Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3047/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5970/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2545.5 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2575,50 manat borcun İddiaçı İB-nin xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Regional Satışı departamentində qeydiyyatda olmaqla Cavabdeh məxsus ünvanda xx.xx.2013-cü il tarixli 107 saylı müqavilə əsasında fərdi fasiləsiz təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00060 abonent kodu verilmiş və qaz xəttinin üzərində G-4 markalı 1302AZ**********22 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh məxsus fərdi yaşayış evində isdifadə edilmiş 2277,2 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramına əsasən istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin Cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmışdır. Belə ki, Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 51.2 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 142.6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 99.4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 102.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 131.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 116.6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 90.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 159.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 765.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 164.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102.2 manat, cəmi 2490.2 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 2545.5 manat (3E proqramına keçən borcla) debitor borcu qalmışdır. İddiaçı nümayəndəsi xx xxxx 2018-ci il tarixdə ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 4455/2018 saylı qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh 2017-ci ildə istehlak olunmuş təbii qaz enerjisinə görə 2545.5 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5970/2019 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-4455/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5970/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə yaranmış 2270.30 manat məbləğində dəymiş ziyanın əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qeyd edilən ünvanda qazdan istifadə edərək heç bir debitor borcu olmamışdır. O, təbii qazdan istifadə etmək üçün heç bir başqa yollara əl atmamışdır. Onun yaşadığı ünvana heç bir baxış keçirilməmişdir. Belə ki, hər hansı baxış keçirilsəydi onun da xəbəri olardı. İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkan iştirak etməməsini yalnız İddiaçı İB-nin əməkdaşları tərəfindən imza etmələrini, qeyd olunan aktların qəbul edilməsi üçün əsas olan halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanın üzərinə düşməsi, ən əsas ona 2575 manat borcun yüklənməsinə əsas verən heç bir sübutun məhkəməyə təqdim olunmaması kimi dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən bu borcun necə hesablanmasını müəyyənləşdirməmiş, başqa sözlə məbləğin necə hesablanması ona aydın deyildir. Qanunvericiliyin tələblərindən də görünür ki zərərin əvəzinin ödənilməsini tələb edən şəxs bu zərərin məbləğini, yaranması üçün əsas olan və s. halları sübüt etməlidir. Hazırkı mübahisədə isə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiya məhkəməsinə iddiaçı tərəfindən belə bir sübütlar təqdim olunmamışdır. Yalnız iddiaçı tərəfin əməkdaşları tərəfindən təşkil edilmiş aktlarda göstərilən məbləğin tərəfindən ödənilməsini, hüququn ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə baxışının hədləri qətnamənin əsaslığının iddianın təmin edilmiş hissəsində cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti ilə müraciət etmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı İB Cavabdeh təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzi olaraq ümumilikdə 2575.50 manat borc tələb edir. Lakin, iddiaçı tərəfin təqdim etdiyi Cavabdeh adına açılmış **********00060 saylı abonent saldosundan görünür ki, abonentin 2270.30 manat məbləğində borcu vardır. İddiaçı tərəf iddia tələbindəki 2575.50 manat borc məbləğinin olmasını təstiq edən heç bir subut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən yəni 2270.30manat hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı (Təchizatçı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 107 saylı «Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilədən görünür ki, «təchazatçı» istismarda olan qaz kəmərləri vasitəsi ilə fasiləsiz, normativ sənədlərin tələblərinə uyğun nominal təzyiqlə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsini öhdələrinə götürmüşlər. xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxxx 2017ci il tarixli, ******* saylı, xx xxx 2017-ci il tarixli, ******* saylı, xx xxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, 02 oktyabr 2017-ci il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı xx xxxxxx 2018-ci il tarixli, ******* saylı, xx xxxxxx 2018-ci il tarixli, ******* saylı, xx xxxx 2018-ci il tarixli, ******* saylı, xx xxxxx 2018ci il tarixli, ******* saylı, aktlardan görünür ki, Cavabdeh qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar xəttə qoşularaq qazdan istifadə etmişdir. Lakin, həmin aktlar cavabdeh tərəfindən imzalanmamışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh adına açılmış **********00060 saylı abonent saldosundan görünür ki, abonentin 2270.30 manat məbləğində borcu var. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, iddia tələbini təmin edərkən cavabdeh tərəfindən sayğacdan kənar xətdən istifadə halı müəyyən olunmamışdır. İddiaçı iddia tələbində cavabdehin sayğacdan kənar xətdən istifadə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının sonuncu tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünə məxsus evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları iddiaçı iş materiallarına əlavə etmədiyindən və ya məhkəmə kollegiyasına təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Göründüyü kimi, cavabdehə məxsus fərdi yaşayış evinə İddiaçınə məxsus təbii qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulmanın olub-olmaması və qaz sərfiyyatına İddiaçınə hansı məbləğdə ziyanın vurulduğu sübut edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən hesablanmış pulun cavabdeh tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin qismən əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından və cavabdehin təqsirini təstiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5970/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5970/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3047/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3047/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver