Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3033/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı, 21.02.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı maddi ziyana görə 739 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(001)-4913/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh MMC-dən maddi ziyana görə 739 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manatın Atəşgah Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC 30.09.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4913/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(001)-4913/2020 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(103)-1097/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(001)-4913/2020 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardaddan müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddətin ötürülməməsinə və ya üzrlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müvafiq müraciətin mövcud olmadığına birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsi səbəbindən cavabdehin apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(001)-4913/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(001)-4913/2020 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh MMC şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(001)-4913/2020 nömrəli qərardadının ləğv edilməsini, iddiaçı "xxxx" ASCnin Cavabdeh MMC-yə qarşı "subroqasiya qaydasında pulun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(001)-4913/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilməklə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, şikayət təmin edilmədikdə isə şikayətə baxılması üçün işi apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(001)-4913/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(001)-4913/2020 saylı qərardadından Cavabdeh MMC-nin verdiyi şikayət geri qaytarılmışdır. Qərardaddan Cavabdeh MMC şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(001)-4913/2020 nömrəli qərardadının ləğv edilməsini, iddiaçı "xxxx" ASCnin Cavabdeh MMC-yə qarşı "subroqasiya qaydasında pulun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(001)-4913/2020 nömrəli qərardadından cavabdeh tərəfindən şikayəti şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilməsini, şikayət təmin edilmədikdə isə şikayətə baxılması üçün işi apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(001)-4913/2020 nömrəli qərardadı cavabdeh "SN-Cavid” MMC tərəfindən 27.12.2021-ci il tarixində qəbul edilmiş və qeyd olunan qərardaddan da şikayət cavabdeh tərəfdən 30.12.2021-ci il tarixində verilmişdir ki, məhkəmədə konstitusion hüquqları həyata keçirə bilsinlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-ci maddəsinin İ hissəsindən belə görünür ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Tərəflərindən yuxarıda qeyd olunan qərardadan şikayət mülki qanunvericiliyində nəzərdə tutulan 10 günlük müddət ötürülmədən verilmişdir. Mülki qanunvericiliyə əsasən də qərardadan şikayətin verilməsinin göstərildiyi müddət tərəflərin qərardadı aldığı vaxtdan 10 gün müddətində nəzərdə tutulmuşdur. Hal-hazırda isə məhkəmənin poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti vasitəsi ilə göndərilən şikayətin həmin xidmət tərəfindən 30.12.2021-ci il tarixdə qəbul edilməsini mötəbər sübut kimi qəbul etməməsi inandırıcı və ağlabatan deyildir. Cavabdeh tərəfindən şikayət poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidmətinə müddət ötürülmədən 30.12.2021-ci il tarixində təqdim edilmişdir və müddət ötürülməmişdir. Həmin şikayətin hansi əsaslara görə kuryer xidməti tərəfindən 01.02.2022-ci il tarixdə təqdim edilməsi məlum deyildir və öz hüquq və azadlıqlarının məhkəmədə müdafiə etmək hüquqları vardır. Bu halda onu göstərir ki, hal-hazırda birinci instansiya məhkəməsi tərəfindən 21.02.2022-ci il tarixində qəbul edilmiş qərardadı ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(001)-4913/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli 2(001)-4913/2020 saylı qərardadından Cavabdeh MMC-nin verdiyi şikayət təmin edilməmiş, şikayət, 2(001)- 4913/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, şikayətin yerləşdiyi zərfin xəbərnaməsində E&R Express xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti vasitəsi ilə göndərilən şikayətin həmin xidmət tərəfindən 30.12.2021-ci il tarixdə qəbul edilməsi qeyd edilsə də, məhkəmə bu sənədi mötəbər sübut kimi qəbul etmir. Belə ki, xüsusi sürətli poçt ximəti göstərən şirkətin qəbul etdiyi şikayəti 1 aydan sonra məhkəməyə təqdim etməsi və bu gecikmənin səbəbi barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməməsi, həmin şikayətin xüsusi sürətli poçt ximəti göstərən şirkətə vaxtında təqdim edilməməsi qənaətinə gəlmək üçün əsasdır və cavabdehi qərardaddan şikayət vermək üçün buraxdığı müddətin üzrlü səbəblərdən baş verməsini sübut etmək vəzifəsindən azad etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin buraxıldığını əsas gətirərək şikayəti geri qaytarsa da, cavabdeh tərəfindən “E&R Express” sürətli poçt daşıma xidməti vasitəsilə göndərilməsi barədə məlumatları özündə əks etdirən zərfin və xəbərnamənin mötəbərliyini araşdırmadan qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini yenidən qiymət verərkən, “E&R Express” sürətli poçt daşıma xidmətinə müvafiq sorğu verməli, cavabdehin şikayəti hansı tarixdə poçt şirkətinə məhkəməyə çatdırılması üçün verdiyi, poçt şirkətinin hansı səbəbdən 1 aydan sonra həmin bağlamanı məhkəməyə çatdırdığını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 21 fevral 2022-ci il tarixli qərardadda istinad etdiyi əsaslarla qərardadı geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla şikayətə yenidən hüquqi qiymətin verilməsi üçün iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Şikayətə yenidən hüquqi qiymətin verilməsi üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3033/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3033/2022
29.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver