Məhkəmə qərarları › İş №2(103)-3023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3023/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3023/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxx” MTK və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MTK-ya və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat İddiaçı2 ödənilməsi, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2006-xx xxxxx 2019-cu illər ərzində əlavə ödənilən xxxxə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2004-cü il tarixdə “xxxx” şirkəti ilə M.Hadi küçəsi, 2945-ci məhəllədəki ünvanda 2-ci blok 7-ci mərtəbədə ümumi sahəsi 109,06 kv.m olmaqla 2 otaqdan ibarət mənzilin iddiaçıya satılması barədə müqavilə bağlamışlar. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilmişdir. Həmin gün iddiaçı tərəfindən şirkətin xəzinəsinə 17.000 ABŞ dolları (83.300.000 manat) mədaxil olunmuş, qalan məbləğ də ödəniş qrafikinə uyğun olaraq 25.084 ABŞ dolları pul tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş əmlak olaraq mənzilin 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə digər İddiaçı2 payları müəyyən edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixdə iddiaçı ilə Xətai rayonu, M.Hadi küçəsi, ev 70/2, sahəsi 36.354 kv.m olan 81 saylı mənzilin payçısı kimi, həmin ünvanda sahəsi 72.706 kv.m olan 81 saylı mənzilin payçısı digər İddiaçı2 ilə “xxxx” MTK-nın direktoru İ.Ə.Şahverdiyev arasında müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə həmin mənzilə dair AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar və onlara o zaman məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-46-cı məhəllə, 70 saylı evin 81-ci mənzilin sahəsi heç də müqavilədə göstərildiyi kimi 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil edir. “xxxx” MTK-nın direktoru İ.Şahverdiyevə yaxınlaşıb bu rəqəmlər arasında təşkil edən 21.06 kv.m. fərqi izah etməyi tələb etsələr də, ağlabatan cavab ala bilməmişlər. Hal-hazırda yaşadıqları ərazidə yaşayış sahəsinin hər kv.m. satışı 1000 manat təşkil edir. Bundan başqa xx xxxxx 2019-cu il tarixədək “xxxx” MTK-ya, o cümlədən son illər eyni ünvanda yerləşən, eyni zamanda direktoru da İ.Ə.Şahverdiyev olan digər cavabdeh “xxxx” MMC-yə 109.06 kv.m sahəyə görə hər ay 32.71 manat olmaqla xxxx etmişlər. xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2019-cu il tarixədək hər ay hər kv.m 30 qəpikdən hesablamaqla 21.06 kv.m. sahəyə görə artıq pul ödəmişlər, bu da 160 ay müddətində hər ay üçün 6,31 manat hesablandıqda cəmi 1010 manat təşkil edir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı aldıqdan sonra mənzil sahibi olaraq iddiaçılar böyük stres və əsəb sarsıntısı keçirmişlər. Mənzilin real sahəsinin cəmi 88 kv.m olduğunu bildikdə planları alt-üst olmuş, eyni zamanda ali təhsilli şəxslər olaraq 15 il davamlı olaraq cavabdeh tərəfindən bu şəkildə aldadılmaları onlara çox təsir etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MTK-dan 4.830 (dörd min səkkiz yüz otuz) ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 (üç min iki yüz iyirmi) ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1.610 (bir min altı yüz on) ABŞ dolları pulun isə digər İddiaçı1 ödənilməsi, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxə görə 100.80 (bir yüz manat səksən qəpik) manat pul alınaraq 67.20 (altmış yeddi manat iyirmi qəpik) manat pulun İddiaçı2 ödənilməsi, qalan 33.60 (otuz üç manat altmış qəpik) manat pulun isə İddiaçı1 ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçıların iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə iddiaçıların iddia tələblərinin “xxxx” MMC-yə münasibətdə təmin edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə bizi məhkəmə baxışının vaxtı barədə lazımı qaydada məlumatlandırmamış və bu barədə sübutun iş materiallarında olmamasına baxmayaraq işə birtərəfli qaydada baxaraq qətnamə qəbul etmişdir. Bu əsas isə qətnamənin birmənalı olaraq ləğv edilməsi və hakim barədə intizam icraatının başlanması üçün əsasdır. Bundan əlavə məhkəmə öz qətnamədə göstərmişdir ki: “Mülki iş materiallarından görünür ki, İddiaçı1 ilə “xxxx” MTK- nın arasında xx xxxxxx 2014-cü il tarixdə alğı-satğı müqaviləsi bağlanmış, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, brutto sahəsi 109.06 kv.m., ümumi sahəsi 93.27 kv.m., yaşayış sahəsi 48,65 kv.m. olan 81 saylı mənzili əldə etmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə iddiaçılar mənzilə dair Çıxarış alarkən sözügedən mənzilin sahəsinin müqavilədə qeyd olunmuş 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil etdiyini öyrənmişlər. “xxxx” MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, pulu iddiaçılar tərəfindən ödənilmiş 109.06 kv.m. sahəsi olan mənzili deyil, cəmi 88 kv.m. ölçüdə olan mənzili iddiaçılara satmışdır. Ona görə də iddiaçılar mənzilə görə ödədikləri məbləği yaşayış sahəsinin hər kv. metri üçün nəzərdə tutulmuş bazar dəyəri nəzərə alınmaqla ödəməyi tələb etmişlər”. Belə ki, hazırda mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə “xxxx” MMC-yə qarşı iddiaçıların iddia tələblərinin təmin edərkən əsasən iddiaçılara MTK tərəfindən guya müqavilədə şərtləşdirilmiş sahədən az kvadratın verilməsini göstərmişdir. Halbuki bu hal mövcud deyil, MTK tərəflər arasında müqavilədə şərtləşdirilmiş qaydada və ölçüdə mənzili iddiaçılara təqdim etmişdir ki, məhz kommunal xidmətlər həmin müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun hesablanmışdır. İddiaçı1 “xxxx” MTK-ya xx.xx.2004-cü il tarixli ərizə ünvanlamışdır. Həmin ərizədən görünür ki, O, Şirkətdən Bakı şəhəri, M.Hadi küçəsi 2945ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı mənzilin ona satılmasını xahiş etmişdir. “xxxx” Şirkəti (“İcraçı” adlandırılacaq) ilə İddiaçı1 (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmeti icraçının müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda “Alıcı”ya satmasından, “AlıcT’nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 109.06 kv.m olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğ “Alıcı” tərəfindən tam olaraq ödənilir. Bakı şəhər Xətai rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, 70 saylı evin, 81 saylı mənzilinə 2/3 hissədə Quliyeva (Fərzəliyevə) Nardanə Sədi qızının və 1/3 hissədə İddiaçı1 paylarının müəyyən olunmasına dair Xətai rayon Məhkəməsinin 2 (011)- 1612 /12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün “xxxx” MTK-ya göndərilmişdir. İddiaçı1 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 36.354 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı X1 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. “xxxx” MTK (“İcraçı” adlandırılacaq) ilə İddiaçı1 (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “Alıcı”nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 36.354 kv.m-dən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 8.361 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. İddiaçı2 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. xxxx” MTK (“İcraçı” adlandırılacaq) ilə N.Fərzəliyevə (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “AlıcTnın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 72.706 kv.m-dən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 16.722 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. Beləliklə yuxarıda istinad olunan sənədlərdən görünür ki, tərəflər arasında hüquq münasibətləri onların bağladıqları mülki hüquqi əqdlər (müqavilələr) əsasında yaranmışdır. Sözügedən əqdlərin hazırda qüvvədə olması və tərəflərin həmin əqdləri mübahisələndirməməsi işin mübahisəsiz halıdır. Tərəflərin iradəsi əsasında bağlanmış qeyd olunan müqavilələrin 2-ci bəndlərindən də göründüyü kimi tərəflər müqavilənin sahəsinin beynəlxalq termin olan brutto ölçü ilə (yəni çöldən çölə, ümumi sahə) ilə hesablanacağını müəyyən etmişlər. Həm mənzilin dəyəri, həm də xxxx üzrə hesablaşmalar məhz həmin razılaşdırılmış qiymətləndirmə əsasında həyata keçirilmişdir. “xxxx” MTK müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada icra etmiş və iddiaçıları müqavilələr əsasında razılaşdırılmış mənzillərlə təmin etmişdir. MTK tərəfindən heç bir müqavilə və ya qanun pozuntusuna yol verilməmiş, MTK-nın müqavilə üzrə hazıradək icrasız qalmış öhdəliyi mövcud deyildir. Bundan əlavə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən ekspert brutto sahə anlayışını vermişdir. Göründüyü kimi ekspert brutto ölçü anlayışının beynəlxalq termin olduğunu təsdiq etmiş və bu sahəyə balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütünotaqların ümumi sahəsinin nəzərdə tutulmasını və ölçünün divarların çöl tərəfindən aparılmasını qeyd etmişdir. Lakin ekspert Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59- cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anlayışı nəzərdə tutulmadığı üçün bu barədə rəy verə bilməyəcəyini göstərmişdir. Halbuki beynəlxalq termin (ölçü vahidi) olan brutto anlayışının qüvvədə olan milli qanunvericiliyimizdə təsbit edilməməsi onun mövcud olmaması və ya qanunsuz olması anlamına gəlmir. Hesab edirik ki, məhkəmə brutto ölçüsü anlayışından tikinti sahəsində geniş istifadə olunmasını və xüsusən də bu anlayışın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunla qadağan olunmamasını nəzərə almalı idi. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılmasında, həmçinin mübahisəyə düzgün hüquqi qiymət verilməsində maraqlı olsaydı, əlavə ekspertiza təyin edə, mütəxəsis dəvət etməklə tərəflərin iştirakı ilə yerli baxış keçirərək asanlıqla mübahisənin ədalətli həllinə nail ola bilərdi. Lakin hakim nəinki zəruri addımları atmamış, əksinə ekspertin rəyini və tərəflər arasında bağlanmış müqaviləni təhrif edərək, sanki tərəflərin müqavilədə nəzərdə tutduğu brutto sahəsinin yaşayış sahəsi olmasını və buna görə də guya MTK-nın iddiaçılara əskik sahə təqdim etməsini təsbit etmişdir. Beləliklə sadalanan prosessual hüquq normalarından da görünür ki, əslində işin bütün hallarının və tərəflərin həqiqi münasibətlərinin aydınlaşdırılması üçün qanunverici məhkəməyə geniş səlahiyyətlər vermişdir. Lakin hakim bu səlahiyyətlərindən istifadə etməmişdir. İşdə olan ekspert rəyi natamam və qüsurludur ona görə ki, ekspert brutto anlayışının nədən ibarət olmasını rəydə göstərsə də, hakim sahənin brutto ölçülərinin müəyyən edilməsini ekspertdən tələb etsə də, ekspert bu barədə xüsusi biliyə malik olmasına baxmayaraq, nədənsə bəzi qanunvericilik aktlarına istinad edərək, bir növ hakimə qüvvədə olan qanunvericiliyi xatırlatmışdır. Halbuki ekspert unutmuşdur ki, onun vəzifəsi hakimə hüquqi rəy vermək yox, elm sənət və texnika və s sahələrində texniki köməklik göstərməkdən ibarətdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmçinin qətnamədən cavabdeh “xxxx” MTK apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçıların iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli və iddia tamamilə rədd edilməlidir. Belə ki, apelyator olaraq apelyasiya şikayətinin ilkin və ən əsas dəlillərindən biri məhkəmənin son dərəcə ciddi hesab olunan prosessual pozuntuya yol verərək, cavabdehlərə məhkəmə baxışının vaxtı barədə lazımı qaydada məlumatlandırmaması və kobud pozuntuya yol verərək işdə cavabdehlərin məlumatlandırılması barədə sübutun olmamasına baxmayaraq işə birtərəfli qaydada baxaraq qətnamə qəbul etməsi ilə bağlıdır. Bu əsas isə qətnamənin birmənalı olaraq ləğv edilməsi və hakim barədə intizam icraatının başlanması üçün əsasdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə ilkin olaraq hazırlıq və birinci baxış icraatı barədə cavabdehlərə məlumat vermişdir. Buna görə də cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəməyə gələrək etibarnaməsini və orderini məhkəməyə təqdim etmişdir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra ekspertin vəsatəti ilə tikinti obyektinə baxış keçirilməsi üçün gün və vaxt təyin edilmişdir. Lakin bildirişdə göstərilən vaxtda və saatda nümayəndə tədqiqat predmeti olan binaya gəlsə də, orada hər hansı bir eksperti, iddiaçıları və ya məhkəmə tərkibinin olmadığını müşahidə etdiyi üçün onlarda belə bir fikir formalaşmışdır ki, həmin vaxta təyin edilən yerli baxış təxirə salınmışdır. Bundan bir müddət sonra məhkəmənin xx.xx.2020-ci il tarixli bildirişi və bildirişə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi daxil olmuşdur. Bildirişi və rəyi aldıqdan dərhal sonra xx.xx.2020-ci il tarixində tərəfləridən məhkəmə ilə əlaqə saxlanılmış, məhkəmə prosesinin vaxtı barədə maraqlanılmışdır. Məhkəmə əməkdaşı tərəfindən artıq iş üzrə xx.xx.2020-ci il tarixdə qətnamə çıxarıldığı və surətinin onlara göndərildiyi bildirilmişdir. Onlar hansı əsasa görə vaxtında qabaqcadan onlara və ya vəkilə prosesin vaxtı barədə məlumat verilməməsini və nəyə görə işdə onların məlumatının olması barədə sənədin olmamasına baxmayaraq işə onların iştirakı olmadan baxılmasını soruşsalar da bütün hallarda təqsirin poçt şirkətində olması əsas göstərilmişdir. Halbuki həm iş materiallarında cavabdehlərin və vəkilin orderində əlaqə vasitələri qeyd olunmuşdur. Lakin təəssüflər olsun ki, hazırki işdə məhkəmə tərəfi iddiaçıları məlumatlandırsa da nədənsə cavabdehlərə məlumat vermək zərurəti duymamış və yalnız iddiaçıların mülahizələri üzərində qətanməsini quraraq son dərəcə yalnış və əsassız qənaətə gəlmişdir. Bundan əlavə apelyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məhkəmə iddiaçıların iştirakı ilə işə baxsa da, heç onlar tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və yalnış qənaətə gəlmişdir. Ona görə ki, məhkəmə öz qətnamədə göstərmişdir ki: “Mülki iş materiallarından görünür ki, İddiaçı1 ilə “xxxx” MTK- nın arasında xx xxxxxx 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, brutto sahəsi 109.06 kv.m., ümumi sahəsi 93.27 kv.m., yaşayış sahəsi 48,65 kv.m. olan 81 saylı mənzili əldə etmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə iddiaçılar mənzilə dair Çıxarış alarkən sözügedən mənzilin sahəsinin müqavilədə qeyd olunmuş 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil etdiyini öyrənmişlər. “xxxx" MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, pulu iddiaçılar tərəfindən ödənilmiş 109.06 kv.m. sahəsi olan mənzili deyil, cəmi 88 kv.m. ölçüdə olan mənzili iddiaçılara satmışdır. Ona görə də iddiaçılar mənzilə görə ödədikləri məbləği yaşayış sahəsinin hər kv. metri üçün nəzərdə tutulmuş bazar dəyəri nəzərə alınmaqla ödəməyi tələb etmişlər”. Belə ki, İddiaçı1 “xxxx” MTK-ya xx.xx.2004-cü il tarixli ərizə ünvanlamışdır. Həmin ərizədən görünür ki, O, Şirkətdən Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı mənzilin ona satılmasını xahiş etmişdir. “xxxx” Şirkəti (“İcraçı” adlandırılacaq) ilə İddiaçı1 (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmeti icraçının müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda “Alıcı”ya satmasından, “Alıcı”nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun müəyyən' edilmiş müddətdə aldığı mənzilin dəyərini “AlıcTnın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 109.06 kv.m olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğ “Alıcı” tərəfindən tam olaraq ödənilir. Bakı şəhər Xətai rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, 70 saylı evin, 81 saylı mənzilinə 2/3 hissədə Quliyeva (Fərzəliyevə) Nardanə Sədi qızının və 1/3 hissədə İddiaçı1 paylarının müəyyən olunmasına dair Xətai rayon Məhkəməsinin 2 (011)- 1612 /12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün “xxxx” MTK-ya göndərilmişdir. İddiaçı1 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7- ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 36.354 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı X1 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. “xxxx” MTK (“İcraçı” adlandırılacaq) ilə İddiaçı1 (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “Alıcı”nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 36.354 kv.m-dən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 8.361 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. İddiaçı2 “xxxx” MTK-ya ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, O, MTK-dan Bakı şəhəri, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa olunan binanın 2-ci blokunun 7-ci mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 72.706 kv.m sahəsi olan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. “xxxx” MTK (“İcraçı” adlandırılacaq) ilə N.Fərzəliyevə (“Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın müvafiq sənədləşmələrə əsasən M.Hadi küçəsi 2945-ci məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındaki mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə “Alıcı”ya satmasından, “Alıcı”nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini “Alıcı”nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” və “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın 2 blok, 7-ci mərtəbə, 21 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi (Brutto) 72.706 kv.m-dən ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 (iki yüz otuz) ABŞ dolları, cəmi 16.722 ABŞ dolları müəyyən edilir. Göstərilən məbləğin 100 faizi əvvəlcədən ödənilib. Beləliklə yuxarıda istinad olunan sənədlərdən görünür ki, tərəflər arasında hüquq münasibətləri onların bağladıqları mülki hüquqi əqdlər (müqavilələr) əsasında yaranmışdır. Sözügedən əqdlərin hazırda qüvvədə olması və tərəflərin həmin əqdləri mübahisələndirməməsi işin mübahisəsiz halıdır. Tərəflərin iradəsi əsasında bağlanmış qeyd olunan müqavilələrin 2-ci bəndlərindən də göründüyü kimi tərəflər müqavilənin sahəsinin beynəlxalq termin olan brutto ölçü ilə (yəni çöldən çölə, ümumi sahə) ilə hesablanacağını müəyyən etmişlər. Həm mənzilin dəyəri, həm də xxxx üzrə hesablaşmalar məhz həmin razılaşdırılmış qiymətləndirmə əsasında həyata keçirilmişdir. “xxxx” MTK müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada icra etmiş və iddiaçıları müqavilələr əsasında razılaşdırılmış mənzillərlə təmin etmişdir. MTK tərəfindən heç bir müqavilə və ya qanun pozuntusuna yol verilməmiş, MTK- nın müqavilə üzrə hazıradək icrasız qalmış öhdəliyi mövcud deyildir. O ki, qaldı iddiaçıların “AR ƏMDK DƏRX tərəfindən verilmiş çıxarışlar əsasən onlara məxsus mənzillərin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən az göstərilməsi” mülahizəsinə, bununla bağlı qeyd edilir ki, hazırki cavabdehlər iddiaçıların AR ƏMDK DƏDRX arasında yaranan münasibətlərə müdaxilə etmək, şərh vermək və ya hər hansı bir təsir etmək səaliyyətinə malik deyildir. İddiaçılar onlara məxsus mənzillərin sahəsinin az göstərilməsini iddia etdikləri halda bununla bağlı tələblərini hazırki cavabdehlərə yox, həmin quruma qarşı irəli sürə bilərdilər. Başqa sözlə desək, iddiaçılar bu barədə tələblərini iddiaya cavab verməli olmayan cavabdehlərə qarşı irəli sürmüşlər. Eyni zamanda bildirmək istəyirik ki, AR ƏMDK DƏDRX-in fəaliyyət göstərdiyi əsasnamələr və qanunvericilikdən fərqli olaraq, yuxarıda da göstərildiyi kimi “xxxx” MTK ilə hüquq münasibətləri məhz hazırda qüvvədə olan, tərəflərin müstəqil və birgə şəkildə şəxrtlərini müəyyən etdiyi mülki müqavilələr əsasında yaranmışdır və məhz həmin müqavilələrin tələblərinə müvafiq şəkildə tənzimlənmişdir. Bundan əlavə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən ekspert brutto sahə anlayışını vermişdir. Ekspert rəydə göstərmişdir ki: Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anlayışı nəzərdə tutulmadığı üçün, tədqiq olunan mənzilin brutto sahəsinin hesablanmasına dair tədqiqat aparılmadı. Lakin müxtəlif mənbələrdə olan məlumatlara əsasən, Türkiyədə və bir çox digər ölkələrdə daşınmaz əmlakın texniki, sənədlərində (texniki pasport və s.), bir qayda olaraq, yalnız brutto sahəsi göstərilir. Bu göstərici balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsini nəzərdə tutur və ölçü divarların çöl tərəfindən aparılır. Əgər alıcının netto sahəsini öyrənmək istəyi yaranarsa, onda mənzillərin plan sənədləri tələb edilir. Memar tərəfindən tərtib edilmiş planda hər bir otağın (tikilinin) netto sahəsi göstərilir. Göründüyü kimi ekspert brutto ölçü anlayışının beynəlxalq termin olduğunu təsdiq etmiş və bu sahəyə balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsinin nəzərdə tutulmasını və ölçünün divarların çöl tərəfindən aparılmasını qeyd etmişdir. Lakin ekspert Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anlayışı nəzərdə tutulmadığı üçün bu barədə rəy verə bilməyəcəyini göstərmişdir. Halbuki beynəlxalq termin (ölçü vahidi) olan brutto anlayışının qüvvədə olan milli qanunvericiliyimizdə təsbit edilməməsi onun mövcud olmaması və ya qanunsuz olması anlamına gəlmir. Hesab edilir ki, məhkəmə brutto ölçüsü anlayışından tikinti sahəsində geniş istifadə olunmasını və xüsusən də bu anlayışın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunla qadağan olunmamasını nəzərə almalı idi. Həmçinin hesab edilir ki, məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılmasında, həmçinin mübahisəyə düzgün hüquqi qiymət verilməsində maraqlı olsaydı, əlavə ekspertiza təyin edə, mütəxəsis dəvət etməklə tərəflərin iştirakı ilə yerli baxış keçirərək asanlıqla mübahisənin ədalətli həllinə nail ola bilərdi. Lakin hakim nəinki zəruri addımları atmamış, əksinə ekspertin rəyini və tərəflər arasında bağlanmış müqaviləni təhrif edərək, sanki tərəflərin müqavilədə nəzərdə tutduğu brutto sahəsinin yaşayış sahəsi olmasını və buna görə də guya MTK-nın iddiaçılara əskik sahə təqdim etməsini təsbit etmişdir. Beləliklə sadalanan prosessual hüquq normalarından da görünür ki, əslində işin bütün hallarının və tərəflərin həqiqi münasibətlərinin aydınlaşdırılması üçün qanunverici məhkəməyə geniş səlahiyyətlər vermişdir. Lakin hakim bu səlahiyyətlərindən istifadə etməmişdir. Bundan əlavə hesab edilir ki, işdə olan ekspert rəyi natamam və qüsurludur ona görə ki, ekspert brutto anlayışının nədən ibarət olmasını rəydə göstərsə də, hakim sahənin brutto ölçülərinin müəyyən edilməsini ekspertdən tələb etsə də, ekspert bu barədə xüsusi biliyə malik olmasına baxmayaraq, nədənsə bəzi qanunvericilik aktlarına istinad edərək, bir növ hakimə qüvvədə olan qanunvericiliyi xatırlatmışdır. Halbuki ekspert unutmuşdur ki, onun vəzifəsi hakimə hüquqi rəy vermək yox, elm sənət və texnika və s sahələrində texniki köməklik göstərməkdən ibarətdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Bir halı da xüsusi qeyd edilirs ki, məhkəmə qətanmədə AR MPM-nin 14.2-ci və 77.1-ci maddələrinə istinad edərək, məhkəmənin yalnız işdə olan sübutlara əsasən qərar qəbul etməli olmasını və tərəflərin öz tələb və etirazlarını sübut etməli olmasını göstərsə də, cavabdehləri məhkəmə baxışında iştirakdan məhrum etmişdir. Belə olan halda maraqlıdır ki, cavabdehlər hansı qaydada məhkəməyə sübutlar təqdim edə və iddiaya qarşı öz etirazlarını əsaslandıra bilərdi. Buna görə də hesab edilir ki, apelyasiya instansiya məhkəməsi məhkəmə proseslərində tərəflərin iştirakını təmin etməklə, işə mahiyyəti üzrə baxmalı və birinci instansiya məhkəməsinin yol verdiyi ciddi və çoxsaylı nöqsanları aradan qaldırmalıdır. Eyni zamanda qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə tələblərini pozaraq öhdəliklərini yerinə yetirməməsi barədə məhkəmənin gəldiyi qənaətlə razı olsalar da, hər kv.m üçün iddiaçılara ödənilməli olan pulun 230 ABŞ dolları müəyyən edilməsi ilə razı deyillər, belə ki, 2004-cü il üçün bu real məbləğ olsa da, bu günkü bazar qiymətlərinə görə həddən artıq aşağıdır. Adı gedən ünvanda, yəni Həzi Aslanov metrostansiyasinın ətrafında yeni tikilmiş binalarda təmirsiz mənzillər hər kv.metri 1200-1300 manata, təmirli mənzillərin isə hər kv.metri 1400-1600 manata satılır. Odur ki, ödəniləcək məbləğ hazırki bazar qiymətlərinə uyğun olaraq hesablanmalıdır. Kommunal xidmətlərə görə artıq ödənilən məbləğə gəlincə 2018-ci ilin yanvar ayından olan bildirişləri xxxxin qiymətini göstərmək məqsədi ilə ərizəyə əlavə etmişdir və xx xxxxx 2019-cu il tarixədək MTK-ya kommunal borclarını olmadığı barədə arayış təqdim etmişdir. Lakin bu o demək deyil ki, onlar yalnız xx.xx.2018-ci ildən pul ödəyirlər. Təbii ki, yaşadıqları dövrdən bütün başqa xidmətlər kimi, o cümlədən xxxxə görə də MTK-ya pullar ödənilib. Onlar isə orada 2006-cı ildən yaşayaraq kommunal xidmətlərə görə ödənişlər etmişlər. Odur ki, nəinki 2018-ci ilin yanvar ayından, yaşadıqları dövrdən artıq ödənilən bütün məbləğ “xxxx” MMC- dən alınıb iddiaçılara ödənilməlidir. İddiaçılara dəymiş mənəvi ziyana gəlincə, istehlakçı kimi onlara mənəvi ziyan dəymiş, illərlə “xxxx” MTK tərəfindən və “xxxx” MMC tərəfindən aldadılmışlar. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişlər. Çünki uzun illər kimsə tərəfindən aldadılmağı özlərinə qarşı təhqir hesab edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı1 və cavabdehlər “xxxx” MTK-nin və “xxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı1 ilə “xxxx” MTK-nın arasında xx xxxxxx 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı ünvan 3 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, brutto sahəsi 109.06 kv.m., ümumi sahəsi 93.27 kv.m., yaşayış sahəsi 48,65 kv.m. olan 81 saylı mənzili əldə etmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə iddiaçılar mənzilə dair Çıxarış alarkən sözügedən mənzilin sahəsinin müqavilədə qeyd olunmuş 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil etdiyini öyrənmişlər.“xxxx” MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, pulu iddiaçılar tərəfindən ödənilmiş 109.06 kv.m. sahəsi olan mənzili deyil, cəmi 88 kv.m. ölçüdə olan mənzili iddiaçılara satmışdır. Ona görə də iddiaçılar mənzilə görə ödədikləri məbləği yaşayış sahəsinin hər kv.metri üçün nəzərdə tutulmuş bazar dəyəri nəzərə alınmaqla ödəməyi tələb etmişlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə inşa edilmiş 70 saylı evin 81 saylı mənzilinin ümumi və yaşayış sahəsi 88 kv.metr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh “xxxx” MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat ödənilməsi hissəsinə dair hesab edir ki, iddia tələbini həmin hissədə qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni təhvil verməyi, digər tərəf isə bunun müqabilində təqdim olunmuş əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı iş üzrə cavabdeh “xxxx” MTK tərəfindən iddiaçılara təhvil verilmiş mübahisəli mənzil 109.06 kv.m. deyil, 88 kv.m. sahədən ibarət olmuşdur. Belə olan halda cavabdeh “xxxx” MTK tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmə sözügedən yaşayış sahəsinin hər kv.metrinin 1.000 manatdan hesablanmalı olması hissəsinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 ilə cavabdeh “xxxx” MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 230 ABŞ dolları müəyyən edilmişdir. Odur ki, 21.06 kv.metr sahə üzrə hər kv.metr üçün 230 ABŞ dolları hesablamaqla (21.06 x 230) cəmi 4.830 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıların xeyrinə cavabdeh “xxxx” MTKdan tutulmalıdır. 4.830 ABŞ dolları tərəflərin mənzil üzərində Xətai Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara mütanasib tərəflər arasında bölünməlidir. Odur ki, “xxxx” MTK-dan 3.220 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları (ödəniş aparılan tarixinə manatın məzənnəsi ilə) pul isə digər İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2006-xx xxxxx 2019cu illər ərzində əlavə ödənilən xxxxə görə 1.010 manat pulun hissəsinə münasibətdə də haqlı olaraq hesab etimişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçılar xx xxxxxx 2006-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək ödənilən xxxxi tələb etsələr də, onlar həmin dövrə aid olan qəbzləri, xxxxi təsdiq edən hər hansı digər sənədi nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində təqdim etməmişlər. İş materiallarına 2018-ci ilin yanvar ayından 2019-cu ilin aprel ayına qədər edilmiş xxxx barədə qəbzlər əlavə olunmuşdur. Məhkəmə yuxarıda sadalananlara əsasən haqlı olaraq hesab emişdir ki, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxə görə 100.80 manat pul alınaraq iddiaçıların mübahisəli mənzil üzərində paylarına mütənasib olaraq 67.20 manat pul İddiaçı2, qalan 33.60 manat pul isə İddiaçı1 ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə haqlı olaraq hesab ermişdir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ciil tarixli Qərarınaəsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, iddiaçılar cavabdehlər tərəfindən onlara mənəvi ziyan vurulması barədə nə iddia ərizəsində, nə də apelyasiya şikayətində məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən 20.000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MTK-dan 4.830 ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməli, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxə görə 100.80 manat pul alınaraq manat pul İddiaçı2, qalan 33.60 manat pul isə İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla təmin edilə bilməz. Belə ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olduğu qeyd edilsə də, ekspert rəyini təkzib edəcək və ya şübhə yaradacaq əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətləri isə yuxarıda göstərilənlərlə təkzib olunduğundan, həmçinin apelyasiya şikayətində qeyd olunanlara dair hər hansı sübut təqdim olunmadığından əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər “xxxx” MTK və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar