Məhkəmə qərarları › İş №2(103)-3036/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3036/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3036/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, 01 mart 2024-cü il tarixli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia verərək (dəqiqləşdirilmiş tələblə) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X7 və X8 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X6, 4 saylı Asan Xidmət mərkəzində Notariat Ofisinin Xüsusi X2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia verərək İddiaçı ilə X6 arasında ünvan 1 ünvanında yerləşən 10 №-li mənzilə dair 22 dekabr 2022-ci il tarixdə bağlanmış və 4 saylı Asan Xidmət mərkəzi Notariat Ofisinin xüsusi X2 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzili cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilsin, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X7 və X8 qadağan edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi; qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Cavabdeh Fətəliyev X14 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-948/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7770/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X3 apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün, mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2(008)- 3354/2023 saylı qərardadı ilə qətnamədən cavabdeh X6 (nümayəndəsi və vəkili Nümayəndə3) tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə əsaslandırıb ki, sözügedən qətnamə elektron imza ilə təsdiq edilməklə cavabdeh X3 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, bundan sonra onun nümayəndəsi (vəkili) Nümayəndə3 elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh X1 qətnamədən xəbəri olmuş və qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Yəni cavabdeh apellyasiya şikayətini verilmə müddəti ötürmüşdür. Belə ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2023-cü il hesab edilir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə qarşılıqlı iddia üzrə cavabdeh X3 elektron kabinetində yerləşdirildikdən 4 ay 20 gün sonra apellyasiya şikayəti verilmişdir Qərardaddan cavabdeh X6 (nümayəndəsi və vəkili Nümayəndə3) şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərib ki, məhkəmə qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin S.Süleymanova çatdırılmış olduğu qənaətinə gəlməklə prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, 15 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının İ cild, 127-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:01-də e- e-2(008)-3354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə cavabdeh X4 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 30 oktyabr 2023-cü il tarixdə cavabdeh S.Süleymanov tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, xx.xx.2024-cü il tarixdə, yəni 4 ay 20 gün sonra apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizə də təqdim edilmədiyindən və şikayətdə göstərilən dəlillər əsaslı olmadığından şikayət təmin edilə bilməz. X5 müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək üçün vaxtı və imkanı olmuşdur. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, 01 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, 01 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar