Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3034/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış "xxxx" xitam verilməsi barədə MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İA-317/24 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə - MMC-nin Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamə tərtib olunan tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz məbləğində ödəncin, vəkilə hüquqi yardım üçün ödədiyi 300 manat vəsaitin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən MMC-də Satış departamentinin LPRO şöbəsinin MT kanal bölməsində merçendayzer vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və hər 3 ayın sonunda yenidən bu müddətə uzadılmışdır. xx.xx.2023cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş, iddiaçı, Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsinə keçirilmişdir. İddiaçıya əmək fəaliyyəti dövründə intizam tənbehi verilməmişdir. İddiaçı vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Buna baxmayaraq, onunla MMC arasında bağlanmış "xxxx" hər hansı səbəb olmadığı halda xx.xx.2024-cü il tarixli, İA-317/24 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyaya təşkilatına müraciət edərək mübahisənin məhkəməyə qədər həlli üçün səy göstərsə də mediasiya təklifinə MMC tərəfindən cavab verilməmiş və xx.xx.2024-cü il tarixdə mediator tərəfindən bu barədə iddiaçıya arayış təqdim edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini, MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, cavabdeh MMC-dən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə xəbərdarlığı müqavilənin müddətinin bitməsindən 5 gün əvvəl verilmişdir. Halbuki Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, belə xəbərdarlıq müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış edilməli idi. Bundan başqa iddiaçının sözügedən bildirişlə tanış olmadığı müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmri ilə iddiaçının "xxxx" xitam verildiyi halda xx.xx.2024-cü il tarixli, MK-176/2024 nömrəli əmrlə cavabdeh MMC tərəfindən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan iddiaçıya vergilər və tutulmalar istisna olmaqla 371,70 manat məbləğində mükafat və xx.xx.2024-cü il tarixli, MK-184/2024 nömrəli əmrlə vergilər və tutulmalar istisna olmaqla 533,58 manat məbləğində bonus ödənilməsi təyin edilmişdir. Sadalanan xüsusatlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmri ləğv edilməli, iddiaçı işə bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsi səhv tətbiq edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə xx.xx.2024-cü il tarixdə dəyişiklik edilərək yeni redaksiyada verilmişdir. Yeni redaksiyada qeyd edilir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi maddənin əvvəlki redaksiyasında işçinin əmək müqaviləsinə xitam verilərkən bir həftə əvvəl xəbərdar edilməsi tələbi olmamışdır. Lakin maddənin mətnində xx.xx.2024-cü il tarixdə dəyişiklik edilməsinə baxmayaraq, həmin dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Belə olan halda cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən qüvvədə olan qanunvericiliyin tələbləri pozulmamışdır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC isə qətnaməni qismən, yəni iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. MMC, iddianın bir qisminin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisəlndirməmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" görünür ki, iddiaçı, cavabdeh MMC-də Satış departamenti /LPRO şöbəsi/MT kanal bölməsinə merçendayzer vəzifəsinə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, işin birinci 1 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəflli qaydada poza bilər (bənd 2.2.). Əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023 cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3.). İşçi xx.xx.2023-cü il tarixdən işə başlayır (bənd 2.4.). İşçiyə hər ay 345 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1.).
15. “Əmək müqaviləsinə əlavədən” görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixdən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsinə keçirilmişdir. Onun aylıq əmək haqqısının məbləği 532,57 manat məbləğində müəyyən edilmişdir.
16. Sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən” görünür ki, iddiaçı, cavabdeh MMC-nin Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsində işləyir, əmək haqqı 532,57 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin başlama tarixi xx.xx.2023-cü il, müddətinin qurtardığı tarix xx.xx.2023-cü ildir.
17. Sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən” görünür ki, iddiaçı, cavabdeh MMC-nin Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsində işləyir, əmək haqqı 784 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü ildir.
18. MMC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2024-cü il tarixdə qurtarır. "xxxx" xx.xx.2024-cü il tarixdən başlayaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəkdir.
19. İddiaçı həmin bildirişlə tanış olmamışdır.
20. MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmrindən görünür ki, MMC-nin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsində çalışan iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixdən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilmişdir. Son haqq hesab: istifadə edilməmiş məzuniyyət günləri 32 təqvim günü. Əsas: İşçi ilə bağlanmış əmək müqaviləsi və bildiriş.
21. MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" görünür ki, MMC tərəfindən iddiaçıya son haqq hesab olaraq 1.434,70 manat pul ödənilmişdir.
22. MMC-nin İnsan resurslarının əməliyyatları şöbəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixdə işdən azad edilən iddiaçı adına olan “Əmək kitabçasını” təhvil almaqdan imtina etmişdir.
23. Sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən” görünür ki, MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68-maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmrlə xitam verilmişdir.
24. MMC üzrə xx.xx.2024-cü il tarixdə verilmiş MK-176/2024 nömrəli əmrdən görünür ki, həmin əmrlə iddiaçıya vergilər və tutulmalar istisna olmaqla 371,70 manat məbləğində mükafat təyin edilmişdir.
25. MMC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, MMC, onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir.
26. MMC tərəfindən qəbul edilmiş “Əməkdaşlara bonus verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, MK-184/2024 nömrəli əmrindən çıxarışdan görünür ki, MMC tərəfindən iddiaçıya vergilər və tutulmalar istisna olmaqla 533,58 manat məbləğində bonusun ödənilməsi təyin edilmişdir.
27. İşdə olan xx.xx.2024-ci il tarixli "xxxx" görünür ki, MMC tərəfindən iddiaçının hesabına əmək haqqı olaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə (430,58 + 1.434,70 + 371,70 + 533.58 =) 2.770,56 manat köçürülmüşdür.
28. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" əsasən MMC-də Satış departamenti /LPRO şöbəsi/ MT kanal bölməsinə merçendayzer vəzifəsinə qəbul edilmişdir. Müqavilə, 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmış, iddiaçının aylıq vəzifə maaşı 345 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə əmək münasibətləri davam edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü ildə daxil edilərək, orta aylıq əmək haqqı 395,43 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda orta aylıq əmək haqqının məbləği 532,57 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda isə orta aylıq əmək haqqının məbləği 784 manat qeyd olunmuşdur. Müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il göstərilsə də ən azından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əmək müqaviləsinə dəyişikliklər edilmişdir. MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrlə MMC-nin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin merçendayzer plyus vəzifəsində çalışan iddiçaı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixdən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilmişdir.
29. İşin hallarını, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsaslarını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin tələblərinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (hissə İİ.). Heç kəs zorla işlədilə bilməz (hissə İİİ.). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (hissə İV.).
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42., hissə 1.). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45., hissə 1.). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68., hissə 1.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (maddə 68., hissə 2., bənd "xxxx".). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (maddə 73., hissə 1.). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83., hissə 1.).
31. Əmək Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
32. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsi təşkil edir. Həmin maddi hüququ normasının tələbinə görə, işçi Əmək Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
33. Əmək Məcəlləsinin 288-ci maddəsində göstərilmiş məsələlər sırasına əmək müqaviləsinin ləğv edilməsi də daxildir (maddə 288, bənd “a”). Əmək Məcəlləsinin 288-ci maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin nizama salınmasına təminat verilir.
34. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçıya əmək fəaliyyəti dövründə intizam tənbehi verilməmiş, iddiaçı vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmiş, buna baxmayaraq hər hansı səbəb olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
35. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilmişdir.
36. Məhkəmə bildirir ki, əmək müqaviləsinin müddətinin müqavilədə əks olunması mühüm və vacib şərtdir. Hazırkı iş üzrə tərəflər “Əmək müqaviləsini” bağlayarkən, “müqavilə azadlığı” prinsipindən çıxış edərək, yuxarıda qeyd edilən müddəti müqaviləyə daxil etmişlər. Həmin müddətin başa çatması da onlar arasında bağlanmış “Əmək müqaviləsinin” xitamına səbəb olmuşdur. Odur ki, iddiaçının əmək funksiyalarının icrasına münasibəti ilə bağlı qeyd etdiyi dəlillər hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.
37. Məhkəmə həmçinin bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış "xxxx" xitam verilməsi haqqında MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin məzmunundan görünür ki, müqavilə Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsində qeyd edilən etibarlılıq şərtlərinə cavab verir.
38. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Əmək müqaviləsi” üzrə yaranmış əmək münasibətləri hər dəfə 3 ay müddətinə uzadılmlşdır. Tərəflərdən heç biri, əsasən də iddiaçı, müqavilə ilə müəyyən edilmiş müddətin dəyişdirilməsini tələb etməmişlər. İş üzrə tərəflər bu halları mübahisələndirmirlər.
39. Apellyatorun mübahisələndirdiyi hal Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin Rayon Məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
40. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə xx.xx.2024-cü il tarixdə dəyişiklik edilərək yeni redaksiyada verilmişdir. Yeni redaksiyada qeyd edilir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
41. Rayon Məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi yeni redaksiyada tətbiq edilməklə mübahisə həll olunmuşdur. Lakin Rayon Məhkəməsinin bu qənaəti qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında və “Azərbaycan” qəzetində dərc edilmişdir.
43. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir (maddə 85.1.). Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir (maddə 82.2.).
44. Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Qanununda, Qanunun qüvvəyə minməsinin tarixi göstərilməmişdir. Belə olan halda qəbul edilməlidir ki, həmin Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minmişdir.
45. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə edilmiş həmin dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir.
46. Məhkəmə həmçinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyin iddiaçıya münasibətdə geriyə qüvvəsinin olması imkanını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mülki qanunvericiliyin zamana görə qüvvəsi” adlı 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir (maddə 7.1.). Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər (maddə 7.2.). Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (maddə 7.3.).
47. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
48. Mülki Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
49. Eyni zamanda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində də Əmək Məcəlləsinin əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslandığı göstərilmişdir.
50. Qeyd edilənlər onu deməyə əsas verir ki, mülki münasibətlərdə, o cümlədən əmək münasibətlərində normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi bu münasibətlərdə hüquq bərabərliyinə malik hüquq subyektlərinin hər hansı birinə ziyan vurmamalı, vəziyyətini pisləşdirməməlidir. Əks təqdirdə mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
51. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki iş üzrə mübahisənin həllinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin hazırda qüvvədə olan mətni tətbiq edilə bilməz. Çünki əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə edilmiş dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minməzdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
52. Amma işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
53. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
54. MPM-in 385.1 və 385.1.1-ci maddələrinin tələbinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Göstərilənləri nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi əsasları ilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
56. Məhkəmə hesab edir ki, hazırki mübahisə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan dispozisiya şərtləri çərçivəsində həll edilməlidir.
57. Həmin şərtlərə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
58. Cavabdeh MMC xx.xx.2024-cü il tarixli bildirişlə iddiaçıya müraciət edərək əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi barədə məlumat vermiş və əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçını xəbərdar etmişdir. Bununla da işəgötürən əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirmək niyyətinin olmadığını aşkar surətdə bəyan etmiş və xx.xx.2024-cü il tarixli əmrlə müqaviləyə xitam vermişdir.
59. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
60. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış “Əmək müqaviləsi” müddətli müqavilə olmaqla fasiləsiz olaraq 1 il 6 ay, yəni 5 ildən az müddətdə davam etmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından da "xxxx" müddətin bitməsi əsası ilə xitam verilməsinə mane olan hal müəyyən olunmur.
61. Qeyd edilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia tələbi əsassızdır. Həmin tələb əsassız olduğundan ondan irəli gələn və apellyasiya baxışının predmetini təşkil edən digər tələb – məcburi işburaxma müddəti üçün əmək haqqının MMC-dən iddiaçının xeyrinə tutulması barədə tələb də əsassız hesab edilməlidir.
62. İddia tələbi apellyasiya baxışının predmeti olan hissədə rədd edildiyindən Rayon Məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində də ləğv edilməlidir. g) apelyasiyanın nəticəsi
63. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə əsaslı deyil. İşə baxmış Rayon Məhkəməsi həmin hissədə iddianı təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmetini təşkil edən tələblərin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
64. Məhkəmə həmçinin bildirir ki, ona qarşı təmin edilən tələb olmadığından cavabdeh MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
65. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
66. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı X1 ödənilməsi, habelə Cavabdeh MMC-dən 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin və həmin tələblər təmin edilməsin. Nəzərə alınsın ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.