Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-303/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh MTK-ya qarşı və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icrası; işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası tələbinə dair” ilkin, Cavabdeh MTKnın İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(006)-2348/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(006)-3456/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış 09 iyul 2014cü il tarixli müqaviləyə əsasən MTK ümümi sahəsi layihə üzrə 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzili iddiaçıya verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən, iddiaçı müqavilə üzrə mənzilin dəyəri olan 309.450 manat məbləğində vəsaiti tam ödəmişdir.
a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasında, 3-cü girişin 5-ci mərtəbəsində olan 127 saylı ümumi sahəsi 206,3 kv.m, 4 otaqlı mənzil üçün ödədiyi 309.450 manat məbləğində pulun MTK-dan tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh MTK qarşılıqlı iddia qaldıraraq, İddiaçı işgüzar nüfuza vurulmuş zərərə görə 200.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 09 iyul 2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativinin tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından, 3-cü girişinin 5ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m, 4 otaqlı mənzili öz adına rəsmiləşdirməklə almaq qərarına gəlmiş, elə həmin gün MTK-nın sədri X2 ilə aralarında 09 iyul 2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən «Kooperativ» Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasından, 3-cü girişinin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m, 4 otaqlı mənzili «Payçıya», yəni ona verməyi, «Payçı» isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş şəkildə mənzilin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Onun tərəfindən mənzilin dəyəri tam şəkildə Kooperativə ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Cavabdeh isə müqavilə öhdəliklərini icra etməməklə, mənzili keçən uzun müddət ərzində ona təhvil verməməklə hüquqlarını pozmuşdur. Cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də hər dəfə müəyyən bəhanələrlə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin icrasından yayınmışdır. İşin təkzibedilməz hallarına və göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, mübahisə predmeti təşkil edən mənzilin dəyəri tərəfindən tam məbləğdə ödənildiyindən müqavilə üzrə öhdəliklərini icra etmiş, lakin cavabdeh isə üzərinə götürdüyü öhdəliyə vicdanla yanaşmayaraq icra etməmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi müqavilə etibarsızdır, belə ki, 2014-cü ilin yayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə zənglər və təzyiqlər edilərək, pul və ya əmlak tələb edilmişdir. Son nəticədə şirkət rəhbərliyi çarəsiz qaldığından keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı adına yuxarıda sadalanan sənədləri tərtib edərək, vermək məcburiyyətində qalmışdır. Həqiqətdə iddiaçı tərəfindən şirkətə heç bir pul vəsaiti ödənilməmişdir. İddiaçı ümumiyyətiə ona verilən müqavilədə göstərilən mənzilin harada yerləşməsindən, mənzilin layihəsindən xəbərsiz olmuşdur. İddiaçı heç zaman şirkətin hər hansı bir əməkdaşı ilə əlaqə saxlamamışdır. Müqaviləyə, maliyyə arayışına və kassa mədaxil orderinə imza edən şəxsləri belə tanımır. Ümumiyyətlə Cavabdeh MTK Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə inşa etdiyi binanın 3-cü blokunda mənzil satışına başlamamış və bu günə qədər heç kimə mənzil satmamışdır. Eyni zamanda, binanın 1 və 2-ci blokları tikilib təhvil verilsə də, 3-cü blokun inşa olunacağı ərazidə hal-hazırda yaşayan sakinlərin köçürülməsində problemlər mövcuddur. Həmin sakinlər tərəfindən ərazidə bır sıra özbaşına tikililər tikilərək, həddən artıq yüksək məbləğdə kompensasiya tələb olunur və bu səbəbdən şirkətlə həmin sakinlər arasında mübahisə yaranmışdır. Bu mübahisə artıq bir neçə ildir ki, məhkəmə müstəvisində davam edir. Məhz elə bu səbəbdən də Cavabdeh MTK uydurma da olsa, binanın 3-cü blokunda yerləşən mənzilə dair sənədlər tərtib edərək, iddiaçıya vermişdir. Müqavilənin özünə də diqqət yetirilsə görünər ki, müqavilədə mənzilin təhvil verilməsinə dair konkret müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi mənzilin dəyəri belə təqribi göstərilmişdir. İddiaçı bir neçə il bundan öncə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinmişdir. Bir daha təkrar qeyd edilir ki, 09 iyul 2014-cü il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edilmiş və onların göstərişi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı təqdim olunmuşdur. İddiaçı tərəfindən şirkətə heç bir vəsait ödənilməmişdir. Cavabdeh MTK bu sənədləri və müqaviləni verərkən hüquqi nəticə yaratmaq niyyəti olmamış, sadəcə MTN əməkdaşlarının şirkətdən əl çəkmələri məqsədi ilə bu sənədləri görünüş üçün vermişdir. İddiaçı hüquqlarından vicdansızcasına sui-istifadə edərək, Cavabdeh MTK-nın işgüzar nüfuzuna xələl gətirir, onun potensial müştərilərini qaçırdır və bununla da şirkətə zərər vurur. Şirkət olaraq, Cavabdeh MTK-nın işgüzar nüfuzuna vurulan zərəri 200.000 manat həcmində qiymətləndirilir.
6. Yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də 3-4-cü blokların inşa ediləcəyi ərazidə hazırda özbaşına tikililər mövcuddur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir.
8. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır, çünki vətəndaşın vətəndaşa, yaxud hüquqi şəxsə, hüquqi şəxsin vətəndaşa, yaxud digər hüquqi şəxsə qarşı məhkəmədə iddia qaldırması özü-özlüyündə qanunvericilikdə vətəndaşlara və hüquqi şəxslərə verilmiş müraciət etmək hüququnun təzahürüdür və iddia ərizəsində tərəf barəsində qeyri-etik ifadələr işlədilmirsə, tərəf əsassız yerə ağır cinayətlərdə ittiham olunmursa və s. bu kimi hallara yol verilmirsə, müraciət etmək hüququndan istifadə hər hansı tərəfə maddi və mənəvi ziyanın vurulmasına səbəb olmur. Cavabdeh öz qarşılıqlı iddiasını əsaslandırarkən ilk iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilənin uydurma əqd olduğunu iddia edir. Lakin müqavilənin bağlanmasının üzərindən keçən dövr ərzində bununla bağlı məhkəməyə müraciət edilməmişdir, hazırda qeyd olunan müqavilə qüvvədədir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməlidirlər.
9. Eyni zamanda məhkəmə tərəfindən MTK tərəfindən iddiaçının barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokrorluğuna xəbər verilməsinə dair vəsatətinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının hərəkətlərində cinayət əlamətləri müşahidə olunmamışdır. İddiaçı qüvvədə olan müqavilə öhdəliklərinin icra edilməsini tələb edir və bununla bağlı müraciət etmək hüququndan istifadə etməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, MTK-nın İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182 və 308-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud olduğundan, bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsinə dair vəsatəti əsassız olmaqla, təmin edilə bilməz.
10. İlk iddia ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyi icra edəcəyi vaxt göstərilməmişdir. Müqavilənin bağlanmasının üzərindən 7 il civarında zaman keçmişdir. Həmin müddət ərzində qarşılıqlı iddia üzrə iddiaçı müqaviləni icra etməmək üçün hərəkətsizlik nümayiş etdirməmişdir. Əksinə, MTK müqavilə öhdəliklərini icra etmək üçün zəruri addımlar atmış, binanın tikilməsi nəzərdə tutulan ərazidə tikilmiş özbaşına tikililərin sökülməsi, vətəndaşların ərazidən uzaqlaşdırılması üçün danışıqlar aparmış, bu fayda vermədikdə isə həmin şəxslərə qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının verdiyi məlumata görə, hazırda da ərazidə özbaşına tikili inşa etmiş vətəndaşlarla aralarında olan məhkəmə çəkişməsi davam edir və MTK bu çəkişmələrin başa çatmasını və ərazidə olan özbaşına tikililərin qanuni yolla sökülməsini gözləyir. MTK-nın özünə də binanın inşa edilməsini yubanması sərf etmir, MTK-nın maraqları baxımından ərazinin bir an öncə qanuni yolla təmizlənməsi və inşaatın başlanması zəruridir.Qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyinə görə, 3 və 4-cü blokların yerləri tam sökülməmişdir, bir hissəsində hələ də yaşayış var. 6 mənzil sökülməlidir, lakin hələ də sökülməyib. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatında iş mövcuddur. Qeyd olunan hal məhkəmə tərəfindən 08 iyul 2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı belə öz təsdiqini tapmışdır.
11. Belə ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də 3-4-cü blokların inşa ediləcəyi ərazidə hazırda özbaşına tikililər mövcuddur.Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən zəruri qanuni addımlar atılır və müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd olunur. Tərəflər arasında bağlanmış, hazırda qüvvədə olan müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və bina təhvil verilənədək qüvvədədir.
12. Məlumdur ki, binalar müqavilə bağlanandan sonra ağlabatan müddət ərzində inşa edilib başa çatdırılmalı və alıcılara (payçılara) təhvil verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ağlabatan müddətlər (adi binanın inşa edilməsi üçün nəzərdə tutulan və inşa işləri aparılaraq yekunlaşdırılan bir neçə il) aşılmamışdır. Əgər ərazidə hər hansı qanunsuz tikili, yaxud digər əngəl, maneə olmasa idi və MTK ərazidə tikintiyə başlasa idi, bu zaman MTK yuxarıda qeyd edilən ağlabatan müddətləri aşmış olacaqdı və ilk iddia üzrə iddiaçının müqavilə öhdəliklərindən yaranan tələbləri tələbdən asılı olaraq tam, yaxud qismən əsaslı olmuş olacaqdı. Lakin, işin faktiki hallarından göründüyü kimi, MTK nəinki ilk iddia üzrə iddiaçıya, həmçinin digər şəxslərə münasibətdə də müqavilə öhdəliklərinə ciddi yanaşmaqla, həmin öhdəliklərin icra edilməsi üçün qanuni addımlar atır və uzun müddətdir ki, məhkəmə çəkişmələrində MTK ərazinin qanuni yolla boşaldılmasına nail olmaq istəyir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyinə istinad edərək əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin, həmin müqavilə üzrə 309.450 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 09 iyul 2014-cü il tarixli kassa mədaxil orderinin və mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə İddiaçı arasında 09 iyul 2014-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada 3-cü blokun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzili «Kooperativ» «Payçı»ya (mənzilin on kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 309.450 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 09 iyul 2014-cü il tarixli kassa mədaxil orderi və mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Hazırda İddiaçı bu sənədlərə istinad edərək, kooperativdən 309450 manat məbləğində pul vəsaiti tələb edir. Halbuki, bu sənədlərin heç bir əsası yoxdur. Belə ki, 2014-cü ilin yayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə zənglər və təzyiqlər edilərək, pul və ya əmlak tələb edilmişdir. Son nəticədə şirkət rəhbərliyi çarəsiz qaldığından keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı adına yuxarıda sadalanan sənədləri tərtib edərək, vermək məcburiyyətində qalmışdır. Həqiqətdə İddiaçı tərəfindən şirkətə heç bir pul vəsaiti ödənilməmişdir. İddiaçı ümumiyyətlə ona verilən müqavilədə göstərilən mənzilin harada yerləşməsindən, mənzilin layihəsindən xəbərsiz olmuşdur. İddiaçı heç zaman şirkətin hər hansı bir əməkdaşı ilə əlaqə saxlamamışdır. Müqaviləyə, maliyyə arayışına və kassa mədaxil orderinə imza edən şəxsləri belə tanımır. Ümumiyyətlə, MTK Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə inşa etdiyi binanın 3-cü blokunda mənzil satışına başlamamış və bu günə qədər heç kimə mənzil satmamışdır. Həmin evdə, yəni 3-cü blokda mənzil satılmasına dair hər hansı bir elan, reklam və s. verilməmiş, hər hansı bir broşür, buklet hazırlanmamışdır. Belə ki, binanın 1 və 2-ci blokları tikilib təhvil verilsə də, 3-cü blokun inşa olunacağı ərazidə hal-hazırda yaşayan sakinlərin köçürülməsində problemlər mövcuddur. Həmin sakinlər tərəfindən ərazidə bir sıra özbaşına tikililər tikilərək, həddən artıq yüksək məbləğdə kompensasiya tələb olunur və bu səbəbdən şirkətlə həmin sakinlər arasında mübahisə yaranmışdır. Bu mübahisə artıq bir neçə ildir ki, məhkəmə müstəvisində davam edir. Məhz elə bu səbəbdən də MTK binanın 3-cü blokunda yerləşən mənzilə dair sənədlər tərtib edərək, İddiaçı vermişdir. Müqavilənin özünə də diqqət yetirilsə görünər ki, müqavilədə mənzilin təhvil verilməsinə dair konkret müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi mənzilin dəyəri belə təqribi göstərilmişdir. İddiaçı bir neçə il bundan öncə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən suiistifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinmişdir. Bir daha təkrar qeyd edilir ki, 09 iyul 2014-cü il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edilmiş və onların göstərişi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı təqdim olunmuşdur. İddiaçı tərəfindən şirkətə heç bir vəsait ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən Baş Prokurorluğa müraciət edilmişdir. Hal-hazırda Baş Prokurorluqda məsələ ilə bağlı cinayət işi başlamış və araşdırılmaqdadır.
16. Şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, iddiaçı Cavabdeh MTK-nın 2013- 2014-cü illərdə sədri olaraq çalışmışdır. Ürəyindən əməliyyat olunduğundan həmin dövrdə MTK-da gündə 1 saat olmuşdur. Cavabdeh İddiaçı ilə əlaqəsi olmamış və birbirilərini tanımamışlar. Tərəflər arasında müqavilə onun çalışdığı vaxtda imzalanmışdır. Bununla əlaqədar ona hədə-qorxu edilməmişdir. Cavabdehi tanımır, o da onu tanımır, müqavilə və maliyyə arayışında olan imzalar onundur. Müqavilə ilə bağlı onu qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulmuş binadakı mənzilin tikilməsi üçün ilk olaraq bina tikintisi üçün ərazilər alınmalı, sonra sərəncam verilməli və tikinti başlanmalı, bundan sonra binadan mənzilin satışı ilə bağlı müqavilə bağlanmalıdır. Bu müqavilədə nəzərdə tutulmuş blokda mənzillər heç kimə satılmamışdır. Təsisçinin səlahiyyətli nümayəndəsi Cəfərov Əlixan ona bildirmişdir ki, MTN göstərişi ilə cavabdehin müqaviləsinə imza çəkilməli, mənzilə dair ödəniş isə sonra veriləcəkdir. Həmin dövrdə MTN əməkdaşları MTK-ya gəlib-gedirdilər, ancaq onunla görüşməyiblər. 2014-cü ilə qədər bina 3 blokdan ibarət olmuş, 1-ci və 2-ci blok həmin vaxt tikilirdi və 3-cü 4-cü mərtəbə kimi qalxmışdır. 3 blokdan satış olmamış, həmin ərazidə 2 nəfər mülkiyyətçinin öz əmlaklarına görə həddindən artıq pul tələb etməsi səbəbindən razılıq əldə etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən 309.000 manat pul sonradan ödənilməmişdir. 2014-cü ilin axırlarına gədər MTK-da çalışmır. MTK-nın əməkdaşı Cəfərov Əlixan ona bildirmişdir ki, MTN-nin göstərişinə əsasən müqaviləyə imza çəksin. MTN-nin əməkdaşları həmin dövrdə MTK-ya gəlib-gedirdilər və hədə qorxu gələrək MTK-dan mənzil istəyirdilər. Şəxsən ondan mənzil istəməmişlər. MTN-nin əməkdaşları formada gəldiyini görmüşdür, yalnız həmin şəxslərin kimliyi barədə və göstərişin MTN tərəfindən verilməsi barədə məlumatı olmamışdır. MTN-nin əməkdaşları kimə yaxınlaşmasını görməmişdir. MTK-nın əməkdaşı Cəfərov Əlixan etibarlı adam olduğuna görə müqaviləni və maliyyə arayışını ona vermişdir.
17. Şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı Cavabdeh MTK-nın təsisçinin nümayəndəsi olmaqla, hər zaman ofisdə olur, sənədlər onun göstərişi ilə imzalanır və idarəetməni həyata keçirir. Cəfərov Xoşbəxt tərəfindən ona etibarnamə verilmişdir. Həmin dövrdə MTN-nin 5 əməkdaşı MTK-ya onun yanına gələrək binadan mənzil verməli olduğunu bildirmişdirlər. Sonra MTN-nin generalı Nizaməddin adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, MTN-nin əməkdaşları gələcəklər və Mahdumov İlhamın şəxsiyyət vəsiqəsini təqdim edəcəklər, İddiaçı adına mənzil verilməlidir. Bu barədə təsisçilər ilə danışaraq qərara gəlmişdir ki, 3-cü və 4-cü blok üçün ayrılmış, tikintisi nəzərdə tutulmuş, köçürülməmiş ərazidən, yəni tikintisi başlanılmamış və hazırda tikilməmiş yerdən mənzil versinlər. Müqavilə tərtib edilən şəxs mənzilin harda və hansı binada olması barədə təsəvvürü yox idi, ona görə ki, tərəfindən ofislərinə gələrək pul verilməmiş və müqavilə imzalanarkən iştirak etməmişdir, halbuki, alıcı kimi alınan mənzilə baxmalı, bəyənməli, harda yerləşdiyini, tikintinin hansı mərhələdə olduğunu və digər məsələləri şəxsən müəyyən etməli idi. 3-cü blokda heç kəsə mənzil satışı olmayıb. Çünki həmin ərazidə söküntü işləri, köçürülmə aparılmamış və bina üçün tikinti başlanılmamışdır, hal-hazırda da tikinti başlanılmayıb. Müqavilə yazılan vaxtı İddiaçı gəlməmişdir. MTN-nin əməkdaşları onun şəxsiyyət vəsiqəsini vermiş, müqavilə onun adına yazılmışdır. MTN-nin əməkdaşları mülki geyimdə onun yanına gəlmiş və sonra isə MTN-nin generalı, müavin Nizaməddin zəng etməklə İddiaçı adına mənzil verilməyinə dair müqavilə bağlanmalı olduğunu bildirmişdir. Sonra isə MTN-nin əməkdaşları onun şəxsiyyət vəsiqəsini təqdim edərək müqavilə imzalanmışdır. MTN-nin əməkdaşları rəsmi olaraq özlərini təqdim etməmişdirlər, mülki geyimdə olmuşlar. İlk növbədə MTN-nin əməkdaşları ona xəbərdarlıq etmiş, sonra isə mənzilin verilməsi barədə MTK-nın təsisçisi ilə danışdıqdan sonra tikilməyən binadan mənzilin verilməsinə dair müqavilə imzalanması qərarına gəlmişlər. Uzun müddət, 4-5 il keçdikdən sonra İ. Mahmudov MTK-ya gələrək mənzilinin olduğunu bildirmişdir. Binada mənzil alan sakinləri tanıyır, lakin İ. Mahmudovu tanımamışdır. Yalnız əlində olan müqaviləni ona göstərdikdə, yadına düşmüşdür ki, belə bir müqavilə imzalanmışdır. O vaxta gədər müqavilə yadından çıxmışdır. İddiaçı ilə bağlanmış müqavilə tikilməyən sahədən olmuş və həmin mənzilə dair heç bir ödəniş etməmişdir. Bu barədə ona yaxınlaşdıqda, özünə məlumat vermişdir. Bunu biləndən sonra məhkəməyə müraciət edərək onlardan mənzili sonra isə pulu tələb etmişdir. Həmin şəxslər ona müraciət edən zaman digər blokda olan tikililər yarıya kimi tikilmişdir, tam olaraq tikinti yekunlaşmamışdır. Tikintisi yekunlaşmamış hissəyə təxminən 30% kimi alqı-satqı aparılmışdır. Tikintisi davam edən blokda mənzilin verilməsi imkanı olmuş, lakin məqsədli şəkildə tikintisi başlamamış blokdan mənzilə dair İddiaçı ilə müqavilə imzalamışlar. İddiaçı müqavilə imzalanarkən özü iştirak etsəydi, satış aparılan binadan artıq tikilmiş, mövcud olan mənzil istəmiş olardı. Ardıcıl olaraq tikintisi gedən binadan müxtəlif şəxslərə mənzil satışı aparılmış, cavabdehlə isə tikilməyən binadan mənzilə dair müqavilə imzalanmışdır. Həmin dövrdə MTN-nin əməkdaşlarının insanları incitməsi barədə məlumatları olmuşdur, "xxxx"-da belə yazıların olması barədə araşdırma aparmışlar. MTK-nın sədri Ramizə və kassirə göstərişi vermişdir. Normal mənzil alqı-satqısı zamanı ilk növbədə pul kassaya daxil olur. Tikilmiş digər bloklarda aparılmış satışın qeydini jurnal ilə aparmışlar, İ. Mahmudova müqavilə imzalansa da onun ödəniş aparması barədə jurnalda qeyd edilməmişdir. İddiaçı ilə imzalanan müqavilədə kassaya pul daxil olmamışdır. Həmçinin MTK-ya məxsus kitabda satılmış mənzilə dair ödəniş aparılması qeydi yoxdur. Hazırda həmin kitab da istintaqdadır. Bütün müqavilələri onun göstərişi ilə MTK-nın sədri Ramiz imzalamışdır.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilmiş, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin etibarsız hesab edilməsi, Cavabdeh MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə bağlanılarkən əqdi etibarlı edən zəruri elementlərdən ilk öncə birinin - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin pozulması aşkara çıxmışdır. Belə ki, məhkəmə iclasında 2013-2014-cü illərdə iddiaçının sədri olaraq çalışmış X2 şahid qismində dinlənilərkən öz ifadəsində bildirmişdir ki, cavabdeh tərəfindən 309.000 manat pul ödənilməmişdir. MTK-nın əməkdaşı Əlixan Cəfərovun göstərişinə əsasən müqaviləyə imza çəkmişdir. Digər şahid Cavabdeh MTK-nın təsisçisi X4 məhkəmə iclasında öz ifadəsində qeyd etmişdir ki, MTN-nin əməkdaşları mülki geyimdə onun yanına gəlməklə İlham Mahdumovun adına mənzil verilməsinə dair müqavilə bağlanılmalı olunduğunu bildirmişlərdir. Həmin vaxt cavabdeh özü müqavilə imzalanarkən iştirak etməmiş, sadəcə onun şəxsiyyət vəsiqəsi təqdim edilməklə müqavilə yazılmış, mənzilə görə də heç bir ödəniş edilməmişdir. Bununla da etibarlı əqdin daha bir şərtinin - əqdin subyekt tərkibinə dair şərtlərinin pozulması aşkara çıxmışdır. Şahidin ifadəsinə görə, İddiaçı ilə bağlanmış müqavilnin predmeti tikilməyən sahəyə aid olmuş və həmin mövcud olmayan mənzilə dair heç bir ödəniş edilməmişdir. Bundan əlavə, adına müqavilə imzalanmış şəxsin, İddiaçı, müqavilə imzalanarkən özünün iştirak etməməsi müqavilədə göstərilmiş mənzilin tikilməmiş, mövcud olmayan binaya aid olması barədə məlumatsızlığı ilə sübut olunduğu qeyd olunmuş. Bununla da onun daşınmaz əşyanın xüsusiyyətləri ilə də tanış olmadığı sübut edildiyi bildirilmişdir. Qeyd olunan halı iddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclası zamanı vurğulamışdır ki, İ. Mahmudov məhkəmədə ilkin olaraq iddia qaldırmaqla, əvvəl mənzili tələb etmiş, mənzilin mövcud olmaması məhkəmə prosesində aşkara çıxdıqda tələbini dəyişərək pulun ödənilməsini istəmişdir. İ. Mahmudovun əsl mülkiyyətçi olduğu təqdirdə ona nəinki mənzilin, hətta binanın mövcud olmadığı bəlli olmalı idi və bu halda binanın uzun müddətdir tikilmədiyini görərək, birbaşa ödədiyi pulun qaytarılması tələbinin irəli sürməsi ağlabatan və real olmalı idi.
20. Göründüyü kimi xx.xx.2014-cü il tarixdə tərəflər arasında Bakı şəhəri Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində ”Elips-R” Mənzil tikinti Kooperativinin inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 3cü girişinin 5-ci mərtəbəsində 127-saylı ümumi sahəsi 206,3 kv.m olan 4-otaqlı mənzilinin alqı-satqısına dair imzalanmış müqavilə iradə ifadəsi zədələnməklə bağlanılmış, həmçinin müavilə bağlanılarkən subyektin biri - İddiaçı iştirak etməmiş, səlahiyyətli nümayəndə vasitəsi ilə də təmsil edilməmişdir. Hazırki halda tərəflərdən biri - ”Elips-R” Mənzil Tikinti Kooperativinin müqavilə bağlamaq niyyəti olmamamış, onun səlahiyyətli nümayəndəsi məcburiyyət qarşısında qalmaqla həmin müqavilənin imzalanmasına razılıq vermişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və Cavabdeh MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir.
21. Məhkəmə göstərmişdir ki, hazırki mübahisə üzrə kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı əhəmiyyətsiz əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən, hazırkı iş üzrə iddiaçının özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, əhəmiyyətsiz əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən daşınmaz əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər.
22. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması” haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına, Mülki Məcəllənin 6.2, 337, 339.4, 340.1, 354.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2348/2021 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün qismən ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdehin təqsiri üzündən yaranmış bu böhranlı vəziyyətdən onun işgüzar nüfuzuna və ailəsinə xələl dəymiş, ümid etdiklərindən məhrum olmaqla, ona keçən bu müddət ərzində xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyi icra edəcəyi vaxtın göstərilməməsi cavabdehin əsirlərlə həmin öhdəliyi icra etməməsinə əsas vermir.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3456/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mülki işin icraatında olduğu 6 ay ərzində istintaq orqanına sorğu vermiş və cəmi 2 nəfər şahid dindirmişdir. Qətnaməsini də həmin sübutlarla və yalan mövcud olmayan hallarla əsaslandırmışdır. Lakin həmin sübutlar hazırki iddia tələbinin təmin olunması üçün yetərli deyildir. Çünki həmin şahidlərin ifadəsi ilə müqavilənin etibarlılığı müəyyən edilə bilməz, eyni zamanda həmin şahid ifadələri ziddiyyətlidir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
v)Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6058/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən),C.A.Yusifov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qətnamədə tərəflər arasında mənzil alqı-satqısına dair qüvvədə olan müqavilə olduğunu, cavabehin müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd etməsini qeyd etmişdir. Bununla da, bəlli olur ki, rayon məhkəməsi həmin müqaviləni etibarlı əqd hesab etmişdir, halbuki, hazırkı işin müəyyən olunmuş hallarından, tərəflərin izahatları, iddiaçının və MTK-ın işçilərinin cinayət iş üzrə verdiklərin ifadələri, habelə tərəflərin müqaviləyədək və müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılan 09 iyul 2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış və tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan (puç) əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi müqavilə ilə eyni tarixli pulun ödənilməsinə dair maliyyə arayışı da həmin müqavilənin (əqdin) ayrılmaz tərkib hissəsi olmaqla, o da görünüş üçün tərtib olunmuşdur, bu səbəbdən həmin arayış da puçdur, əhəmiyyətsizdir.
28. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən hazırkı mübahisə tərəfləri ilə bağlı Cavabdeh Mənzil Tikinti Kooperativinin müraciəti əsasında araşdırma aparılıb-aparılmaması, iş üzrə təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində tanınma barədə qərarın qəbul edilib-edilməməsi barədə məlumatların verilməsi və zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur.
29. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş məlumatda qeyd edilir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı davam etdirilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən sui-istifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər qanunsuz əməllərin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 1931.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1, 341.2.3-cü maddələri ilə istintaq olunur. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Rauf Bayramovun qeyd edilən müəssisənin mülkiyyətində olmuş 309.450 manat dəyərində mənzilin dəyəri ödənilmədən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddiaçı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilmişdir. Aparılmış istintaq zamanı Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyətində olmuş mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunmayaraq, hazırda həmin əmlaka olan hüququn hədə-qorxu ilə ələ keçirilməsi faktı üzrə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində iş üzrə cinayət təqibi davam etdirilməklə, həmin xüsusatlarla əlaqədar toplanmış zəruri sənədlər məhkəməyə göndərilmişdir.
30. Materiala əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli protokolda İddiaçı dindirmə zamanı 2014-cü ilin yay aylarında Kooperativin ərazisinə getdiyini, oradakı tanımadığı şəxslərə yeni tikilən binada 3-cü mətəbədən aşağı olmayan, 6-cı mərtəbədən yuxarı olmayan mənzil almaq istədiyini bildimiş, onlar ona 4 otaqlı 290 kvm. mənzilin qiymətinin 310.000 manat olduğunu bildirmiş, bir neçə gün fikirləşdikdən sonra, həmin şəxlərə evin pulunu nəğd şəkildə vermiş həmin şəxslər də on də ona müqavilənin bir nüsxəsini, kassa mədaxil orderinin nüsxəsini, maliyyə arayışını vermişlər. İddiaçı nəyə görə hansı səbəbdən 1-ci və 2-ci bloklar tikildiyi halda məhz 3-cü blokdan ev aldığını izah edə bilməmiş, MTK-nın Ramiz Süleymanov, Əlixan Cəfərovu, Vahid Alışovu tanımadığını bildirmiş, MTK tərəfindən mənzillərin kvadrat metri ən yuxarı həddə 1200 manatdan satıldığı halda, mənzili kv.m-i 1500 manat olmaqla almasının səbəbini izah edə bilməmiş, MTK tərəfindən 2015-ci ilin mart ayına kimi heç bir şəxsə maliyyə arayışı verilmədiyi halda, ona 2014-cü ilin yay aylarında maliyyə arayışı verilməsinin səbəbini izah edə bilməmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən, eləcə də gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, apellyasiya baxışının predmeti olan ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi (başqa əsasla) təmin edilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1 və 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0, 384.0.2, 385.1, 385.1.2-ci maddələrinə, istinad edərək əsaslandırmışdır
c) Birinci iş üzrə kassasiya instansiya məhkəməsindəki icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1814/2023 nömrəli 03 may 2023-cü il tarixli (hakimlər – Ə.Əliyev, V.Həsənov və Ə.Əhmədova) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6058/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
34. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Maddənin dispozisiyasından məlum olduğu kimi, qanunverici hədə təsiri altında bağlanmış əqdi mübahisələndirilən əqd kimi təsbit etmişdir. Təkrar vurğulanır ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özü-özlüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələndirməsi nəticəsində yaranır. Hüquq sahibi MTK-nın belə bir tələbi olmadığı halda, məhkəmənin həmin hallara qiymət verməsinə, ən nəhayətində isə əqdin etibarsız hala gətirilməsi barədə nəticəyə gəlməsinə mülki qanunvericiliyin tələbləri baxımından yol verilmir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən maddi hüquq normaları baxımından düzgün qiymət verilməmiş, mübahisənin mahiyyətinə lazımi diqqət yetirilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin hazırda məhkəmə istintaqı mərhələsində olan cinayət işi üzrə sənədlərə istinad etmiş, həmin sənədləri mötəbər sübut kimi qiymətləndirməklə nəticəsini məhz həmin sübutlarla əsaslandırmışdır.
Proses iştirakçılarının izahatı
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2228/2024 nömrəli 22 aprel 2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
36. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MTK (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
39. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).
40. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
41. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Birinci iş üzrə qətnamə yalnız ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır, ikinci iş üzrə isə məhkəmənin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci iş üzrə qətnamə ləğv (yoxlanılan hissədə) edilməklə ilkin iddia tələbi rədd edilməli, ikinci iş üzrə qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.
49. Kollegiya qeyd edir ki, əvvəlcə ikinci iş üzrə məhkəmənin qətnaməsi yoxlanılmalıdır, belə ki, digər iş üzrə ilkin iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün əvvəlcə ikinci iş üzrə iddianın əsasını təşkil edən müqavilənin etibarlı olub-olmaması müəyyən edilməlidir.
50. İddiaçı Cavabdeh MTK cavabdeh ilə aralarında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderinin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edildiyini və cavabdeh tərəfindən şirkətə heç bir vəsait ödənilmədiyini iddia edərək, sözügedən müqavilənin, maliyyə arayışı və kassa mədaxil orderinin etibarsızlığını tələb etmişdir.
51. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün qənaətə gəlmiş olsa da, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yəni, məhkəmə xx.xx.2014-cü il tarixli müqavilənin məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağlanması nəticəsinə gəlsə də, həmin əqdə əhəmiyyətsiz əqdlərə aid qaydaları, yəni Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməklə, MTK-nın tələbinin daşınmaz əşya ilə bağlı olması səbəbindən bu tələbə iddia müddətinin tətbiq edilməməsi barədə səhv nəticəyə gəlmişdir.
52. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə əsasında MTK tərəfindən 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzilin İddiaçı verilməsi, sonuncunun isə həmin mənzilə görə 309.450 manat ödəməsi ilə bağlı öhdəliklər müəyyən edilmişdir.
53. MTK hazırda həmin müqavilənin təzyiqlər nəticəsində tərtib edildiyini və İddiaçı tərəfindən hər hansı vəsait ödənilmədiyini bildirmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.»
55. Birinci instansiya məhkəməsində 2013-2014-cü illərdə iddiaçının sədri olaraq çalışmış X2 şahid qismində dinlənilərkən bildirmişdir ki, cavabdeh tərəfindən 309.000 manat pul ödənilməmişdir. MTK-nın əməkdaşı Əlixan Cəfərovun göstərişinə əsasən müqaviləyə imza atmışdır.
56. Digər şahid Cavabdeh MTK-nın təsisçisi X4 qeyd etmişdir ki, MTN-nin əməkdaşları mülki geyimdə onun yanına gəlməklə İlham Mahdumovun adına mənzil verilməsinə dair müqavilə bağlanılmalı olunduğunu bildirmişlər. Həmin vaxt cavabdeh özü müqavilə imzalanarkən iştirak etməmiş, sadəcə onun şəxsiyyət vəsiqəsi təqdim edilməklə müqavilə yazılmış, mənzilə görə də heç bir ödəniş edilməmişdir.
57. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli müqaviləyə əsasən İddiaçı verilməli olan mənzilin mövcud olduğu bina tikilməmişdir, hazırda da mövcud deyildir.
58. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə iradə ifadəsi zədələnməklə bağlanılmış, həmçinin müqavilə bağlanarkən subyektin biri -İddiaçı iştirak etməmiş, səlahiyyətli nümayəndə vasitəsi ilə də təmsil olunmamışdır. MTK-nın müqavilə bağlamaq niyyəti olmamış, onun səlahiyyətli nümayəndəsi məcburiyyət qarşısında qalmaqla həmin müqavilənin imzalanmasına razılıq vermişdir.
59. Göründüyü kimi mübahisələndirilən müqavilə 2014-cü ildə bağlansa da, uzun müddət İddiaçı hazırda mübahisələndirilən müqavilə üzrə hərəkətsizlik göstərmiş, hər hansı bir tələbi olmamışdır.
60. 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər baş verdikdən sonra MTK artıq hesab etmişdir ki, hədə qorxu və təzyiq altında bağlanmış formal müqavilə hər hansı əhəmiyyət kəsb etmir və qüvvəsini itirmişdir.
61. İddiaçı yalnız 2021-ci ildə müqavilə üzrə iddia qaldırmış, MTK da həmin vaxt artıq sonuncunun həmin müqavilənin icrasını tələb etdiyini bildikdə, müqavilənin hədəqorxu altında bağlandığını və əhəmiyyət kəsb etməməsi barədə iradə ifadəsini bildirməklə, müqavilənin etibarsız olduğunu qarşı tərəfə bəyan etmişdir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.
63. Xüsusi olaraq qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş “əqd mübahisə edilə bilər” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülməməlidir. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlibgəlməməsidir.
64. Göründüyü kimi hazırki müqavilə mübahisələndirilən əqddir.
65. Mübahisələndirilən müqavilə 2014-cü ildə bağlansa da, müqavilənin bağlanması özözlüyündə MTK-nın hüquqlarını pozmamışdır, müqavilə hədə-qorxu altında formal olaraq bağlansa da, həmin müqavilə üzrə hər hansı hərəkət həyata keçirilməmişdir. Lakin İddiaçı 2021-ci ildə iddia qaldırmış, bu zaman MTK sonuncunun həmin müqavilədən faydalanmaq niyyətində olduğunu bildikdə, müqavilə üzrə yaranan hüquqi nəticələri aradan qaldırmaq məqsədi ilə etirazını bildirmiş, bununla da həmin müqaviləni mübahisələndirmişdir. Beləliklə MTK 2021-ci ildə hüququnun pozulduğunu bilmiş və həmin vaxt əqdi mübahisələndirmişdir.
66. Əqd bağlanarkən iradəsi zədələnmiş tərəf, yəni MTK qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə maddə 354.2) əqdi mübahisələndirmişdir, nəzərdə tutulmuş kəsici müddət ötürülməmişdir.
67. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və Cavabdeh MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışı müstəqil şəkildə hər hansı hüquqi nəticə doğurmasa da, müqavilənin tərkib hissəsi kimi onlar da etibarsızdır.
68. xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, İddiaçı etibarsız hesab edilən müqaviləyə əsaslanaraq irəli sürdüyü 309.450 manat məbləğində pulun MTKdan tutularaq ona ödənilməsi barədə iddia tələbi də əsassız olmaqla rədd edilməlidir, həmin tələb üzrə hər hansı araşdırmaya ehtiyac qalmır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası tələbinə dair” ilkin iddiası rədd edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3456/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və maliyyə arayışı etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.