcun” mövcud olmaması barədə- İddia ərizəsinin İ bölməsində də qeyd edildiyi kimi, iddiaçıların cavabdehə hər hərhansı borcu yoxdur və belə “borcun” mövcudluğu cavabdeh əsaslandırılmış tələb irəli sürə bilmir. Əksinə, cavabdehin qanunvericiliklə nəzərdə tutulan sənədlərin təqdim açılardan aldığı vəsaitlər geri qaytarılmalıdır. 17 aprel 2023-cü il tarixli “RTZ’ MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış “Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin fevral-mart ayları üzrə “RTZ’ MMC olan təmirsiz (hər kv.m.-nə 1AZN tətbiq edilən) mənzillərə görə 14 523 manat; İddiaçı2 məxsus təmirli э 1.5 AZN tətbiq edilən) qeyri-yaşayış sahələrinə görə 20010.56 manat; təmirsiz (hər kv.m.-nə 1. AZN tətbiq edilən) sahələrinə görə 11 607 manat borc (cəmi 46140.56 manat), "xxxx" MMMC-nin “Azəriqaz" İB-yə ödəməli 23555.73 manat və "xxxx" MMMC-nin “Azəriqaz” İB-yə ödəməli olduğu 22 584.83 manat (cəmi 46140.56 manat) ödənişlə əvəzləşdirilmişdir. 31 may 2023-cü il tarixli “RTZ’ MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin aprel ayı üzrə Cavabdeh MMC şirkətinə mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4358.10 manat, qeyriyaşayış (təmirli) lytq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyriyaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat, "xxxx" MMMC tərəfindən aprel ayının “Azəriqaz" İB-yə faktura ödənişlərinin icra edən Cavabdeh MMC-yə ödədiyi 3616.5 manat, və eyni əsasdan "xxxx" ASC-yə ödədiyi 5793.57 manat, cəmi 24307.36 manat, Cavabdeh MMC tərəfindən ödənilmiş 820 manat (“Azərsu" ASC-yə borc ödənişi), (fevral və mart ayları üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 473.10 manat (Cavabdeh MMC tərəfindən əvvəlki dövr üçün artıq ödənilmiş məbləğ), 10 275.79 manat (Cavabdeh MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ), 10275.79 manat (Cavabdeh MMC tərəfindən “Azəriqaz” İB-yə faktura əsasında ödəniş), 6926.37 manat (“RTZ" MMC tərəfindən aprel ayı ııq” ASCyə faktura əsasında ödəniş), cəmi 24307.36 manat ödənişlə əvəzləşdirilmişdir. 20 iyun 2023-cü il tarixli Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal xərc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin may ayı üzrə “RTZ" MMC şirkətinə aid olan mənzillərin “Nəsimi - 48" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) ylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat olmaqla cəmi 14 897.29 (on dörd min səkkiz yüz doxsan yeddi manat 29 qəp.) 137 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 5179.36 manat ‘(RTZ’ iən 2023-cü ilin may ayı üzrə "xxxx" ASCyə faktura ödənişi), 812.75 manat, 1132.80 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə lift üçün "xxxx" MMC-yə 5.38 manat (“RTZ" MMC tərəfindən "xxxx" MMMCyə nağd ödənilmiş məbləğ) olmaqla cəmi 14 897.29 (on kkiz yüz doxsan yeddi manat 29 qəp.) manat ödənişlə əvəzləşdirilimşdir. 20 iyul 2023-cü il tarixli Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC xc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin iyun ayı üzrə Cavabdeh MMC şirkətinə aid kommunal xərcin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal cunu təşkil edən 3869.00 manat, “RTZ’ MMC-nin təsisçisinə aid olan mənzilin “Nəsimi -48" MMMC-yə 3 aylıq kommunal xidmət borcunu təşkil edən 977.10 manat olmaqla cəmi 15874.39 manat, 262 manat, 7751.73 manat, 121.25 manat, 1132.80 manat, 6606.61 manat olmaqla, cəmi 15874.39 manat ödənişlə əvəzləşdirilmişdir. Şərh edilənlərdən də göründüyü kimi binanın ümumi əmlakının saxlanması və onlara xidmət edilməsi ilə bağlı iddiaçıların "xxxx" MMMC-yə borcunun olmaması cavabdehin özünün də imzaladığı sənədlərlə sübuta yetirilir. Həmin məbləğlərin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər (smeta, iqtisadi-əsaslandırma hesabatları və s.) təqdim edilmədən ödənilmiş vəsaitlər iddiaçılara qaytarılmalıdır. Cavabdeh tərəfindən tətbiq edilən qiymətlərin əsassız olması və iddiaçılar tərəfindən artıq ödənilmiş vəsaitlərin qaytarılmasına dair-İddia ərizəsinin İ və İİ bölmələrində qeyd edilənlərdən əlavə, ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlər də iqtisadi cəhətdən əsassız olmaqla suni surətdə şişirdilmişdir. Belə ki, təmirliyaşayış və qeyri-yaşayış sahələrinə aylıq xidmət haqqı hər kv.m üçün 1 manat 50 qəpik, təmirsiz sahələrə münasibətdə isə hər kv.m üçün 1 manat ödənilməsi tələb edilir. Halbuki, analoji binalarda eyni xidmətlər üçün bundan əhəmiyyətli dərəcədə az məbləğdə xidmət haqqı bütün xərclərin ödənilməsinə tam kifayət edir. Elə "xxxx" MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr üçün həmin binalarda "xxxx" MMMC-nin tətbiq etdiyi xidmət haqqı məbləğindən xeyli aşağı məbləğlər tətbiq edilirdi. 2021-ci ilə qədər:təmirsiz sahələr ödənişə cəlb edilməmişdir, təmir dövrü 1 kv.m – 50 qəpik, təmirli sahələr üçün 1 kv.m- 1 manat olmuşdur, 2021-ci ildən etibarən:çıxarışı mövcud olan təmirsiz sahələr 1 kv.m-1 manat, təmir dövrü və təmirli sahələr üçün 1 manat, çıxarışı mövcud olmayan təmirsiz sahələr ödənişə cəlb edilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi heç bir əsaslandırma vermədən və qanunvericiliklə nəzərdə tutulmuş məlumatlar təqdim edilmədən, iddiaçılardan aylıq xidmət haqqı kimi əsassız olaraq 91810 manat artıq alınmışdır və bu səbəbdən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, "xxxx" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmirini və xidməti özündə ehtiva edən 10409 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı1,2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasına və Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810 manatın Cavabdeh MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Daha sonra iddiaçılar Cavabdeh və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasına, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMCyə qaytarılmasına və 20450 manat zərər məbləğinin "xxxx" MMMC-dən tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 mülkiyyətində olan və onun tərəfindən icarəyə verilən qeyri-yaşayış sahələrindən istifadəyə yaradılmış qanunsuz maneələr nəticəsində ona 20450 manat məbləğində zərər vurulmuşdur. Məhkəməyə ilkin olaraq təqdim edilmiş iddia ərizəsində də cavabdehin müvafiq sübutlarla təsdiqini tapan qanunazidd hərəkətlərə yol verdiyi, o cümlədən yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2-ci və 3-cü mərtəbələrində yerləşən sahələrə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulması, bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrubub icarəçilərinin liftdən istifadəsinin qeyri-mümkün olduğu qeyd edilmişdi. Qeyri-yaşayış sahələrinin icarəçilərinin İddiaçı2 ünvanlanmış 10 avqust 2023-cü il tarixli müraciət ərizəsində də liftlərdən istifadəyə yaradılmış məhdudiyyətlərlə bağlı icarə haqlarına güzəşt edilməsi tələb edilmiş, əks təqdirdə icarə müqavilələrinə xitam veriləcəyi bildirilmişdi. İcarəçilərin tələblərinin əsaslı olması və icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi təhlükəsinin aradan qaldırılması üçün icarə haqlarına 2023-cü ilin avqust ayı üçün 48%, sentyabr ayı üçün 30% güzəşt tətbiq edilmişdir ki, bunun nəticəsində İddiaçı2 2023-cü ilin avqust və sentyabr ayları üzrə 20450 manat zərərə məruz qalmışdır. 9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3958/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilmiş, iddiaçılar Cavabdeh MMC və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı əsassız ödəniş tələblərinin qanunsuz hesab edilməsi və sairə tələbinə dair e-2(006)-3958/2023 saylı mülki iş, iddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə və qarşı təhvil-təslim prosesinin yekunlaşdırma vəzifəsini Cavabdeh MMC-nin üzərinə qoyulması tələbinə dair e-2(006)-3707/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması, iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 1098.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 37, 119.1, 120.5, 141.2, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli AİHM-in Qərarlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1, 89.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
11. Qətnamədən ikinci iddia üzrə iddiaçı Cavabdeh MMC-nin və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, birinci iddianın təmin olunmaması, ikinci iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İkinci iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən belə təəssürat yaranır ki,"xxxx" MMMC-nin iştirakçısı olan sakinlərin heç biri mənzillər arası pilləkən meydançalarından, pilləkənlərdən, liftlərdən və s. obyektlərdən istifadə edə bilmir və buna görə də onların bu hüquqları bərpa edilməlidir. Halbuki, binanın sakinləri binanın ümumi əmlakı hesab edilən obyektlərdən sərbəst surətdə istifadə edirlər və onlara hər hansı maneə yaradılmamışdır. "xxxx" MMMC-nin iddia tələbi yalnız o halda və o hissədə təmin oluna bilərdi ki, konkret obyektə (obyektlərə) münasibətdə mübahisə yaranmış olsun və həmin konkret obyektdən (obyektlərdən) istifadəyə həqiqətən d ə maneə yaradılması məhkəmə baxışı zamanı öz təsdiqini tapmış olsun. Belə olan halda, "xxxx" MMMC-nin müəyyən edilməsi mümkün olmayan mücərrəd iddia tələblərinin təmin edilməsi tamamilə əsassız olmuşdur. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmaqla "xxxx"MMMC artıq 15 aydır ki, yaşayış binalarının idarə edilməsini, binanın ümumi sahələrinə xidmət göstərilməsini və s. fəaliyyəti həyata keçirir və bununla bağlı sahə mülkiyyətçilərindən müvafiq xidmət haqları (təmirli sahələrə münasibətdə hər ay üçün hər 1 kv.m. sahəyə görə 1.5 AZN, təmirsiz sahələrə görə 1.0 AZN) yığılır. "xxxx" MMMC-nin idarə etməyə başladığı dövr üzrə yalnız ikinci iddiaçılara aid sahələr üzrə Cavabdeh MMC tərəfindən cəmi 91 810.00 (doxsan bir min səkkiz yüz on) manat xidmət haqqı ödənilmişdir. Binaların idarə edilməsi əvvəllər müəyyən müddət Cavabdeh MMC tərəfindən həyata keçirilmiş və həmin müddət ərzində Cavabdehə qarşı binanın ümumi əmlakının saxlanması ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən hər hansı tələb, iddia irəli sürülməmişdir. Onu da qeyd etmək lazımdır ki, idarəetmə Cavabdeh MMC-nin nəzarətində olduğu müddətdə binanın saxlanması, xidmət göstərilməsi və s. zəruri xərcləri öz vəsaiti hesabına həyata keçirmiş və buna külli miqdar vəsait sərf etmişdir. İdarəçiliyin MMMC-yə keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Belə olan halda MMMC-nin tələb etdiyi “təhvil verilmənin” nədən ibarət olması, hansı parametrlər üzrə həyata keçiriləcəyi, faktiki və hüquqi nəticəsinin nədən ibarət olacağı da aydın deyil. Göründüyü kimi, paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan və onlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hədlərdə sahiblik və istifadə hüquqları həyata keçirilən binanın ümumi əmlakının “təhvil verilməsi” mücərrəd tələb olmaqla ümumiyyətlə məhkəmədə baxılmalı tələb deyil. Binanın idarə edilməsi Ümumi Yığıncaq tərəfindən "xxxx" MMMC-yə həvalə edildiyindən binanın ümumi əmlakının vəziyyətinə dair akt da həmin vaxt, yəni MMMC-nin binanın ümumi əmlakını idarə etməsinə başlamazdan əvvəl, Ümumi Yığıncaq tərəfindən yaradılmış komissiya ilə "xxxx"MMMC tərəfindən həmin vaxt imzalana bilərdi. qüvvədə olan qanunvericiliyin tələblərinə görə, idarəetmə hətta müsabiqə yolu ilə seçilməli olan kənar idarəedici təşkilata verildikdə də, hər hansı “təhvil-təslim” aktı deyil, “Çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair” akt tərtib edilir. Belə aktın tərtib edilməsi isə müsabiqə təşkilatçısının (hazırkı halda sahə mülkiyyətçilərinin Ümumi yığıncağı ola bilərdi) yaratmalı olduğu komissiya tərəfindən tərtib olunmalı idi. Ümumi yığıncağın hələ 15 ay bundan əvvəl həll etməli olduğu məsələnin (ümumi əmlakın vəziyyətinə dair akt tərtib edilməsi vəzifəsinin) “RTZ MMC-dən hazırda tələb edilməsi isə"xxxx" MMMC-nin bu tələblə bağlı subyektiv hüququnun olmadığına dəlalət edir. "xxxx" MMMC tərəfindən binanın ümumi əmlakı hesab edilən obyektlər MMMC yarandığı andan hal-hazıradək onun sahibliyində və nəzarətində olduğundan və həmin obyektlərə xidmət göstərilməsi etiraf edildiyindən MMMC-nin hazırda irəli sürdüyü tələbin- binanın ümumi əmlakının təhvil verilməsi tələbinin həqiqi subyektləri olan Ümumi yığıncaq və "xxxx" MMMC tərəfindən yerinə yetirildiyi ehtiva olunmalıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, avtomobil duracağı kimi inşa edilmiş sahə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri baxımından ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahə deyildir. Qeyd edilənlərdən əlavə, onu da nəzərə almaq lazımdır ki, binalar təşkilati-hüquqi formasına görə "xxxx" (MTK) tərəfindən deyil, kommersiya hüquqi şəxsi olan "xxxx" (MMC) tərəfindən inşa edilmişdir. Məhkəmə MTK ilə MMC-nin inşa etdiyi binalarda olan sahələrdə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı münasibətlərə tətbiq edilməli olan normaları düzgün tətbiq etməmiş, MMC-nin inşa etdiyi binadakı sahələrə mülkiyyət hüququnun yaranmasının fərqli əsaslara söykəndiyinin fərqinə varmamışdır. Məhkəmə qətnaməsi, Cavabdeh MMC-nin və İddiaçı2 iddiasının(ikinci iddia) təmin olunmayan hissələrinə münasibətdə də qanuni və əsaslı hesab edilə bilməz. İkinci iddianın"xxxx" MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” ilə bağlı hissəsini təmin etməyən məhkəmə, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, guya, həmin predmet üzrə, guya, mübahisə hal-hazırda mövcud deyildir. Lakin nəzərə almaq lazımdır ki, mübahisə yalnız həmin məbləğin tələb edilməsinin qanunsuzluğu ilə məhdudlaşmır. Həmin tələbdən də göründüyü kimi,"xxxx" MMMC uzun illərdir onun istifadəsinə verilmiş lifin cari təmiri üçün ödənilməli olan təmir xərcini Cavabdeh MMC-dən tələb edir ki, belə tələbin qanunsuzluğu məhkəmə tərəfindən tanınmayacağı təqdirdə ümumi istifadədə olan və "xxxx" MMMC-nin nəzarətində olmaqla həmin MMMC-nin vəsaitləri hesabına xidmət göstərilməli olan digər obyektlərə münasibətdə də analoji tələblər irəli sürülməsinə rəvac vermiş olur. Mülki Məcəllənin 14.1ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bu baxımdan "xxxx"MMMC-nin istifadəsində olan və onun tərəfindən istismar olunan obyektlərin təmir və xidmət xərclərinin ödənilməsi üzrə "xxxx" MMMC ilə Cavabdeh MMC arasında mülki münasibətlərin mövcud olmadığı məhkəmə tərəfindən təsdiqlənməli idi. Digər tərəfdən, məhkəmə nəzərə almalı idi ki, bu tələb adi mülki dövriyyədən yaranmış öhdəliyə və ya Mülki Məcəllənin 14.2-ci maddəsində sadalanan digər əsasların heç birinə aid edilə bilmədiyi üçün heç bir halda “kreditor-borclu” münasibətləri yarada bilməz. Belə olan halda, həmin tələbin ümumiyyətlə, əsassız olmasına və mövcud olmayan mülki münasibətlərə istinad etdiyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. İddia tələblərinin “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın CavabdehMMC-yə qaytarılması hissələri ilə bağlı Məhkəmə iddia tələblərini həmin hissədə də təmin etməmiş və bununla bağlı qətnamədə bunu həmin məbləğlərin sırf kommunal borclara görə və qarşılıqlı razılıq əsasında ödənilməsi ilə həmçinin icarəçilərə edilən güzəştlərin məcburiyyət qarşısında qalmasının nəticəsi kimi yox, birtərəfli qaydada, icarəyə verən tərəfindən edilməsi ilə əsaslandırmışdır. İddia tələblərinin bu hissəsinə münasibətdə də Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İlk növbədə Məhkəmə nəzərə almalı idi ki, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlər və (və ya) haqların məbləği yalnız Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Hazırkı işdə həmin mütləq ödənişlərin məbləğinin Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada hesablanması həyata keçirilməmişdir. Apellyasiya şikayətinin digər dəlillərindən də göründüyü kimi, "xxxx"MMMC tərəfindən “xidmət haqqı” kimi tələb edilən məbləğlərin müəyyən edilməsinə əsas kimi çıxış edə biləcək sənədlər – Mənzil Məcəlləsinin 126.9 və 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada (yəni, ümumi yığıncağın təsdiqinə təqdim edilmiş xərclərin smetası və digər maliyyə hesabatları ümumi yığıncaq tərəfindən təsdiq edildikdən sonra) təqdim edilmədən, MMMC-nin icra orqanının özü tərəfindən “təyin edilmiş” məbləğ üzərindən hesablanmış xidmət haqqının ödənilməsi həmin məbləğlərin birmənalı qaydada əsaslandırılmış məbləğ kimi qəbul edilməsi anlamına gələ bilməz. Belə ki, “xidmət haqqı” məbləği iki tərəfin subyektiv iradə ifadəsi kimi onların “razılaşması” ilə deyil, konkret xərclər smetasına uyğun hesablanmış obyektiv məbləğ olmalıdır. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsində də nəzərdə tutulmuşdur ki, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, MMMC-nin hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 128.0.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək, cəmiyyətin idarə heyətinin vəzifələrinə aid edilmişdir. İkinci iddia üzrə iddiaçılar MMMC-nin iştirakçısı olmasalar da, Mənzil Məcəlləsinin 7.1-cimaddəsinin tələbləri baxımından mənzil münasibətlərinin iştirakçısı olan subyekt hesab edilirlər və həmin münasibətlərin subyekti kimi MMMC-nin tələb etdiyi ödənişlərin əsasını təşkil edən məlumatlarla – xərclər smetasını və s. bu kimi maliyyə sənədləri ilə tanış olmaq hüququna malikdirlər. Lakin MMMC tərəfindən tələb edilən ödənişlərin əsasını təşkil məlumatlar nə iddiaçılara, nə də məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində(126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Həmin Qərarda Konstitusiya Məhkəməsi həmçinin qeyd etdi ki: Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Həmin işdə Konstitusiya Məhkəməsi daha sonra şikayət verilən məhkəmə qərarına münasibətdə bildirdi ki, “Məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər.” Bundan əlavə, binanın ümumilikdə kommunal təminatlardan (qaz, elektrik, su və s.) istifadəyə görə yaranmış borclarının Cavabdeh MMC-nin və İddiaçı2 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin “xidmət haqqı” kimi ödənilən məbləğ hesabına bağlanması yolu ilə əvəzləşdirilməsi, "xxxx" MMMC-ni qanunla onun üzərinə qoyulmuş vəzifədən- xidmət haqqının müəyyən edilməsinə əsas olmuş sənədləri təqdim etmək vəzifəsindən azad etmir, eyni zamanda Cavabdeh MMC-nin artıq ödənilmiş “xidmət haqqı” məbləğlərinin qaytarılmasınıtələb etmək hüququna xitamvermir. Belə olan halda, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün məhkəmənin ixtiyarında kifayət qədər sübut olduğu halda, yanlış nəticəyə gəldiyi aşkardır.
13. İkinci iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, İddiaçı2 mülkiyyətində olan və icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarəçilərinə "xxxx"MMMCnin tətbiq etdiyi qanunsuz məhdudiyyətlərlə bağlı icarəçilərin tələbi iləedilmiş güzəşt məbləğinin tutulması hissəsini də təmin etməmiş və bunu belə əsaslandırmışdır ki:“Bundan əlavə, İddiaçı2 liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlətəsdiq etməmişdir” Halbuki, həmin yaşayış binasında İddiaçı2 mülkiyyətində qeyri-yaşayış sahələrinin olması və onların icarəyə verilməsi işinmübahisələndirilməyən halıdır və "xxxx" MMMC də dəfələrlə həmin sahələrin icarəçilərinə əsassız xəbərdarlıqlar göndərərək, icarəçilərin işçilərinin və həmin icarə obyektlərinə gələn şəxslərin binaya yalnız şəxsiyyət vəsiqələri ilə buraxılacağını bildirmiş, binanın liftlərindən istifadəyə qanunsuz məhdudiyyət tətbiq etmişdir. İş materiallarında olan icarəçilərin müraciətində də hər bir icarəçinin VÖENi göstərilməklə, möhürü vurulmaqla və səlahiyyətli şəxsi tərəfindən imzalanmaqla İcarəyə verən İddiaçı2 birmənalı olaraq bildirilmişdir ki, “Sizə məlum olduğu kimi, 08 Avqust 2023cü ildə fəaliyyət göstərdiyimiz ofis sahələrinin yerləşdiyi binalarda çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 2 və 3-cü mərtəbələrdə liftlərdən istifadə tam məhdudlaşdırılmışdır. Artıq üçüncü gündür ki, baş verən hadisə bizim fəaliyyətimizə maneçilik törətmiş, belə ki, şirkətimizin əməkdaşlarının, qonaq və ziyarətçilərinin ofislərimizə gəlib-getməsində böyük çətinliklər yaratmış, işgüzar nüfuzumuza xələl gətirmişdir. Həmçinin qeyd edirik ki, son dövrlər ərzində mütəmadi olaraq “Nəsimi 48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən fəaliyyətimizə müxtəlif müdaxilələr edüir, qanunsuz yoxlamalar təşkil edilir, ofisə daxil olmaq üçün gündəlik olaraq əməkdaşlarımızın şəxsi məlumatları ( şəxsiyyət vəsiqəsi, mobil telefon və s.) tələb edilir, şirkətlərimizə gəlib-gedən qonaqlara və ziyarətçilərə qarşı eyni davranış nümayiş etdirilir.... Uzunmüddətli işgüzar əlaqələrimizi və yuxarıda qeyd etdiklərimizi əsas hesab edərək, Sizdən xahiş edirik ki, ofis sahələrində liftlərdən istifadəyə qarşı yaradılmış məhdudiyyətlər aradan qaldırılsın, hazırkı vəziyyət nəzərə alınaraq və İcarə haqqında güzəştlər edilsin.” Həmin müraciət məktubu cəmi 14 hüquqi şəxs tərəfindən imzalanmışdır. Bundan sonra İddiaçı2 tərəfindən həmin şirkətlərə güzəşt edilməsi (icarə haqqı, güzəşt faizi və məbləği) göstərilməklə müvafiq hesablar (invoyslar) təqdim edilmişdir. Belə olan halda, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün məhkəmənin ixtiyarında kifayət qədər sübut olduğu halda, bu tələbin təmin edilməməsinə dair yanlış nəticəyə gəldiyi aşkardır. İddiaçı2 iddia tələbinin ona vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinin təmin edilməli olmaması nəticəsində gəlsə də, belə nəticə işin hallarına uyğun gəlmir. Belə ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəçilərinə "xxxx"MMMC tərəfindən icarəçilərin sahədən istifadə hüquqlarına qanunsuz müdaxilə və məhdudiyyət tətbiq edilməsi hədələri, bunların bəzilərinin isə həyata keçirilməsi(liftlərdən istifadəyə qoyulan qanunsuz məhdudiyyət və s.) işin mübahisələndirilməyən hallarına aiddir və "xxxx" MMMC bu faktları nəinki inkar etmiş, hətta onların “qanuni” olmasını sübut etməyə cəhd etmişdir. Bunun nəticəsində də icarəçilər tərəfindən haqlı iradlar bildirilmiş və pozulmuş hüquqlarının kompensasiyası kimi icarə haqlarına güzəşt tətbiq edilməsi tələb edilmiş və İddiaçı2 öz növbəsində bu haqlı tələbləri yerinə yetirmək məcburiyyətində qalmışdır. Belə güzəştlərin tətbiqini təsdiq edən müvafiq sənədlər (icarə haqlarına güzəşt tətbiq edilməklə icarəçilərə təqdim edilmiş hesab fakturalar) məhkəməyə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən ikinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
18. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
24. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
25. 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.
26. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
27. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər.
28. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, ikinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətində qətnamənin qismən – birinci iddiaçı"xxxx" MMMCnin iddiasının təmin edilmiş hissəsində və ikinci iddiaçıların iddiasının təmin edilməmiş hissələrində ləğv edilərək,"xxxx" MMMC-nin iddiasının rədd edilməsinə, ikinci iddiaçı E.Məmmədəliyvin iddiasının tam təmin edilməsinə dair xahiş etdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binaları Cavabdeh MMC tərəfindən inşa edilmiş və xx.xx.2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” AR Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır.
41. Kollegiya qeyd edir ki, MMMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılmasına baxmayaraq, cavabdehin mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətində olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verməməsi qanunsuzdur.
42. Kollegiya apellyasiya şikayətinin birinci iddia tələbinin təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, qeyd olunan sənədlərin iddiaçıya təqdim edilmədiyindən birinci iddia üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, birinci iddia tələbi üzrə iddiaçı qeyd olunan ümumi istifadədə olan obyektlərin təhvil verilməsi tələbini irəli sürməmiş, mübahisələndirilən torpaq sahəsində yerləşən obyektlərin və həmin binaların müvafiq sənədlərin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət olunmuş, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbi həddində qərar qəbul etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlili olan binanın ümumi əmlakının saxlanması ilə bağlı idarəçiliyin MMMC-yə keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsinin əsaslı olmaması ilə bağlı bildirir ki, iş materiallarından göründüyü kimi irəli sürülən tələb obyektlərin faktiki sahibliyə verilməsi ilə bağlı deyil, tələb məhz əmlaklarla bağlı olan sənədlərin təhvil verilməsi ilə bağlıdır. Sənədlərin təhvil verilməsi tələbində hər hansı (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) qanunsuzluq olmaması ilə bərabər, sənədlərin verilməməsi MMMC-nin hüquqlarını həyata keçirməsinə maneə törədir. MMMC-nin Mənzil Məcəlləsinin 122-ci maddəsində təsbit olunmuş illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək və digər bir sıra hüquqlarının həyata keçirilməsi üçün binanın ümumi əmlakının vəziyyətinə dair halları təsdiq edən sənədlərin birinci iddia üzrə iddiaçı MMMCdə olması zəruridir.
43. Kollegiya apellyasiya şikayətinin ikinci iddia tələbinin təmin edilməyən hissələri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı2 liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlə təsdiq etməmişdir.
44. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilir ki, icra müqavilələri və müqaviləyə əlavələr yaradılmış maneələrə qədər (avuqst 2023-ci il) bağlanılmışdır (bir çoxu 2021-ci illəri əhatə edir) . Həmçinin Məmmədliyev Eldar Əli oğlunun təqdim etmiş olduğu hesab fakturada yalnız özü tərəfindən imzalanmış və bunun edilməsinə əsas olmuş müqavilə (əlavələr, iradə ifadəsini təsdiq edən rəsmi sənədlər və s) mülki iş materiallarına aid edilmədiyindən sübut kimi qiymət verilməsi əsassızdır. Bundan əlavə isə yalnız məhkəməyə təqdim edilən 15 avqust 2023-cü il tarixdə Məmmədliyev Eldar Əli oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqavilədir ki, buda əvvəlki müqavilənin davamı olmamaqla (bununla bağlı sübut əlavə edilməmişdir) yeni bağlanmış müqavilədir. Bu səbəbdən icarə haqqının aşağı salınması halı bu müqaviləyədə tətbiq edilə bilməz.
45. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
46. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
48. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
49. Göründüyü kimi, ikinci tələb üzrə iddiaçı tələbinin təmin olunmayan hissədə əsaslılığını təsdiq edən sübutları təqdim etməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birinci iddianı təmin etməklə, ikinci iddianı mübahisələndirilən hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.