Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3021/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X6 Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 4 xüsusi mülkiyyət hüququ kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
2. X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-56/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X1 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönləndirilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)3581/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-683/2021 saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə ünvanladığı məktuba görə ünvan 3 ünvanında X1 mülkiyyətində olan 0.115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 3 nömrəli yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçı1 ünvan 4 ünvanına göndərilmişdir.
7. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 428 nömrəli bildirişlərinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 485.000 manat müəyyən edilmişdir.
8. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 428-1 nömrəli bildirişinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 412.250 manat müəyyən edilmişdir.
9. “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 240(6046) nömrəli və xx.xx.2023-ci il tarixli, 12(6059) nömrəli tirajlarında Cavabdeh2 MMC tərəfindən ünvan 3 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi elan edilmişdir.
10. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklif ilə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur.
11. Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifin qəbul edilməsi məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilmişdir.
12. Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X2 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etmişdir.
13. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə X1 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı2dır və o, miras əmlakdan tam hissədə pay almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 BOKT ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, təkrar hərrac da baş tutmadığı üçün əmlak tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş, lakin tələbkar əmlakı, əmlak tələb olunan məbləğdən artıq dəyərdə olduğu üçün əldə etməmişdir. Bununla bağlı cavabdeh hərrac təşkilatı 2023-cü ilin fevral ayının sonunda onların nümayəndəsini hərrac təşkilatına dəvət etmiş, tələbkarın əmlakı əldə etmədiyini bildirmiş və hərrac təşkilatının hesabına xidmət haqqı kimi 25000 manat pul ödəməli olduqlarını bildirmişlər. Həmin 25000 manat pulun ödənişi ilə bağlı 2023-cü ilin mart ayının ortalarına kimi hərrac təşkilatı ilə müzakirələr aparmışlar və ödənişin qanunda nəzərdə tutulmadığını bildirmişlər. 25000 manat pulu cavabdeh hərrac təşkilatına ödəmək üçün təşkilat hərracın baş tutmaması, tələbkarın əmlakı əldə etməməsi barədə qəsdən Xəzər rayon İcra şöbəsinə məlumat verməmiş, imkan verməmişdir ki, icra işinə xitam verilsin.
16. Birinci instansiya məhkəməsində Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2023-cü il tarixdə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və bağlanmışdır. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış və ipoteka saxlayana təqdim edilmişdir. Hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilməməsi hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə məlumatın hər hansı müddətdə verilməsi qanunvericiliklə hərrac mərkəzinin üzərinə öhdəlik kimi qoyulmamışdır. İddiaçı iddia ərizəsində əsaslandırdığı halları sübut edəcək hər hansı mötəbər sübut və ya dəlil təqdim edə bilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 415.2, 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7, 43.8-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4665/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokolun və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair” xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasına xitam verilməsi və həmin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilərək, ipotekanın dövlət qeydiyyatının ləğv olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh1 BOKT ASC (Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-816/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4665/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərtnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aşağıdakı əsaslara görə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakılara istinad edir: İddiaçılar bildirir ki, xx.xx.2023-cü il tarixli təkrar hərrac baş tutmamış elan olunduqdan sonra əmlak xx.xx.2023-cü il tarixli məktubla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif olunsa da, ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində əldə edilməmişdir. xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi isə sonradan arxa tarixə tərtib olunmuşdur. Cavabdeh1 BOKT ASC isə bildirir ki, ipoteka predmeti qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində əldə edilmiş və müvafiq sənədləşmə aparılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək protokol və müqavilənin arxa tarixə tərtib olunması nəticəsinə gəlmiş, gəldiyi nəticəni borc məbləğinin hələ də silinməməsi, borc məbləğindən artıq qalan hissənin icra qurumunun depozit hesabına köçürülməməsi, sadələşdirilmiş verginin ödənilməməsi, hərrac sifarişçisi olan icra şöbəsinin məlumat verilməsinə dair məktubunun cavabsız saxlanılması, icra şöbəsinə ümumiyyətlə məlumat verilməməsi və təklifin qəbul edilməsi barədə məktubun qeydiyyat kitabçasındakı nömrəsinin saxta olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi iş üzrə tam həcmdə araşdırma aparmadan bu nəticəyə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ilk olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətindən 25% az olmayan qiymətə qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli məktubun nömrəsinin cavabdeh Para BOKT-nin reyestr kitabında qeyd olunmuş digər məktubların nömrəsindən fərqli olması (PB və ya PB-1) həmin məktubun saxtalaşdırılmasına dəlalət edir. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı tələblə bağlı işə mahiyyəti üzrə baxan məhkəmənin qarşısında duran əsas vəzifə ipoteka predmetinin qanunvericiliklə müəyyən edilmiş 30 gün ərzində qəbul edilib-edilməməsini müəyyən etmək olduğundan, ilk növbədə araşdırılmalı olan məsələ təklifin qəbul edilməsinə dair məktubun nömrəsi deyil, onun hərrac təşkilatına göndərilməsi tarixi ilə bağlı olmuşdur. Belə ki, məktubun sıra nömrəsinin digər məktubların sıra nömrəsindən fərqli olması özü-özlüyündə həmin məktubun arxa tarixlə tərtib edilməsi və bununla da, bağlanmış əqdin etibarsız hesab edilməsi ilə nəticələnməsi qənaətinə gəlmək üçün əsas deyildir. İş materiallarından görünür ki, təklifin qəbuluna dair məktubun hərrac təşkilatına nə zaman və hansı qaydada göndərilməsi, həmçinin cavabdehlər tərəfindən göndərilən məktubların reyestri kitabları məhkəmələr tərəfindən araşdırılmamış, məktubların poçtla göndərildiyi halda, poçt təşkilatına sorğu verilməsi imkanlarından istifadə edilməsi nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi digər əsas o olmuşdur ki, ipoteka saxlayan Para BOKT ipoteka predmetini əldə etdiyini bildirsə də, borclu şəxsin hesabdan çıxarış məlumatlarından borcun silindiyi müəyyən edilmir. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, həmin hesabdan çıxarış xx.xx.2015 xx.xx.2021-ci il tarixləri əhatə edir, ipoteka predmetinin hərrac vasitəsilə özgəninkiləşdirilməsi isə 2023-cü ilə təsadüf edir. Belə olan halda, ipoteka predmetinin BOKT tərəfindən əldə edilməsindən sonra hesabdan hər hansı silinmə olsa belə, bu həmin sənəddə əks oluna bilməzdi. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər bir dəlil ondan ibarət olmuşdur ki, ipoteka predmetinin hərrac vasitəsilə əldə edilməsi ilə bağlı vergilər ödənilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarında olan hüquqi mövqeyinə görə hərrac baş tutmamış elan edildikdə əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən göstərilən normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. Eləcə də müvafiq məsələ araşdırılarkən ipoteka saxlayanın, bir çox hallarda məcburiyyət qarşısında qalaraq ipoteka predmetini alması, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli olması kimi hallar diqqəti cəlb edir. Həmin qərarda daha sonra göstərilir ki, araşdırılan məsələ üzrə vacib məqamlardan biri də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmamasıdır. Bu isə təcrübədə həmin aktın müxtəlif üsullarla rəsmiləşdirilməsinə və əmlaka dair hüquqların müxtəlif sənədlər əsasında qeydə alınmasına səbəb olur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret əsaslar sadalanmışdır. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, hərrac baş tutmamış elan edildikdən sonra həyata keçirilən rəsmiləşdirmə hərracdan sonrakı vəziyyətin yalnız rəsmləşdirilməsi ilə bağlıdır, bu halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmir, ödəniş həyata keçirilmədiyi üçün isə ödəmə mənbəyindən verginin tutulması da yolverilən deyildir. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, borclu İddiaçı1 oğlunun tələbkar Para BOKT-yə olan borcu 96.986,80 ABŞ dolları təşkil etmiş, ipoteka predmeti isə Para BOKT tərəfindən 309.187 manata əldə edilmişdir, satış qiymətindəki fərq Para BOKT tərəfindən ödənilməmiş və müvafiq olaraq, artıq məbləğ ipoteka qoyana qaytarılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin tələbkar tərəfindən əldə edilməsi zamanı verginin ödənilməməsinə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqedən çıxış edərək qiymət verməli olduğu halda, bunu etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin əsaslandığı hərrac sifarişçisi olan icra şöbəsinin məlumatlandırma barədə məktubunun cavablandırılmaması və yekun protokolun təqdim olunmaması ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, bunlar ipoteka qoyanın deyil, cavabdeh hərrac təşkilatının məsuliyyət dairəsinə aid olan haldır və ipoteka predmetini əldə etmiş tələbkarın ziyanına təfsir edilməməlidir. Odur ki, qeyd olunan hal protokolun və müqavilənin əvvəlki tarixə tərtib olunmasına dair mötəbər sübut qismində çıxış edə bilməz. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh Para BOKT tərəfindən sübut qismində xx.xx.2023-cü il tarixdə eyni hərrac təşkilatında keçirilmiş hərracın nəticələrinə dair 16/5 və 16/7 saylı digər protokollar da təqdim edilmiş, lakin həmin sübutlara apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yenidən araşdırma zamanı bu qərarda qeyd edilənlər nəzərə alınmaqla, mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gələrkən mötəbər sübutlara istinad etməli, bu məqsədlə çəkişmə prinsipinin tələblərinə riayət etməklə sübutlar üzrə təkrar qiymətləndirmə aparmalıdır. Nəzərə alınmalıdır ki, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
25. İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddiaçıların nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş və şikayətdə göstərmişlər ki, onlar hərracın keçirilməsi prosesini mübahisələndirməyiblər, hərracın keçirilməsi prosesinin qanunsuzluğu, etibarsızlığı hazırkı iddia tələbinin predmetinə daxil deyil. Məhkəmə iddia tələbinin predmetindən kənara çıxaraq zərurət olmadan hərracın keçirilməsi prosesinə hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə icra şöbəsinə məlumat verilməməsi məsələsini hərracın yekunlarının etibarsız sayılması əsaslarından olmadığını yazmışdır. Məhkəmə nəzərə almamışdır ki, icra şöbəsinə məlumat verilməməsi əvvəl iddia tələbinin predmeti olmuş, lakin, sonradan iddiaçılar həmin tələbi dəyişmişlər, artıq, məlumat verməmə iddia tələbinin predmeti deyil, dəlillərindən biridir, məhkəmə həmin məsələyə iddia predmeti kimi yanlış yanaşma edib. İddia tələbi əsaslıdır və tam sübuta yetib ki, Cavabdeh1 BOKT ASC 30 gün ərzində ipoteka predmetini qəbul etməyib, digər cavabdehlə əlbir olub köhnə tarixə həqiqi olmayan müqavilə və protokol tərtib ediblər. Cavabdeh2 MMC-nin 14 fevral tarixli nömrəsi qaralanmış məktubundan görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-yə daxil olub. Cavabdeh1 BOKT ASC isə guya həmin tarixdə xx.xx.2023-cü il tarixli 0170/PB-1 saylı ipoteka predmetinin əldə etmələri haqqında Cavabdeh2 MMC-yə məktub göndərib. Həmin məktubun qeydiyyat kitabında xx.xx.2023-cü il tarixdə 0170/PB-1 nömrə ilə qeydiyyata alınması göstərilir. Həmin qeydiyyat kitabının məhkəməyə təqdim olunmuş vərəqindən və əslindən görünür ki, məktub nömrələrinin hamısının sonu PB ilə bitir. PB-1, PB-2 və sair nömrə yoxdur. Lakin yeganə PB-1 nömrə Cavabdeh1 BOKT ASCnin Cavabdeh2 MMC-yə ünvanladığı məktubun üzərində və qeydiyyat kitabındadır. Halbuki, kitabdan görünür ki, həmin xx.xx.2023-cü il tarixdə 0170/PB qeydiyyat nömrəsi “M.Cahangirin MAPS”a verdiyi sorğunun nömrəsidir. Cavabdeh1 BOKT ASC köhnə tarixə məktub hazırlayarkən M.Cahangirin həmin tarixdə MAPS-a verdiyi sorğunun nömrəsinə “- 1” əlavə edərək guya Cavabdeh2 MMC-yə ipotekanın əldə edilməsi barədə məktub göndərib və bu barədə qeydiyyat aparıblar. 17 fevral 2023-cü il tarixli üç tərəfli – Sifarişçi olan Xəzər rayon İcra şöbəsi, təşkilatçı Cavabdeh2 MMC və ipoteka saxlayan Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş protokolun Cavabdeh2 MMC-də qeydiyyatı yoxdur, məhkəmə iclasında cavabdeh hərrac təşkilatı da protokolun qeydiyyatını aparmadıqlarını bildirmişdir. Belə olan halda qeydiyyatı olmayan protokol etibarlı ola bilməz, həmçinin, protokolda göstərilən nömrənin (N 16/6) də heç bir qeydiyyatı yoxdur, nömrələr uydurulmuş nömrələrdir. Cavabdeh hərrac təşkilatı əslində qeydiyyat kitablarını gizlədir, ona görə ki, hazırkı protokolun orada qeydiyyatı yoxdur. Çünki belə bir protokol həmin tarixdə bağlanmayıb. Həmçinin, hazırkı hərracın nəticələri, yəni Cavabdeh1 BOKT ASC tərəfindən balansa götürmə barədə məlumat Cavabdeh2 MMC-nin rəsmi internet saytında 2023-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və digər aylarında yoxdur, bu barədə cavabdehlər heç bir sübut təqdim etməyiblər ki, onların internet saytlarında hazırkı hərracın nəticələri barədə məlumat var. Səbəb odur ki, həmin tarixdə hazırkı ipoteka predmeti Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməyib. Cavabdeh1 BOKT ASC xx.xx.2023-cü ildə ipoteka predmetini əldə etsəydi mülkiyyət hüququna dair çıxarış alardı. Onların 2023-cü ilin mart ayından etibarən reyestr orqanlara müraciət etməməsi də ipoteka predmetini xx.xx.2023-cü il tarixdə əldə etmədiyini göstərir. Əgər xx.xx.2023-cü il tarixidə Cavabdeh1 BOKT ASC ipoteka predmetini əldə etmişdirsə, ipoteka predmetinin 309.187 manat olan dəyərindən iddiaçılara ödənilməli olan 153.000 manat pul vəsaiti sifarişçinin (Xəzər rayon İcra şöbəsinin) depozitinə nə üçün ödənilməmişdir.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
26. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Digər cavabdeh “X4” MMC (Cavabdeh2 MMC) elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində göstərib ki, xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi vaxtında imzalanmış və hərrracın yekun ptokolu ilə əmlak satılmışdır. Hərraca dair bütün prosesual və hüquqi addımlar ipoteka haqqında qanunun tələblərinə uyğun vaxtında atılmışdır. Bu halın iş üzrə tərəflərə də yaxşı məlum olduğunu hesab edirlər. Hesab edirlər ki, iddiaçının mövqeyi qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadə edərək iş üzrə icra sənədinin icrasına maneçilik törətməklə icra mərhələlərini uzatmaq və hərraca aid əsassız, ədalətsiz tələblər etməkdən ibarətdir. Yuxarıda qeyd edilənləri, işin hüquqi və faktiki hallarını nəzərə alaraq iddiaçının iddiasının/şikayətinin təmin edilməməsi barədə məhkəmə aktı qəbul edilməsini, prosesin iştirakları olmadan keçirilməsini və hərracın qanuni və əsaslı keçirildiyinin nəzərə alınmasını xahiş edirlər.
29. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin və 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
31. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
34. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
36. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
37. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
38. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
39. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
40. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
41. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
42. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
43. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
44. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
45. Əvvəla, iddiaçı iddia edib ki, xx.xx.2023-cü il tarixli təkrar hərrac baş tutmamış elan olunduqdan sonra əmlak xx.xx.2023-cü il tarixli məktubla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif olunsa da, ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində əldə edilməyib, xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi isə sonradan arxa tarixə tərtib olunub, cavabdeh isə iddiaya etiraz edərək ipoteka predmetini qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində əldə etdiyini və qanunun tələbini pozmadığını göstərir. İddiaçı iddia tələbində və apellyasiya şikayətində iddianın əsaslı olduğuna dair dəlillərini göstərib.
16. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, hərrac təşkilatının təklif məktubuna cavab olaraq Cavabdeh1 BOKT ASC-nin 17 fevral 2023-cü il tarixli 0170/PB- 01 nömrəli məktubunun elə həmin tarixdə hərrac təşkilatına çatmasına dair ASC tərəfindən məhkəməyə sübut təqdim edilib. Belə ki, qeyd olunan məktubun üzərində 17 fevral 2023-cü ildə hərrac təşkilatına çatmasına dair qeydiyyat aparılmışdır. Demək ki, Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş 30 gün ərzində qəbul etməsi təsdiq olunur. Burada məktubun nömrəsinin yaxud qeydiyyat kitabındakı nömrə ardıcıllığındakı uyğunsuzluğun iddianın əsaslılığına heç bir təsiri ola bilməz. Başqa sözlə, məktubun sıra nömrəsinin digər məktubların sıra nömrəsindən fərqli olması həmin məktubun arxa tarixə tərtib edilməsi və buna görə də əqdin etibarsız hesab edilməsi qənaətinə gəlmək üçün kifayət etmir. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsinin 18 noyabr 2024-cü il tarixli xüsusi qərardadı əsasnda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də araşdırma aparılmış, araşdırma zamanı hər hansı şəxs tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq edilmədiyinə dair həmin İdarənin xx.xx.2024-cü il tarixdə imzalanmış 2-2-022/3-130704/2024 nömrəli məktubu da məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi hallar cinayət təqibi orqanı tərəfindən araşdırma zamanı da öz təsdiqini tapmamışdır. Bu cür vəziyyətdə şikayətin dəlilləri təsdiq yox, əksinə təkzib olunmuş olur.
47. Bundan əlavə, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişi ilə əlaqədar müəyyən edildi ki, hərrac təşkilatının ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə almasına dair təklif məktubuna Cavabdeh1 BOKT ASC-nin 17 fevral 2023-cü il tarixli 0170/PB-01 nömrəli məktubu elə həmin tarixdə hərrac təşkilatına çatmasına dair apellyasiya baxışı zamanı ASC-nin məktubu təqdim edildi. Məktubun üzərində həqiqətən 17 fevral 2023-cü ildə hərrac təşkilatına çatmasına dair qeydiyyat aparıldığı təsdiq olunur. Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi təklifə cavab məktubunu poçt vasitəsi ilə deyil, elə həmin tarixdə fiziki olaraq əməkdaşları tərəfindən hərrac təşkilatına çatdırıldığını bildirdi. Cavabdeh1 BOKT ASC-nin göndərilən məktubların reyestri kitabı, o cümlədən mübahisələndirilən məktubun qeydiyyatının olduğu vərəqi (bax.cild 1.i.v.111)bir daha məhkəmə tərkibi tərəfindən tədqiq olundu. Hərrac təşkilatında isə bu cür kitabın mövcud olmadığından tədqiq edilməsi mümkün olmadı. Göründüyü kimi, bu cür yoxlamalar nəticəsində də şikayətin dəlilləri təsdiq olunmadı.
48. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə eyni hərrac təşkilatında keçirilmiş hərracın nəticələrinə dair 16/5 və 16/7 saylı digər protokollar da işdə mövcuddur. Hazırkı iş üzrə mübahisə predmeti olan 17 fevral 2023-cü il tarixli üç tərəfli – Sifarişçi olan Xəzər rayon İcra şöbəsi, təşkilatçı Cavabdeh2 MMC və ipoteka saxlayan Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş protokolun Cavabdeh2 MMC-də qeydiyyatının olmaması, məhkəmə iclasında cavabdeh hərrac təşkilatının nümayəndəsinin də protokolun qeydiyyatını aparmadıqlarını bildirməsi (cild.1.i.v.143-145)də həmin protokolun etibarlı olmadığı, eləcə də protokolda göstərilən nömrənin (N 16/6) də qeydiyyatının olmaması protokolun etibarsız, nömrənin isə uydurulmuş nömrə olmasını bəyan etməyə əsas vermir. Çünki protokol yalnız qeydiyyatın aparılmamasına görə etibarsız ola bilməz. Əksinə xx.xx.2023-cü il tarixdə eyni hərrac təşkilatında keçirilmiş digər hərracların nəticələrinə dair 16/5 və 16/7 saylı protokolların mövcudluğu və həqiqiliyi də 16/6 saylı protokolun etibarlı olmasını təsdiq edir. Ona görə də hərrac təşkilatının qeydiyyat kitablarını gizlədibgizlətməməsinin şikayətin əsaslı olmasına heç bir təsiri yoxdur.
49. Göstərlənlərdən başqa, hərracın nəticələri, yəni ipoteka predmetinin Cavabdeh1 BOKT ASC tərəfindən balansa götürmə barədə məlumatın Cavabdeh2 MMC-nin rəsmi internet saytında 2023-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və digər aylarında olmaması, bu barədə cavabdehlərin heç bir sübut təqdim etməmələri, onların internet saytlarında hazırkı hərracın nəticələri barədə məlumatın olmaması da şikayəti əsaslı etmir. Çünki iş materialında olan, o cümlədən hazırkı apellyasiya baxışı zamanı da tərəflərin nümayəndələrinin izahatının məzmunundan bəlli oldu ki, əslində tərəflər arasında, yəni məhz iddiaçıların təşəbbüsü ilə ipoteka predmetinin Cavabdeh1 BOKT ASC-nin balansına götürməməsi barədə danışıqlar olmuşdur. Bu danışıqlar zamanı iddiaçılar borcu ödəməklə ipoteka predmeti olan evin onlara qayıtmasına, yəni Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçməməsinə nail olmağa çalışmışlar. Ancaq yenə də borcu ödəməyərək hüquqdan sui-istifadə etməklə hazırkı iddianı irəli sürmüşlər. Belə ki, iddiaçıların düşdüyü vəziyyət anlaşılan olsa da, bu onlara hüquqdan sui-stifadə etməyə əsas vermir. Başqa sözlə, iddiaçılar dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 BOKT ASC-yə olan borcunu ödəmək kimi öhdəliyini icra etmək istəmir yaxud bunu unudur, eyni zamanda isə ipotekaya xitam verilməsini arzulayır və buna nail olmağa cəhd edir. Əlbətdə ki, bu hal vicdanlılığın tələb etdiyi tərz sayılmır. Çünki iddiaçılar hüquqlarından istifadə edirsə vəzifələrini də icra etməlidir, üstəlik bu cür vəzifələr qanuni qüvvəyə minmiş qətnamə əsasında yaranıbsa, buna daha həssas yanaşmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılır. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş hazırkı iş üzrə iddiaçılar dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır.
51. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.