Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3043/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1456/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş, mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət rədd olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Vəsatət və şikayət onunla əsaslandırılıb ki, cavabdeh faktiki olaraq Nəsimi rayonunda yaşayır. Şikayət təmin oluna bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin rəsmi qeydə alındığı yer Nərimanov rayonuna aiddir. Birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin rədd edilməsi barədə qərardad qəbul edib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Vəsatət və şikayət işin vaxtında həll edilməsinə mane olmaq məqsədilə verilib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1456/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3043/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3043/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver