Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3015/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X31 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdeh X12, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88dan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 18.07.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilə bağlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88 ünvanında yerləşən mənzili almışdır. Alqı-satqı müqaviləsi əsasında 19.07.2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71-05101-093014 nömrəli çıxarış almışdır. Alqı-satqı müqaviləsinin 16-cı bəndində göstərilmişdir ki, satıcı Cavabdeh 17.09.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə öhdəlik götürsə də, bu günə qədər satıcı Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bu barədə Bakı şəhəri 11 saylı Notariatı tərəfindən Elektron Notariat X2 23.02.2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdehin harada yaşaması barədə məlumatı yoxdur. Lakin, sonuncu yaşayış ünvanı ünvan 1da Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-də qeydiyyatda olsa da, faktiki olaraq 2019-cu ildə ev iddiaçıya satıldıqdan sonra orada yaşamamış və hazırda harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdeh qarşılıqlı iddia ərizəsi (sonra isə iddia tələbinin həcminin artırılmasına və iş üzrə əlavə cavabdehiərin cəlb olunmasına dair ərizə ilə) cavabdehlər İddiaçı, X24, X13, X10 qarşı, Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə əqdin etibarsız hesab edilməsi və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X18 arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqı-satqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi (sonra isə iddia tələbinin həcminin artırılmasına və iş üzrə əlavə cavabdehiərin cəlb olunmasına dair ərizə ilə) onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* №-li, MA seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət estrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. ünvan 2 ünvanında 2006- ildən təkbaşına yaşayır. Ləman Həsənovanı uzun müddətdir tanıyır və ona öz övladı kimi baxmışdır. Ləman təsərrüfat işlərinin aparılmasında Cavabdeh kömək etmişdir. Aralarındakı razılığa əsasən Ləman ona qulluq etməyi, Cavabdeh isə evini ona vəsiyyət etməyi qərara almışılar. Bununla bağlı 03 avqust 2018-ci il tarixdə 21 saylı notariat ofisində Ləmana evin vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamə vermişdir. Sonraadan kənar şəxsdən borcun tutulub Cavabdeh verilməsi işi ilə məşğul olmaq üçün 13 iyul 2019-cu il tarixdə 3 saylı notariat konturunda Məlikova X5 Ləman Xəqani qızı adına etibarnamə vermişdir.Lakin etibarnamənin məzmunundan məlumatlı olmamışdır, bu etibarnamənin yalnız sözügedən borc pul məbləğinin tutulması işi ilə bağlı olduğunu düşünmüşdür. Bundan sonra 25 oktyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı Cavabdeh mənzilinə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X14 alqı-satqı vasitəsi ilə aldığını bildirdi. Daha sonra Məlikova X5 Ləman Xəqani qızının İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrənmişdir.Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək Cavabdeh evi tərk etməyini tələb etmişlər.Cavabdeh isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə Cavabdeh məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də Cavabdeh polis orqanlarına müraiət etmiş və araşdırma zamanı X33 yuxarıda qeyd olunan halları etiraf etmişdir. Hazırda cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidovun ıcraatmdadır və istintaq davam edir. Hazırkı mülki işə məhkəmədə baxılan zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmənin 29.03.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X9 adına 15.04.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, 13.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X19 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X19 ilə X12 arasında 13 aprel 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Belə ki, ilk iddiaçı A.Qulivev ona qarsı 29.03.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni 31.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla «vicdanlı alıcı» obrazı yaratmaq üçün mənzili öz yaxın qohumu olan cavabdeh Z.Hacıyevin adına, bundan sonra isə 13.04.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Ə.Məhərrəmovanın adına keçirmişdir. Həmçinin notariat işindən də məlum olur ki, iddiaçı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzillə bağlı 31.03.2021-ci il tarixli və 13.04.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlər arasında bağlanmış 31.03.2021-ci il tarixli və 13.04.2021-ci il tarixli alqı-satqı müqavilələri də görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqdlərdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdehlər İddiaçı və X33, X19, X10 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(005)-1926/2022 saylı qətnaməsini qismən - qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsinə və qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanоv Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə 30 sеntyabr 2021ci il tarixli qətnamə qəbul edilərkən qanunun tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsini yalnız оnunla əsaslandırmışdır ki, «…qarşılıqlı iddiaçı alqı-satqı müqavilələrinin еbarsız hеsab еdilməsinə əsas оla biləcək sübutları məhkəməyə təqdim еdə bilmədi…» Lakin hazırkı mülki iş üzrə məhkəmə araşdırmaları nəticəsində də tam təsdiq və sübut оlunur ki, mübahisələndirilən əqdlər еtibarsız əqdlərdir. Bеlə ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrmiş və göstərmişdir ki, «həqiqətən də qarşılıqlı iddiaçı B.Məlikоva mübahisəli mənzilə dair ilk iddia üzrə cavabdehə 03.08.2020-ci il tariхdə vəsiyyətnamə vеrmişdir. Еyni zamanda nоtariat kоntоrunda öz adından ona ümumi еtibarnamə vеrmişdir. Lakin оnun adından çıхış еdərək ilk iddia üzrə cavabdehlə digər cavabdеh Akif Quliyеv arasında mübahisəli mənzilin alqısatqısına dair müqavilə bağlanmamış və o, B.Məlikоvanın mənzilini Akif Quliyеvə satmamışdır. Bеlə ki, ona iş qurmaq üçün pul lazım оlduğundan B.Məlikоva ilə razılığa gəlmiş və anası Könülün tanışları Naibə və digərlərinin vasitəsilə faizə pul almaq üçün Akif Quliyеvlə tanış оlmuşdur. Akif Quliyеvdən 40.000 manat faizə pul almaq barədə оnunla razılığa gəlmişlər, lakin A.Quliyеv pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat оlaraq B.Məlikоvanın еvini təklif еtmiş və Akif də bununla razılaşaraq еvin girоv qоyulması barədə nоtariusda müqavilə bağlamaq lazım оlduğunu ona bildirmişdir. Onlar Akiflə 17.07.2019-cu il tariхdə оnun tanışı оlan 11 saylı nоtariat kоntоruna gеtmişlər və оrada sənədlər hazırlanmışdır. Sоnra ona həmin sənədlərə imza еtməyini bildirmişlər, o sənədlərə imza еdən zaman görmüş ki, оrada mənzilin alqı-satqısı yazılıb, buna еraz еdərək bildirmişdir ki, mənzili satmır, pulun əvəzində girоv qоyur. Lakin bu zaman Akif ona bildirmiş ki, narahat оlmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu vеrməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza еtmişdir. Sоnra onlar Akiflə banka gеtmişlər, bankda Akif öz dеpоzitindən pul çıхararaq nоtariusun hеsabına pul köçürmüşdür. Səhəri gün isə onlar Akiflə birlikdə banka gеtmişlər, bankdan 60.000 manat məbləğində pulu çıхartmışlar.Bu zaman Akif həmin puldan ona cəmi 34.000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34.000,0 manat məbləğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Qеyd еdir ki, faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alqı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır.Mənzili yalnız Akifə girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir.» Bundan başqa, tərələrindən məhkəməyə təqdim еdilmiş nоtariat işlərindən görünür ki, B.Məlikоvanın adından еbarnaməyə əsasən çıхış еdən cavabdеh L.Həsənоva ilə digər cavabdеh A.Quliyеv arasında B.Məlikоvanın mülkiyyəndə оlan Bakı şəhəri, Nərimanоv rayоnu, Təbriz küçəsi, еv 85, 88 saylı mənzillə bağlı 17.07.2019-cu il tariхdə mənzilin alqısatqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən B.Məlikоvanın nümayəndəsi L.Həsənоva salacaq mənzili 60.000 manata qiymətləndirir və həmin qiymətə A.Quliyеvə satmağı, A.Quliyеv isə 60.000 manata almağı öhdəsinə götürür. A.Quliyеv satış məbləğinin 40.000 mananı nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə B.Məlikоvanın nümayəndəsi L.Həsənоvaya ödəyir, satış qiymətindən qalan 20.000 manatını mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Yеnə, еyni mənzilə görə еyni tərəflər arasında bağlanmış 18.07.2019-cu il tariхli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hеsablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə göstərilən mənzilə dair Bakı şəhəri 11 saylı nоtariusu Məmmədоv İ.A. tərəfindən 17.07.2019-cu il tariхli 3M/1138 r/n ilə təsdiq оlunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən 40.000 manatını ilkin müqavilə bağlanarkən, qalan 20.000 manatı isə hazırda satıcıya ödədi. Satıcı isə həmin məbləği bütünlükdə qəbul еdir. Lakin həmin nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin 17.07.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20.000 manatı 17.07.2019-cu il tariхində saat 16:05-də, qalan 40.000 manat isə həmin günü, yəni 17.07.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir.Bundan əlavə, məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə 17.07.2019-cu il və 18.07.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv 17.07.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, 18.07.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хudiyеva Sürayə Əli qızı ifadəsində göstrəmişdir ki, Bəyimхanım Məlikоva ilə iş yоldaşı оlmuş, həmişə gеdiş-gəlişləri оlmuş, B.Məlikоva tənha оlduğu üçün mütəmadi оlaraq оnun yaşadığı еvə gəlib оnu ziyarət еtmişdir. Ləman və anası Könüldən də məlumatı оlmuşdur. Hətta B.Məlikоva Ləmana vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Məmmədоva Cəmalə Aydın qızı ifadəsində göstrəmişdir ki, Həsənоva Ləman Хəqani qızı Quliyеv Akif Balaca оğlundan faizə bоrc pul almışdır. Ləman da Akifdən faizə götürdüyü pul vəsaitinin təminatı оlaraq B.Məlikоvaya məхsus mənzili Akifə girоv qоymuşdur. О, müəyyən vaхtlarda və müхtəlif məbləğdə pul vəsaitlərini faiz оlaraq Ləmandan götürüb Akifə ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Əliyеva Sahilə Sеyfulla qızı ifadəsində göstrəmişdir ki, Dövlət Sоsial Müdafiə Fоndunun Nərimanоv Rayоn Şöbəsində sоsial хidmətçi vəzifəsində çalışmışdır, Bəyimхanım Məlikоva 2010-cu ildən tənha və yaşlı qadın kimi həmin şöbədə qеydiyaatdadır. Bəyimхanım Məlikоva ilə həmişə о özü maraqlanmış, mütəmadi оlaraq оnun yaşadığı mənzilə gəlib-gеtmişdir. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnunadək tək yaşamışdır, həmin müddətdə mənzildə оndan başqa hеç kim yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Əbilоva Şahnaz Şamil qızı ifadəsində göstrəmişdir ki, Məlikоva Bəyimхanım ilə qapı bir qоnşudur. Ləman və anası Könüldən də məlumatı оlmuşdur. Hətta B.Məlikоva Ləmana vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyabr ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanı yaşadığı mənzildən zоrla çıхarmışlar. Həmin vaхt оna məlum оlmuşdur ki, Ləman Bəyimхanımı aldadaraq оndan еtibarnamə almış və Akif adlı şəхsdən götürdüyü faiz pulun təminatı оlaraq mənzili Akifə girоv qоymuşdur. Bütün qеyd оlunanlar bir daha оnu təsdiq еdir ki, B.Məlikоvanın mülkiyyətində оlan mənzillə bağlı cavabdеhlər arasında bağlanmış müqavilələr оnun iradə ifadəsi və məlumatı оlmadan bağlanmış, еyni zamanda müqaviləni imzalayan tərəflər arasında оlan münasibətlər də mənzilin alqı-satqısı ilə bağlı dеyil, öz aralarında оlan bоrc münasibətlərini pərdələmək üçün оlmuşdur. Bütün bu faktlar qеyd оlunan sübutlardan əlavə tərəflər arasında aparılmış tеlеfоn danışıqlarının səs yazıları ilə də təsdiqini tapır. Həmin səs yazılarını əks еtdirən 1 ədəd CD-R disk məhkəməyə təqdim еdilməsinə baхmayaraq, məhkəmə həmin sübuta da qiymət vеrməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Nərimanоv Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, işin hallarına və sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası Konstusiyası, Mülki Qanunvericiliyinin tələbləri kobud və qərəzli şəkildə pozulmuşdur. Bu isə öz növbəsində qətnamənin qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissədə ləğvi üçün əsasdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X12, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin olunmamasınını xahiş etmişlər. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, aşağıda qeyd olunanlara əsasən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinə etiraz edirlər, iş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş X12 mübahisələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edir və bu səbəbdən də. onun hazırkı mülki iş üzrə ümumiyyətlə cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən “Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.” İstinad olunan maddi hüquq norması “vicdanlı” üçüncü şəxslərə münasibətdə imperativ qaydada müəyyən etməklə, düzgün qeydiyyatın əsassız çıxarılması nəticəsində, vicdanlı üçüncü şəxs olmadığı təqdirdə, həmin qeydiyyatın düzəldilməsini tələb edir. Vicdanlı üçüncü şəxs olduğu təqdirdə, ona münasibətdə qeydiyyatın saxlanılması imperativ norma kimi müəyyən edilmiş və zərər çəkmiş digər şəxslərin “zərərin əvəzinin ödənilməsi” tələbi ilə çıxış etmək imkanı yaradılmışdır. Hazırkı mülki iş üzrə hüquqlarını müdafiə etdiyi qarşılıqlı iddia üzrə cavabdeh X9 “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil. Cavabdeh vəkili və nümayəndəsi öz mövqeyini onunla əsaslandırır ki, 13.04.2021-ci il tarixində aparılan alğı-satqı zamanı mübahisəli əmlak üzərində həbs mövcud olmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli məktubundan da aydın şəkildə görünür ki, əmlak üzərinə həbs 23.04.2021-ci il tarixində qoyulmuşdur.Bununla yanaşı, 13.04.2021-ci il tarixində alğı-satqı aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən edilən sorğu əsasında çap edilmiş arayışla “13.04.2021-ci il tarixinə olan məlumata əsasən mənzil üzərində məhdudiyyətin və yüklülüyün qeydiyyata alınmadığı” aşkar edilmişdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanununun 23.1.-ci maddəsinə əsasən “Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.” Yuxarıda qeyd olunanlara əsasən, hüquqlarını müdafiə etdiyi X9 vicdanlı üçüncü şəxs olduğu öz təsdiqini tapır və imperativ qaydada müəyyən edilmiş maddi hüquq normasına əsasən onunla bağlı aparılmış qeydiyyat saxlanılmalıdır. Bununla yanaşı, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir.Qeyd olunanlara əsasən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X12 verilən suallara cavab olaraq bildirmişdir ki, evə baxmağa gedəndə ancaq Zaman Hacıyevi görmüşlər.Həyat yoldaşı ilə birgə getmişdir.Mənzilə dar satış barədə məlumatı ya əmlak.az, ya da bina.az saytında yerləşdirilən elanda görmüşdür.Həmin binada bu mənzillə yanaşı 3-4 mənzilə də baxmışdır.Evə gedib baxıblar, lakin qiymət barədə danışmamışlar.Alan zaman evin mübahisəli olması barədə məlumatları olmayıb.Onlar mənzili alanda heç kim yaşamırdı. Notariat Kontorunda Bəyimxanın Məlikovanın qeydiyyatda olduğunu bilib və deyib ki, pul versin qeydiyyatdan çıxarsınlar.Zaman Hacıyev evi təzə aldığını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini onlara bildirmişdi.Bu evin qiymətini uyğun bildiyi üçün almaq qərarına gəlmişlər.O özü özəl şirkətdə mühasib işləyir.1992-ci ildən Nərimanov rayonunda yaşamışdır.Mənzilin qiyməti ilə bağlı atası danışıb.Evin pulu ödənilsə də, evi qaytarmağa razı deyil.Evi aldıqdan 3-4 ay sonra kirayəyə vermişdir. Əslində özləri həmin mənzildə yaşamaq istəyirdilər.Zamanın telefon nömrəsini Tural adlı maklerdən almışdır.Sadəcə həmin mənzilin təmirinə çox xərc çəkmək lazım idi, təmir işləri aparmamışdır,bu səbəbdən qərara gəldilər ki, kirayəyə versinlər.Mübahisəli mənzilin harada yerləşdiyini bilir, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzildir.Maddi problemi olduğu üçün baha evini satıb, ucuz ev almaq istəyirdi.Halhazırda atasıgillə birlikdə yaşayır.Mübahisəli mənzili kirayəyə vermişdir.Mənzilin telefon xətti çəkilişi müqaviləsini öz adına dəyişməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilməmişdir, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamamış və öz adına abonent kodu əldə etməmişdir. Əvvəlki -25 aprel 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X20 vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar.Lakin müqavilənin adının alqı-satqı müqaviləsi olduğunu gördükdə Ləman narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var.Müqaviləni belə imzalamasa Akif pulu verməyə razı olmayacaq.Nə vaxt pulları geri qaytarsa mənzili özünə qaytaracaq.Akifdən hər ay 1.600,0 manat faiz ödəmək şərti ilə 40.000,0 manat pul borc götürmüşdür.O da onlara inanmışdır.Əslində mənzil girov qoyulmalı idi.Ləman həmin vəziyyətdə məcbur olub mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi imzalamışdır. Əvvəlki -05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı Quliyеv Akif Balaca оğlu izahatında bildirmişdir ki, o, indiyə kimi Cavabdeh tanımamışdır.Bu mübahisəli mənzili Könül və Ləman satırdılar. O, ilk dəfə evə gedib baxanda 55. 000, manata almaq istədiyini bildirmiş, lakin onlar razılaşmadılar.Xeyr, Ləmana faizə pul verməmişdir.Onlar vaxtı ikən onun 6-cı mkr-da yerləşən evimdə kirayədə qalıblar.Solmaz adlı xanım mənə zəng edib dedi ki, belə bir satışda olan mənzil var.Getdim evə baxdım. Könül və Solmaz da getdilər.Soruşandaki ev kimindir dedilər ki, Könülün anasının evidir. Əvvəlki -05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X38 оğlu izahatında və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88 ünvanında yerləşən evi almış, lakin daha sonra proyekti xoşuna gəlmədiyi üçün və həmçinin kiçik olduğuna görə dəyişmək qərarına gəlmişdir.O, vicdanlı alıcıdır.Yəni bildirmək istəyir ki, mübahisəli mənzili notarial qaydada, qanuni sənədlərlə alıb əldə etmişdir.Başqa heçnə bilmir.Təqribən 20 ilə yaxındır ki, Akif müəllimin qızı ilə evlidir.Akif müəllim özü ona evin satılmasını dedi. Mübahisəli mənzili 65. 000,0 manata almışdır. Bu yaşına kimi ev almaq üçün pul toplamışdır.Həmin pulun hesabına almışdır.Qaynatası mənzilin məhkəmədə mübahisəli olması barədə ona heç bir məlumat verməmişdi.Əfsanə xanım, həyat yoldaşı ilə birlikdə gəldi evə baxdı.Əfsanə xanımı əvvəldən tanımamışdır.Evin satış qiyməti barədə Əfsanə xanımın atası ilə danışmışdır.Əfsanə xanıma 65. 000,0 manata satmışdır.Pulu bank vasitəsilə ödəyiblər.Bu məhkəmə prosesinə gələnə kimi onun heç nədən xəbəri olmayıb.Evi qaynatasından almamışdan əvvəl bir-iki dəfə gedib baxmışdır.Evi Əfsanə xanıma satmışdır.Əfsanə xanımı əvvəldən tanımamışdır. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh tam payda məxsusdur və bu barədə 20.05.2011-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 03 avqust 2018-ci il tarixli 2V-76 nömrə ilə reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin mətnindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 36, m.23də qeydiyyatda olan X35 (şəxsiyyət vəsiqəsi AZE № 19189870, Asan 5 tər. 15.04.2018-ci ildə verilib.) və ünvan 3 ünvanında qeydiyyatda olan X34 ( şəxsiyyət vəsiqəsi AZE № 09874013, Ağdam RPŞ tər. 0.04.2012ci ildə verilib.) şahidliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili X24 vəsiyyət etmişdir. İş materiallarında olan 17.07.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh tam payda məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarında olan “Elektron notariat” X2 çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzildə qeydiyyatda olan şəxs (şəxslər) Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisinə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X33 tərəfindən ünvanlanmış ərizədən qeyd edilir ki, Cavabdeh halhazırda subaydır və nikahda deyil. İş materiallarında olan Cavabdeh tərəfindən X24 verilmiş 13.07.2019-cu il tarixli AR-İ 630772 saylı, reyestrdə 1S14039 nömrəsi ilə qeyd edilmiş, 11 saylı notariat ofisində 13.07.2024-cü il tarixədək verilmiş etibarnamədən müəyyən olunur ki, Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X24 etibar etmişdir. İş materiallarında olan 18.07.2019-cu il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X6 X32 adından Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 60000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı tam payda məxsusdur və bu barədə 19.07.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, **********63 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli 13.04.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı 23.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən 23.04.2021-ci il tarixdə sözügedən mənzil üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 31.03.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 65000 manata X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X13 tam payda məxsusdur və bu barədə 02.04.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 13.04.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X19 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili tam hissədə 64000 manata X1. İş materiallarında olan 13-04-2021 12-53 saylı qəbzdən aydın olur ki, X12 müqavilə üzrə müəyyənləşdirilmiş 64000 manat pul məbləğini 11 saylı notariat şöbəsi notariusu X26 hesabına köçürmüşdür. İş materiallarında olan **********364 nömrəli ərizədən aydın olur ki, X12 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil mülkiyyət hüququnu təsdiq edən elektron çıxarışı və texniki sənədləri əldə etmək üçün 11 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan **********475 nömrəli ərizədən aydın olur ki, Cavabdeh 03.08.2018-ci il tarixli 2V-76 reystr nömrəli X33 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilin vəsiyyət edilməsinə dair vəsiyyətnamənin ləğv edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19.05.2021-ci il tarixli 105-1-11/2081-21 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə 05.06.2008-ci il tarixdə telefon xətti çəkilmiş və Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/0506/2068 nömrəli, 18.05.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil **********50088 nömrəli abunə kodu ilə 02 sentyabr 2000-ci il tarixdən 25 mart 2006-cı il tarixədək X27 adına qeydiyyatda olmuş, 25 mart 2006-cı il tarixdə ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilərək, Cavabdeh adına qeydiyyata alınmışdır. Abunə kodunun Cavabdeh digər şəxslərin adına keçməsi barədə məlumat yoxdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/4/017/6/6908 nömrəli, 16.05.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi müvafiq sənədlərə əsasən 04.12.2012-ci il tarixdə 11498970 nömrəli müqavilə bağlanaraq, **********880 saylı abonent kodu verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 14/11-6853 nnömrəli sorğuya cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus hesabdan 17.07.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək aparılmış əməliyyatlardan və 18 iyul 2019-cu il tarixli mədaxil və məxaric orderlərindən aydın olur ki, ayrı-ayrılıqda 50000 manat, 30000 manat və 20000 manat məxaric, eyni zamanda ayrıayrılıqda 50000 manat və 20000 manat mədaxil edilmişdir. Əvvəla məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-dən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli 13.04.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda da Əfsanə Məhərrəmovanın mülkiyyətindədir. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə hesab etmişdir ki, İddiaçı sözügedən mənzilə heç bir hüququ olmadığından o, hər hansı şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququna malik deyil. Lakin yuxarıda sadalanan iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra mübahisəli mənzili kürəkəni Zaman Hacıyevin, o isə qısa müddət ərzində Əfsanə Məhərrəmovanın adına özgəninkiləşdirmişdir. Bununla da, İddiaçı məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur.Həmçinin, hazırdada, Əfsanə Məhərrəmovanın adına özgəninkiləşdirilmiş mübahisəli mənzilə dair irəli sürdüyü tələbə maraqları Əfsanə Məhərrəmovanın maraqları ilə üst-üstə düşür. Lakin məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin əsaslı olması qənaətinə gəldiyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələbi cavabdehlər İddiaçı, X24, X13, X10 qarşı, Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X18 arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqı-satqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsi barədədir. Qarşılıqlı iddia əsaslı olduğundan ilk iddia təmin oluna bilməz.Belə ki, kollegiya aşağıdakılara görə qarşılıqlı iddianı əsaslı hesab edir: Belə ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrmiş və göstərmişdir ki, «həqiqətən də qarşılıqlı iddiaçı B.Məlikоva mübahisəli mənzilə dair ilk iddia üzrə cavabdehə 03.08.2020-ci il tariхdə vəsiyyətnamə vеrmişdir. Еyni zamanda nоtariat kоntоrunda öz adından ona ümumi еtibarnamə vеrmişdir. Lakin оnun adından çıхış еdərək ilk iddia üzrə cavabdehlə digər cavabdеh Akif Quliyеv arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmamış və o, B.Məlikоvanın mənzilini Akif Quliyеvə satmamışdır.Akif Quliyеvdən 40.000 manat faizə pul almaq barədə оnunla razılığa gəlmişlər, lakin A.Quliyеv pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat оlaraq B.Məlikоvanın еvini təklif еtmiş və Akif də bununla razılaşaraq еvin girоv qоyulması barədə nоtariusda müqavilə bağlamaq lazım оlduğunu ona bildirmişdir.Onlar Akiflə 17.07.2019-cu il tariхdə оnun tanışı оlan 11 saylı nоtariat kоntоruna gеtmişlər və оrada sənədlər hazırlanmışdır.Sоnra ona həmin sənədlərə imza еtməyini bildirmişlər, o sənədlərə imza еdən zaman görmüş ki, оrada mənzilin alqı-satqısı yazılıb, buna еraz еdərək bildirmişdir ki, mənzili satmır, pulun əvəzində girоv qоyur. Lakin bu zaman Akif ona bildirmiş ki, narahat оlmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu vеrməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza еtmişdir. Sоnra onlar Akiflə banka gеtmişlər, bankda Akif öz dеpоzitindən pul çıхararaq nоtariusun hеsabına pul köçürmüşdür. Səhəri gün isə onlar Akiflə birlikdə banka gеtmişlər, bankdan 60.000 manat məbləğində pulu çıхartmışlar.Bu zaman Akif həmin puldan ona cəmi 34.000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34.000,0 manat məbləğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Qеyd еdir ki, faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alqı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır.Mənzili yalnız Akifə girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir.» Həmçinin, məhkəməyə təqdim еdilmiş nоtariat işlərindən görünür ki, B.Məlikоvanın adından еbarnaməyə əsasən çıхış еdən cavabdеh L.Həsənоva ilə digər cavabdеh A.Quliyеv arasında B.Məlikоvanın mülkiyyəndə оlan Bakı şəhəri, Nərimanоv rayоnu, Təbriz küçəsi, еv 85, 88 saylı mənzillə bağlı 17.07.2019-cu il tariхdə mənzilin alqısatqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən B.Məlikоvanın nümayəndəsi L.Həsənоva satacaq mənzili 60.000 manata qiymətləndirir və həmin qiymətə A.Quliyеvə satmağı, A.Quliyеv isə 60.000 manata almağı öhdəsinə götürür. A.Quliyеv satış məbləğinin 40.000 mananı nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə B.Məlikоvanın nümayəndəsi L.Həsənоvaya ödəyir, satış qiymətindən qalan 20.000 manatını mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür.Yеnə, еyni mənzilə görə еyni tərəflər arasında bağlanmış 18.07.2019-cu il tariхli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hеsablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə göstərilən mənzilə dair Bakı şəhəri 11 saylı nоtariusu Məmmədоv İ.A. tərəfindən 17.07.2019-cu il tariхli 3M/1138 r/n ilə təsdiq оlunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən 40.000 manatını ilkin müqavilə bağlanarkən, qalan 20.000 manatı isə hazırda satıcıya ödədi. Satıcı isə həmin məbləği bütünlükdə qəbul еdir. Lakin həmin nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin 17.07.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20.000 manatı 17.07.2019-cu il tariхində saat 16:05-də, qalan 40.000 manat isə həmin günü, yəni 17.07.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir.Bundan əlavə, məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə 17.07.2019-cu il və 18.07.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv 17.07.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, 18.07.2019cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хudiyеva Sürayə Əli qızının, Məmmədоva Cəmalə Aydın qızının, Əliyеva Sahilə Sеyfulla qızının, Əbilоva Şahnaz Şamil qızının ifadələrindən müəyyən olunur ki, B.Məlikоva Ləmana vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyabr ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanın yaşadığı mənzildən zоrla çıхarmışlar. Daha sonra apellyasiya baxışı zamanı təqdim olunmuş materiallardan:Bakı şəhəri Binəqədi Rayon Poiis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X21 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2021-cı ıl tarixli Qərarından görünür ki, ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X36 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bır qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X36 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Məlikova X22 Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrınin olmasını öyrəndikdə, əri Xaqanının sabiq polis əməkdaşı olduğu uçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin əlaqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquq-mühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq qızı X33 ilə qabaqcadan əlbir olub bır qrup şəxs halında birləşərək 13 07 2019-cu ıl tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-ıstıfadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə butun daşınmaz əmlakının üzərində müstəqil sərəncam vermə hüquqlarına dair Ləman Həsənovanın adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 85 mənzil 88 ünvanında yerləşən bir otaqlı mənzilini 17.07.2019-cu ıl tarixdə ünvan 4 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62.800,0 (altmış ıkl min səkkiz yüz) manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddı zərər vurmaqla dələduzluq etmişdir Bu hərəkətləri ilə X36 Azərbaycan Respublikası CM-nın 178 3 2-c maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 85.2.4. 223, 224-cu maddələrini rəhbər tutaraq X28 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3 2-c maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ttıham elar olunması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru Həmıdov ilqar Mustafa oğlunun “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2022-ci il tarixli Qərarından görünür ki, №190040973 saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X33 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü kı, o. qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir Belə ki, X33 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, atası Xəqaninin sabiq polis əməkdaşı olduğu üçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin ələqələrı vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquqmühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq anası X37 ilə qabaqcadan əlbir olub bır qrup şəxs halında birləşərək 13.07.2019-cu il tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından suı-ıstıfadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütun daşınmaz əmlakının üzərində müstəqil sərəncamvermə hüquqlarına dair oz adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 85 mənzil 88 ünvanında yerləşən bır otaq ı mənzilin 17.07.2019-cu ı tarixdə Bak» şəhəri Azadlıq prospekti ev 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62.800,0 (altmış iki min səkkiz yüz) manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddı zərər vurmaqla dələduzluq etmişdir.Bu hərəkətləri ilə X33 Azərbaycan Respublikası CM-nin 178.3 2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən X33 cinayət işi üzrə Azərbaycan Respublikası CM-mn 178 3 2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə ittiham elan olunması qərarı alınmışdır. İş materiallarında olan yuxarıda adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, X33 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akifin özünün tanış notariat kontoruna getmişlər, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar.Lakin müqavilənin adının alqı-satqı müqaviləsi olduğunu gördükdə narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var.Nə vaxt pulları geri qaytarsa mənzili özünə qaytaracaq.Akifdən hər ay 1.600,0 manat faiz ödəmək şərti ilə 40.000,0 manat pul borc götürmüşdür.O da onlara inanmışdır.Əslində mənzil girov qoyulmalı idi. İş materiallarında olan yuxarıda adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, X20 anası Könül Həsənova ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akif tərəfindən aldadılaraq Ləman mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Əslində mənzil girov qoyulmalı idi. Bütün qеyd оlunanlar bir daha оnu təsdiq еdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur.Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığı müəyyən olunduğundan etibarsız hesab olunmalıdır. Daha sonra yuxarıda sadalanan iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı adıçəkilən 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin əsasında mübahisəli mənzili mülkiyyətinə keçirmiş, Bundan sonra 25 oktyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı Cavabdeh mənzilinə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X14 alqı-satqı vasitəsi ilə aldığını bildirmiş, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etmişdir.Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək Cavabdeh evi tərk etməyini tələb etmişlər.Cavabdeh isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə Cavabdeh məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də Cavabdeh polis orqanlarına müraiət etmiş və araşdırma zamanı X33 yuxarıda qeyd olunan halları etiraf etmişdir. Hazırda cinayət işinin icraatı davam edir. Bundan başqa hazırkı mülki işə məhkəmədə baxılan zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmənin 29.03.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X9 adına 15.04.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, 13.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X19 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X19 ilə X12 arasında 13 aprel 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Belə ki, ilk iddiaçı A.Qulivev ona qarsı 29.03.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni 31.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla «vicdanlı alıcı» obrazı yaratmaq üçün mənzili öz kürəkəni cavabdeh Z.Hacıyevin adına, bundan sonra isə 13.04.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Ə.Məhərrəmovanın adına keçirmişdir.(Məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikmişdir.) Apellyasiya baxışında 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X38 оğlunun yuxarıda qeyd edilən izahatından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88 ünvanında yerləşən evi almış, lakin daha sonra proyekti xoşuna gəlmədiyi üçün və həmçinin kiçik olduğuna görə dəyişmək qərarına gəlmişdir.Başqa heçnə bilmir.Təqribən 20 ilə yaxındır ki, Akif müəllimin qızı ilə evlidir.Akif müəllim özü ona evin satılmasını dedi. Mübahisəli mənzili
65. 000,0 manata almışdır.Qaynatası mənzilin məhkəmədə mübahisəli olması barədə ona heç bir məlumat verməmişdir Göründüyü kimi, həm işin yuxarıda sadalanan bütün xüsusatları, həm də cavabdeh X38 оğlunun özünün izahatı ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X19 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, cavabdeh X38 оğlu satıcı İddiaçı qızı ilə 20 ilə yaxın vaxtda evli olduğunu, qaynatası İddiaçılə münasibətləri yaxşı olduğunu bildirməklə yanaşı, qeyd olunan mənzilə dair məhkəmə mübahisəsi olduğunu İddiaçı kürəkəninə bildirməməsini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Həmçinin, ilk iddiaçı A.Qulivev ona qarsı 29.03.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından (məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikmişdir.) cəmi 2 gün sonra, yəni 31.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli mənzili kürəkəni cavabdeh X38 оğluna satmasının, sonuncunun isə mənzili almasının hansı zərurətdən və ehtiyacdan irəli gəlməsini də inandırıcı dəlillər əsasında izah edə bilməmişdirlər. Bundan başqa apellyasiya baxışında 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X38 оğlu mübahisəli mənzilin proyektini əvvəlcədən gördüyü, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanı olduğu halda nəyə görə mənzili aldıqdan cəmi 13 gün sonra 13.04.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Əfsanə Məhərrəmovaya satmalı olmasının səbəblərini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Belə ki, cavabdeh X38 оğlu verilən suallara cavab olaraq mübahisəli mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi ilə izah etsə də bu ağlabatan olmamışdır.Çünki, qeyd edildiyi kimi, cavabdeh X38 оğlu qaynatası İddiaçı aldığını iddia etdiyi mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanına malik olmuşdur. Beləliklə, nəticəyə gəlmək mümkündür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X19 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Eyni zamanda Kollegiya hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, X19 mübahisəli mənzili qaynatası, digər cavabdeh İddiaçı aldıqdan qısa müddət, cəmi 13 gün sonra digər cavabdeh X4 imkanının yaranmasını izah etsə də, bu imkanın ağlabatan olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, həm cavabdeh X19 izahlarını mötəbər dəlillərlə sübut etməmiş, həm X9 izahatı və apellyasiya baxışı zamanı verilən suallara cavabı ziddiyyətli olmaqla, özünün “vicdanlı alıcı” mövqeyinə uyğun olmamışdır ona görə ki, əvvəla qarşılıqlı iddia üzrə cavabdeh X12 verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilə dair satış məlumatını ya əmlak.az, ya da bina.az saytında yerləşdirilən elanda görmüşdür. Daha sonra isə verilən suala cavab olaraq bildirmişdir ki, Zamanın telefon nömrəsini Tural adlı maklerdən almışdır.Həmçinin, cavabdeh X12 verilən suallara cavab olaraq bildirmişdir ki, o, mənzili alanda Notariat Kontorunda Bəyimxanın Məlikovanın qeydiyyatda olduğunu bilib və deyib ki, pul versin qeydiyyatdan çıxarsın, lakin Bəyimxanın Məlikovanın mübahisəli mənzilə münasibətdə kim olmasını maraqlanmamışdır.Həmçinin, bildirmişdir ki, mənzilin pulu ödənilsə də, evi qaytarmağa razı deyil.Bundan başqa mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, aldıqdan 3-4 ay sonra kirayəyə verdiyini də bildirmişdir.Bunu isə onunla əsaslandırmışdır ki, həmin mənzilin təmirinə çox xərc çəkmək lazım idi, təmir işləri aparmamışdır, bu səbəbdən qərara gəldilər ki, kirayəyə versinlər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. Daha sonra 23 may 2022-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddiaçı Bəyimxanım Məlikovanın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh X12 belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, Bakı şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, göründüyü kimi, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən mənzil yox, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilldir. Bundan başqa cavabdeh X12 vicdanlı alıcı olaraq mənzilin mülkiyyətçisi olduğunu bildirsə də mənzilin telefon xətti çəkilişi müqaviləsini öz adına dəyişmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun adına “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadığının və öz adına abonent kodu əldə etmədiyinin səbəbini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Məhkəmə Kollegiyası işin yuxarıda qeyd edilən hallarından çıxış edərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı görünüşü” yaratmağa yönəlmiş uydurma əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı halda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı nə cavabdeh X11, nə də cavabdeh ilə X9 vicdanlı alıcı olmaları müəyyən olunmamışdır. "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin əsaslı olması qənaətinə gələrək qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələbi təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X18 arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqısatqı müqaviləsi, qeyd olunan mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilmədir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Kollegiya vurğulayır ki, Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan məzilindən məhrum olmuşdur.Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında Əfsanə Məhərrəmovanın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlər də də dəyişdirilməli olacaqdır. Odur ki, Cavabdeh mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsinə dair tələbi də əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur.Belə ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İlk iddia rədd olunsun. Qarşılıqlı iddia təmin olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X33 ilə İddiaçı Balaca oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X18 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; qeyd olunan mənzillə bağlı X19 ilə X12 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şərafət Məmmədova