Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3047/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-387/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya şikayəti başqa qətnaməyə aiddir. Belə ki, apellyasiya şikayətinin məzmununda Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi xahiş olunub və həmin qətnamənin əsassızlığına dair məlumatlar qeyd olunub. Apellyasiya şikayətinin giriş hissəsində qeyd olunan iş nömrəsi hazırkı işə aid olsa da, şikayətin məzmununda hazırkı işə aid olan hər hansı cümlə yoxdur, yalnız 5-ci bənddəki 1-ci cümlənin bir hissəsi hazırkı işə aiddir. Göründüyü kimi, apellyasiya şikayətinin məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 363.1.1-1ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apllyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-387/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayəti geri qaytarılsın. Mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3047/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3047/2024
18.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver