Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-301/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Şahin Aslanovun vəkili Mehman Cəbrayılovun iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)-4309/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilə üzrə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-ya məxsus binanın 1-ci girişinin 5-ci mərtəbəsində 27 nömrəli, 2 otaqdan ibarət ümumi sahəsi 99 kv.m. təşkil edən mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 14400 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, 31 manat dövlət rüsumunun, cəmi 34431 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh ilə müqavilə bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci girişinin 5-ci mərtəbəsinin 27 nömrəli, 2 otaqdan ibarət, ümumi sahəsi 99 kv.m. olan mənzili almış və mənzilin dəyəri olan 48015 manat pulu Cavabdeh-ya ödəyərək, maliyyə arayışı əldə etmişdir. Müqavilə üzrə öhdəliyi yerinə yetirsə də, cavabdeh təşkilat öz öhdəliyinin yerinə yetirməmişdir. Keçən müddət ərzində iddiaçı daimi aldığı mənzilə gedib baxmış, lakin sonuncu dəfə gedərkən binaya buraxılmamışdır. Bu illər ərzində mənzilə dəfələrlə baş çəkməyə getdiyi zaman 2000 manat yol xərci çəkmişdir. Cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində 6 il ərzində ayda 200 manat olmaqla kirayə pulu vermişdir. Beləliklə, ona 14400 manat zərər dəymişdir. Həmçinin cavabdehin öhdəliyinin icra etməməsi səbəbindən iddiaçı ağır mənəvi zərərə məruz qalmış və həmin zərərə görə cavabdeh 20000 manat tələb edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)- 4309/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m. olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)-4309/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Mübahisəli mənzil başqa şəxsin adına qeydiyyatdan keçmiş və həmin şəxs vicdanlı alıcıdır. İddiaçı adına müqavilənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində cinayət işi gedir. Belə ki, podratçı olan Məsud Əhmədov adlı şəxs Cavabdeh-nın binasından bir sıra mənzilləri və qeyri-yaşayış sahələrini müxtəlif şəxslərin adlarına yazdıraraq pullarını mənimsəmişdir. Həmin mənzillərlə, o cümlədən 27 saylı mənzillə bağlı müqavilələrin ləğv edilməsi barədə vətəndaşlara məlumat verilmişdir. İddiaçı M.Əhmədovun barəsində olan cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır:
1. işə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh-nın iştirakı olmadan baxılaraq çəkişmə prinsipi pozulmuşdur.
2. apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə predmeti olan mənzilin Cavabdeh-dan dəyəri ödənilməklə əldə etmiş digər şəxslərin işə cəlb edilməsi üçün heç bir prosessual hərəkət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya baxışı zamanı X13 və Qurbanov Şahin Rafiq oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Apellyasiya instansiyası məhkəməsində X13 cavabdehlər Cavabdeh-ya, İddiaçı və Qurbanov Şahin Rafiq oğluna qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və Qurbanov Şahin Rafiq oğlu arasında bağlanılmış xx xxx 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş Qurbanov Şahin Rafiq oğlunun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin Şahin Aslanova təhvil verilməsi öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 Cavabdeh ilə bağlanılmış xx xxxxx 2014-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzili almışdır. Həmin mənzilin alınması üçün o, Cavabdeh-ya 39600 manat pul ödəmiş və cavabdeh tərəfindən pulun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Mənzili alanda mənzil tamamilə boş olmuş və bir vaxt keçəndən sonra o, mənzilin əsaslı təmir işlərinə başlamışdır. Mənzili təmirə başlayandan bir müddət keçəndən sonra adının Şahin Qurbanov olduğunu bildirən şəxs mənzilə gələrək 27 nömrəli mənzil ona satılmasını demişdir. Şahin Aslanov həmin şəxslə Cavabdeh-nın sədri Cahangir Alışovun qəbuluna getmiş və sonuncu sənədlərə baxıb 27 nömrəli mənzilin Şahin Aslanova məxsus olmasını, Şahin Qurbanovun mənzilin isə başqa ünvan olmasını bildirmişdir. Sonradan Cavabdeh-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanılmışdır. O, 2018-ci ilin oktyabr ayının ortalarında mənzilin təmirini tamamlamış və ümumilikdə təmirə 23000 manatdan artıq pul xərcləmişdir. Mənzilə köçməyə hazırlaşarkən ona bildirilmişdir ki, mənzilinə kənar şəxs daxil olmuş və yaşayır. Mənzilə gələndə məlum olmuşdur ki, Şahin Qurbanov ailəsi ilə birlikdə ona məxsus mənzilə özbaşına daxil olaraq yaşayırlar. Şahin Qurbanov bildirmişdir ki, kirayədə qalmağa maddi imkanı yoxdur və ona deyilən mənzil təmirsizdir. Ona görə də məcbur qalaraq mənzilə daxil olmuşlar. Ona məlum olmuşdur ki, Cavabdeh podrat müqaviləsi əsasında işləmiş fiziki şəxs X12 qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə cavabdeh X16 arasında bağlanmış xx xxxx 2007-ci il və xx xxxxxx 2008-ci il tarixli podrat müqavilələri üzrə cavbdehin podrat müqaviləsi üzrə gördüyü işlərin dəyərini aşan və cavabdeh tərəfindən əsassız olaraq mənimsənilmiş tikinti sahələri olan mənzilləri № 3; 4; 5; 10; 22; 27, 30; 35; 45; 54; 63; 67; 70; 86; 87; 90; 91; 95; 98; 100; 104; 114; 117; 119; 127; 130; 138; 150; 165; 195; 197; 216; 226; 227; 234; 235 saylı mənzillərin və cəmi 439 kv.m qeyri-yaşayış sahələrinin (206 kv.m qeyri-yaşayış sahəsi+130 kv.m qeyri-yaşayış sahəsi+103 kv.m qeyri-yaşayış sahəsi) cavabdehdən alınaraq Cavabdeh-ya geri qaytarılması, bu mümkün olmadıqda cavabdehin götürdüyü, lakin istifadə etmədiyi tikinti sahələrinin dəyəri olan ******* ABŞ dolları məbləğində pul vəsaitinin və 672838 manat zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(001)-4987/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(103)- 7038/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsinin baxılmamış saxlanılmasına əsas kimi tərəflərin müqavilədə şərtləndirdikləri qaydada mübahisənin məhkəmədənkənar pretenziya qaydasında baxılması müddəasına riayət etməmələri olmuşdur. Mənzilə özbaşna daxil olmuş cavabdeh Qurbanov X18 Aslanovun ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasından 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzildən çıxarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Həmin iddia ərizəsinə İddiaçı kassasiya şikayətinə baxılıb qərar qəbul edilməsinin nəticəsindən asılı olaraq baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsinə baxılarkən həbsdə olan Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Cahangir Alışov məhkəməyə iddia ərizəsi ilə bağlı etiraz göndərmiş və etirazında rəsmi olaraq bir daha bildirmişdir ki, Ş.Qurbanov tərəfindən 27 nömərəli mənzilə edilən iddia tələbi əsassızdır. Belə ki, həmin mənzil makler X23 və hüquqşünas Habil Fətəliyev tərəfindən saxta sənədlə Ş.Qurbanova verilmiş və həmin mənzilin pulu Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməmişdir. Həmin fakt hal-hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsinin müstəntiqi Kazım Həmzətov tərəfindən araşdırılır. Mübahisələndirilən 27 nömrəli mənzilin vicdanlı sahibi X8r və o, mənzilin pulunu MTK-ya tam ödəmişdir və bu barədə ona maliyyə arayışı verilmişdir. Şahin Aslanova məxsus 27 nömrəli mənzilə dair məhkəmədə mübahisə qaldırmış İddiaçı mənzili qanunsuz satmış MTK ilə podrat müqaviləsi əsasında iş görən X16 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-2416/2019 saylı qətnaməsi ilə Cavabdeh-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh Mənzil – Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2416/2019 saylı əlavə qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh-ya, İddiaçı və Qurbanov Şahin Rafiq oğluna qarşı “Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və Qurbanov Şahin Rafiq oğlu arasında bağlanılmış xx xxx 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş Qurbanov Şahin Rafiq oğlunun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin Şahin Aslanova təhvil verilməsi öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7907/2019 saylı qərarı ilə Qurbanov Şahin Rafiq oğlu və X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı üçüncü şəxs Şahin Aslanovun vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və digər üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı iddia tələbində mübahisələndirilən mənzilin ona təhvil verilməsi ilə yanaşı vurulmuş zərərin ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsi iddianın yalnız birinci hissəsinə hüquqi qiymət vermiş və təmin etmişdir. Qətnamədə iddiaçının nümayəndəsi X5 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi qeyd olunsa da, iş materiallarında belə ərizə müəyyən olunmur. Bununla belə, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirməmiş, əksinə əvvəlki məhkəmə iclasında birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulsa da, həmin hissədə qətnamənin düzgünlüyü mübahisələndirilmədiyindən Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən hazırkı apellyasiya baxışının predmeti yalnız apellyasiya şikayəti ilə mübahisələndirilən hissə, yəni mənzilin Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi təşkil edir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi Qurbanov Şahin Rafiq oğlunun və X7 hüquqlarına və qanuni mənafelərinə toxunsa da, birinci instansiya məhkəməsində sonuncular işə cəlb olunmadan məhkəmə araşdırması aparılmış və mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etdiyi əsaslar ilə MM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üst-üstə düşmür. Ona görə apellyasiya instansiyası məhkəməsinin MM-nin 452.1-ci maddəsinə əsasən üstün hüquqa malik olması barədə nəticəyə gəlməsi düzgün hesab edilə bilməz. Belə ki, MM-nin 452.1ci maddəsinin birinci cümləsi kreditorun öhdəliyin icra olunmadığı halda fərdi müəyyən əşyanı borclunun əlindən alınması və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququnu ehtiva edir. Həmin maddənin ikinci cümləsində isə qeyd olunur ki, bu hüquq 3-cü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzillə əlaqədar cavabdehin üç müqavilə bağladığını, hər üç müqavilə üzrə mənzili alan şəxslərin onun dəyərini ödədiyini, mənzilin müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs X9 mülkiyyət hüququ ilə verilərək onun tərəfindən təmir olunduğunu və hazırda həmin mənzildə onun digər alıcısı Qurbanov Şahin Rafiq oğlunun yaşadığını müəyyən etsə də bu xüsusatları nəzərə almadan MM-nin 452.1-ci maddəsinə istinad edərək İddiaçı iddia tələbini təmin etmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq norması kimi Azərbaycan Respublikası MM-nin 452.1-ci maddəsinə istinad etmək ilə səhvə yol vermişdir. Belə ki, mübahisəli əmlak başqa şəxsə verildiyinə görə MM-nin 452.1-ci maddəsi iddia tələbinin təmini üçün əsas ola bilməz. Mübahisəli mənzilin 3 nəfərə satılması ilə əlaqədar “xxxx” MTK-nın sədri X3 ittiham elan edilmiş və həmin cinayət işi üzrə həm Y.Ş.Ağayeva, həm Ş.R.Qurbanov, həm də Ş.T.Aslanov zərərçəkmiş şəxs kimi tanınmışdır. Məlumdur ki, eyni mənzil 3 nəfərə satıldığı halda eyni mənzil zərərçəkmiş şəxslərin üçünə də verilə bilməz. Ona görə belə hallarda məhkəmənin tərəflərlə öhdəliyin predmeti olan əmlak əvəzinə onun əvəzinin ödənilməsi məsələsini müzakirə etməsi məqsədə müvafiq hesab olunmalıdır. Digər tərəfdən həmin mübahisə ilə bağlı işin cinayət mühakiməsi qaydasında məhkəmənin icraatında olması məhkəmə hökmü üzrə hansı nəticənin əldə olunmasının nəzərə alınmasını da şərtləndirir. Bundan başqa, Ş.T.Aslanovun mübahisələndirilən mənzilə hüquqlarının nə üçün tanınmaması məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Mülki işin materialları ilə müəyyən edilir ki, eyni mənzil həm İddiaçı, həm Ş.R.Qurbanova, həm də Ş.T.Aslanova satılmış və onlar mənzilin dəyərini ödəmişlər. Ona görə həmin mənzilə iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmamaq əsaslı hesab edilə bilməz. Mülki işin materialları ilə müəyyən edilir ki, mənzilin təmirini Ş.T.Aslanov həyata keçirmişdir. Ş.R.Qurbanov mənzilə köçərkən onun təmirli olmasını da etiraf etmişdir. Eyni zamanda İddiaçı mənzildə təmir aparmadığını təsdiq etmişdir. Belə olan halda Ş.T.Aslanovun subyektiv hüquqa malik olmaması barədə nəticə əsaslı hesab edilə bilməz. Bundan başqa, Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Cahangir Alışov məhkəməyə iddia ərizəsi ilə bağlı etiraz göndərmiş və etirazında rəsmi olaraq bir daha bildirmişdir ki, Ş.Qurbanov tərəfindən 27 nömrəli mənzilə edilən iddia tələbi əsassızdır. Belə ki, həmin mənzil makler X23 və hüquqşünas Habil Fətəliyev tərəfindən saxta sənədlə Ş.Qurbanova verilmişdir və həmin mənzilin pulu Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməmişdir. Həmin fakt hal-hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsinin müstəntiqi Kazım Həmzətov tərəfindən araşdırılır. Mübahisələndirilən 27 nömrəli mənzilin vicdanlı sahibi X8r və o, mənzilin pulunu MTK-ya tam ödəmişdir və bu barədə ona maliyyə arayışı verilmişdir. Bundan başqa Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənə məxsus 27 nömrəli mənzilə dair məhkəmədə mübahisə qaldırmış İddiaçı mənzili qanunsuz satmış MTK ilə podrat müqaviləsi əsasında iş görən X16 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məsud Əliyevin CM-nin 179.3.2-ci maddəsi ilə təqsirlənməsinə dair cinayət işi hal-hazır da Bakı Ağır Cinayətlər Məhkəməsində (hakim Eldar İsmayılovdur) məhkəmə baxışı mərhələsindədir. Cavabdeh iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Məhkəmə kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətində qeyd etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1657/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab məktubuna istinad edərək qətnamə qəbul etmişdir. Həmin məktubda göstərilir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzilə dair digər iki şəxslə müqayisədə İddiaçı ilə daha əvvəl, xx xxxxxx 2008-ci il tarixdə müqavilə bağlanmış və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Məhkəmənin bu qənaəti ilə razı deyilik. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab məktubunda göstərilmişdir ki, gələcəkdə baş verə biləcək ziddiyyətli halların, qanuni əsaslarla Cavabdeh-dan mənzil almış vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə, mülki işlərə baxılarkən Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ünvanında inşa edilmiş binada 3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 53, 54, 63, 67, 70, 77, 86, 90, 91,95, 98, 99, 100, 101, 104, 114, 117, 119, 122, 127, 130, 138, 150, 165, 195, 197, 216, 227, 234, 235 №-li mənzillərin mübahisəli olmaqla, bu mənzillərlə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmasını və ibtidai istintaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbuİ ediləcəyini nəzərə almağınızı xahiş edirəm. Göründüyü kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq qərarın qəbul edilməsi üçün istintaqın nəticəsinin gözlənilməli olduğunu qeyd etmişdir. Bu halda məhkəmənin İddiaçı müqaviləsinin daha əvvəl olması qənaətinə gəlməsini düzgün hesab etmirik.” Bundan başqa, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ittiham aktının surətindən məlum olur ki, o, hazırki mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-ya məxsus binanın 1-ci girişinin 5-ci mərtəbəsinin 27 saylı (2 otaqdan ibarət ümumi sahəsi 99 kv.m olan) mənzilin dəyəri olan 56500 ABŞ dollarını öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, Qurbanov Şahin Rafiq oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Məhkəmə hazırki qətnaməni qəbul edən zaman maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.m təşkil edən 27 nömrəli mənzilə İddiaçı köçürülməsini özündə ehtiva edən məhkəmə qətnaməsini çıxaran məhkəmə kollegiyası mənim hazırda həmin yaşayış sahəsində yaşamaq üçün çəxmiş olduğum bütün xərclərin əvəzinin kimdən alınması, ödədiyim kommunal xərclərin aqibətinin necə olacağına əhəmiyyət verməmiş və bununla da mənim hüquqlarımı əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilə bağladığı gündən 10 ildən artıq vaxt ötməsinə baxmayaraq, İddiaçı həmin mənzillə bağlı heç bir mübahisə açmaması onun mənzilə ehtiyacı olmamasından irəli gəlir. Lakin, hazırki yaşayış sahəsi onun ailəsinin yeganə yaşayış yeridir və həmin yaşayış yerinin onun əlindən alınaraq onunla eyni hüquqa malik olan digər şəxsə verilməsi barədə qəbul olunmuş məhkəmə qətnaməsi həm də ədalətsizlik nümunəsidir.” MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə (direktoru X6 şəxsində) alıcı İddiaçı arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 48015 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh-nın sədri C.H.Alışov və mühasibi Z.H.Səfərov tərəfindən imzalanmış maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən xx xxxxxx 2008ci il tarixdə 48015 manat məbləğində pul ödənilmişdir. Cavabdeh ilə (direktoru X6 şəxsində) alıcı Qurbanov Şahin Rafiq oğlu arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxx 2013-cü il tarixli müqavilənin surətinə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 39600 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh-nın sədri C.H.Alışov tərəfindən imzalanmış maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən, Qurbanov Şahin Rafiq oğlu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən xx xxx 2013-cü il tarixdə 39600 manat məbləğində pul ödənilmişdir. Cavabdeh ilə (direktoru X6 şəxsində) alıcı X13 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 39600 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh-nın sədri C.H.Alışov tərəfindən imzalanmış maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən, X13 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən xx xxxxx 2014-cü il tarixdə 39600 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxxxx 2016-cı il tarixli məktubuna əsasən həmin İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh-nın rəhbərləri və digər şəxsləri tərəfindən mənzil satışında yol verilmiş qanunsuzluq halları araşdırılır. O, cümlədən müəyyən edilmişdir ki, sifarişçı kimi Cavabdeh-nın sədri X6 və kooperativin digər təsisçiləri ilə podratçı kimi X16 arasında Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ünvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisinin aparılması üçün xx xxxx 2007-ci il tarixli müqavilə bağlanmış, sonuncuya öhdəliklərin icra etməsi məqsədilə binadan ******* manat dəyərində 80 mənzil verilmişdir. Cavabdeh-nın əməkdaşlarının ifadələrinə və istintaqa təqdim olunmuş xx xxxxxx 2016-cı il tarixli mütəxəssis aktına əsasən Məsud Əhmədov öhdəliklərini tam icra etmədən ******* manat dəyərində mənzilləri artıq əldə etmişdir. Hazırda M.Əhmədovun binada tikinti işlərini yarmıçıq qoymaqla və barter yolu ilə əldə etdiyi çoxlu sayda mənzilləri sataraq, pul vəsaitlərini MTK-nın xəzinəsinə mədaxil etməməklə, Cavabdeh-ya külli miqdarda zərərə vurması haqqında həmin MTK-nın sədri Cahangir Alışovun şikayəti üzrə araşdırma aparılır. Məktubda Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ünvanında inşa edilmiş binada bir sıra, o cümlədən 27 saylı mənzillərin mübahisəli olmaqla, bu mənzillərlə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli ittiham aktının surətindən müəyyən olunur ki, X16 digər əməllərlə yanaşı podratçı kimi Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 5 ünvanında 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət binanın tikintisi üçün Cavabdeh-nın rəhbərliyi tərəfindən “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”lər və nağd pulun kooperativə ödənilməsi haqqında maliyyə arayışları əsasında müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona vermiş 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* manat vəsaiti, o cümlədən 27 No-li mənzildən 56500 ABŞ dolları əldə etmiş və həmin pul vəsaitinin ******* ABŞ dolları, yəni ******* manat hissəsini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamağa görə Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ittiham aktına əsasən İddiaçı cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli ittiham aktının surətindən müəyyən olunur ki, X6 və X11 qabaqcadan əlbir olmaqla C.H.Alışovun sədri olduğu Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən binanın 2 otaqlı, 99 kv.m. sahəli, 27 No-li mənzili xx xxxxxx 2008-ci il tarixli müqavilə ilə İddiaçı satdığı və onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2013-cü ilin aprel ayında həmin mənzilin əvvəldən heç kimə satılmamasını Qurbanov Şahin Rafiq oğluna yalandan bildirib, tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi x xxx 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Şahin Qurbanova satılması adı ilə ondan həmin tarixdən başlayaraq 1 il müddətində binanın həyətində yerləşən ofis otağının istinaqla müəyyən edilməyən kooperativ əməkdaşları vasitəsi ilə vahid niyyətlə 39600 manat məbləğində pulu və təkrarən qeyd olunan mənzilin əvvəldən heç kimə satılmamasını 2014-cü ilin aprel ayında övladı Şahin Aslanova mənzil almaq üçün müraciət etmiş X14 yalandan bildirib, tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi xx xxxxx 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında ona satılması adı ilə sonuncudan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 39600 manat məbləğində pulu Habil Fətəliyevlə birlikdə alıb, aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etdiyinə görə Azərbaycan Respublikası CM-in 178.3.2, 29.178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə İddiaçı, Qurbanov Şahin Rafiq oğlu və X13 zərərçəkmiş şəxs qismində tanınmışlar. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Cavabdeh-da tikilmiş binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzilin təmirini iş icraçısı kimi həyata keçirmişdir. Onu həmin işə tanışı olan Şahin Aslanov dəvət etmişdir. Təmir zamanı əsas işlər görülmüş və ümumilikdə 24700 manat məbləğində pul sərf olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X2 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1 ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-69/2020 nömrəli cinayət işi üzrə ünvan 7 ünvanında Cavabdeh tərəfindən inşa olunan yaşayış binasının 2 otaqlı, 99 m2 sahəli 27 №-li mənzili üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı xx xxxxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Qurbanov Şahin Rafiq oğlu xx xxxxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, X13 x xxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs tanınmışdır. X2 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-69/2020 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işləri üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə “xxxx” MTK-ya ayrılmış Xətai rayonu ərazisində Ağ şəhər layihəsi çərçivəsində 0.6965 ha torpaq sahəsində inşa olunacaq yaşayış binasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı Cavabdeh-da olan 27 nömrəli mənzilinin əvəzində yeni mənzilin verilməsi nəzərdə tutulmuş, onun adı “xxxx” MTK-ya göndərilmiş siyahıya daxil edilmiş və yaxın günlərdə icra ediləcəkdir. Məhkəmə kollegiyası ilkin iddianı apellyasiya şikayəti ilə mübahisələndirilən mübahisəli mənzilin Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Payçı İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin şərtlərinə görə icraçı tikilməkdə olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşin halları ilə müəyyən olunur ki, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq pay haqqını tam ödəmiş, lakin icraçı müqavilə üzrə mənzilin təhvil verilməsini öhdəsinə götürsə də öhdəliyinə əməl etməmişdir. Buna görə də, Bakı şəhəri. Yasamal rayonu. M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş. 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzili Cavabdeh tərəfindən İddiaçı təhvil verilməlidir. Bundan başqa, iddiaçı onunla bağlanılmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, həmin müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Bu zaman 752.2-ci maddədə “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir” ifadəsi düzgün başa düşülməlidir. Belə ki, maddədə “alqı-satqı müqaviləsi” deyil, “alqı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alqı-satqı qaydaları tətbiq edilir, ayrıca alqı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verilməsi podrat müqaviləsinin tənzimetmə predmetidir. Hazırkı işdə podratçı var, həmin podratçı əvvəlcə sifarişçi İddiaçı ilə, daha sonra isə “sifarişçi” Qurbanov Şahin Rafiq oğlu və X13 ilə podrat müqaviləsi bağlayıbdır. Göründüyü kimi, Qurbanov Şahin Rafiq oğlu və X13 ilə bağlanan podrat müqavilələri yalan əqdlərdir, ona görə ki, qeyd olunan hal müqavilələrin məzmunundan aydın görünür. Belə ki, müqavilənin məzmununda qeyd olunub ki, Qurbanov Şahin Rafiq oğlunun və X1 əsasında mənzili tikilib ona təhvil veriləcək. Belə vəziyyətdə “tikilmiş mənzil necə yenidən tikilə bilər” sualı əmələ gəlir. Mənzil İddiaçı sifarişi əsasında tikildiyinə görə Qurbanov Şahin Rafiq oğlu və X13 həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyil, bu nəinki qanunsuz, həm də məntiqsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Beləliklə, mənzil İddiaçı sifarişi və maliyyəsi ilə onun üçün inşa olunub, iqtisadi mənada onun əmlakıdır. Mənzilin Qurbanov Şahin Rafiq oğluna və ya X9 verilməsi İddiaçı əmlakının başqasına verilməsi kimi qiymətləndirilir. Bu cür münasibətləri Mülki Məcəllənin 452-ci maddəsi tənzimləmir. Göründüyü kimi, 2-ci və 3-cü müqavilələri bağlayaraq mənzili Qurbanov Şahin Rafiq oğluna və ya X9 verməkdə podratçının məqsədi daha çox qazanc əldə etmək olmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessul Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr belə mübahisələri 1-ci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün 1-ci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili 2ci şəxsə satacaqlar. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh-ya ödəmişdir. Belə olan halda isə, iddiaçı, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və ona görə də iddia həmin hissədə əsaslıdır. Bundan başqa, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, işin mübahisəsiz halına görə həmin mənzil üçüncü şəxs Qurbanov Şahin Rafiq oğlunun və onunla yaşayan ailə üzvlərinin qanunsuz sahibliyindədir. Çünki mübahisəli mənzilə dair ilk öncə xx xxxxxx 2008-ci il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, daha sonra isə həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən həmin mənzilə dair üçüncü şəxslərlə alqı-satqı müqavilələri bağlanılmışdır. Göründüyü kimi Cavabdeh faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Qurbanov Şahin Rafiq oğlu və X13 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqdlər bağlamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə və məzmununa aid edilən şərtlər pozulmuşdur. Çünki, Cavabdeh özünə məxsus olmayan əşya (mənzil) barəsində sərəncam vermişdir. Həmçinin, mənzil İddiaçı sifarişi əsasında tikildiyinə görə X7 və Qurbanov Şahin Rafiq oğlunun həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Ona görə də, həmin əqd Mülki Məcəllənin 337.1, 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə tam haqlıdır və ona görə də, həmin hissələrdə ilk iddia təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən irəli sürülmüş əqdin etibarsız hesab edilməsi iddiasının təmin edilməsinə zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Həmin Məcəllənin 351.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır. Hazırki işdə də yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh ilə üçüncü şəxslər arasında bağlanmış müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Bu baxımdan kollegiya hesab edir ki, həmin müqavilənin hazırki məhkəmə tərəfindən yenidən etibarsız hesab edilməsinə zərurət yoxdur. Bundan başqa, X13 cavabdehlər Cavabdeh-ya, İddiaçı və Qurbanov Şahin Rafiq oğluna qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və Qurbanov Şahin Rafiq oğlu arasında bağlanılmış xx xxx 2013cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş Qurbanov Şahin Rafiq oğlunun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin Şahin Aslanova təhvil verilməsi öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, X13 həmin mənzil üzərində hər hansı bir hüquqa sahib olmalıdır ki, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olsun. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, X13 ilə Cavabdeh arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə olan halda isə onun həmin mənzil üzərində hər hansı bir hüququ yoxdur. MM-nin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadan rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)- 4309/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh-ya qarşı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m. olan 2 otaqdan ibarət 27 nömrəli mənzil Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 Cavabdeh-ya, İddiaçı və Qurbanov Şahin Rafiq oğluna qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və Qurbanov Şahin Rafiq oğlu arasında bağlanılmış xx xxx 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş Qurbanov Şahin Rafiq oğlunun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin Şahin Aslanova təhvil verilməsi öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.