Məhkəmə qərarları › İş №2(103)-3022/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3022/2025

04.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3022/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “işə bərpa” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1065/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi ilə bağladığı əmək müqaviləsi əsasında Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçıya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-29-31/3-1-202K nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

3. 13 oktyabr 2023-cü il tarixdə həmin məktəbdə monitorunq keçirilmiş və yekun olaraq akt tərtib olunmuşdur.

4. Goranboy rayonu Dəliməmməd şəhəri M.Zeynalov adına tam orta məktəbində keçirilən monitorinqin nəticəsi barədə arayışda, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş yoxlanış aktlarında və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy- Naftalan rayonları üçün təhsil sektorunun Həmkarlar İtifaqı Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 12 oktyabr 2023-cü il tarixli 3-29-31 /3-1 826K/2023 nömrəli əmrinə əsasən 13 oktyabr 2023cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə monitorinq keçirilmişdir. Aparılmış monitorinq zamanı aşağıdakı nöqsanlar müəyyən edilmişdir: 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedoqoji şuranın iş planı hazırlanmamışdır. 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İXa,b,c; Xa,b; Xİ a,b) ; Məktəbdə cari dərs ili üçün təsdiqli dərs cədvəli, dərsdənkənar məşğələ və evdə təhsilin cədvəlləri divardan asılmamışdır ; Cari tədris ili üçün məktəbin dərs cədvəli direktor tərəfindən təqdim edilsə də, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmişdir; Vİİlç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənnini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatları toqquşduğu üçün dərs boş keçirdi. İXa sinfində İİ saat fransız dili dərsi zamanı digər qrupun müəllimi Afaq İbrahimova dərsdə iştirak etmirdi. Kəmalə Qəhrəmanova iki yarımqrupu birləşdirib tədris aparırdı. Afaq İbrahimova izahatında Goranboy rayonunda təşkil ediləcək tədbirdə iştirak edəcəyi üçün dərsdə iştirak etmədiyini bildirdi. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamış, belə ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında X2 buraxdığı İX sinif üzrə evdə təhsildə 0.5 saat dərs yükü X5 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Müvafiq qaydalara görə dərnəklərin təşkili 25 sentyabr və 02 oktyabr 2023-cü il tarixlərdə pedaqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda, məktəbdə xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında əksər əmrlərin əsasları yazılmamış və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın 3 saat dərnəkdən imtina etdiyi üçün dərnəyin Zahidə Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X17 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Məktəbin pedaqoji şurasının protokolu kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedaqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd aparılmamışdır. Məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Müəllimlərin proqram və gündəlikləri natamam formada hazırlanmışdır. Vİİİ, İX, X və Xİ sinif şagirdlərinin məktəbli kitabçası yox idi və müəllimlər tərəfindən gündəlik şagirdlərin dərsə hazırlıq səviyyəsi haqqında qeydlər aparılmır. Sinif rəhbərlərinin sənədləşməsi natamam idi. Təsdiqli növbətçilik cədvəli divardan asılsa da növbətçilər fəaliyyət göstərmirdi. 2-ci və 7-ci saat şagird davamiyyətinə baxış keçirilmişdir. Şagirdlərin davamiyyətinə dair cədvəldən də göründüyü kimi yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qane edici deyil. Dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin və dərsdənkənar məşğələlərin jurnalları təqdim edilmədi. Sinif jurnalları təqdim edilsə də jurnallar işlənilməmişdir. Müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyi üçün yazmadıqlarını bildirdilər. Məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim edilmədi. Fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi aparılmamışdır. Məktəbdə ibtidai siniflər üzrə 14 saat dərs yükü 12 sentyabr 2023-cü il tarixdən məktəb tərəfindən vakant verilməsinə baxmayaraq Regional Təhsil İdarəsi tərəfindən həmin yer vakant verilməmişdir. Həmin dərs saatlarının vakant verilməməsinə baxmayaraq Goranboy rayon təhsil sektorunun razılığına əsasən həmin dərs saatları məktəbin əmr kitabında MİQ-dən müəllim gələnədək müvəqqəti olaraq məktəbin digər ibtidai sinif müəlliminə verilsin kimi qeyd edilmişdir. Seçmə yolla baxılan Xa sinfində təhsil alan şagirdlərin şəxsi işində şagirdlər haqqında qeyd dolğun yazılmayıb və İX sinif üzrə isə ümumiyyətlə qeyd aparılmayıb. Məktəbdə müəllimlərin tibbi kitabçaları yox idi, məktəbin direktoru kitabçaların tibbi qeydiyyatdan keçmələr üçün müəllimlərə verildiyini bildirmişdir. 2023-2024-cü tədris ilində məktəbdə "Rəqəmsal bacarıqlar” pilot layihə tətbiq edilsə də halhazırda məktəbin internet xətlərində narahatçılıq olduğu üçün informatika fənninin tərkibində tədris edilən rəqəmsal bacarıqlar layihəs qanunamüvafiq formada tədris edilmir. Məktəbin göndərilən sənədlərin qeydiyyatı kitabına baxış keçirilən zaman kitabın 2015-ci ildə başlanıldığı, lakin direktor tərəfindən 2016-ci ildə təsdiq olunduğu məlum olmuşdur. Qeyd olunan kitab çox səliqəsiz və qaydalara uyğun olmayan şəkildə yazılmışdır. Belə ki, kitabın əvvəlində üç vərəq boş saxlanılmış, həmçinin göndərilən məktubların tarixi və nömrəsi kitabda qeyd olunmamışdır. Kitabda 2015-ci ildə 3 məktub, 2016 və 2017-ci illərdə 7 məktub, 2018-ci ildə 5 məktub, 2019 və 2020-ci illərdə 4 məktub, 2021 -ci ildə 2 məktub, 2022-ci ildə isə 6 məktub, 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (13 oktyabr 2023-cü il tarixədək) cəmi 15 məktubun qeydiyyatı aparılmışdır. Bu isə həqiqəti əks etdirmir. Daxil olan sənədlərin kitabında isə 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (13 oktyabr 2023-cü il tarixədək) cəmi 28 məktubun qeydiyyatı aparılmışdır. Kitabda daxil olan məktubların tarix və nömrələri qeyd olunmamış, icra bölməsi düzgün yazılmamışdır. Belə ki, kitabda sənədlərin icra vəziyyəti haqqında heç bir qeyd aparılmamışdır. Məktəbdə daxil olan və göndərilən sənədlər qaydalara uyğun olaraq saxlanılmır, daxil olan ərizələrin qeydiyyatı kitabı isə ümumiyyətlə işlənilməmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, məktəbdə kargüzarlıq işi çox zəif və qaydalara uyğun olmayan formada qurulmuşdur.

5. xx.xx.2023-cü il tarixli aktda həmçinin qeyd olunub ki, məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Dərnəklərin təşkili xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə pedaqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamış, belə ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X2 İX sinif üzrə evdə təhsildə 0.5 saat dərs yükü kitabda X5 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Vİİİç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənnini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatları toqquşduğu üçün dərs boş keçirdi. Əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış (məs № 27, 30) və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın 3 saat dərnəkdən imtina etdiyi üçün dərnəyin Zahidə Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X17 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Məktəbin pedaqoji şurasının protokolu kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedaqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Şagirdlərin şəxsi işində (Xb sinfində) şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. Müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi, belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. Fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Göndərilən və daxil olan sənədlərin kitabları çox səliqəsiz, qaydalara uyğun olmayan formada yazılmışdır. Daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. Dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023cü il tarixdə təqdim edildiyini bildirmişlər. Məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim edilmədi.

6. Həmin akt əsasənda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üçün təhsil sektoru xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlanmış, Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinın xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir.

7. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən, mediasiya prosesinə başlayaraq ilkin mediasiya prosessindən keçmişdir və Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli X13 İştirak edilməmə barədə arayış verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrinləğv edilməsi, məcburi işburaxma müddətinnə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağına dair öhdəliyinin cavabdeh tərəfin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Goranboy Rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə özünü yaradıcı işləyən müəllim, bacarıqlı, yüksək ixtisaslı mütəxəsis, bacarıqlı idarəçi kimi göstərmişdir. Təhsil müəssisəsinin fəaliyyətinin planlaşdırılması və proqnazlaşdırılması əsaslarına yüksək səviyyədə yiyələnmə, şəxsi təşkilati və inzibati keyfiyyətlər təhsilin demokratikləşməsi və humanistləşməsi prinsipləri əsasında tədris prosesinin idarə olunması üçün məhsuldar birmodel yaratmağa və sınaqdan keçirməyə imkan vermişdir. Hətta Goranbay Rayon İcra başçısı cənab Məhərrəm Quliyev tərəfindən təhsil sahəsində uğurlarına görə fəxri fərmanla təltif olunmuşdur. 2022-ci ilin yay ayından Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev İddiaçı ilə səbəbsiz olaraq şəxsi qərəz və ədavət yürüdür. Şəxsi qərəz və ədavətə dayanaraq 2022- ci ilin yay aylarından məktəblə bağlı idarəçiliyinə mane yaradır. Anar Qədiməliyev cənab nazir Emin Əmrullayevə yanlış məlumatlar verərək İddiaçı haqqında mənfi rəy yaradırdı. Bundan əlavə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dəfələrlə İddiaçı öz istəyi ilə ərizə yazıb işdən çıxmağını bildirmiş, İddiaçı isə bundan imtina etmişdir. Beləliklə, xx.xx.2023-cü ildə Goranboy-Nafatalan Rayonlar üzrə Təhsil Sektorundanda keçirilən iclasda İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad olunmağı bildirildi. xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə işdən azad edildi. Məktəb direktoru kimi işdən azad olunmağı ilə birlikdə məktəb müəllimliyindən də azad etdilər. 2008-ci ildə həmin məktəbə fransız dili müəllimi təyin edilmişdi. 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçərək ixtisas üzrə yüksək bal toplamışdı. Lakin buna baxmayaraq, onu məktəbdə müəllim kimi dərslə təmin etmədilər. Əksinə onun dərslərini başqa müəllimlərə verəcəklərini vəd edib, onlarda olan fransız dili dərnəyindən imtina etdirərək dərnəyin təyinatını dəyişərək məktəbədə süni səkildə vakant dərs saatları yaradaraq məktəbə yeni dərnək rəhbəri təyin etdilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrlə Cəfərova X12 rayonu Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "Ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, işdən çıxarılmağı ilə bağlı 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri tamamilə qanunsuz və əsassızdır. Belə ki, 13 oktyabr 2023-cü il tarixli aktın birinci bəndindən görünür ki, 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, və pedaqoyi şuranın iş planı hazırlanmamışdır. Cari tədris ili üçün məktəbin dərs cədvəli direktor tərəfindən təqdim edilsə də, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmişdir.Təsdiq edilmiş dərs cədvəli məktəbdə görülən yerlərdə asılmamışdır. Hansı ki, iddiaçı tərəfindən məhkəməyə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, direktor İddiaçı və məktəbin məsləhətçisi Qönçə Nurəddinova tərəfindən təsdiq olunmuş Məktəbin 2023/2024-cü tədris ili üçün fəaliyyət planı təqdim olunmuşdur. Dövlət sifarişi ilə tikilmiş məktəbdə dərs cədvəli üçün xüsusi güşə ayrılmış və cədvəl həmin guşədə asılmışdır. Müəllimlər cədvəllə tanış olub, ona uyğun dərslərinini tədris etmişlər. Aktın 2-ci bəndində 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedoqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının tətbiqinə əsasən yuxarı siniflər tərəfindən tam riayət edilmədiyi yazılmışdır. Hansı ki, Təhsil Nazirinin kütləvi informasiya vasitələrində verdiyi müsahibələrdən görünür ki, məktəbli forması geyinmək məcburi deyildir, məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin, nazirlik yoxlamayacaq ki, şagird məktəbli forması geyinib ya yox. Aktın 3-cü bəndində şagirdlərin davamiyyətinin cədvəli göstərilmişdir. Yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olmaq mümkün olmamışdır. Bu cədvəl yalnız tədris ilinin yalnız bir gününü əks etdirir, şagirdlərin tədris ili boyu dərs davamiyyəti həmişə yüksək səviyyədə olmuşdur. Bunu inkar edən cavabdehin heç bir sübutu yoxdur. Əgər məktəbdə davamiyyət pis olsaydı iddiaçının rəhbərlik etdiyi dövrdə məktəbin onlarla məzunu Respubkanın ali təhsil müəssisələrinə qəbul ola bilməzdi, 9 və 11 -ci siniflərdə şagirdlər fərqlənmə attestatı ala bilməzdi. Şagirdlərin dərslərin davamiyyətinə məhsul olan şəxs - Səadət Əhmədova da aktı doğru olmadığı üçün imzalamaqdan imtina etmişdir. Aktın 4-cü bəndində göstərilir ki, məktəb üzrə mövcüd olan ştat cədvəli, cari tədis ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Aktın 4-cu bəndi də qərəzli yazılmışdır, belə ki, məktəbin 2023-2024-cü il tədris ilinin 1 -ci yarım ilinə aid təsdiqlənmiş şəbəkəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Aktın 5-ci bəndində dərnəklərin təşkili xx.xx.2023-cü il xx.xx.2023cü il tarixlərdə pedoqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Təlimatda xüsusi qeyd yoxdur ki, əmr məhz 25 sentyabrda verilməlidir. Təlimatda dərslərin 25 sentyabr 2023-cü il, 2 oktyabr 2024-cü il tarixlərdə əhatə olunması qeyd olunmuşdur. Bundan əlavə aktın 5-ci bəndində dərnəklərin təşkilini əhatə edən aralıq 25 sentyabr 2023cü il- 02 oktyabr 2024-cü il olmalığı halda hər ikisi 2023-cü il olaraq göstərilmişdir. Bu isə yoxlamanın tələm-tələsik və qərəzli olmasını bir daha sübut edir. Yoxlama üzvləri də bilir ki, dərnək məşğələlərini 7-8 günə yerləşdirərək yalnış akt tərtib etmişdir. Aktın 6-cı bəndinə əsasən buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X2 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X5 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Aktın bu bəndində göstərilənlər əassızdır. Belə ki, məktəbin biologiya müəllimi X7 məhkəməyə təqdim edilmiş izahatında göstərir ki, komissiya üzvləri onun adından yalan məlumat vermişlər, onlara dərsləri tədris etdiyini bildirsə də, onun sözlərinə məhəl qoymadıqlarını bildirmişdir. Bundan əlavə məktəbin evdə təhsil alan 9-cu sinif şagirdinə guya dərs tədris edilmədiyi də yanlış məlumatdır. Belə ki, həmin şagird - X8 valideyni X9 öz izahatında övladına dərslərin vaxtı-vaxtında tədris olunduğunu göstərmiş bu barədə izahat məhkəməyə təqdim olunmuşdur. Aktın 7-ci bəndində qeyd olunur ki, 8- ci sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fəndini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlan toqquşduğu üçün dərs boş keçirdi. Bu heç də belə olmamışdır. Belə ki, müəllimə Sahibə Quliyeva məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinindən şikayətçi olduğu üçün qərəzli olaraq onun adı ora salınmışdır. Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsaslan yazılmamış (məs.27.30) və nömrələnməsi düzgün aparılmamışdır.Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X17 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. X15 tərəfindən əmr kitabının qaydalara uyğun şəkildə Görənboy- Naftalan rayonları üzrə təhsil sektorun müdiri Xəyal Məmmədova möhürlənməsi üçün təqdim edilmiş, əmr kitabına Xəyal Məmmədov tərəfindən imza edilmiş, lakin təhsil sektoruna aid möhürü olmadığı üçün əmr kitabını möhürləməmişdir. Aysel Həsənovaya verilmiş 3 saat dərnək məşğələsi onun yaşadığı ünvan ilə məktəb arasında olan məsafə uzaq olduğu üçün, günorta saatlarında təşkil edilən dərnək məşğələləri ona uyğun olmamışdır, iddiaçının digər əmri ilə həmin dərs saatları X18 verilmişdir bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Aysel Həsənovanın özünün yazdığı izahat cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Aktın 9-cu bəndində məktəbin pedoqoji şurasının protokolu kitabı və pedoqoji işçilərin uçotu kitabı üst qrum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedoqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Məktəbin pedoqoji şurasının protokolu kitabı və məktəb pedoqoji işçilərin uçotu kitabı tərtib edilmiş Goranboy-Naftalan rayonları üzrə təhsil sektorun müdiri Xəyal Məmmədova möhürlənməsi üçün təqdim edilmiş, Xəyal Məmmədov tərəfindən imza edilmiş, lakin təhsil sektoruna aid möhürü olmadığı üçün əmr kitabını möhürləməmişdir. Möhür vurmaqdan imtina etməsini Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna aid nazirlik tərəfindən möhürün təqdim edilmədiyini əsaslandırmışdır. Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. Şagirdlərin şəxsi işi tam qaydasında olmuşdur, bu natamamlıq nədən ibarət olması aktda göstərilməmişdir. Aktın 11 ci bəndində qeyd olunur ki, müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi. Belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Tibb kitabçadan qeydiyyatdan keçmək üçün müəllimlərin özlərinə təqdim edilmişdir. Aktın 12-ci bəndində qeyd olunur ki, tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. Attestatlar şagirdlərə vaxtında verilmiş, attestatın verilməməsi barədə nə məktəbə, nə də üst qruma heç bir şikayət daxil olmamışdır. Tərtib olunmuş təhvil-təslim aktında məktəbdə hər hansı bir tam orta təhsil haqqında attestatın olmağı göstərilməmişdir. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Aktın 14-cü bəndində bəndində Daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Akta hansı qaydalardan söhbət getdiyi məlum deyil, aktı tərtib edənlərin şəxsi mülahizələrinə uyğun yazılmışdır. Aktın 16-cı bəndində dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. Yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olaraq mümkün olmamışdır. Jurnallar Goranboy -Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9.00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir. Halbuki, 12 oktyabr 2023-cü il tarixdə saat 8.00-dan-16.00-a qədər yəni 8 saat (nahar fasiləsi) daxil olmaqla bir ay ərzində yazılmalı olan jurnalı göstərilən müddət ərzində yazılması fiziki cəhətdən mümkün deyildir, nəzərə alınmalıdır ki, məktəbdə 90-na yaxın müəllim işləyir və onlar hər biri bir ay ərzində olan dərs mövzuları jurnallara işləməlidirlər.Bu da iddiaçıya qarşı qərəzin bir dahi bariz nümunəsidir. Aktın 17-ci bəndində dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Dərsdən kənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərfındən yazılması mümkün olmamışdır. Aktın 18-ci bəndində sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Dərsdən kənar məşğələnin cədvəli faktiki ola-ola aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Aktın 19-cu bəndində qeyd olunur ki, məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim olunmamışdır. 2022- ci ilin may ayından 2023-cü ilin fevral ayına qədər məktəbdə təlim-tərbiyə üzrə direktor müavini, 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına kimi təsrrüfat işləri üzrə direktor müavini, 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayına qədər psixoloq vəzifəsi boş qalmışdır. Bütün bu vəzifələrin işləri direktor tərəfindən həyata keçrilmiş, onlara aid olan işlərdə direktordan tələb edilmişdir. Aktı imza edənlər komissiya üzvləri, mətəktəbin təsərrüfat işləri üzrə yenicə təyin olunmuş direktor müavini olmuşdur. Hansı ki, həmin müavin məktəbin sırf təsərrüfat işləri ilə məşğul olmuşdur.

10. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2023 saylı əmr qanunidir, belə ki, İddiaçı barəsində əvvəllər tənbeh tədbiri görülmüş, nəticə çıxarmamış, belə olan halda, yoxlanışın nəticəsi olaraq akt tərtib edilmişdir. Bu arayışda qeyd olunan nöqsanlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün əsas olmuşdur. Dərs cədvəlinin olmaması, davamiyyətin aşağı səviyyədə olması, əmr və digər kitabların tərtibində olan qüsurlar, dərs jurnallarının yazılmaması və s. məsələlər kifayət qədər ciddi qüsurlardır. Hazırkı iddia tələbin əsassız olduğundan rədd edilməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) 2(005)-1065/2024 saylı iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.N. Novruzova) iddia təmin edilmişdir və Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3-1- 1416K/2023 saylı xx.xx.2023 saylı əmri ləğv edilməsi, iddiaçı Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə bərpa olunması və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. (hakim A.N. Novruzova)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaya etirazının əsası olan Goranboy Rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktın 1 -ci və 2-ci bəndində qeyd olunub ki, 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedoqoji şuranın iş planı hazırlanmamışdır. 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İXa,b,c; Xa,b; Xİ a,b) ; Təsdiq edilmiş dərs cədvəli məktəbdə görünən yerlərdən asılmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin 2023/2024-cü il tədris ili üçün fəaliyyət planından bu planın Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov və məktəbin direktoru iddiaçı tərəfindən təsdiq edilmiş plan mövcuddur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”-nin ümumi müddəlarına əsasən təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir. Qeyd olunan qaydalardan iddiaçının direktoru olduğu məktəbdə təhsilalanlar geyim formasına riayət olunmasına nəzarət etməli olması müəyyən edilsə də, forma məktəb tərəfindən deyil, təhsilalanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməlidir. Qanunvericiliklə iddiaçıya bu geyim formasına riayət edilmədikdə təhsilalanları bu formadan istifadəyə birmənalı məcbur etmək səlahiyyəti verilməmişdir. Məhkəmə onu da qeyd edib ki, aktdan dərs cədvəlinin tərtib edilmədiyi deyil, bu cədvəlin görünən yerlərdən yerdən asılmadığı qeyd olunur. Halbuki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Həmkarlar İttifaqına ünvanlanmış məktubda dərs cədvəllərinin ümumiyyətlə divardan asılmadığı qeyd olunmuşdur. Məhkəmə aparılmış yoxlamanın birbaşa nəticəsi olaraq tərtib edildiyindən aktda qeyd edilənlər hallarla sözügedən məktubda olan hallar arasında ziddiyyət olduqda aktı əsas götürür. Cavabdehin etirazının əsası olaraq istinad etdiyi hallar arasında olan bu ziddiyyətdən aktda qeyd edilməyən halın məktubda əksini tapmasının həmkarlar ittifaqına iddiaçı tərəfindən daha kobud pozuntulara yol verdiyi görüntüsünü yaratmaq məqsədi daşıdığı müəyyən olunub. Cavabdehin iddiaya etirazının əsası olan Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktın 3-cü bəndində əksini tapan cədvəldən şagirdlərin davamiyyətinin qənaətbəxş olduğu görünür. İddiaçı isə yoxlama aparılan həmin gün məktəb rəhbərliyinin və müəllim heyətinin bu yoxlamaları cəlb olunması səbəbindən gün ərzində şagirdlərin dərsə davamiyyətinə olan nəzarətin zəiflədiyi və bunun bütün dərs ili ərzində davamiyyətin zəif olması anlamına gəlmədiyini bildirir. Məhkəmə davamiyyətlə bağlı tərtb edilmiş cədvəli nəzərdən keçirərək şagirdlərin dərsə davamiyyətinin aşağı olması barədə cavabdehin etirazını əsaslı hesab edib. Bununla belə bu cədvəlin tədris ilinin bir gününü əhatə etməsini və həmin gün ərzində məktəb rəhbərliyinin və müəllim heyətinin yoxlamalara cəlb olunması barədə iddiaçı tərəfin qeyd etdiklərini ağlabatan hesab edib. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən direktor müavinləri ilə yanaşı müəllim heyətindən də izahatlar alındığı və aktda qeyd olunanlardan məktəbin sənədləşmə işləri ilə bağlı hərtərəfli yoxlamalar aparıldığı görünür. Bu baxımdan da məhkəmə məhz bu əsasla cavabdehin iddiaçıya qarşı digər intizam tənbeh tədbirləri tətbiq edə biləcəyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsini əsaslı hesab etmir. Aktın 4-cü bəndində məktəb üzrə mövcüd olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədiyi qeyd olunur. Aktı tərtib edənlərin yoxlama qrupunun üzvləri olması nəzərə alınarsa, bu sənədlərin yoxlama qrupuna təqdim edilməməsi barədə onların tərtib etdiyi və imzaladığı aktın məhkəmə araşdırması zamanı cavabdehin etirazının əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməsi çəkişmə prinsipi şəraitdə iddiaçının bu halın əksini sübuta yetirmək imkanını məhdudlaşdırır. Aktın yoxlama aparılmış məktəbin direktoru və onun sinifdənxaric işlər üzrə müavini tərəfindən imzalanmadığı nəzərə alınarsa, iddiaçı cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş və təkzib olunması üçün real imkan olmayan qeydə qarşı məhkəməyə həmin sənədləri təqdim etmiş və bu sənədlərin mövcudluğunu sübut edəcək aktiv hərəkətlər etmişdir. Aktın 5-ci bəndində dərnəklərin təşkilinin xx.xx.2023-cü il - xx.xx.2023-cü il (əslində 2024-cü il olmalı idi) tarixlərdə pedoqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 9-cu bəndinə əsasən dərnək rəhbəri məktəb direktorunun əmri ilə təyin və azad edilir. Həmin qaydaların 10-cu bəndinə əsasən dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir. 25. Həmin qaydaların 12-ci bəndinə əsasən məktəbin rəhbərliyi təşkil olunan dərnəklərin səmərəli fəaliyyəti üçün məsuliyyət daşıyır. Dərnəklərin işinə ümumi rəhbərlik və nəzarət direktor müavinlərindən birinin vəzifə bölgüsünə daxil olunur. Sözügedən qaydalardan və aktda istinad olan təlimatdan dərnəklərin təliminə dair əmrin verilməsi tarixinə dair hər hansı imperativ qaydanın müəyyən edilməsi görünür. Aktda əmrin dərnəklərin təşkili tarixindən daha əvvəlki dövrdə verilməsinin pozuntu olduğu görünütüsü yaradılsa da, hansı əsasla əmrin əvvəlki tarixdə verilməsini pozuntu olduğu göstərilməmişdir. Eyni zamanda əmrin əvvəlki tarixdə verilməsi dərnəklərin tələb olunan tarixlərdə təşkil edilmədiyi demək deyil. Bunun əksini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyil. Aktın 6-cı bəndində qeyd olunur ki, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X2 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X5 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Məktəbin biologiya müəllimi X7 tərəfindən Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış izahatında X2 8c-8ç siniflərində həyat bilgisi fənnini əvəz etdiyini başqa fənni əvəz etmədiyini bildirsə də, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış başqa izahatında məktəbdə yoxlama aparan komissiya üzvlərinə fənləri əvəz etdiyini, əvəz etmədiyi fənnin olmadığını bildirsə də, komissiya üzvlərinin ona məhəl qoymadığını qeyd etmişdir. Aşkar ziddiyətlər olduğuna görə məhkəmə X3 izahatlarını iş üzrə iddianın əsaslı olmasına və ya cavabdehin əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yoxlamanın əsaslılığına dəlalət etməməlidir. Aktın 7-ci bəndində qeyd olunur ki, 8 ç sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fəndini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlarla toqquşduğu üçün dərs boş keçirdi. İddiaçı aktın bu hissədə əsassız olması barədə izahatını Sahibə Quliyevanın iddiaçı ilə ədavətdə olması ilə əsaslandırır. Lakin bu halı təsdiq edən heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu hissədə izahatını formal mülahizə olaraq qəbul edir. Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış (məs.27.30) və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X17 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”ın 10-cu bəndinə əsasən üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir: Təlim-tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi (yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatlarının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər. Həmin təlimata əsasən məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, İX və Xİ(Xİİ) sinifləri bitirməsi və s. qərarları rəsmiləşdirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir. Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir. Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır. Məhkəmə təqdim olunmuş məktəb üzrə əmr kitabının surətindən bu kitabın qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatda məktəbin fizika müəllimi Aysel Həsənova ona direktor İddiaçı telefon zəngi ilə 3 saat dərnək olduğunu desə də, yaşadığı ünvandan məktəbə olan məsafənin uzaq olması səbəbindən dərnəyi keçə bilməyəcəyini bildirmiş, yazılı imtina etmədiyini qeyd etmişdir. Aktın 9-cu bəndində qeyd olunub ki, məktəbin pedoqoji şurasının protokolu kitabı və pedoqoji işçilərin uçotu kitabı üst qrum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedoqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”ın 7-ci bəndinə əsasən bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır. Qeydiyyat ümumi sıra nömrəsi ilə, İ nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır. Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olnur. Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Xidmətedici heyət haqqında bu kitabda qeyd aparılmır. Saxlanılma müddəti daimidir. Həmin Təlimatın 8-ci bəndinə əsasən ümumtəhsil məktəblərində pedaqoji şura protokollarının kitabı aparılır. Kitabda pedaqoji şuraya verilmiş məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Məktəbin rüb, yarlmil və ya dərs ili üçün təlimtərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işinin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda rəsmiləşdirilir. Hər bir protokol pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır. Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır. İş materiallarında olan pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı və pedaqoji şura protokollarının kitabının qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir. Məhkəmə dispozitivlik prinsipinin tələblərinə uyğun olaraq məhz tərəflərin təqdim etdikləri sübutları araşdırmış, aktda 2021-ci ildən sonra işə qəbul olunan müəllimlər haqqında qeydlərin olmadığı göstərilsə də, bu tarixdən sonra hansı müəllimlə əmək müqaviləsi bağlandığı və kitabda qeyd olunmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Aktın 10-cu bəndində qeyd olunub ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. 41. İddiaçı tərəf şagirdlərin şəxsi işlərinin tam qaydasında olduğunu, natamamlığın nədən ibarət olmasının aktda göstərilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı yazılı ərizəsində qeyd etdiyi bu halı sübutlarla əsaslandırmamış, şagirdlərin şəxsi işləri məhkəməyə təqdim olunmamış və araşdırılmamışdır. Bununla yanaşı aktda iddiaçının qeyd etdiyi kimi şəxsi işlərdə olan natamamlıqların nədən ibarət olması göstərilməmişdir. Əsası sübuta yetirilməyən bu cümlə formal məzmun daşıyır. Aktın 11 -ci bəndində qeyd olunub ki, müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi. Belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Yuxarıda qeyd olunan təlimata əsasən məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından günüuzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir. Aydındır ki, məktəbin tədris-pedaqoji sənədlərinə "müəllimin şəxsi işi” adlı sənəd daxil deyil. Şəxsi iş şagirdlərə məxsus olur və təlimatın birinci bəndinə əsasən şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur. Pedoqoji işçilər barədə məlumatlar isə "Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı” adlı sənədə qeyd olunur. Təlimatın eyni adlı 7-ci bəndində isə tibbi kitabçalar barədə hər hansı qeyd yoxdur, tibbi məlumatlar barədə qeydlər aparılması göstərilməmişdir. Aktın 12-ci bəndində qeyd olunub ki, tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. İddiaçı isə bildirmişdir ki, attestatlar şagirdlərə vaxtında verilmiş, attestatın verilməməsi barədə nə məktəbə, nə də üst qruma heç bir şikayət daxil olmamışdır. Tərtib olunmuş təhvil-təslim aktında məktəbdə hər hansı bir tam orta təhsil haqqında attestatın olmağı göstərilməmişdir. Məhkəmə qeyd edib ki, aktın 10-cu bəndində olduğu kimi 12-ci bənddə qeyd olunan halın təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da, cavabdeh tərəf də qeyd edilən nöqsanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, aktda nöqsan barədə ətarflı məlumatlar ( şagirdin kimliyi, attestasının verilməli olduğu tarix və s.) göstərilməmişdir. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Aktın 14-cü bəndində qeyd olunur ki, göndərilən və daxil olan sənədlər çox səliqəsiz, qaydalara uyğun olmayan formada yazılmışdır. Aktın 15-ci bəndində qeyd olunur ki, daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Məhkəmə qeyd edib ki, aktda fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair sənədləşmənin hansı sənədlərdən ibarət olduğu müəyyən olunmur. Məktəbin tədrispedaqoji sənədlərin nələrdən ibarət olması Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”da tam əksini tapmışdır ki, aktda qeyd edilən adda sənəd bu təlimatda əksini tapmamışdır. 14 və 15-ci bəndlərdə hansı sənədlərdən və hansı qaydalardan söhbət getdiyi, konkret hansı nöqsanlara yol verildiyi aydın deyil, qüsurlar aydın göstərilməmişdir. Aktın 16-cı bəndində dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. İddiaçı bu halla bağlı bildirmişdir ki, yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olaraq mümkün olmamışdır. Jurnallar Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9.00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir. Halbuki, 12 oktyabr 2023-cü il tarixdə saat 8.00-dan- 16.00- a qədər yəni 8 saat (nahar fasiləsi) daxil olmaqla bir ay ərzində yazılmalı olan jurnalı göstərilən müddət ərzində yazılması fiziki cəhətdən mümkün deyildir, nəzərə alınmalıdır ki, məktəbdə 90-na yaxın müəllim işləyir və onlar hər biri bir ay ərzində olan dərs mövzularının jurnallara işləməlidirlər. Bu da iddiaçıya qarşı qərəzin olmasının bariz nümunəsidir. Məhkəmə aktın 3-cü bəndinə münasibətdə qeyd edildiyi kimi, iş günü ərzində məktəbə yoxlanışların aparılması və məktəbə dair bir çox sənədlərin araşdırılması, işçi heyətinin izahatların alınması cəlb edilməsi səbəbindən həmin gün ərzində dərnəklərdə davamiyyətin aşağı olması ağlabatandır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 04.08. 2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 6-cı bəndinə əsasən dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur. Həmin qaydaların 10-cu bəndinə əsasən dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir. Yuxarıda qeyd edilən qaydalarda şagirdlərin dərnəklərdə məcburi iştirakının təmin edilməsi kimi imperativ norma müəyyən edilmədiyi halda, bu halın iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası göstərilməsi qanunla yolverilən deyil. Aktın 17-ci bəndində qeyd olunub ki, dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Aktın 18-ci bəndində qeyd olumuşdur ki, sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Aktın 19-cu bəndində məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə qeyd edib ki, aktın 1-ci bəndinə aktı tərtib edənlər dərs cədvəlinin mövcud olmamasını deyil, görünən yerlərdən asılmamasını qeyd etmişdir. İddiaçı isə bildirib ki, dərsdən kənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərəfindən yazılması mümkün olmamışdır. Dərsdən kənar məşğələnin cədvəli faktiki ola-ola aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Bunu təsdiq edən cədvəlin kserosurətini məhkəməyə təqdim edir. Bir daha qeyd etmişdir ki, yuxarıda göstərilən kimi X16 rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023-cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9:00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir Məhkəmə qeyd edib ki, iş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş dərs cədvəlləri və dərsdənkənar məşğələlərin cədvəlləri mövcuddur. İddiaçı tərəfindən təqdim olunan bu sənədlər sonradan tərtib olunma ehtimalları olduğundan mötəbər sübut kimi qəbul edilə bilməsə də, nəzərə alınmalıdır ki, bu cədvəllərin tərtibinə dair elə imperativqayda müəyyən edilməmişdir ki, həmin qayda cədvəllərin yoxlama aparılan dövrdən əvvəl tərtib olunmasını sübut etsin. Yəni bu cədvəllər yoxlama aparıldıqdan sonra tərtib oluna biləcəyi kimi, yoxlamadan öncə də tərtib olunmuş ola bilər. Məhkəmə iddiaçıya münasibətdə əsaslı şübhədən kənar sübut prinsipini tətbiq etdiyi halda cavabdehin sənədlərinə də eyni prinsipdən yanaşmalıdır. Belə ki, aktı tərtib edən şəxslərin yoxlama qrupunun üzvləri olması səbəbindən onlar tərəfindən heç bir başqa vasitə ilə təsdiq edilmədən bir cümlədə cədvəl və jurnalların təqdim edilməməsini yazmaları birmənalı, mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə aktla bağlı onu da qeyd edib ki, aktda yoxlama komissiyasının üzvlərindən başqa məktəbin işçi heyətindən yeganə təsərrüfat işləri üzrə direktor müavini tərəfindən imzalanmışdır ki, həmin müavin aktda qeyd olunan və yoxlamalar aparılan bir çox məsələ üzrə səlahiyyətli şəxs olmamışdır. Onun aktda qeyd olunan bir çox sənədlərin qaydalara uyğun olmaması barədə təsdiq imzası bu sənədlərin həqiqətən də düzgün tərtib edilməməsinə dəlalət etməməlidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”a əsasən maliyyə-təsərrüfat sənədlərinə aiddir: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı. Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizəsinə, onlardan düzgün istifadə olunmasınaməsul şəxslər tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s.). Göründüyü kimi təsərrüfat işləri üzrə müavin aktda barəsində yoxlama aparılan sənədlərin qaydalara uyğun olub- olmamasını barədə məlumatlı olmaması ağlabatandır. Bundan əlavə olaraq Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda 29 avqust 2023cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X10 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdiyi, yenidən məktəb direktorunun xx.xx.2023-cü il tarixdən müəllim ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağladığı qeyd olunur. Lakin bütün bu halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi daşısa da, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Bu baxımdan məhkəmə heç bir sübutla təsdiq olunmadan arayışda qeyd edilən halların həqiqiyi iş materialları ilə müəyyən olunmamış, Həmkarlar İttifaqı Komitəsinin iclasında arayışda qeyd edilən halların ətraflı müzakirəsi, komitəyə məktubdan əlavə hansı sübutların təqdim olunması müəyyən edilməmişdir. Arayışda istinad olunan növbəti hal X4 xx.xx.2023-cü il tarixdən Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə baxmayaraq məktəb rəhbərliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrini icra etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X11 məktəbin direktoru İddiaçı xx.xx.2023cü il tarixli əmri ilə vəzifəsindən azad olunmuş, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı əmri ləğv edilmiş və X11 əvvəlki vəzifəsinə bərpa edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə X11 barəsində verdiyi əmrin əsaslı olduğu üçün X4 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasının mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, iş materiallarında məktəbin işçi heyətinin məktəbin direktoruna ünvanlanmış çoxsaylı ərizələrdə və tərtib olunmuş aktlarda X4 müxtəlif tarixlərdə icazəsiz iş yerini tərk etdiyi, məktəbdə işin normal ahəngini ciddi pozduğu, işçilər barədə kobud rəftarlara yol verdiyini və öz vəzifələrini lazımınca yerinə yetirməməklə yanaşı müəllim və digər işçilərin öz vəzifələrini icra etmələrinə maneələr yaratdığı qeyd olunmuşdur. Məhkəmə onu da qeyd edib ki, məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixli 6 nömrəli əmri ilə məktəbdə tədrisin təşkili, müəllimlərin proqram və gündəliklərinin yazılması, müəllimlərin elmi, pedoqoji və metodiki hazırlığına nəzarət etmək, təlimtərbiyə və metodiki işləri təşkil etmək, tədris metodiki sənədlərin işlənib hazırlanmasına və onların keyfiyyətinə nəzarət etmək, fənn metodbirləşmə rəhbərlərinin işinə nəzarət etmək, fənn olimpiadalarının təşkilinə nəzarət etmək, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasına nail olmaq, müəllimlərin dərslərini dinləyib, müzakirə edib, nəticə çıxarmaq, təlimin keyfiyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına nail olmaq, şagirdlərin biliyinin qiymətləndirilməsinin uçotunu aparmaq, buraxılış siniflərində imtahanların nəticələrini təhlil etmək və qiymətləndirmək, fənlər üzrə kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələrin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, tədris planı əsasmda dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarət etmək, sinif jurnallarına nəzarət etmək, fənn müəllimləri tərəfindən sinif jurnallarının aparılması vəziyyətini yoxlamaq,sinif jurnallarının qorunub saxlanması və kənar müdaxilələrdən müahifizə etmək, açıq dərslərin təşkilinə rəhbərlik etmək, dərsdənkənar məşğələlərin təşkilinə və tədrisinə nəzarət etmək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tapşırılmışdır. Əmrdən aydın olur ki, sözügedən tam orta məktəbdə aparılmış yoxlama zamanı nöqsanlar olduğu qeyd edilən bir çox pedoqoji işlər və sənədlərin qaydasında olmasına nəzarət X6 həvalə olunmuşdur ki, öz əmək funskiyalarını düzgün icra etmədiyi əsası ilə iddiaçının əmri ilə vəzifəsindən azad edilmişdir. Halbuki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi qeyd olunanlara baxmayaraq iddiaçının əmrini ləğv etmiş və X4 vəzifəsinə bərpa edilməməsini iddiaçının yol verdiyi nöqsan olaraq qeyd etmişdir. Məhkəmə hesab edib ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən yuxarıda göstərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Hazırda iş materiallarında mötəbər sübut kimi araşdırılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinin əsaslı olduğu birmənalı təsdiq edən sübutlar mövcud deyil. Halbuki yuxarıda qeyd olunan normanın tələbinə əsasən cavabdeh əmək müqaviləsinə xitam verilməsini əsaslandırmalı idi. İş materiallarında bu hala dair sübut qismində araşdırılması mümkün olan yeganə sənədlər məktəbdə aparılan yoxlamanın nəticəsində tərtib edilmiş akt olmuşdur ki, yuxarıda bu aktın cavabdehin əmrinin yeganə əsası olaraq qəbul edilməsinin yolverilməzliyi kifayət qədər əsaslandırılmışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 43-cü maddəsinin 1 -ci bəndinə, 70, 71, 72, 79, 83, 287, 288, 292,300-cü maddəsinin 1-ci hissəsinə, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, ,217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)-1065/24 saylı iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən Goranboy rayonu, M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə yoxlama keçirilmiş və aşkar olunan pozuntular barədə akt tərtib edilmişdir. Akta əsasən 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, pedaqoji şuranın iş planı hazırlanmamış, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmiş, şagirdlərin geyim formasına nəzarət edilməmiş, məktəbdə davamiyyət aşağı olmuş, məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilməmiş, əvəz edilən dərslərin uçotu kitabı Təlimata uyğun yazılmamış, fizika fənni üzrə dərs saatlarının toqquşduğu aşkar edilmiş, əmr ktabında verilən əmrlərin əsasları yazılmamış, Pedaqoji şuranın protokol kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib təsdiqlənməmiş, şagirdlərin şəxsi işi Təlimata uyğun yığılmamış, daxil olan və göndərilən sənədlər Təlimata uyğun sənədləşdirlməmiş, dərnəklərin təşkili düzgün müəyyən edilməmiş, dərnək məşğələlərinin jurnalları və cədvəlləri təqdim edilməmiş və.s. pozuntular aşkar edilmişdir. Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən Goranboy - Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X10 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Yenidən məktəb direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Abbasova Qönçə ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağlayıb, bu məlumatlar xx.xx.2023-cü il tarixdə sistemə daxil edib və məzuniyyət dövrü bitdikdən sonra xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verib. Aktın 1-ci bəndində qeyd olunan məsələ iş materiallrına əlavə edilmiş müəllimlərin izahatında öz əksini tapır. Aktın 3-cü bəndi şagirdlərin davamiyyətinin zəif olmasının məktəbdə keçirilən yoxlama ilə heç bir əlaqəsi yoxdur, aktda göstərilən cədvəldən aydın olur ki, heç də məhkəmənin qeyd etdiyi kimi şagirdlərin davamiyyəti qənaətbəxş deyil və şagirdlərin iştirakı az olan siniflərdə dərsi olan müəllimlərin izahatı alınıb (əlavə olunub). Aktın 5-ci bəndi - Dərnəklərin təşkili 25 sentyabr 2023-cü il, 2 oktyabr 2024cü il tarixləri əhatə edə bilməz, çünki dərnəklər tədris ilini əhatə edir, yəni tədris bitəndə dərnəklərin fəaliyyəti dayanır. Aktda qeyd olunan 25 sentyabr-02 oktyabr 2023-cü il tarixli dərnəklərin təşkil etmək üçün nəzərdə tutulan vaxtdır. Ümumi təhsil müəssisəsində dərnəklərin təşkili qaydasında göstərilir ki, ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir. Məktəbdə dərnəyin 15 sentyabrda təşkil olunması onu göstərir ki, dərnəklərin təşkili qaydasını məktəb rəhbərliyi bilmir və dərnəklər qeyriqanuni təşkil edilmişdir. Aktın 6-cı bəndində qeyd olunur ki, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X2 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X5 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Məktəbin biologiya müəllimi X7 tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış izahatında X2 8c-8ç siniflərində həyat bilgisi fənnini əvəz etdiyini, lakin başqa fənni əvəz etmədiyini qeyd etmişdir (Mehriban Quliyevanın izahatı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı arayışa əlavə olunub). Müəllim monitorinq müddətində izahat verib getdikdən sonra məktəb direktoru ilə danışıb geri qayıdaraq izahatını dəyişmək istəsə də, bunun səbəbini əsaslandıra bilməmişdir. Aktın 7-ci bəndində qeyd olunur ki, 8ç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənni tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlarla toqquşduğu üçün dərs boş keçirdi. Məktəb üzrə dərs bölgüsü tam yekunlaşmağına baxmayaraq təsdiqli vahid dərs cədvəli tərtib edilib məktəbin görünən yerlərindən asılmamışdır. Qeyd olunan səbəbdən məktəbin müəllimləri tərəfindən dərs cədvəlindən məlumatsız olduqları haqqında izahatlar alınmışdır (əlavə edilib). Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X17 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur (izahatı əlavə edilib). Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. İddiaçı tərəf şagirdlərin şəxsi işlərinin tam qaydasında olduğunu, natamamlığın nədən ibarət olmasının aktda göstərilmədiyini bildirir. Lakin, İX və Vİİ siniflərdə dərs ili ərzində şagird haqqında qeydlərin yazılmadığını əks etdirən təsdiqedici sənəd iş materiallarına əlavə edilib. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Belə ki, FMB-nin müvafiq tədris ili üçün Fəliyyət Planı (aylar və həftələr), FMB-nin müvafiq tədris ili üçün Tədbirlər planı (aylar və həftələr) aşkar edilməmişdir. Aktın 17-ci bəndində qeyd olunur ki, dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. İddiaçı isə bildirir ki, dərsdənkənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərəfindən yazılması mümkün olmamışdır. Dərsdənkənar məşğələnin cədvəli faktiki olaraq aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Bunu təsdiq edən cədvəlin kserosurətini məhkəməyə təqdim edilmişdir. Odur ki, jurnalların təqdim edilməməsi və natamam işlənməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, aktın 1-ci bəndinə aktı tərtib edənlər dərs cədvəlinin mövcud olmamasını deyil, görünən yerlərdən asılmamasını qeyd etmişdir. Dərs cədvəli təsdiqli görünən yerlərdən asılmalıdır və bütün məktəbin kollektivinə elan edilməlidir(arayışa müəllimlər tərəfindən dərs cədvəlindən məlumatsız olduqları və WhatsApp qrupu üzərindən cədvəli bildiklərini qeyd edən izahatlar əlavə edilib. Məhkəmə aktda qeyd edilən pozuntulara, eyni zamanda direktorun fəaliyyəti dövründə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinə səthi yanaşaraq, iddiaçının mülahizəsinə uyğun hüquqi qiymət vermişdir. İddiaçı ilə direktor olaraq əmək müqaviləsinə xitam verildikdən sonra məktəbdə fransız dili müəllimi kimi fəaliyyətini davam etdirir və aylıq tarifləşmiş 6 (altı) saat dərs yükünə uyğun olaraq əmək haqqı verilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra mətndə-apellyasiya instansiya məhkəməsi) Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(103)-4504/2024 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinn 23 aprel 2024-cü il tarixli 2(005)-1065/24 saylı iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir (hakimlər A. Ə. İsgəndərov (sədrlik edən və məruzəçi), X.A. Mərdanova, Z.A. Şirinov ibarət tərkibdə).

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4504/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2412025 tarixli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli 2(103)-4504/2024 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,

104. Məhkəmələr tərəfindən cavabdehin əmri ləğv edilərkən məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş xx.xx.2023-cü ilin aktlarında qeyd edilən nöqsanların bəzilərinin müvafiq sübutlarla təsdiq edilmədiyi, bəziləri üzrə iddiaçı tərəfindən göstərilən etirazların ağlabatan olması, bəzilərinin isə konkret olmadığı əsası ilə əmr qanunsuz hesab edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr yuxarıdakı qənaətə gələrkən aktda qeyd edilən nöqsanlarla bağlı iş materiallarına əlavə edilmiş müvafiq sübutlara, alınmış izahatlara, məktəbin əmr kitablarının, qeydiyyat jurnallarının surətlərinə, həmçinin məktəbin müəllimi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini TCəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etməsini təsdiq edən sənədlərə düzgün hüquqi qiymət verməmiş, aktı imzalamasa da, iddiaçının xx.xx.2023-cü il tarixli izahatında aktda göstərilən nöqsanlara dair hər hansı etirazının göstərilmədiyinə, müvafiq sənədlərin mövcudluğu ilə bağlı hər hansı qeydinin olmamasına, Həmkarlar komitəsinin iclasında iştirak etməkdən imtina edərək onun barəsində verilmiş təqdimata münasibət bildirməməsinə əhəmiyyət verməmişdir. 107. Halbuki bu hal apellyasiya məhkəməsinin özünün də qeyd etdiyi kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərin yoxlamadan sonra tərtib olunma ehtimallarını daha da gücləndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya daha yüngül inzibati xətanın verilməsi üçün də əsaslar olmamışdır, belə ki, iddiaçı barəsində daha əvvəl sonuncu xəbərdarlıqla şiddətli töhmət tədbiri görülmüş, iddiaçı həmin intizam tənbehi tədbirini mübahisələndirməmişdir. Həmin intizam tədbirdən sonra daha yüngül tənbeh tədbirinin seçilməsi məntiqsiz olardı. Məhkəmə kollegiyası qeyd edir ki, məktəbdə davamiyyətin pozulmasına, habelə kargüzarlıq işinin düzgün təşkil edilməməsinə görə direktor məsuliyyət daşımalıdır. Çünki qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir. Aktla yanaşı iddiaçının işdən azad edilməsinə səbəb olan daha iki halla, məktəbin müəllimi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini TCəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması barədə sənədlər işdə mövcud olmasa da, iddiaçı tərəfindən bu fakt ümumiyyətlə təkzib edilmədiyindən mübahisəsiz olmuşdur. Təranə Cəbrayılova ilə bağlı məsələ üzrə isə qüvvədə olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmri olduğu və iddiaçının həmin əmri icra etməkdən imtina etməsi barədə işdə müvafiq sübutlar olduğu halda, məhkəmənin qətnaməsində iddia tələbinə aid olmayan TCəbrayılovanın işdən azad olunmasının qanuniliyi ilə bağlı hüquqi mövqe bildirməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəllə-nin 218.3-cü maddəsinin tələblərinə zidd olmuşdur.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi.

22. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, onun işdənçıxarılma əmrində cavabdehin iddia etdiyi əsaslar göstərilməmiş və həmin maddələrə istinad olunmamışdır. İşdən çıxarılmaq üçün əsaslar tamamilə fərqli olmuşdur. İlkin olaraq Abbasova Qönçə məzuniyyətdə olduğu dövrdə işdən çıxarılmamışdır. İlin və təkrar sertifikasiyaya girmiş və ikisindən də keçə bilmədiyi üçün işdən çıxarılmışdır. Bununla bağlı işdənçıxarılma əmrinin surətini məhkəməyə təqdim edəcəyəm. Ali məhkəmənin qərarında qeyd olunmuşdur ki, o, sonuncu xəbərdarlıq və şiddətli töhmətə reaksiya verməmişdir. O, aidiyyəti qurumlara müraciət etmişdir. O, sonuncu xəbərdarlıq və şiddətli töhmətdən əvvəl məktəb direkotru olan zaman məktəbin 5 idarəedici vəzifəsindən 4-ü həyata keçirmiş, amma sadəcə direktor maaşı verilib, əlavə heç bir ödəniş edilməmişdir. Direktor ilə birlikdə məktəbdə psixoloq, təlim-tərbitə üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini vəzifələrinə təkbaşına idarə etmişdir və nəticədə əsassız olaraq töhmət almışdır. Bundan əlavə bildirir ki, işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini T.Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70, bənd "ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Madə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 292, hissə 1. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

29. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

30. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

31. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir.

2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

32. Belə ki, hazırki işin faktiki hallarına əsasən iddiaçı 2016-cı ildən Goranboy rayonu, M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə yoxlama keçirilmiş və aşkar olunan pozuntular barədə akt tərtib edilmişdir. Akta əsasən 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, pedaqoji şuranın iş planı hazırlanmamış, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmiş, şagirdlərin geyim formasına nəzarət edilməmiş, məktəbdə davamiyyət aşağı olmuş, məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilməmiş, əvəz edilən dərslərin uçotu kitabı Təlimata uyğun yazılmamış, fizika fənni üzrə dərs saatlarının toqquşduğu aşkar edilmiş, əmr ktabında verilən əmrlərin əsasları yazılmamış, Pedaqoji şuranın protokol kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib təsdiqlənməmiş, şagirdlərin şəxsi işi Təlimata uyğun yığılmamış, daxil olan və göndərilən sənədlər Təlimata uyğun sənədləşdirlməmiş, dərnəklərin təşkili düzgün müəyyən edilməmiş, dərnək məşğələlərinin jurnalları və cədvəlləri təqdim edilməmiş və.s. pozuntular aşkar edilmişdir. Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən Goranboy - Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X10 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Yenidən məktəb direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Abbasova Qönçə ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağlayıb, bu məlumatlar xx.xx.2023-cü il tarixdə sistemə daxil edib və məzuniyyət dövrü bitdikdən sonra xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verib.

33. İş materiallarından görünür ki, iddiaçının əvvəlki yoxlamalar zamanı direktor kimi fəaliyyətində nöqsanlara yol verildiyinə görə inzibati tənbeh tətbiq edilmiş və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

34. İddiaçıya daha yüngül inzibati xətanın verilməsi üçün də əsaslar olmamışdır, belə ki, iddiaçı barəsində daha əvvəl sonuncu xəbərdarlıqla şiddətli töhmət tədbiri görülmüş, iddiaçı həmin intizam tənbehi tədbirini mübahisələndirməmişdir. Həmin intizam tədbirdən sonra daha yüngül tənbeh tədbirinin seçilməsi məntiqsiz olardı.

35. Məhkəmə kollegiyası qeyd edir ki, məktəbdə davamiyyətin pozulmasına, habelə kargüzarlıq işinin düzgün təşkil edilməməsinə görə direktor məsuliyyət daşımalıdır. Çünki qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir.

36. Yenidən məktəbdə monitorinq keçirilmiş və məktəbdə aşkar edilən nöqsanlar barədə xx.xx.2023-cü il tarixdə 19 bənddən ibarət akt tərtib edilmiş, həmin aktda göstərilən nöqsanlar və əlavə olaraq məktəbin müəllimi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini T.Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etməsi səbəbindən cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir.

37. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əmri ləğv edilərkən məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş xx.xx.2023-cü ilin aktlarında qeyd edilən nöqsanların bəzilərinin müvafiq sübutlarla təsdiq edilmədiyi, bəziləri üzrə iddiaçı tərəfindən göstərilən etirazların ağlabatan olması, bəzilərinin isə konkret olmadığı əsası ilə əmr qanunsuz hesab edilmişdir.

38. Lakin eyni zamanda qətnamədə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən direktor müavinləri ilə yanaşı müəllim heyətindən də izahatlar alındığı və aktda qeyd olunanlardan məktəbin sənədləşmə işləri ilə bağlı hərtərəfli yoxlamalar aparıldığının, bu baxımdan da məhkəmənin məhz bu əsasla cavabdehin iddiaçıya qarşı digər intizam tənbeh tədbirləri tətbiq edə biləcəyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsini əsaslı hesab etməməsi göstərilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yuxarıdakı qənaətə gələrkən aktda qeyd edilən nöqsanlarla bağlı iş materiallarına əlavə edilmiş müvafiq sübutlara, alınmış izahatlara, məktəbin əmr kitablarının, qeydiyyat jurnallarının surətlərinə, həmçinin məktəbin müəllimi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini T.Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etməsini təsdiq edən sənədlərə düzgün hüquqi qiymət verməmiş, aktı imzalamasa da, iddiaçının xx.xx.2023-cü il tarixli izahatında aktda göstərilən nöqsanlara dair hər hansı etirazının göstərilmədiyinə, müvafiq sənədlərin mövcudluğu ilə bağlı hər hansı qeydinin olmamasına, Həmkarlar komitəsinin iclasında iştirak etməkdən imtina edərək onun barəsində verilmiş təqdimata münasibət bildirməməsinə əhəmiyyət verməmişdir.

40. Halbuki məhkəmə kollegiyasının iclasında da iddiaçı izahatında məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini T.Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmrinin icra etməkdən imtina etdiyini özü də təsdiqləmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına tam əməl olunmuş və həmin Məcəllənin 300.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Başqa sözlə, əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmasını və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyini nəzərə alaraq, əmək münasibətlərinin davam etdiyi müddətdə və əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin və işçinin hər hansı hüquqları pozulmamışdır.

42. Belə olan halda yuxarıda qeyd edilənlər İddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə hesablanmış pulun ödənilməsi barədə iddiasının əsassız olması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1065/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar