Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3050/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X20 və X4 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 ( 3-cü şəxs Cavabdeh4) qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 (3-cü şəxs qismində Cavabdeh4 göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 (3-cü şəxs qismində Cavabdeh4 göstərilməklə) “müqavilənin etibarsız hesab edilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzil ******* saylı Çıxarışa əsasən iddiaçıya məxsusdur. Həmin mənzil bir müddət Cavabdeh1 tərəfindən icarəyə götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunmuş və lombard kimi fəaliyyət göstərmişdir. Cavabdeh1 iddiaçının mühasibi olmuşdur. Qeyd olunan ünvanda əşyalar oğurlandığından lombardın fəaliyyəti ilə bağlı məsələlərin həllinə, mənzilin reyestr xidmətində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi zərurəti olduğundan və digər işlərin görülməsinə görə iddiaçı Cavabdeh1 ilə şəxsi münasibətlərini nəzərə alaraq, onu təmsil etmək və adından işlərini görmək üçün ona bütün əmlakını idarə etməkdən ötrü baş etibarnamə vermişdir. İddiaçının bu şəkildə Cavabdeh1 etibarnamə verməyi sırf texniki məsələlərlə bağlı olmuş, həmin etibarnamə əsasında iddiaçının əmlaklarının özgəninkiləşdirilməsi və iddiaçının razılığı olmadan əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi razılaşdırılmamışdır. Bundan sui-istifadə edən Cavabdeh1 iddiaçının xüsusi əmlakını onunla razılaşdırmadan alqı-satqı müqaviləsi bağlamaq yolu ilə başqa şəxsin adına özgəninkiləşdirmişdir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə iddiaçının həyat yoldaşının və digər həmin əmlaka hüququ olan şəxslərin razılığı tələb olunduğu halda buna əməl edilməmişdir. 2017-ci ilin sonlarında Cavabdeh1 ilə icarə barədə razılaşa bilmədiyindən iddiaçı qeyd edilən mənzili başqa şəxsə icarəyə vermək üçün notariusa yaxınlaşarkən ona məlum olmuşdur ki, ev artıq başqasının mülkiyyətindədir. Belə ki, Cavabdeh1 sözügedən evi xx.xx.2017-ci il tarixli müqavilə əsasənda 26000 manata öz tanışı Cavabdeh2 satmışdır. Cavabdeh1 həmin mənzili “xxxxxxxx” ASC-yə girov qoyduğu, ordan pul götürdüyü və daha sonra başqa şəxsə satdığı da iddiaçıya sonradan məlum olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh iddiaçının etibarından sui-istifadə etmiş və ona qarşı dələduzluq etmişdir. Sonradan iddiaçının səlahiyyətli nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilənin əsasında Cavabdeh2 adına qeydiyyata alınmış çıxarışın, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında X7 adına qeydiyyata alınmış çıxarışın,xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilənin əsasında X6 adına qeydiyyata alınmış çıxarışın etibarsız hesab olunması, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, mənzilin iddiaçının adına qeydiyyata alındığı ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsiniinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzili xx.xx.2014-cü il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzili xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan AZ-İİ № 093708 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov X17 Təranə Vahid qızı ilə xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha girmişdir. xx xxxxxx 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Sadıqova X10 şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzilini 26.000 manat müqabilində İddiaçı satın almışdır və bu müqavilə satıcının əvəzinə onun nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İşə əlava olunmuş 42-727 nömrəli notarius işinin surətinə əlavə edilmiş: arayışın surətindən görünür ki, sözügedən mənzilə dair məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. 2 №-li forma arayışın surətindən görünür ki, İddiaçı qeydiyyatsız olaraq Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzildə yaşayır və həmin ünvanda qeydiyyatda heç kim yoxdur. xx.xx.2017-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış ərizədə İddiaçı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzili əldə edərkən nikahda olmadığı qeyd edilmişdir. xx.xx.2016cı il tarixli, ƏN-İ№608513 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir və etibarnamə xx.xx.2017-i il tarixədək müddətə verilmişdir. İddiaçı nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli ərizənin məzmunundan görünür ki, tərəflər Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94 saylı evin 2 saylı mənzilin 26000 manat qiymətə alqı-satqısı barəsində razılığa gəlmişdirlər. xx.xx.2017-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən notariusun depozit hesabına 26000 manat məbləğində pul keçirilmişdir. 265 nömrəli reyestrin surətindən görünür ki, Cavabdeh1 alqı-satqı müqaviləsinə görə 25059,5 manat pul vəsaitini almışdır. İş materiallarında olan DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil üzərində aşağıdakı qeydiyyatlar aparılmışdır: -xx.xx.1985-ci il tarixli 3/132 nömrəli order əsasında X12 adına qeydiyyata alınıb; xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına; -xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokol əsasında ləğv prosesində olan “xxxxxxxx” ASC-nin mülkiyyət hüququ qeydiyyata alınıb; -xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X13 mülkiyyət hüququ qeydiyyata alınıb; -xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ qeydiyyata alınıb; -xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınıb; -xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında X7 mülkiyyət hüququ qeydiyyata alınıb; -xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan4ə-311 nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 şəhəri, məhələ 7-8-12, ev 94 ünvanında yerləşən 2 nömrəli mənzili 36.000 manata X2. İşdə olan xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X16 həmin etibarnamə ilə ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir və etibarnamə xx.xx.2018-i il tarixədək müddətə verilmişdir. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil üzərində yüklülük mövcud deyildir. xx.xx.2017-ci il tarixli ərizədə X7 rəsmi nikahda olmadığı qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon X21 rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 barəsində Nəsimi RPİ-nin İŞ-də hər hansı bir cinayət işi üzrə istintaq aparılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. İşin hallarından görünür ki, mübahisəli ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilə dair Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisəli ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilə dair Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının nümayəndəsinin əmlaka dair sərəncam vermək hüquqları yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddia ərizəsinin sözügedən əmlakın alqı-satqısı baş tutarkən iddiaçının rəsmi nikahda olmasına və onun həyat yoldaşının əmlakın satılmasına dair razılığının tələb olunması hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı Bağırov X14 şəhəri, 7-8-12-ci məhəllə, ev 94 ünvanda yerləşən 2 saylı mənzili xx.xx.2014- cü il tarixdə alqı-satqı müqaviləsi ilə satın alarkən rəsmi nikahda olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surəti və eyni zamanda notarius işində mövcud olan arayışın surətindən görünür ki, İddiaçı iş üzrə 3-cü şəxs olan Cavabdeh4 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girmişdir və sözügedən mənzil barəsində alqısatqı müqaviləsi bağlanan tarixdə heç bir məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Məhkəmə kollegiyası qeyd edir ki, Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3050/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3050/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver