Məhkəmə qərarları › İş №2(103)-3045/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3045/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3045/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 02 iyun 2022-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 tərəfindən İddiaçı 106000 manata satılmışdır.

2. 02 iyun 2022-ci il tarixli, 082-22/İ nömrəli kredit müqaviləsinə əsasən “Kreditor” "xxxx" ASC tərəfindən “Borcalan” İddiaçı 74000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir. Kredit “Borcalan”a Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07-05301-093206 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 32, korpus 6, giriş B (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.06 kv.m olan mənzil 04 iyun 2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)- 1630/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 "xxxx" ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi, İddiaçı qarşı 02 iyun 2022-ci il tarixli reyestr nömrəsi 4Ə-584 olan yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin, eyni zamanda İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)- 1630/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(102)-2714/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(103)-838/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 32, korus 6, giriş B, yeni qaydalarla, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 406, M8, m2 saylı mənzili tam şəkildə boşaldaraq iddiaçıya təhvil vermələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, mənzil onun xüsusi mülkiyyətindədir. Mənzil daha əvvəl Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçının mülkiyyətinə keçmişdir. Artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdehlər mənzili təhvil verməkdən boyun qaçırır, hər dəfə müxtəlif bəhanələr edərək mülkiyyətçinin öz hüquqlarını həyata keçirməsinə mane olur. Dəfələrlə mənzili təhvil vermələri ilə bağlı cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

10. Qətnamə onunla əsaslandırlmışdır ki, cavabdehlərin mənzili təhvil verməmələri, həm də onların xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərini pozması ilə nəticələnmiş olur. Belə ki, cavadehlərin mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi sözü gedən müqavilənin 1-ci maddəsində göstərilmişdir. Həmçinin, müqavilənin 2.2.5-ci bəndində Cavabdeh1 müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 gün ərzidə ipoteka predmetini (Mənzili) yardımçı vasitələri ilə birlikdə alıcı-ipoteka qoyana (iddiaçıya) onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətində təhvil vermək vəzifəsi qeyd edilmişdir. Cavabdeh1 məhkəmə iclasında mənzilin satış dəyərini təşkil edən pul vəsaitini tam almadığını qeyd etsə də, məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, onun mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilənin mübahisələndirməsi ilə bağlı iddiaçıya, "xxxx" ASC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqısatqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin mülki iş üzrə verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Həmin mülki iş üzrə Cavabdeh1 qeyd etdiyi dəlil, o cümlədən xx.xx.2022-ci il tarixli müqavilə yoxlanılaraq etibarlı olması təsdiq edilmişdir. Cavabdeh1 iddiaçıya, "xxxx" ASC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış məhkəmə qərarları hazırkı mülki işə baxılarkən xx.xx.2022-ci il tarixli müqavilənin etibarlılığı hissəsində preyüdisial xarakter daşıdığından onun mənzilə görə satış pulunun tam almamasına dair dəlilinin yenidən araşdırılmasına məhkəmə zərurət görmür. Cavabdeh1 müqavilə üzrə vəzifəsini yerinə yetirməməklə öhdəliyini pozmuş, bu isə nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İstər ölkə daxili, istrərsə də, beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmalı olmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı mülkiyyət hüququnun müdafiəsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 nömrəli 20 may 1952-ci il tarixli Protokolunun 1-ci, Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, o yuxarıda göstərilən, yəni İddiaçı və onunla əlbir olan bir qrup şəxsin dələduzluq yolu ilə onun mənzilini ələ keçirmələri ilə əlaqədar İddiaçı və digərləri barədə cinayət işi başlanılması barədə Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərarı ilə onun icraatında olan 1305 nömrəli məlumatla bağlı toplanmış material üzrə X8, İddiaçı, X9 və X3 “əməllərində Azərbaycan RespublikasıCM-nin 178.1-ci maddəsinin tərkibi olmadığından” əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. O göstərilən qərardan Nərimanov rayon məhkəməsinə şikayət vermişəm və məhkəmənin 27 dekabr 2024-ci il tarixli, 6(005)-30312024 nömrəli qərarı ilə polisin qərarı ləğv olunmuş və material araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərilmişdir.” O, göstərilənlərlə əlaqədar, Xətai rayon məhkəməsində işə baxılarkən Nərimanov RPİ-də araşdırılma aparılan dövrdə və araşdırmanın nəticəsində qanuni qüvvəyə minmiş qərar qəbul olunana qədər İddiaçı Xətai rayon məhkəməsində baxılan iddiası üzrə işin icraatının Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cümaddəsinə əsasən, dayandırılması barədə vəsatət ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Lakin hakim vəsatəti, əsassız olaraq, təmin etməmişdir. Belə ki, araşdırma nəticəsində İddiaçı və qeyriləri barəsində cinayət işi başlanılarsa, onun mənə qarşı mənzildən çıxarıma barədə iddiası öz əhəmiyyətini itirəcəkdir. Nərimanov RPİ-də araşdırılma aparılan dövrdə və araşdırmanın nəticəsində qanuni qüvvəyə minmiş qərar qəbul olunana qədər, İddiaçı Xətai rayon məhkəməsində baxılan iddiası üzrə qərar verilməsi mənim hüquqlarımın pozulmasına gətirib çıxarır. Göstərilən səbəbdən Nərimanov RPİ-də araşdırılma aparılan dövrdə və araşdırmanın nəticəsində qanuni qüvvəyə minmiş qərar qəbul olunana qədər İddiaçı Xətai rayon məhkəməsində baxılan iddiası üzrə icraatın dayandırılması məqsədəuyğun idi. Lakin hakim icraatı dayandırmamışdır. Hesab edir ki, cinayət işinin başlanılması ilə əlaqədar prosedurlar üzrə qəbul olunan qərarlar qanuni qüvvəyə minənə qədər, mənim ailəmlə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılmğımbarədə iddiaya baxılıb, bu barədə qərar çıxarılması düzgün deyil. Apellyasiya Məhkəməsindən də xahiş edirik ki, mənim apellyasiya şikayətimə baxılana qədər cinayət işinin başlanılması ilə əlaqədar prosedurlar üzrə qəbul olunan qərarlar qanuni qüvvəyə minməzsə, bu iş üzrə icraatı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən (Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa), cinayət işinin şlanılması ilə əlaqədar prosedurlar üzrə qəbul olunan qərarlar qanuni qüvvəyə minənə qədər dayandırılmalıdır. Bu xahişi iş üzrə icraatın müvəqqəti olaraq dayandırılması barədə vəsatət kimi qəbul etməyi və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən - birinci məhkəmə iclasında bu vəsatət üzrə qərar qəbul olunmasını xahiş edir. Hakimin gəldiyi nəticəni əsaslandırdığıl əsas – onun alqı-satqı və ipoteka müqavilələrinin mübahisələndirilməsi barədə iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına əsaslanmaqla, mənzilin pulunun onun tərəfindən tam alınması qənaətinə gəlinməsi mənim eyni mübahisə üzrə İddiaçı qarşı Cəlilabad rayon məhkəməsində 101000 manat mənzilin pulunun ödənilməsi barədə iddiasının olması ilə təkzib olunur və mənim mənzilin pulunu tam almağım mübahisə predmeti olduğundan, qətnamə ləğv olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onlar ın iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. ”

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmiş, bu maddəyə əsasən mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün dispozitiv şərtlərlə (əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması) düzgün qiymətləndirmə aparmışdır. Buna görə də məhkəmə kollegiyası bu istiqamətdə hər hansı araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

23. Apellyasiya şikayətinin iş üzrə icraatında dayandırılmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsi Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı təqdirdə məhkəmənin iş üzrə icraatı dayandırmalı olduğunu qeyd edir. Hazırkı iş üzrə isə bu hal mövcud deyildir. Cinayət işinin başlanmasının rədd olunması barədə qərarlardan verilən şikayətin təmin olunması icraatın dayandırılması üçün əsas ola bilməz.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə iş üzrə icraata X1 aid hissədə xitam verilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 nömrəli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(011)-22/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar