Məhkəmə qərarları › İş №2(103)-304/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-304/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-304/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-304/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 23 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı1 (həmçinin digər İddiaçı2 nümayəndəsidir), Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X3 və X2 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 X1 pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

2. Həmçinin, həmin qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan X8 DİN-nin 102 xidmətinə zəng edərək borclu olduğu Ofeliya adlı şəxsin ona ***-***-**-** nömrəli telefonla zəng edərək onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. İlkin yoxlama zamanı X9 izahatında göstərmişdir ki, Şəmkir rayon poçtunda poçtalyon vəzifəsində işləyir.Barəsində şikayət etdiyi X12 rayon sakini kimi tanıyır. Əvvəllər aralarında heç bir narazılıqları oİmamışdır.Təxminən 2 il əvvəl Nüşabə Seyidova ona bildirmişdir ki, onun külli liqdarda borcu var, bu səbəblə Nüşabə ona kömək etməsini istəmişdir.Nüşabə Seyidovanın başqa şəxslərə borcu olduğunu öyrəndiyi üçün o , sonuncudan borc erdiyi pulunu geri istəmişdir. O, Nüşabə Seyidovadan verdiyi pulunu geri istədikdə onuncu müxtəlif vaxtlar vəd edərək onun pulunu verməmişdir. Sonuncu dəfə o, xx.xx.2020-ci il tarixdə Nüşabə Seyidovanın mobil telefonuna zəng edərək borcunu geri istədikdə sonuncu ona “sənə şər atacağam, sənə heç bir borcu yoxdur, get kimə istəyirsən şikayət et” deməsinə əsəbləşərək DİN-in 102 xidmətinə zəng edərək özünü Nüşabmə Seyidovanın evinin qarşısında yandıracağını bildirmişdir. O, özünü öİdürmək fikrinin olmadığını, əsəbi olduğu üçün belə məlumat verdiyini bildirmişdir.

3. Həmçinin, həmin qərardan görünür ki, X8 izahat verərək bmildirmişdir ki, Şəmkir rayon Poliklinikasında göz həkimi işləyir. X6 tanıyır. Əvvəllər aralarında heç bir mübahisə olmamışdır. O, 2017-ci ilin dekabr ayında şəxsi borcları oılduğu üçün Ofeliya Rüstəmovadan borc pul istəmişdir. Ofeliya Rüstəmova “Güvən ombard”dan 34.000 manat pul götürərək ona vermişdir. Onların şifahi razılaşmasına görə həmin pulu o hissə-hissə lombarda ödəməli imiş. O, hər ay pulu hissə-hissə ödəmişdir. xx.xx.2020-ci il tarixdə Ofeliya Rüstəmova ona zəng edərək, ona olan borcunu bir dəfəyə qaytarmayacağı halda onu öldürməklə hədələmişdir. O, Ofeliya Rüstəmovadan 100.000 manat deyil 34.000 manat aldığını, həmin pulu sonuncuya və onun tanışlarına təqaüd düzəltmək adı ilə almadığını, Ofeliya Rüstəmovanın ona şər və böhtan atdığını bildirmişdir.

4. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə öldüyü üçün onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Elektron Notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılmadığı bildirilmişdir.

6. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

7. Həmçinin, həmin məktubda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m olan fərdi yaşayış evinə dair X2 (mülkiyyət payı ev-tam, torpaq sahəsi -2/3 hissə) və Cavabdeh (mülkiyyət payı torpaq sahəsi -1/3 hissə) adlarına 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.Qeyd edilən fərdi yaşayış evi "xxxx" ASC-nin Şəmkir filialında yüklüdür.

8. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 006373 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Ofeliya Rüstəmova "xxxx" MMC-dən 43.500,0 manat borc götürmüşdür.

9. İş materiallarında olan ekspert Xəyyam İsgəndərov və iddiaçı Ofeliya Rüstəmova tərəfindən tərtib olunmuş “Tədqiqat obyektinə baxışın nəticələrinə dair Akt”ın surətindən görünür ki, tədqiq olunan ünvana baxışın keçirilməsi üçün xx.xx.2023cü il tarixdə gedilmiş, lakin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65.000 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 əvvəllər tanımışlar, onunla yaxşı münasibətləri olmuşdur. O, onlara müraciət edərək işi ilə bağlı təcili 65.000 manat pul lazım olduğunu və ona borc verməklərini xahiş etmişdir. Əks təqdirdə tutulacağını bildirmişdir. Onlar ona pullarının olmadığını dedikdə o bankdan götürüb ona pul vermələrİni xahiş etmiş və bankın pulunu özü ödəyəcəyinə söz vermişdir. Onlar onunla birlikdə “Güvən” Lombarda gedib, bütün qızıl-zinət əşyalarını girov qoyaraq oradan bir neçə dəfəyə cəmi 65.000 manat götürüb ona vermişlər. O, krediti təxminən bir neçə ay ödədikdən sonra ödənişi dayandırıb ödəməmişdir. Belə olduqda “Güvən” Lombarddan onları çağıraraq qızıl-zinət əşyalarının satılaraq borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Onlar isə onlardan qızıl-zinət əşyalarının satılmamasını xahiş etmiş və ödəyəcəklərinə söz vermişlər. Həmin puldan bugünə lombarda 7300 manat ödəyə bilmişlər. Onlar onun ödənişi dayandırdığını və qızıl-zinət əşyalarının satılaraq dəyərinin borc əvəzinə ödənilmə təhlükəsinin olduğunu biləndə dərhal ona müraciət etmişlər. Əvəzində isə o onlara narahat olmamalarını krediti hər ay vaxtında ödəyəcəyini bildirmişdir. Lakin onları aldadaraq ödənişləri etməmişdir. Onlar məcbur olub onu Şəmkir rayon Polis Şöbəsinə və 102 xidmətinə şikayət etmişlər. Lakin şikayətlərinə baxılmadığını görüb Şəmkir rayon Prokurorluğuna şikayət etmişlər. Prokurorluq ərizələrini aidiyyatı üzrə Şəmkir rayon Polis Şöbəsinə göndərdikdən sonra Şəmkir rayon X13 Bölməsinin təhqiqatçısı, polis leytenantı X15 tərəfindən araşdırılma aparılmışdır. Şəmkir RPŞ TB-si tərəfindən o, polisə çağırıldıqda özünü bilərəkdən bacısı qızı Nurlana həkimə əməliyyat etdirmişdir. Həmin vaxtı Nurlana həkim onun ona borclu olduğunu bilirdi. Əməliyyat olunduğu gün isə Nüşabə həkim ölmüşdür. Odur ki, 14 noyabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı ilə X8 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onların qızıl-zinəət əşyaları hazırda “Güvən” Lombarddadır. O, Nüşabənin qızı Cavabdeh bütün bu olanları söyləmiş və onun vərəsəsi kimi krediti ödəməsini xahiş etmişdir, əks halda qızıl-zinət əşyalarının satılacağını və dəyərinin lombarda ödəniləcəyini demişdir. Lakin o bundan imtina etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Nigarın anası Hüseynova Nüşabə göz həkimi işləyirdi.O, borcuna görə tutulacağından qorxaraq ondan pul verilməsini xahiş etmişdir. İddiaçı isə bütün yaxınlarının qızılını götürüb Güvən lombarda qoyub pul götürmüş və pulu Nüşabə xanıma vermişdir. Sonra o pulu ödəməmiş və aralarında mübahisələr başlamışdır. O isə bununla bağlı polisə müraciətlər etmişdir. Beləliklə aralarında böyük mübahisələr başlamışdır. Hətta Nüşabə xanımın otağında olanda onun ona borcu olduğunu etiraf etmiş və evini satıb borcunu bağlayacağını bildirmişdir. Bu sözlərin hamısını isə video diskə yazmış və məhkəməyə də təqdim etmişdir. Onların yaxşı imkanı var. Nigar xanım 80.000 manatlıq avtomobil sürür. Qohum-əqrəbalarının imkanı da yaxşıdır. Lakin buna baxmayaraq pulunu vermirlər və verməkdən imtina edirlər. Onu da qeyd edir ki, Nüşabə xanım ölməmişdir. Sadəcə özünü ölü kimi qələmə verdirmişdir. Yalandan əməliyyat olunduğunu və əməliyyatdan sağ çıxmadığını bildirmişlər. Ona görə də məhkəmədən qəbirin açılmasında köməklik göstərilməsini xahiş edir. Həmçinin o, 65000 manat Nüşabə xanıma pul vermiş, lombarda pul ödənilmədiyi üçün faiz borcu ilə bir yerdə 100000 manatı keçib borc. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, İddiaçı1 ilə ana bir ata ayrı olmaqla ögey bacıdırlar. Bacısı ilə o, bütün qohum əqrabaların qızılını lombarda qoyub pul götürdülər və pulu X5 vermişlər. Lakin sonuncu pulu qaytarmadı. Hazırda lombard pulun üstünə faiz hesablayır. X8 isə özünü ölü göstərib yoxa çıxıb. Məhkəmədən onlara köməklik göstərilməsini xahiş edir. Özü şəhid qızıdır, 80 yaşı var və ağır şəkər xəstəsidir. Onun bu həyatda sayılı günləri qalıb amma bu günlərini xoşbəxt yaşaya bilmir. Evdə gəlini qızıllarını istəyir. Evdə kiminsə üzünə baxa bilmir. Prokurorluğa qədər şikayətlər edilib, lakin heç bir nəticə verməyib. Sonda məcbur qalıb məhkəməyə müraciət ediblər. Ona görə də iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini əsassız olduğu üçün qəbul etmir. Cavabdeh Nigar xanım borcdan xəbərdar olmamış və anası ilə də ümumiyyətlə münasibəti olmamışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, belə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X5 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, 48-ci maddəsinə, 50.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçılar apellyasiya şikayətini iddia tələbində əks olunan işin faktiki halları ilə oxşar əsaslandırmaqla yanaşı həmçinin bildirmişlər ki, iddiaları tam əsaslı olmasına baxmayaraq, məhkəmə tamamilə qanunsuz olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu zaman məhkəmə Cavabdeh tərəfindən anasından qalmış miras əmlakın qəbul edilməməsini əsas götürmüşdür. Lakin Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mülkiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur. Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir. Buna baxmayaraq, məhkəmə bu faktı bilə-bilə tamamilə əsassız olaraq cavabdehin anasından qalmış miras əmlakı qəbul etməməsi qənaətinə gəlmiş, bununla da onların hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də sözügedən qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışlar.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; -1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar; -1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən Mülki Məcəllənin qeyd edilən maddələrinin tələbləri də kobud surətdə pozulmuşdur.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1092.1ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; -1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə tərəfindən Mülki Məcəllənin qeyd edilən maddələrinin tələbləri də kobud surətdə pozulmuşdur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: - “vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir.” - “mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” - “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Göründüyü kimi, məhkəmə sözügedən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında göstərilənlərə tamamilə zidd olaraq çıxarmışdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; -1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; -1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra döğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab edilirlər; -1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; -1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxarıda qeyd etdiyim kimi, Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mülkiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur. Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir. Lakin qeyd edilən faktların hər biri açıq-aydın göz qabağında olsa da, məhkəmə heç bir araşdırma aparmadan, təqdim edilmiş sübutları qiymətləndirmədən, tamamilə əsassız və qanunsuz olaraq cavabdehin anasından qalmış miras əmlakı qəbul etməməsi qənaətinə gəlməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd etdikləri kimi həmin pullar, eləcə də lombarda girov qoyulmuş qızılzinət əşyaları mülkiyyətləri hesab olunur və ona görə də həmin pulları cavabdehdən tələb etmək onların haqqıdır. Lakin buna baxmayaraq, məhkəmə göstərilən maddənin tələblərinə zidd olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə yalnız “Elektron Notariat” informasiya sistemində X2 adına vərəsəlik işinin açılmaması əsası ilə idddianın təmin eilməməsi barədə qətnamə çıxarmışdır. Halbuki, yuxarıda qeyd etdikləri kimi Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mülkiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur. Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir və “Elektron Notariat” informasiya sistemində olan məlumat məhkəmə üçün heç də əsas deyildir. Qeyd etdikləri kimi Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mülkiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur.Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin yuxarıda qeyd edilən faktiki hallarını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Məhkəmə qətnamədə cavabdehin mirası qəbul etməməsinin müəyyən edildiyini göstərsə də, nəyə görə yeganə vərəsə olaraq onun mirası nə formal, nə də faktiki qəbul etməməsi qənaətinə gəldiyini, belə olan halda miras əmlakın taleyinin necə olacağını əsaslandıra bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 (həmçinin digər İddiaçı2 nümayəndəsidir) apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə -1306.1 vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Maddə-1309 vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar; Maddə-1313 tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə-1091 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə-1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə-1092.2 əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə-1145 miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə -1151.1 mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə-1159.1.1 ölənin uşaqları, miras qoyanın ölümündən sonra döğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab edilirlər; Maddə-1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə-1243.3 vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı:

“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: - “vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir.” - “mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” - “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.”

24. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

28. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

29. Belə ki, tərəflərin izahatı, iş materialları, Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, iddiaçılar ilə cavabdehin mərhum anası X8 arasında əvvəllər tanışlıq münasibətləri olmuş, maddi çətinliklə bağlı iddiaçılar X5 borc pul vermişlər.Bu iş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən də görünür.

30. Həmçinin, həmin qərardan görünür ki, X8 izahat verərək bmildirmişdir ki, Şəmkir rayon Poliklinikasında göz həkimi işləyir. X6 tanıyır. Əvvəllər aralarında heç bir mübahisə olmamışdır. O, 2017-ci ilin dekabr ayında şəxsi borcları oılduğu üçün Ofeliya Rüstəmovadan borc pul istəmişdir. Ofeliya Rüstəmova “Güvən ombard”dan 34.000 manat pul götürərək ona vermişdir. Onların şifahi razılaşmasına görə həmin pulu o hissə-hissə lombarda ödəməli imiş. O, hər ay pulu hissə-hissə ödəmişdir. xx.xx.2020-ci il tarixdə Ofeliya Rüstəmova ona zəng edərək, ona olan borcunu bir dəfəyə qaytarmayacağı halda onu öldürməklə hədələmişdir. O, Ofeliya Rüstəmovadan 100.000 manat deyil 34.000 manat aldığını, həmin pulu sonuncuya və onun tanışlarına təqaüd düzəltmək adı ilə almadığını, Ofeliya Rüstəmovanın ona şər və böhtan atdığını bildirmişdir.

31. Beləliklə, məhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla iddiaçıların iddia tələbi 34.000 manat hissədə sübut olunmuşdur, odur ki, iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır.

32. İddiaçılar apellyasiya şikayətində və iddia tələbində 100.000, 0 manat borc verdiklərini bildirsələr də iddia tələbində 65.000, manat pulun qaytarılmasını xahiş etmişlər.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 31.000,0 manat pulun qaytarılması hissədə əsassızdır və təmin olunmamalıdır.

34. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh anası X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

34. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh hazırkı iş üzrə cavabdehdir və iddia tələbi qismən təmin olunmalıdır:

35. İş materiallarından müəyyən edilmişdir ki, “Elektron Notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılmadığı bildirilmişdir.

36. Həmçinin, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

37. Həmçinin, həmin məktubda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m olan fərdi yaşayış evinə dair X2 (mülkiyyət payı ev-tam, torpaq sahəsi -2/3 hissə) və Cavabdeh (mülkiyyət payı torpaq sahəsi -1/3 hissə) adlarına 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.Qeyd edilən fərdi yaşayış evi "xxxx" ASC-nin Şəmkir filialında yüklüdür.

38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Bu zaman məhkəmə Cavabdeh tərəfindən anasından qalmış miras əmlakın qəbul edilməməsinə dair hər hansı sübuta istinad etməmişdir.

39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımından xx.xx.2022-ci il tarixli qərardadla Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.) və ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m olan fərdi yaşayış evinin (ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m olan fərdi yaşayış evinə dair X2 (mülkiyyət payı ev-tam, torpaq sahəsi -2/3 hissə) və Cavabdeh (mülkiyyət payı torpaq sahəsi -1/3 hissə) adlarına 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.) dəyərini müəyyən etmək üçün qiymətləndirmə ekspertizası təyin etmişdir.

40. Lakin ekspertlərin daşınmaz əmlaklara baxış keçirilməsi üçün bir neçə dəfə təkrar tədqiqat yerinə gedilsə də cavabdeh tərəfindən buna şərait yaradılmamışdır.

41. Sonuncu olaraq iş materiallarında olan ekspert Xəyyam İsgəndərov və iddiaçı Ofeliya Rüstəmova tərəfindən tərtib olunmuş “Tədqiqat obyektinə baxışın nəticələrinə dair Akt”ın surətindən görünür ki, tədqiq olunan ünvana baxışın keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə gedilmiş, lakin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

43. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmədiyi barədə dəlillərə və sübutlara istinad etməmişdir.

44. Halbuki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar; Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.(Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci, 1309-cu, 1313-cü maddələri).

45. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra döğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab edilirlər; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxarıda qeyd etdiyi kimi, Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mülkiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur. Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: - “vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir.” - “mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” - “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.”

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin sübut olunan 34.000,0 manat hissədə təmin olunması Mülki Məcəllənin yuxarıda istinad edilən tətbiq edilən normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğundur.

48. Əks halda Cavabdeh ona çatmış miras həddində iddiaçıların hesabına əsassız varlanmış olar.(Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə tərəfindən Mülki Məcəllənin qeyd edilən maddələrinin tələbləri də kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci, 1092.1-ci, 1092.2-ci maddəsi) 49.Göründüyü kimi, məhkəmə mübahisələndirilən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və Mülki Məcəllənin isinad edilən normalarına zidd olaraq çıxarmışdır.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin edilərək Cavabdeh 34.000,0 (otuz dörd min) manat iddiaçıların xeyrinə tutulmalı, iddia tələbi qalan hissələrdə rədd olunmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin olunsun. Cavabdeh 34.000,0 (otuz dörd min) manat iddiaçıların xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar