Məhkəmə qərarları › İş №2(103)-3056/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3056/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3056/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1858/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilindən çıxarılması, eyni zamanda məhkəmədən həmin qətnamənin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Nizami rayon Məhkəməsinin 2(007)-4054/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Rizayeva Zivər Hacı qızı ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilinə dair xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdeh İddiaçı verilmiş reyestrdən çıxarışın ləğv olunması, cavabdeh İddiaçı Rizayeva Zivər Hacı qızının mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Həmin qətnamə X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuşvə İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilərək Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilinə dair Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilməsindən istifadə edən Zivərin oğlu olan cavabdeh mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Bundan sonra, iddiaçı bundan xəbər tutmuşdur. İddiaçının ərizəsinə əsasən Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Nizami rayon Məhkəməsinin 2(007)- 4054/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. İşə mahiyyəti üzrə baxdıqdan sonra nəticədə Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1574/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Rizayeva Zivər Hacı qızının 15 saylı notariat kontorunda Bakı şəhəri, Məhsəti küçəsindəki 22 saylı evin, 19 saylı mənzilini İddiaçı bağışlamasına dair 4Ə/2-443 saylı, xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında çıxarışın ləğv olunmasının DƏDRX-ə həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Nizami rayon Məhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən Rizayeva Zivər Hacı qızı kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7500/2019 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi yekun nəticədə iddia tələbi rədd edilmiş və İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilməmişdir. Hətta Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraya dönüş edilmiş və İddiaçı adına verilmiş çıxarış bərpa edilmişdir. Hazırda mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır. MAPS arayışından da göründüyü kimi Rzayev X1 rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə bağışlama müqaviləsi etibarsız hesab edildikdən və icraya yönəldildikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilinə qeydiyyata düşmüşdür. Halbuki bu tam əsassızdır. Çünki qiyabi qətnamə ləğv edilmiş və yekunda İddiaçı qarşı olan bağışlama müqaviləsinin ləğvinə dair iddia rədd edilmişdir. Bununla da İddiaçı mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Cavabdehin mübahisəli mənzilə heç bir hüququ yoxdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1858/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı “X3 və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi ev 22, 19 nömrəli mənzilinə istifadə hüququ olmadığından, xitam verilməsi, onların mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki iddia tələbi üzrə eyni tərəflər aarasında, eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, İddiaçı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə anası Rizayeva Zivər Hacı qızına qaytarılandan sonra, o, həmin evə qeydiyyata düşərək yaşamağa başlamışdır. Əgər ev qardaşı İddiaçı mülkiyyətində olsaydı, o, ora qeydiyyata düşə bilməzdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1858/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1574/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Rizayeva Zivər Hacı qızının 15 saylı Notariat Kontorunda Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilini İddiaçı bağışlanmasına dair 4Ə/2-443 saylı, xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvələ olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7500/2019 nömrəli qərarından görünür ki, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqaviləəsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Rizayeva Zivər Hacı qızının cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsindən iddiaçı Rizayeva Zivər Hacı qızı və vəkili Raxtari Kamilə Səftər qızı kassasiya şikayəti vermişlər. İddiaçı Rizayeva Zivər Hacı qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 22, 19 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxx 2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4531/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair ilkin, İddiaçı cavabdehlər Rizayeva Zivər Hacı qızı və Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4531/2020 nömrəli qərardadına əsasən, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi qarşılıqlı iddianın Cavabdeh qarşı təmin edilməyən hissədə ləğv edilərək, qarşılıqlı iddia Cavabdeh aid hissədə qəbul edilməmiş, İddiaçı Cavabdeh qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzili ilə bağlı əvvəllər də məhkəmə çəkişməsi olmuş, Cavabdeh həmin mənzilə məhkəmə mübahisəsi olan dövrdə xx.xx.2019-cu il tarixdə qeydiyyata düşmüşür. Mübahisəli mənzilə qeydiyyata düşənədək cavabdeh həyat yoldaşının adına olan Bakı şəhəri Nəsimi rayonu Əfəndiyev küçəsində qeydiyyatda olmuşdur. Hazırda onun həyat yoldaşı ilə arasında bağlanılmış nikahları pozulmamışdır. Belə ki, mübahisəli mənzillə bağlı, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Rizayeva Zivər Hacı qızının 15 saylı Notariat Kontorunda Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilini İddiaçı bağışlanmasına dair 4Ə/2-443 saylı, xx xxxx 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvələ olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuş və İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilərək, Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilmişdir. Cavabdeh yuxarıda qeyd olunan qətnamə qəbul edildikdən sonra, hazırki iddiaçının xəbəri olmadan mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Lakin, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Rizayeva Zivər Hacı qızının cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsindən iddiaçı Rizayeva Zivər Hacı qızı və vəkili Raxtari Kamilə Səftər qızı kassasiya şikayəti vermişlər. İddiaçı Rizayeva Zivər Hacı qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan mənzilə, onun xəbəri olmadan, məhkəmə mübahisəsinin getdiyi dövrdə qeydiyyata düşmüşdür. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə ziddir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzilə yaşayış sahəsinə ehtiyacı olduğu üçün deyil, formal olaraq qeydiyyata düşmüşdür. Belə ki, Cavabdeh hal-hazırda evlidir. Onun ailəsinə onun da mübahisəli mənzilə qeydiyyata düşənədək qeydiyyatda olduğu Nəsimi rayonu, Əfəndiyev küçəsində yerləşən mənzilləri sökülərək əvəzində yeni mənzil verilmişdir. Lakin cavabdeh ailəsinə məxsus evi olduğu halda, hazırda faktiki olaraq qeydiyyatda olduğu mübahisəli mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, İddiaçı Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin, 19 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh isə iddiaçının xəbəri olmadan, məhkəmə mübahisəsinin getdiyi dövrdə özünə məxsus yaşayış yeri olduğu halda qeydiyyata düşmüşdür. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə ziddir. Digər tərəfdən mənzildən istifadə ilə bağlı hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra yarandığından, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya həmçinin hesab edir ki, mülkiyyətçi hüquqları ilə əmlakın sahibi olan İddiaçı cavabdeh X4 ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, həmçinin cavabdeh iddiaçının ailə üzvü olmadığından, cavabdehin həmin evə istifadə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qətnamə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun “eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hazırki işin icraatına xitam verilməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4531/2020 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi qarşılıqlı iddianın Cavabdeh qarşı iddianın təmin edilməyən hissədə ləğv edilərək, qarşılıqlı iddia Cavabdeh aid hissədə qəbul edilməmiş, İddiaçı Cavabdeh qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, iddiaçı da həmin hüquqdan istifadə edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1858/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar