Məhkəmə qərarları › İş №2(103)-3059/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3059/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3059/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və qeyriləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilə öhdəliklərinin yeri yetirilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilə öhdəliklərinin yeri yetirilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3, Üçuncü şəxs Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariat qaydada təsdiq olunmuş M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmaqla, həmin müqavilədə qeyd olunan və 10/2485-9/2700 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə ekspert Rəyi ilə müəyyən edilən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın «E» girişinin 4-cü mərtəbəsində sahəsi 49,4 kv.m. olan 1 otaqlı mənzil, «D» girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m olan 2 otaqlı mənzil və «E» girişinin 4-cü mərtəbəsində sahəsi 84.0 kv.m. olan 3 otaqlı mənzil qeyd şərtsiz İddiaçı təhvil verilməsi; M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilməli olan 1 otaqlı və 3 otaqlı mənzillərin sahəsi (ölçüləri), ümumilikdə 9.13 kv.m. az olduğu üçün 20,086 manat məbləğində maddi zərərin: 21 ay ərzində ödənilməmiş 18900 manat kirayə haqqının və qətnamə icra olunan anadək keçən aylar üçün kirayə haqqının; 1701 manat faiz miqdarı məbləğində dəbbə pulunun:10000 manat mənəvi zərərin; məhkəmə məsrəfləri olan-410 manat dövlət rüsumunun; sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş- 40 manatın: 330 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin sənədləşdirmə işlərinin aparılmasına, mənzillərin təhvil verilməsinə və maliyyə vəsaitlərinin verilməsinə bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, 308-ci və 313cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzilin qeyd-şərtsiz İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 21 ay ərzində ödənilməmiş 18.900 manat kirayə haqqı, ödənilmiş 410 manat dövlət rüsumunun əvəzinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Qətnamədən İddiaçı və Cavabdeh MTK tərəfindən apellyasiya şikayətləri verilmişdir.

4. Bundan sonra həmin qətnamədən üçüncü şəxs kimi Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, qətnaməni Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın «E» girişinin 4- cü mərtəbəsində 84,0 kv.m. olan 3 otaqlı mənzilin qeyd-şərtsiz İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi hissəsində qismən ləğv edərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Həmçinin, üçüncü şəxs kimi Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın «D» girişinin 9-cu mərtəbəsində olan 2 otaqlı mənzilin qeyd-şərtsiz İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3059/2024, xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmiş, həmçinin bildirmişdir ki, cavabdeh hər mənzili iddiaçı ilə bağlanmış müqavilədə qeyd edilən ölçüsünə uyğun olaraq verməlidir, ona görə də bir otaqlı və üç otaqlı mənzillərin sahəsi ümumilikdə 9,13 kv.m az olduğundan, 20.086 manat məbləğində maddi zərərə dair, eləcə də qətnamə icra olunan anadək keçən aylar üçün kirayə haqqının, 1701 manat faiz miqdarı məbləğində dəbbə pulunun tutulması barədə iddia tələbinin təmin edilməməsi barədə rayon məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Rayon məhkəməsi mənəvi zərər hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Çünki MTK tərəfindən onlara kirayə haqqı ödənilməməmiş, iddiaçının həyat yoldaşı mənzillərinin sökülməsindən sonra kirayələdiyi mənzilin pulunu məcburən borc pul alaraq ödəmiş, borcu qaytara bilmədiyi üçün də ciddi sarsıntı keçirmiş və qəfil vəfat etmişdir. Bütün bunlardan iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bundan başqa rayon məhkəməsi hüquqi xidmət haqqı və poçt xidmətləri üçün 40 manat məbləğə dair iddia tələbini də təmin etməməkdə haqlı olmamışdır. Odur ki, qətnamənin qismən, iddianın 20.086 manat məbləğində maddi zərərin, qətnamə icra olunan anadək keçən aylar üçün kirayə haqqının, 1701 manat faiz miqdarı məbləğində dəbbə pulunun tutulmasının, 10000 manat mənəvi zərərin, hüquqi xidmət haqqı üçün 330 manat və poçt xidmətləri üçün 40 manat pulun ödənilməsinin təmin olunmaması hissələrində ləğv eilməsini və iddianın həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmiş, odur ki, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Abasov iddiaçının apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçının əri də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əsəbdən beyninə qan sızıb vəfat etmişdir, rayon məhkəməsi mənəvi zərərə dair hissədə də idida tələbini təmin etməməkdə haqlı olmamışdır. Bundan başqa, cavabdeh hər mənzili iddiaçı ilə bağlanmış müqavilədə qeyd edilən ölçüsünə uyğun olaraq verməlidir, ona görə də cavabdehə verilən mənzillərin ümumi sahəsinin müqaviləyə əsasən ona verilməli mənzillərin ümumi sahəsindən çox olması müqaviləyə əsasən iki mənzilə münasibətdə olan sahə fərqi ilə bağlı maddi zərərin ödənilməməsi üçün əsas ola bilməz.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, özlərinin şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, onlar müqaviləyə əsasən iddiaçıya verilməli olan mənzilləri təhvil verməmişlər, eləcə də iddiaçıya yeni tikilən binada mənzillər təhvil verilənədək hər ay ödəməli olduqları 900 manat kirayə haqqını da ödəməmişlər, mənzillərin verilməməsinin səbəbi kimi binanın layihəsində dəyişikliyin edilməsini, kirayə haqqının ödənilməməsinin səbəbinin isə maliyyə imkansızlığı ilə bağlı olduğunu bildirdi. Cavabdeh MTK-nın nümayəndəsi, iddiaçıya verilməli mənzillərin sonradan üçüncü şəxslərə (apellyasiya şikayətləri qeyrimümkün hesab edilən) verilməsi halında, rayon məhkəməsində işə baxılakən məhkəməyə bu barədə məlumat verməmələri, eləcə də həmin şəxslərin işə cəlb edilməsinə təşəbbüs göstərməmələrinin səbəblərini hər hansı şəkildə izah edə bilməmişdir.

11. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi H.Aberkarov Məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslərin nümayəndə və vəkilləri əldə edilmiş ekspert rəyi ilə razı olduqlarını bildirərək, həm öz şikayətləri, həm də iddiaçı və cavabdehin şikayətləri ilə bağlı qanuni qərar qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə iclasının yeri və baxtı barədə məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

15. Mülki iş materiallarında olan:

16. İddiaçı oğlu ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.0 kv.m olan 7 saylı mənzili sökülmək üçün təhvil alıb, «Tikinti şirkəti» tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 66,86 kv.m 2 otaqlı, 89,89 kv.m 3 otaqlı, 52.64 kv.m 1 otaqlı təmirsiz mənzilləri mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür.

17. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tikinti şirkəti" inşa ediləcək çox mənzilli binanın "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 saylı mənzili, "E” girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili, "E" girişinin 8-ci mərtəbəsində yerləşən 245 saylı mənzili "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür.

18. Müqavilənin 1.3-cü maddəsinə əsasən "Tikinti şirkəti" həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 900 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"də təhvil verilən günədək ödəniləcəkdir, ''Müikiyyatçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir,

19. Müqavilənin 1.4-cü maddəsinə əsasən “Tikinti şirkəti" inşa ediləcək çoxmənzilli binanın "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 taylı mənzili, “E" girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili, "E" girişinin S-Cİ mərtəbəsində yerləşən 245 saytı mənzili "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6624-9/7327 saylı rəyindən görünür ki, Mülki iş materiallarında olan Yeni Ailə MTK tərəfindən inşa olunmuş binanın E və D bloklarının mərtəbə planında göstərilən mənzillərin yerləşmə sxeminə əsasən, İddiaçı M-27\18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməsi nəzərdə tutulan binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, mənzilin faktiki ümumi sahəsi 84.91 kv.m «E» girişinin 4cü mərtəbəsində yerləşən 3 otaqlı mənzil ümumi sahəsi 104,09 kv.m və «E» girişinin 8-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilin ümumi sahəsi 63,46 kv.m təşkil edir. Tədqiq olunan mənzillərin faktiki sahəsi ilə müqavilədə göstərilən sahələr arasında olan sahə uyğunsuzluqları mənzillərin daxilində aparılan planlı dəyişmələr nəticəsində yaranmışdır. Bakı şəhəri, Nəsimi rayonu, S Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binada yerləşən təmirsiz mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1700,0 manat) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir.

21. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 263 saylı xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərətəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

22. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 264 saylı xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinin xx.xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərətəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-i tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur.

23. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binada yerləşən təmirsiz mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1700,0 manat) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir.) Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2485-9/2700 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təsdiq olunmuş layihə üzrə «D» girişinin 9-cu mərtəbəsində, iki ədəd 2 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq iki ədəd 2 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 2 otaqlı mənzillərin ayrı ayrılıqda 84,91 və 88 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 2 otaqlı mənzilin ümumi sahəsi 66,86 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda, müqavilədə göstərilən sahə ilə faktiki 2 otaqlı mənzillərin sahələri arasında 18,05 (84,91-66,86=18,05) və 21,14 (88-66,86=21,14) kv.m fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın 1-ci sualının 1-ci hissəsi üzrə tədqiqat aparılmadı. Təsdiq olunmuş layihə üzrə «E» girişinin 4-cü mərtəbəsində, üç ədəd 3 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq üç ədəd 3 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 3 otaqlı mənzillərin ayrı-ayrılıqda 84, 128 və 146,63 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 3 otaqlı mənzilin ümumi sahəsi 89,89 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda müqavilədə göstərilən sahə ilə faktiki 3 otaqlı mənzillərin sahələri arasında 38,11 (128,0-89,89=38,11), 5,89 (89,89-84=5,89) və 56,74 (146,63-89,89=56,74) kv.m fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın 2-ci sualının 1-ci hissəsi üzrə tədqiqat aparılmadı. Təsdiq olunmuş layihə üzrə «E» girişinin 8-ci mərtəbəsində, iki ədəd 1 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq iki ədəd 1 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 1 otaqlı mənzillərin ayrı ayrılıqda sahələri 49,4 və 54,77 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 1 otaqlı mənzilin ümumi sahəsi 52,64 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda, müqavilədə göstərilən sahə ilə faktiki 1 otaqlı mənzillərin sahələri arasında 3,24 (52,64-49,4=3,24) və 2,13 (54,77-52,64=2,13) kv.m fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir.

25. Nikah haqqında şəhadətnamədən məlum olur ki, X5 və İddiaçı xx.xx.1977-ci ildə nikah bağlamışlar, bu barədə 181 nömrəsi ilə nikahın bağlanması haqqında akt qeydlərində qeyd edilmişdir.

26. Ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 xx.xx.2023-cü ildə beyindaxili çox lokalizasiyalı qansızmadan vəfat etmişdir.

27. Cavabdeh MTK (icraçı) ilə Maraqlı şəxs2 (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-122 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “D” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən, 256 nömrəli mənzili, 2 otaqdan ibarət pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər.

28. Cavabdeh MTK (icraçı) ilə Maraqlı şəxs1 (payçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, M-66 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 4- cü mərtəbəsində yerləşən, 317 nömrəli mənzili, 3 otaqdan ibarət pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hazırkı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur.

1. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)- 133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təhvil verilməli olan mənzillər Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində tikilən binanın “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədəki inşa ediləcək çox mənzilli binada tikinti layihə sənədlərinə əsasən ona verilməli "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 saylı, "E” girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzillərdimi?

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində tikilən binanın “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzilin sonradan Cavabdeh MTK (icraçı) ilə Maraqlı şəxs2 (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-122 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən Maraqlı şəxs2 verilməli “D” girişinin, yaşayış mərtəbəsinin 9-cu mərtəbəsində yerləşən, 2 otaqdan ibarət 256 nömrəli mənzillə, həmçinin sonradan Cavabdeh MTK (icraçı) ilə Maraqlı şəxs1 (payçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, M-66 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən Maraqlı şəxs1 verilməli yaşayış binasının “E” girişinin, yaşayış mərtəbəsinin 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət 317 nömrəli mənzillə üst-üstə düşüb-düşməməsi həmin binanın tikinti layihə sənədlərinə əsasən müəyyən edilsin.

30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekpert rəyinə əsasən, birinci sual üzrə mülki iş materiallarının 142-ci səhifəsində və müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə sənədlərində mənzillərin nömrələri qeyd olunmadığından bu sual üzrə tədqiqat aparılmadı.

31. İkinci sual üzrə, mülki iş materiallarına əlavə edilmiş, X6 ilə Cavabdeh arasında bağlanmış M-66 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən çoxmərtəbəli binanın “E” girişinin 4-cü mərtəbəsində yerləșən, 3 otaqlı mənzilin ümumi sahəsinin 99,67 kv.m təşkil etdiyini, həmçinin Maraqlı şəxs2 Mayıl oğlu ilə Cavabdeh arasında bağlanmış M-122 saylı, xx.xx.2019-cu il tarixli müqavilə əsasən çoxmərtəbali binanin “D” girișinin 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı mənzilin ümumi sahəsinin 104,39 kv.m təşkil etdiyini nəzərə alaraq, həmin mənzillərin Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli cavabdeh "xxxx" MTK tərəfindən Baķı șəhəri, Nəsimi rayonu, S.Rehimov küçəsində yerləșən 203 saylı evin yerində tikilən binanın "D" girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır “İnsan hüquqlarının və X4 haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı Bənd 9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd 8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bənd 10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

36. 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

37. 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.

38. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

49. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

50. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

52. Hazırkı halda Məhkəmə kollegiyası iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərər, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi və məhkəmə məsrəflərinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbləri mənəvi zərər hissədə qismən təmin, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması hissədə təmin, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi hissədə qismən təmin, məhkəmə məsrəfləri hissədə isə təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, MTK tərəfindən üç mənzil verilməsi, eləcə də mənzil verilənə kimi kirayə haqqının iddiaçıya ödənilməsi barədə tərəflər arasında müqavilənin bağlandığı, bundan sonra iddiaçının mənzilinin MTK tərəfindən sökülməsi, lakin nə mənzillərin bu günə kimi təhvil verilmədiyi, nə də kirayə haqqının iddiaçıya ödənilmədiyi hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur.

55. Hazırda cavabehin apellyasiya şikayətinin üç əsas dəlili var.

56. Birincisi, ilkin layihənin X2 keçməməsi ilə bağlı yeni layihə üzrə iddiaçıya başqa mənzillər təklif edilmiş, iddiaçı isə bununla razılaşmır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin dəlil üzrə, yəni binanın layihəsinin dəyişdirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

58. Cavabdehin ikinci dəlili iddiaçının təklif olunan bir mənzillə razılaşması, lakin digər iki mənzillə bağlı təkliflə razılaşmaması ilə bağlıdır. Cavabdeh həm də qeyd edir ki, həmin mənzillər satıldığından onları iddiaçıya təhvil verə bilmir.

59. Kollegiya bununla bağlı qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

60. Kollegiya xüsusi olaraq qeyd edir ki, cavabdeh müqaviləyə əsasən iddiaçıya verilməli mənzillərin başqa şəxslərə satılması və həmin şəxslərin mənzillərin dəyərini tam ödənilməsini bildirsə də, buna dair birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.

61. Hazırkı işə apellyasiya qaydasında baxılarkən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən qətnamə ilə maraqlarına toxunan şəxs qismində (həmin iki mənzilin onlara satılması əsası ilə) apellyasiya şikayətləri verilmişdir.

62. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya verilməli mənzillər ilə həmin şəxslərə satılan mənzillərin üst-üstə düşüb-düşməməsi barədə ekspertiza təyin edilmişdir.

63. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekpert rəyinə əsasən, ikinci sual üzrə, mülki iş materiallarına əlavə edilmiş, X6 ilə Cavabdeh arasında bağlanmış M-66 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən çoxmərtəbəli binanın “E” girişinin 4-cü mərtəbəsində yerləșən, 3 otaqlı mənzilin ümumi sahəsinin 99,67 kv.m təşkil etdiyini, həmçinin Maraqlı şəxs2 Mayıl oğlu ilə Cavabdeh arasında bağlanmış M-122 saylı, xx.xx.2019-cu il tarixli müqavilə əsasən çoxmərtəbali binanin “D” girișinin 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı mənzilin ümumi sahəsinin 104,39 kv.m təşkil etdiyini nəzərə alaraq, həmin mənzillərin Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli cavabdeh "xxxx" MTK tərəfindən Baķı șəhəri, Nəsimi rayonu, S.Rehimov küçəsində yerləșən 203 saylı evin yerində tikilən binanın "D" girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

64. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3059/2024, xx.xx.2024cü il tarixli əsaslandırılmış qərardadı ilə mübahisələndirilən qətnamədən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir.

65. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya verilməli olduğu mənzillərin üçüncü şəxslərə satılmasını bildirərək, həmin mənzilləri iddiaçıya təhvil verə bilməyəcəklərinə istinad edən cavabdeh bu halı sübut edə bilməmişdir.

66. Cavabdehin apellyasiya şikayətinin üçüncü dəlili, yəni iddiaçıya başqa mənzil təklif etsələr də, iddiaçının bununla razılaşmaması ucbatından müqaviləni icra edə bilməmələri barədə bildirdiklərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 435-ci maddəsinə görə, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Demək ki, cavabdeh MTK-nın bu davranışı qanuna zidd olmuşdur.

67. Beləliklə də qeyd edilənlərdən da məlum olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

68. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdaları qeyd edir.

69. İddiaçının apellyasiya şikayətinin birinci dəlili iddianın M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilməli olan 1 otaqlı və 3 otaqlı mənzillərin sahəsi (ölçüləri), ümumilikdə 9.13 kv.m. az olduğu üçün 20,086 manat məbləğində maddi zərər hissəsinin təmin edilməməsinin əsassızlığı ilə bağlıdır.

70. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2485-9/2700 saylı ekspert rəyi ilə müqavilədə göstərilən sahə ilə faktiki 1 otaqlı mənzillərin sahələri arasında 3,24 (52,64-49,4=3,24) və 2,13 (54,77-52,64=2,13) kv.m fərq olduğu müəyyən edilmişdir.

71. Göründüyü kimi, iddiaçı 1 otaqlı və 3 otaqlı mənzillərin sahəsinin (ölçüləri), ümumilikdə 9.13 kv.m az olduğunu iddia etsə də, ekspert rəyi ilə faktiki 1 otaqlı mənzillərin sahələri arasında 3,24 (52,64-49,4=3,24) və 2,13 (54,77-52,64=2,13) kv.m olmaqla, ümumilikdə, 5,37 kv.m fərq olduğu müəyyən edilmişdir.

72. İddianı qeyd edilən hissədə təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi 9.13 kv.m əksik sahə digər mənzillərin otaqlarında artıq sahələr verilərək bu sahələr bərabərləşdirildiyindən iddia həmin hissəsi təmin edilməməlidir.

73. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan ekspert rəylərinə əsasən, iddiaçıya verilməli mənzillərin sıra nömrələrinin müəyyən edilməsi mümkün olmasa da, fakt olaraq “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84 kv.m olan 3 otaqlı mənzilin mövcud olması müqavilədə göstərilən mənzillərə uyğun gəlməsinə əsas verir. Həmin mənzillərin də sahəsi ümumi olaraq, 218,31 kv.m təşkil edir.

74. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçıya verilməli mənzillərin cəmi sahəsi (66,86 kv.m 2 otaqlı, 89,89 kv.m 3 otaqlı, 52.64 kv.m 1 otaqlı=209,39 kv.m) 209,39 kvm təşkil edirdi.

75. Beləliklə, Məhkəmə kollegiyası rayon məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və vahid niyyətlə əhatə olunmuş bir müqavilə var və həmin müqaviləyə əsasən iddiaçıya, ümumilikdə 209,39 kv.m mənzil verilməli idi, hazırda ona veriləcək mənzillərin sahəsi ümumilikdə 218,31 kv.m təşkil etdiyindən, iddia tələbini həmin hissədə təmin etməyən rayon məhkəməsi mahiyyət üzrə düzgün qənaətə gəlmişdir ki, Məhkəmə kollegiyasıda bu qənaətlə razılaşır, iddiaçının şikayəti həmin hissədə əsassızdır və təmin edilməməlidir.

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya ödənilməli olan, lakin bu günədək ödənilməmiş qalan 18.900 kirayə haqqı üçün dəbbə pulunun tutulmaması barədə iddia tələbinin təmin edilməməsinin əsassız olması barədə dəlili ilə razılaşaraq aşağıdakıları qeyd edir.

77. İddia tələbini həmin hissədə təmin etməyən rayon məhkəməsi iddianın 21 ay ödənilməmiş 18900 manat kirayə haqqının, 1701 manat faiz miqdarı məbləğində dəbbə pulu hissəsinə qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hər ay üçün 900 manat kirayə pulu ödənilməsi nəzərdə tutulsa da, ona uyğun faiz və dəbbə pulunun hesablanması nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilə bilməz.

78. Məhkəmə Kollegiyasının iclasında iddiaçıya müqavilə ilə müəyyən edilmiş yeni tikiləcək binada mənzilin verilməsinədək hər ay üçün ödənilməli olan 900 manat kirayə haqqının ödənilmədiyi mübahisəsiz qaydada müəyyən olunmuşdur.

79. Məhkəmə kollegiyası dəbbə pulunun müqavilədə nəzərdə tutulmamasına əsaslanmaqla iddianı həmin hissədə təmin etməməsi barədə rayon məhkəməsinin dəlili üzrə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

80. MM-in 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

81. Hazırkı iş üzrə iddiaçı cavabdehin kirayə haqqı ödənilməsi barədə öhdəliyini icra etməməsi əsası ilə hər ay üzrə ödənilməli 900 manat kirayə haqqının cəmi 21 ay üçün 18.900 manatın Mərkəzi Bankın xx.xx.2023-cü il tarixə uçot dərəcəsinə 9,0%-ini, yəni 1701 manat (18900x9%/100=1701) tələb edir.

82. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

83. Hazırkı halda cavabdeh müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü kirayə haqqını ödəməmişdir, odur ki, həmin ödənilməyən kirayə haqqı üçün dəbbə pulunun ödənilməsi barədə tələb MM-in 449.1-ci maddəsinin təsiri altına düşmür.

84. Məhkəmə kollegiyasının qənaətinə əsasən hazırkı mübahisə üzrə cavabdehin ödəmədiyi kirayə haqqı üçün dəbbə pulu Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.

85. Həmin maddəyə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

86. Hazırda iddiaçı 18900 manat kirayə haqqı üçün Mərkəzi Bankın xx.xx.2023-cü il tarixə uçot dərəcəsinə 9,0%-ini, 1701 manat (18900x9%/100=1701) tələb edir. MPM-in 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.

87. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçının tələb etdiyi 18900 manat kirayə haqqı üçün dəbbə pulu barədə tələb qismən təmin edilməli, (18900x5%/100=945) 945 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

88. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin kirayə haqqının məhz qətnamə icra edilən vaxta kimi tutulması barədə iddia tələbinin təmin edilməməsinin əsassız olması barədə dəlili ilə razılaşaraq aşağıdakıları qeyd edir.

89. İlk növbədə qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən "Tikinti şirkəti" öhdəsinə götürmüşdür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 900 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"yə təhvil verilən günədək ödəniləcəkdir, ''Mülkiyyətçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.

90. Məhkəmə kolegiyasının iclasında cavabdeh iddiaçıya müqavilədə müəyyən olunmuş kirayə haqqının ödənilmədiyini bildirmişdir.

91. Odur ki, cavabeh üzərinə mənzil iddiaçıya təhvil verilən günə kimi ona 900 manat kirayə haqqı ödəməyi öhdəsinə götürdüyündən, lakin bu öhdəliyi icra etmədiyindən, iddia tələbi mənzil iddiaçıya təhvil verilən günə kimi ondan kirayə haqqının tutulması hissədə də əsaslıdır və təmin edilməlidir.

92. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2023-cü il tarixdən başlamaqla hazırkı qətnamənin çıxarıldığı xx.xx.2024-cü il üçün cəmi (2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün cəmi 13 ay x 900manat=11700) 11700 manat, eləcə də qətnamə icra olunan vaxta kimi hər ay 900 manat olmaqla ( hesablanaraq) müvafiq məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

93. İddiaçı apellyasiya şikayətində iddia tələbinin mənəvi zərər hissəsində təmin edilməməsi ilə də razılaşmamışdır. Rayon məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı tərəf buna dair sübut verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin qənaəti əsaslı olmamışdır.

94. Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən aralarında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq ona mənzillər təhvil verilənə kimi kirayə haqqı ödənməli olduğu halda kirayə haqqı ödənilməmiş, onun həyat yoldaşı kirayə haqqını borc alıb vermiş, borcları qaytara bilməmiş, bütün bunlar nəticəsində onun keçirdiyi sarsıntılar səbəbindən qəfil vəfat etmişdir. Belə olan halda, cavabdehin hüquqa zidd hərəkətləri səbəbindən iddiaçının sarsıntı keçirməsi, məyus olması, ümidsizlik və çarəsizlik hisləri yaşaması və bu zəmində də mənəvi zərər çəkməsi şəksizdir.

95. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

96. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

97. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) .

98. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağladığı müqavilə əsasında onun uzun illər yaşadığı binada yerləşən və mülkiyyətində olan mənzili sökərək, həmin binanın yerində inşa ediləcək yeni binada onu mənzillərlə təmin etməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 900 manat məbləği ödəməyi öhdəsinə götürsə də, öz müqavilə öhdəliklərini yerinə yetirmədiyi, kirayə pulunu ödəməməsi, mənzilləri təhvil verməklə bağlı müqavilə öhdəliklərini hal-hazıradək yerinə yetirməməsi, bu arada (xx.xx.2023-cü ildə) ərinin vəfat etməsi nəticəsində yaranmış çətinliklər və sıxıntılar səbəbindən, iddiaçının ümidsizliyə qapılması, mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan, habelə işin diqqətəlayiq digər hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, hazırkı halda pozuntunun müəyyən olunması mənəvi zərəri tam əvəz etmir, ona görə də mənəvi zərərə görə müəyyən məbləğdə əvəzin ödənilməsi təmin olunmalıdır.

99. İddiaçı 10000 manat mənəvi zərərin tutulmasını tələb etmişdir. Kollegiya hesab edir ki, hazırkı işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq 800 (səkkiz yüz) manat pulun tutulması ədalətli və ağlabatandır.

100. Apellyasiya şikayətinin digər dəlili hüquqi xidmət haqqı üçün 330 manat və poçt xidmətləri üçün 40 manat pulun ödənilməsi barədədir.

101. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

102. MPM-ə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, eləcə də məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aiddir (MPM, maddə 115.0.6, 115.0.9.).

103. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

104. Rayon məhkəməsi həmin hissədə iddia tələbini pulun ödənilməsi barədə sübutun təqdim edilməməsi əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəkilə göstərilən xidmət üçün 330 manat, eləcə də poçt xidməti üçün 40 manat miqdarında tələb edilən məbləğ ağılabatan olduğundan, əsaslıdır və həmin hissədə iddia təmin edilməli, cavabdehdən vəkilə göstərilən xidmət üçün 330 manat, eləcə də poçt xidməti üçün 40 manat olmaqla, cəmi 370 manat məhkəmə xərci iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

105. Göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərər, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi və məhkəmə məsrəflərinə aid hissədə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbləri mənəvi zərər hissədə qismən, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması hissədə təmin, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi hissədə qismən, məhkəmə məsrəfləri hissədə isə təmin edilməli, mənəvi zərərin əvəzi kimi 800 manat, qətnamənin çıxarıldığı xx.xx.2024cü il üçün cəmi (2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün cəmi 13 ay x 900manat=11700) 11700 manat, eləcə də qətnamə icra olunan vaxta kimi hər ay 900 manat olmaqla müvafiq məbləğ hesablanaraq cavabdehdən alınaraq iddiaçıya verilməli, 18900 manat kirayə haqqı üçün (18900x5%/100=945) 945 manat dəbbə pulu, məhkəmə xərcləri kimi 370 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

107. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

108. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, mənəvi zərər, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi və məhkəmə məsrəflərinə aid hissələrdə ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbləri mənəvi zərər hissədə qismən təmin, kirayə haqqının qətnamə icra olunan vaxta kimi tutulması hissədə təmin, 18.900 kirayə haqqı üçün dəbbə pulu tələbi hissədə qismən təmin, məhkəmə məsrəfləri hissədə isə təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 800 (səkkiz yüz) manat, qətnamənin çıxarıldığı xx.xx.2024-cü il üçün cəmi (2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün cəmi 13 ay x 900manat=11700) kirayə haqqı kimi 11700 (on bir min yeddi yüz) manat pul vəsaiti, eləcə də qətnamə icra olunan vaxta kimi kirayə haqqı hər ay 900 (doqquz yüz) manat olmaqla hesablanmaqla müvafiq məbləğ, 945 (doqquz yüz qırx beş) manat dəbbə pulu, məhkəmə xərcləri kimi 370 (üç yüz yetmiş) manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun apellyasiya şikayətinə əsasən, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar