Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3046/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Açar sözlər: (mənzilə köçürülmə, mənzildən istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və n ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, X11 Əhmədoviçin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(011)-844/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər bacı-qardaşdılar. İddiaçı fərdi sahibkar kimi xx.xx.2023-cü il tarixdə vergi orqanında qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A saylı ev, yaşayış sahəsi 45,49 kv.m, 3 otaqdan ibarət olan 39 saylı mənzili xx.xx.1991-ci il tarixli order əsasında X4 və onun 3 nəfər ailə üzvünə (qızı - Kotova V.İ., kürəkəni – Quliyev V.Z. və nəvəsi – Quliyev R.V) verilmişdir.
3. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 170 nömrəli sərəncamdan çıxarışına əsasən, mənzilin yaşayış sahəsi 28,49 kv.m olan 2 otağına dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanması, 2 otağın kirayəçisi hesab edilməsi, mənzilin sahəsi 17,04 kv.m olan digər 1 otağına dair isə kirayə müqaviləsinin X7 ilə bağlanması və həmin otağın da kirayəçisinin X7 hesab edilməsi qərara alınmışdır.
4. xx.xx.2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən İddiaçı mənzilin ona məxsus olan 28,49 kv.m sahədən ibarət 2 otağına dair payını bacısı Cavabdeh bağışlamışdır. Sonuncunun həmin 2 otağa dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla ona MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)- 1999/2012 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.
6. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Nizami rayon icra şöbəsinə və Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubda Cavabdeh və İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 11, 49 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alındığı göstərilmişdir.
7. İddiaçı Xətai Rayon Prokurorluğuna müraciəti əsasında araşdırma aparılarkən Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi həmin ünvana getmiş, orada yaşayan ailənin kirayə müqaviləsi əsasında yaşadığı müəyyən edilmiş, bununla bağlı mənzilin qonşuluğunda yaşayan sakinlərlə profilaktik söhbətlər aparılmış, lakin sakinlər İddiaçı tanımadıqlarını bildirmişlər. Bu barədə xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. Həmin tarixli məktubla İddiaçı bildirilmişdir ki, bacısı Cavabdeh məxsus mənzildə qeydiyyatını olmasına baxmayaraq uzun müddət yaşamamağı, müəyyən edilmiş və qardaşı David Çebotaryovun həmin mənzildə heç bir qeydiyyatı olmadığı və başqa mənzildə yaşaması müəyyən edilmişdir.
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 597/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai r, ünvan 4 ünvanında yerləşən yaşayış evi onun anasının adına sərəncam əsasında verilmişdir. Anası rəhmətə getdiyi üçün o, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilə dair icarə müqaviləsinin bağlanılmasını xahiş etmiş, müəyyən müddətdən sonra Mənzil mülkiyyətinə keçmişdir. Lakin cavabdeh səhhətində yaranan psixoloji problemlərdən istifadə edərək mənzili xəstəxanada olan zaman bağışlama müqaviləsinə uyğun olaraq öz mülkiyyətinə keçirmişdir. Bağışlama müqaviləsinin olmasını və mənzilin cavabdehin mülkiyyətinə keçməsini son 3-4 ayda bilmişdir. Həmin tarixdən də cavabdeh onu yaşadığı mənzilə buraxmır. Mənzilə gəldikdə ondan hüquq mühafizə orqanlarına şikayət edərək, təzyiqlər etməkdədir. Hazırda onun başqa yaşayış yeri olmadığı üçün kirayədə qalmaq məcburiyyətində qalmışdır. O, bağışlama müqaviləsi ilə mülkiyyətində olan mənzili cavabdehə bağışlasa belə, istifadə və yaşamaq hüququndan imtina etməmişdir. Mənzil mərhum anasının order əsasında adına olmuş, övladların həmin mənzilə istifadə hüquqları vardır. Lakin cavabdeh həm ona, həm də digər övladlara öz istifadə hüquqlarından istifadə etməyə maneə törətməklə yanaşı, onu mənizlə buraxmır.
11. Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının Mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil ilk öncə iddiaçının mülkiyyətində olmuş və xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən ona bağışlanmışdır. İddiaçı 2011-ci ilədək bir neçə ay mənzildə yaşasa da, 2011-ci ildən halhazırkı vaxtadək bir gün belə mənzildə yaşamamışdır. 2011-ci ildə özü könüllü olaraq mənzili tərk edərək getmiş və həmin vaxtdan həyat yoldaşına məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi ev 7, mənzil 6-da yaşayır. İddiaçı könüllü olaraq mənzili tərk edərək getdiyindən, özünə məxsus daimi yaşayış yeri olan fərdi yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Bundan başqa, Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1999/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, lakin iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilə qeydiyyata alınmamış, qətnamənin icrasını tələb etməmişdir. O, Nizami Rayon Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi, iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə qeydiyyata alınması və mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməyinə baxmayaraq, üçüncü şəxs mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişdir. İddiaçının qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul edilrək, şifahi məhkəmə baxışına təyin edilmişdir. İddiaçının mənzildən qeydiyyatdan çıxarılmasına maneçilik törətmək və işin məhkəmə baxışında baxılmasını yubandırmaq məqsədilə, mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 844/2025 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış sahəsi 45,49 kv2 olan 20A saylı evin 39 saylı mənzilinə dair İddiaçı istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mənzili özgəninkiləşdirdiyi, cavabdehin isə mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan iddiaçının həmin mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüquqları itirilmişdir. Belə ki, əvvəla, iddiaçının istifadə hüququ mülkiyyət hüququna bağlı olmuş, mənzilin bağışlanması ilə onun mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, mülkiyyət hüquqları ilə bərabər, eyni zamanda mülkiyyət hüquqlarına bağlı olan digər hüquqları da itirilmişdir. Digər tərəfdən, o, mənzili özgəninkiləşdirməklə (bağışlamaqla), mülkiyyət hüquqlarından birdəfəlik imtina etmiş, mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.
15. İddiaçının mənzilə olan bütün hüquqlarından, o cümlədən istifadə hüququndan imtina etməsi və mənzilə olan bütün əlaqələrini kəsməsi məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir. Belə ki, mənzili bağışlayandan sonra iddiaçı orada yaşamamış, mənzilə dair indiki iddiadan başqa heç vaxt mübahisə qaldırmamışdır. Cavabdeh də qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ailəsi ilə birlikdə arvadına məxsus Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, ev 7, mənzil 6-da yaşamışdır.
16. Bundan başqa məhkəmə hesab etmişdir ki, ilkin iddia həm də ona görə təmin edilə bilməz ki, iddiaçının mənzilə köçürülməyə ehtiyacı yoxdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2012-ci ildə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1999/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün də müvafiq İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin mənzil hazırda tərəflərin qardaşı David Çebotaryevin (iddiaçının məhkəmə iştirak edən nümayəndəsi) mülkiyyətindədir, onların arasında isə hər hansı bir mübahisə yoxdur. David Çebotaryev isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzilin onun və ailə üzvlərinin istifadəsində olduğunu, iddiaçının orada yaşamasının mümkün olmadığını, bu səbəbdə iddiaçının mənzilə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Lakin nə qədər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 11 saylı evin 49 saylı mənzildən istifadə hüququ tanınmışdır, bu halda iddiaçının həmin mənzildən istifadə hüququ mövcuddur. Onun istifadə hüququna isə yalnız qanunla müəyyən edilmiş qaydada kompensasiya verilməklə xitamı mümkündür.
17. Şərh edilənlərə, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından, eləcə də özgəninkiləşdirməklə onun mənzilə olan bütün hüquqlarından imtina etməsi ilkin iddianın təmin edilməsini mümkünsüz edir. Bu halda, ilkin iddianın təmin edilməklə iddiaçının mənzilə köçürülməsi cavabdehin mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur. Qanunvericilik mülkiyyət hüququnun ən üstün qorunmasını təsbit etdiyi halda, onun mahiyyətcə formal xarakter daşıyan digər hüquqlarla (istifadə və sahiblik) məhdudlaşdırılması mülkiyyət hüququnun daşıdığı məqsədə mütənasib olmamaqla, yalnız mülkiyyətçinin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə səbəb olur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 178.1, 203.1, 255.1, 262.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbimin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti ilkin iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, qeyd edilmişdir ki, iddiaçı həmin mənzildə daim yaşayıb, onun öz mülkiyyətində olan mənzili cavabdehə bağışlaması o demək deyil ki, istifadə hüququnu itirib. Servitut o vaxt olur ki, həmin şəxs uzun illər həmin mənzildə yaşamasın, gəlib getməsin. Lakin ilkin iddiaçı bütün bunları etməklə yanaşı mənzili cavabdehə bağışlamaqla mülkiyyət hüququndan imtina etmiş, istifadə həm də yaşamaq hüquqlarını özündə saxlamışdır. Onun məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, çəkişmə prinsipinin tələblərinə riayət edilməmişdir. Qanunverciliyin tələbinə baxmayaraq hakim qətnaməni qismən təmin etsə də, qətnamənin qət etdi hissəsində iddia tələbinin tam təmin edildiyini qeyd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, sahə rəisi tərəfindən tərtib edilmiş aktlar da təsdiq edir ki, Mixail həmin mənzildə yaşamamışdır. Onun qeydiyyatı formal olub, hərbi komissarlıq üçün. Mənzili 8-9 ildir ki, kirayə verir. Mixail də 8- 9 ildir ki, evlidir və evlilikdən qabaq da həmin mənzildə yaşamamışdır. Qardaşı ilə münasibətləri ona görə pozulub ki, onun şirkətinin hazırda 18.000 manat banka borcu var. Qardaşı ondan xahiş etdi ki, mənzili girov qoyub pul götürsün və borcu bağlasın, lakin o, bundan imtina etdi. Digər qardaşı David 6 il cəzaçəkmə müəssisəsində cəza çəkib. Məhz bu səbəbdən də Mixail Xətai rayonunda qeydiyyata düşmüşdür ki, hərbi komissarlıqdan möhlət ala bilsin. O, özünə məxsus 12 sot torpaq sahəsini sataraq Davidin cəzaçəkmə müəssisəsində saxlanılmasına xərcləmişdir. X9 şirkətində işləyir və onlar birləşərək birinci onu döymüşlər ki, mənzili girov qoyub pul götürsün. Hazırda bununla bağlı araşdırma da aparılır. İndi də bu iddianı irəli sürmüşlər
23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və başqa məhkəmə iclasları ilə üst-üstə düşdüyündən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd olunanları təsdiq edən sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 262.1. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı: Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə ilkin iddia rədd edildiyindən, qarşılıqlı iddia təmin edildiyindən və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İşdə olan sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış sahəsi 45,49 kv.m. olan 20A saylı evin 39 saylı mənzilinin 2 otağına dair kirayə müqaviləsi İddiaçı ilə bağlanmış, o, həmin 2 otağı xx.xx.2011-ci il tarixdə bacısı Cavabdeh bağışlamış, sonuncunun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. İddiaçı hazırda həmin mənzilə köçürülməsi barədə iddia qaldırsa da, işdən görünür ki, o, sözügedən otaqları bacısı Cavabdeh bağşladıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun tanınması barədə iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-1999/2012 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş, qətnamə icra olunaraq o, həmin mənzildə qeydiyyata alınmışdır.
33. Bundan başqa, işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı Xətai Rayon Prokurorluğuna müraciəti əsasında araşdırma aparılarkən Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi həmin ünvana getmiş, orada kirayə müqaviləsi əsasında başqa ailənin yaşadığını müəyyən etmiş, bununla bağlı mənzilin qonşuluğunda yaşayan sakinlərlə profilaktik söhbətlər aparılmış, sakinlər İddiaçı tanımadıqlarını bildirmişlər.
34. Həmçinin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, İddiaçı ailəlidir. Cavabdeh bildirdiyinə görə, Mixail mənzili tərk edərək həyat yoldaşına məxsus mənzilə köçmüş, orada yaşamağa başlamışdır.
35. Qeyd olunanlar və bu illər ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi onu deməyə əsas verir ki, İddiaçı mənzili bacısına bağışladıqdan sonra həmin mənzili tərk etmiş, onun həmin yaşayış sahəsinə ehtiyacı olmamışdır.
36. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 14723/2024 saylı qərardadından görünür ki, Cavabdeh Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
37. Hazırki iş üzrə Cavabdeh iddiası da İddiaçı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin təsbiti ilə bağlıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı idianı təmin etməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı məxsus nömrəyə sms bildiriş vasitəsilə və ya məhkəmə bildirişləri ilk iddiaçının iş materiallarında olan ünvanına göndərilməklə, o, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında onun nümayəndəsi X5 iştirak etmişdir. Bundan başqa, apellyasiya şikayətində hakim tərəfindən iddianın qismən təmin edilməsinə baxmayaraq qətnamənin qət etdi hissəsində iddia tələbinin tam təmin edildiyinin göstərildiyi qeyd edilsə də, iş materiallarından belə halın olması təsdiqini tapmır.
40. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-844/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.