Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3013/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Metropoliteni” QSC-yə qarşı (X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3178/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan xx.xx.2007-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasında xx.xx.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel-Tikinti İdarəsinə yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə betonçu peşəsinə qəbul edilməsi, xx.xx.2008-ci il tarixdən yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə nasos maşinisti peşəsinə keçirilməsi və xx.xx.2014-cü il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 1 nömrəli Tunel-Tikinti İdarəsinə yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə dağ-mədən fəhləsi peşəsinə qəbul edilməsi barədə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3178/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə müki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, yeraltı əmək şəraitində işlədiyinə görə 2014-2016-cı illər ərzində ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (hər ay üçün təxminən 400 manat fərqin) QSC-dən xeyrinə tutulması, eyni zamanda yeraltı xidmət şəraitində işləməsi barədə əmək kitabçasında müvafiq qeydin aparılmasının QSC-nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 nömrəli 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8633/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 889/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilı kassasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göründüyü kimi, eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 nömrəli 27 may 2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3178/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3013/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3013/2024
22.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver