Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3052/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz ünlakın Dövlət Revestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyetsr kitabının 57891 nömrəli vərəqində qeydiyyata alınmışdır. Oğlu Cavabdeh tam mülkiyyət hüquqi ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh mütəmadi olaraq ona fiziki güc tətbiq etməklə müxtəlif xəsarətlər yetirmişdir. Bununla əlaqədar olaraq Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciətlər etmişdir. Lakin bu da bir nəticə verməmiş, sonda 2020-ci ilin mart ayının 15-dən etibarən güc tətbiq etməklə onu mənzildən qovmuşdur. Hazırda kirayədə yaşamaq məcburiyyətində qaİmışdır. Daha sonra iddiaçının vəkili və nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 1500 manat kompensasiya verilməklə İddiaçı xüsusi mülkiyyətində oaln Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən 3000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildən istifadə hüququna 3.000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin satış qiyməti 150000 AZN-dir. Bir aylıq kirayə haqqı isə 500 AZN-dir. Belə olan halda məhkəmənin ona 3000 AZN kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qərarı ədalətli deyildir. İddiaçı tərəfindən təklif olunan 3000 AZN kompensasiya ilə davamlı surətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamağı təmin edə biləcək məbləğ hesab edilə bilməz. Həmin məbləğ 5-6 aylıq kirayə haqqına ancaq yetər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının vəkili və nümayəndəsi X1, yəni xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə qiymət verməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 53-cü maddəsinin tələbindən görünür ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir; İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 141 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 457 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinə xx xxxxxxx 2000-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzildə həmçinin, xx xxxxxxx 2000-ci il tarixdən İddiaçı, xx xxxxxxx 2000-ci il tarixdən X4 və xx xxxxxxxx 2013-cü il tarixdən X6 qeydiyyatdadır. İş materiallarında olan Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxx 2000-ci il tarixli 57744 nömrəli Sərəncamının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilnə dair, vətəndaş İddiaçı və onun 4 nəfər ailə üzvünə yaşamaq üçün yeganə əsas olan Order verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxx 2000ci il tarixli 57744 nömrəli Orderin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili yaşaması və istifadəsi üçün İddiaçı və onun ailə üzvləri Cavabdeh, X7 və X2 verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2008-ci il tarixdə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi İddiaçı birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxx 2000-ci il tarixli Orderlə, yaşaması və istifadəsi üçün İddiaçı və onun ailə üzvləri olan Cavabdeh, X7 və X2 verilmişdir. Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2008-ci il tarixdə qeydə alınmışdır. Hazırda İddiaçı Cavabdeh ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx xxxxxxx 2000-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildə qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri xx xxxxxxxx 2000ci il tarixdən sonra yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili yaşaması və istifadəsi üçün Order əsasında İddiaçı və onun ailə üzvləri Cavabdeh, X7 və X2 verilmişdir. Cavabdeh da razılğı ilə mübahisəli mənzil özəlləşdirilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2008-ci il tarixdə qeydə alınmış və iddiaçıya Çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeni o halda müzakirə etməli idi ki, idiaçı cavabdehin məhz kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsin. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının vəkili və nümayəndəsi X8 xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini deyil, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini tələbini pozmaqla, iddia tələbindən kənara çıxmışdır. Belə ki, MPM-nin 218.3-cü maddəsindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsus olsa da, Cavabdeh iddiaçının ailə üzvü olaraq həmin mənzildə yaşaması və istifadəsi hüququ iddiaçının adına verilmiş order əsasında müəyyən olunduğundan, iddiaçı yalnız kompensasiya təklif etməklə, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xitam verilməsini tələb edə bilər. Hazıki halda, yəni kompensasiya verilmədən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda idda tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3052/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3052/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver