Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3012/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 223/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini cəmiyyətə təhvil verməyi, cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. X6 və İddiaçı istifadəsinə və mülkiyyətinə veriləcək ünvan 1 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə Bak şəhəri, Şirin Mirzəyev küçəsi, 65 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etməmişlər. X1 ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İddiaçı ilə X6 arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqi barədə qərardadına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili (sökülmüş mənzil) icra vərəqəsində göstərilən qaydada tərəflər arasında 1/2 hissədə bölünmüşdür. Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə ona K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC onları 5 ildən artıqdır, evsiz qoymağına baxmayaraq əmlaklarını mənimsəmişdir. Müqavilədə göstərdikləri mənzil ona verilmir. 02 iyun 2023 tarixdə cavabdehə ünvanladığı məktubda onların öhdəliklərini bir daha yadlarına çatdırdı və mənzili tələb etdilər. Lakin cavabdeh MMC müxtəlif bəhanələrlə hüquqları olan mənzili verməkdən imtina etdilər. Bundan başqa onlar hər hansı kompensasiya verməkdən də imtina edirlər. Halbuki, hazırda mənzillər hər kv.m. 1800 manatdan vətəndaşlara təklif olunur. Beləliklə ona hələ də verilməyən mənzilin dəyəri 1m2 1800 manatdan hesablanmalıdır ki, bu da 124 m2 mənzilə görə 223.200 manat edir. Bununla yanaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “mənzilin təhvil verilməsi” tələbinə dair ilk iddiası, əsassız və qanunsuz olduğundan rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq "Rahatlığın Məkanı” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin, 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki sahəsi 124 m2 olan 3 otaqlı təmirsiz mənzil verilməsinə dair 10 yanvar 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin üzərinə ona K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan rədd edilməlidir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini cəmiyyətə təhvil verməyi, cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilmədiyindən ünvan 2 ünvanda 5 saylı binanın 4-cü mərtəbəsindəki 3 (üç) otaqlı, 124 m2 sahəsi olan 17 saylı təmirsiz mənzil 05 sentyabr 2022-ci ildə İddiaçı rəsmi qaydada təklif olunmuşdur. Lakin İddiaçı həmin mənzildən rəsmi şəkildə imtina etmişdir. İddiaçı 02 iyun 2023-cü il tarixdə cəmiyyətə müraciət etmiş və onun müraciətinə 11 iyul 2023-cü il tarixdə cavab verilmişdir. İddiaçı ilə dəfələrlə görüşərək mənzilin əvəzinə kompensasiya ödənilməsi barədə müzakirə aparılsa da, razılıq əldə etmək mümkün olmamışdır. Belə ki, İddiaçı sahəsi cəmi 65 m2 (rəsmi sənədlə 60 m2) olan mənzilin əvəzinə 198.000 (yüz doxsan səkkiz min) manat kompensasiya ödənilməsini tələb edir ki, bu da, mənzilin hər kvadrat metri üçün 3000 (üç min) manatdan çox pul təşkil edir. Əlavə olaraq bildirilir ki, 15 aprel 2014-cü il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 158 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 1.28 ha torpaq sahəsi “Rahatlığın Məkanı" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncama uyğun olaraq təsdiq edilən ərazinin Baş Planında qeyd olunan 1 və 2 saylı yaşayış binalarının inşası ilə bağlı işçi layihəsinin memarlıq- planlaşdırma hissəsi razılaşdırılıb və müvafiq qaydada tikintiyə icazə verilmişdir. Hazırda ünvan 3 ünvanda “Rahatlığın Məkanı'’ MMC tərəfindən inşa edilən 1 və 2 saylı yaşayış binaları tikilib başa çatdırılaraq istismara qəbul edilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 18/76 saylı ayrıc aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 3.2 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin dövrdə torpaq sahəsinin böyüdülməsi məqsədi, həmin ərazidə yerləşən 4 mərtəbəli binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının inşası idi. Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb və Dövlət Ekspertizası Baş İdarəsi tərəfındən təsdiq olunmuşdur. Lakin sonradan layihədə nəzərdə tutulan iki çoxmərtəbəli yaşayış binasının (4 və 5 saylı binalar) tikintisi üçün icazə sənədi verilsə də, həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. “Rahatlığın Məkanı" MMC ilə İddiaçı arasında müqavilə bağlanarkən Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiq olunsa da, sonradan həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. Bu isə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deməkdir. Belə ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, yəni müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar, yəni söküntü üçün kompensasiya ödəyə bilər və ya ümumiyyətlə, bağlamazdılar. Çünki cəmiyyət özü binanın tikintisindən əldə olunacaq gəliri nəzərə alaraq cavabdehə 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsi əvəzinə sahəsi 124 m2 olan 3 otaqlı təmirsiz mənzil verilməsini təklif etməzdi. Sözügedən binanın tikintisinə icazə verilməməsi səbəbindən cəmiyyət tərəfindən yaşayış sahələri sökülmüş sakinlərə mülkiyyətlərində, yaxud sahiblik və istifadələrində olan ümumi sahələr üçün söküntünün aparıldığı dövrə hesablanmaqla kompensasiya ödənilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlamış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin cavabdeh "xxxx" MMC tərəfindən 3-cü şəxs X6 ilə İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin 1/2 hissəsinin 3-cü şəxs X5 təhvil verilməsi öhdəliyinn cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı iddiası üzrə e-2(007)-2709/2023 nömrəli işə baxılır. X3 həmin işə hazırki iddia ilə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində qoşulması zərurəti vardır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cli il tarixli qərardadına əsasən iş üzrə mübahisəli ünvan 4 ünvanında yerləşən 11 nömrəli mənzil 1/2 hissədə X5 məxsusdur. xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında qeyd olunan mənzilə dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC bu mənzili təhvil alıb, qarşılığında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində tikiləcək binada 3 otaqlı 124 m2 sahəsi olan mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra mənzil MMC tərəfindən sökülmüş və həmin ərazidə binalar inşa edilmişdir. Lakin adıçəkilən müqavilənin bağlanmasından 6 ilə yaxın müddət keçsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələrlə mənzili təhvil verməkdən yayınır. Bununla əlaqədar cavabdehə edilmiş çoxsaylı müraciətlərin də əhəmiyyəti olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-223/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin X5 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini cəmiyyətə təhvil verməyi, cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyildir və gələcəkdə tikilməsi imkansızdır. Belə ki, 2019-cu il tarixli layihəyə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Bu səbəbdən 10 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan bina tikilməmişdir və iddiaçıya verilməsi nəzərdə tutulan mənzil mövcud deyil. "xxxx" MMC tərəfindən İddiaçı və X5 başqa mənzilin verilməsi yaxud kompensasiya verilməsi təklif edilsə də qəbul etməmişlər. Məhkəmə gedişatı zamanı X6 "xxxx" MMC tərəfindən edilən təkliflərlə razı olsa da, İddiaçı təkliflərlə razılaşmamış və o, müqavilədə qeyd olunan 3 saylı binadan mənzil verilməsində israrlı olmuşdur. Həmçinin İddiaçı 10 yanvar 2018-ci il tarixli müqavilədən çıxış dərək K.Balakişiyev küçəsi 3 saylı binanın 12-ci mərtəbə, 3 otaqlı 124 m2 mənzilin təhvil verilməsini tələb edir. Ancaq qanunveriliyin tələbinə görə müqavilənin mühüm şərtləri sırasında müqavilənin predmeti durur. Müqavilənin predmet isə mənzilin təhvil verilməsidir. Lakin mənzil mövcud deyil və həmin mənzilin nə vaxtsa təhvil verilməsi qeyri-mümkündür. Belə olan halda artıq müqavilə "xxxx" MMC-nin öhdəliklərinin icrası mümkün olmayan kağız daşıyıcıdan başqa bir əhəmiyyətə malik olmur və həmin müqavilə üzrə hər hansı tələb irəli sürülməsi formallıqdır. Halbuki, icrası daha real olan tələblə yəni kompensasiya tələb etmək hüququ ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbləri təmin edilsə gələcəkdə həmin qətnamənin icrası mümkün olmayacaqdır və qətnamə formal olaraq qəbul edilmiş olmaqla mübahisənin həllinə xidmət etmiş olmayacaq. Eyni zamanda məhkəmə ilk iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 "xxxx" MMC-dən kompensasiya almaq hüquqlarının olduğunu izah etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyil və həmin binanın tikintisinə icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzilin gələcəkdə tikilib təhvil verilməsi mümkün deyil. Belə olan halda müqavilə formal olaraq qalmış olur. Məhkəmə, ilk iddiaçının vəkili və nümayəndəsinin çıxışında qeyd etdiyi MMC-nin qanunvericiliyin tələbini pozmaqla təklif göndərmədən iddia qaldırmasına münasibətdə qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X5 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onlara müqavilədə qeyd olunan ünvanın yaxınlığında yerləşən binadan mənzil və ya mənzilin dəyərinə uyğun kompensasiya təklif edilsə də İddiaçı və X6 razı olmamışlar. Odur ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X5 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubu təklif kimi qəbul edərək qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əməl edilmişdir. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 21 yanvar 2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək "xxxx" MMC barəsində dələduzluq etdiyi üçün xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab etmişdir. Belə ki, şəraitin dəyişməsi səbəbindən cəmiyyət müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməmişdir, bu da işin hallarından açıq-aydın görünür. Beləliklə, qeyd olunan halların mülki xarakterli mübahisə olduğunu, bu səbəbdən də vəsatətin təmin edilməməsi qənaətinə gəlir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2018-ci ildə cavabdehin 3 saylı bina barəsində icazəsi yox idi. Çünki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Göründüyü kimi, cavabdehin icazəsi ləğv edilməmişdir. Cavabdehin icazəsi əvvəldən olmamışdır. Yəni cavabdeh bilə-bilə iddiaçını pis duruma qoymuşdur. İddiaçı sahəsi cəmi 65 m2 (rəsmi sənədlə 60 m2) olan mənzilin əvəzinə 198.000 (yüz doxsan səkkiz min) manat kompensasiya ödənilməsini tələb edir ki, bu da, mənzilin hər kvadrat metri üçün 3000 (üç min) manatdan çox pul təşkil edir. Əlavə olaraq bildirilir ki, 15 aprel 2014-cü il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 158 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 1.28 ha torpaq sahəsi “Rahatlığın Məkanı" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncama uyğun olaraq təsdiq edilən ərazinin Baş Planında qeyd olunan 1 və 2 saylı yaşayış binalarının inşası ilə bağlı işçi layihəsinin memarlıqplanlaşdırma hissəsi razılaşdırılıb və müvafiq qaydada tikintiyə icazə verilmişdir. Hazırda ünvan 3 ünvanda “Rahatlığın Məkanı'’ MMC tərəfindən inşa edilən 1 və 2 saylı yaşayış binaları tikilib başa çatdırılaraq istismara qəbul edilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 18/76 saylı ayrıc aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti. Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 3.2 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin dövrdə torpaq sahəsinin böyüdülməsi məqsədi,həmin ərazidə yerləşən 4 mərtəbəli binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının inşası idi. Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb və Dövlət Ekspertizası Baş İdarəsi tərəfındən təsdiq olunmuşdur. Lakin sonradan layihədə nəzərdə tutulan iki çoxmərtəbəli yaşayış binasının (4 və 5 saylı binalar) tikintisi üçün icazə sənədi verilsə də, həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. Yəni göründüyü kimi cavabdeh - "xxxx" MMC bu müqaviləni imzalayarkən hələ İddiaçı müqavilə ilə təhvil vermək öhdəliyi götürdüyü mənzilin yerləşdiyi 3 saylı binaya icazə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin cavabdeh məhz Konstitusiyanın bu maddəsində təsbit edilmiş hüququ pozmuş,yəni vətəndaşın mülkiyyətini ələ keçirərək məhv etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçünçü şəxs X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə ilkin iddia tələbinin rədd edilən və qarşılıqlı iddia tələbin təmin edilən hissələrində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X5 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilin əvəzinə K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 83 saylı təmirsiz mənzil İddiaçı verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007) 179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə X3 və İddiaçı hər birinin payı 1/2 hissədə tanınmışdır. Bununla əlaqədar tərəflərin razılığı ilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 10 yanvar 2018-ci il tarixli müqavilənin ləğv edilməsinə, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə X3 və İddiaçı hər birinin payı 1/2 hissədə tanınmasına əsaslanan yeni müqavilənin bağlanmasına hər ikinisinin razılığı lazımdır. Hazırda 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün ünvan 2 ünvanda 5 saylı binanın 4-cü mərtəbəsindəki 3(üç) otaqlı, 124 m2 sahəsi olan 17 saylı təmirsiz mənzil 05. 09. 2022-ci ildə onlara rəsmi qaydada təklif olunub. Onlar həmin mənzildən rəsmi şəkildə imtina etmişlər. Onlarla dəfələrlə görüşərək mənzilin əvəzinə kompensasiya ödənilməsi barədə müzakirə aparılsa da razılıq əldə etmək mümkün olmamışdır. Sahəsi cəmi 65 m2 (rəsmi sənədlə 60 m2) olan mənzilin əvəzinə 198.000 (yüz doxsan səkkiz min) manat kompensasiya ödənilməsini tələb edirlər. MMC bunu açıq-aşkar hüquqdan sui-istifadə halı kimi qiymətləndirir. Belə ki, onlar mənzilin hər kvadratmetri üçün 3000 (üç min) manatdan çox kompensasiya tələb edirlər ki, bu da qəzalı vəziyyətdə olan, mənzil üçün ağlabatan məbləğ hesab oluna bilməz. Nəzərinizə çatdırırıq ki, kirayə haqqı ödəniləcəyi təqdirdə onlara Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilin 2018-ci ilin əvvəlinə olan bazar qiymətindən 20 faiz artıq ödəniş etməyə hazırdırlar. Mülkiyyətinizdə olmuş mənzilin bazar qiymətini analoji mənzillərin 2018-ci ildəki bazar qiymətlərinə əsasən müəyyən etmək mümkündür. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ərizədən görünür ki, İddiaçı istifadəsinə və mülkiyyətinə veriləcək ünvan 1 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə ünvan 1 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etmir. İş materiallarında olan X.Məmmədov tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ərizədən görünür ki, İddiaçı istifadəsinə və mülkiyyətinə veriləcək ünvan 1 ünvanında tikiləcək 4 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 44 saylı təmirsiz mənzil ilə ünvan 1 ünvanında tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 83 saylı təmirsiz mənzil ilə dəyişdirilməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini “Cəmiyyət”-ə təhvil verməyi, “Cəmiyyət” isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 324355 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə 196 nömrəli qeydlə pozulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqi barədə qərardadına əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili icra vərəqəsində göstərilən qaydada tərəflər arasında 1/2 nisbətdə (hissədə) bölünür. İşin faktiki hallarından göründüyü kimi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 saylı evin 11 nömrəli, 2 otaqlı, sahəsi 65 m2 olan yaşayış sahəsini cəmiyyətə təhvil verməyi, cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binanın 12-ci mərtəbəsindəki 3 otaqlı 124 m2 olan onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı tərəflərin izahaları ilə müəyyən edilir ki, 2019-cu il tarixli layihəyə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyildir və gələcəkdə tikilməsi imkansızdır. Bu səbəbdən 10 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan bina tikilməmişdir və iddiaçıya verilməsi nəzərdə tutulan mənzil mövcud deyil. Digər tərəfdən "xxxx" MMC tərəfindən İddiaçı və X5 başqa mənzilin verilməsi yaxud kompensasiya verilməsi təklif edilsə də onlar kompensasiyanı qəbul etməmişlər. Belə ki, birinci instansiya məhkəməsi gedişatı zamanı X6 "xxxx" MMC tərəfindən edilən təkliflərlə razı olsa da, İddiaçı təkliflərlə razılaşmamış və o, müqavilədə qeyd olunan 3 saylı binadan mənzil verilməsində israrlı olmuşdur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, müqavilənin predmet mənzilin təhvil verilməsi olduğundan, lakin mənzil mövcud olmadığından və həmin mənzilin nə vaxtsa təhvil verilməsi qeyri-mümkün olduğundan artıq müqavilə "xxxx" MMC-nin öhdəliklərinin icrası mümkün olmayan kağız daşıyıcıdan başqa bir əhəmiyyətə malik olmur və həmin müqavilə üzrə hər hansı tələb irəli sürülməsi formallıqdır. İddiaçı isə icrası daha real olan tələblə yəni kompensasiya tələb etmək hüququ ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehin məhz 2018-ci ildən etibarən 3 saylı bina barəsində icazəsinin olmamasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanan zaman cavabdehin qeyd olunan binanın tikintisinə icazəsinin olmaması işin halları ilə müəyyən edilməmiş, iddiaçı isə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan müəyyən edilir ki, “mənzilin təhvil verilməsi” barədə iddia tələbi əsassız olmuşdur. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin – iddiaçının kompensasiya tələb etmək barədə gəldiyi nəticəni də qanuni hesab edir, çünki hazırki vəziyyətdə mənzilin təhvil verilməsi mümkün deyil, cavabdeh tərəf isə kompensasiya verilməsinə etiraz etməmişdir ki, bununla da iddiaçı tərəf cavabdehdən kompensasiya məbləğini tələb etmək hüququna malikdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyil və həmin binanın tikintisinə icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzilin gələcəkdə tikilib təhvil verilməsi mümkün deyil. Belə olan halda müqavilə formal olaraq qalmış olur. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X5 ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onlara müqavilədə qeyd olunan ünvanın yaxınlığında yerləşən binadan mənzil və ya mənzilin dəyərinə uyğun kompensasiya təklif etmişdir ki, bununla da "xxxx" MMC tərəfindən iddiaçıya təklif göndərilməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əməl edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi” barədə vəsətinə münasibət bildirməklə vəsatətin rədd edilməsi barədə nəticəyə gəlmişdir ki, məhkəmə kollegiyası həmin nəticə ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırda isə şəraitin dəyişməsi səbəbindən cəmiyyət müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməmişdir, bu da işin hallarından açıq-aydın görünür. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-223/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov