Məhkəmə qərarları › İş №2(103)-3061/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3061/2020

10.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3061/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4490/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması, mənzilin cavabdeh tərəfindən dərhal boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 71, 813 nömrəli mənzil xx xxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamayə əsasən xx xxxx 2019-cu il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir (səh.11,32). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4490/2019 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 71, 813 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 13.2, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Cavabdeh, yəni iddiaçı şəxsin bibisi qızı Cavabdeh həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir,mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdeh şəxsin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh şəxs mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh şəxsin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi 2(005)- 4490 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək, İddiaçı tərəfindən ona atası X1 2005-ci ildən 2017-ci ilədək baxdığı hər ay üçün 200 manat olmaqla ümumilikdə 28800 manat kompensasiya, mənzilin təmiri üçün tərəfindən xərclənmiş 8750 manat vəsaiti ödəməklə və iki il müddətinə ailə vəziyyəti nəzərə almaqla həmin mənzildə yaşamaq hüququ nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində bildirmişdir ki, iddia tələbi birinci vərəsə kimi miras əmlakın əldə olunmasına münasibətdə əsaslı olsa da, X1 23 il qulluq etmiş şəxsin hər hansı kompensasiya ödəmədən və möhlət vermədən mənzildən çıxarılmanı tələb etmək əsaslı və ədalətli ola bilməz. 1996-cı ildən vəfat tarixinə kimi yəni xx xxxxxx 2017-ci ilədək X4 faktiki sahiblik və istifadəsində olmaqla nənzildə təkbaşına deyil, onunla və bacısı X5 ilə birlikdə yaşamışdır öz ailəsi ilə birgə yaşamış, ona qulluq etmiş və mərhumun bütün ehtiyaclarını qarşılamışdır. İddiaçının özünün etiraf etdiyi kimi ömürlük birinci qrup əlil olmuş, xəstə atasının saxlanması xərclərinin qarşılaması vəzifəsini aradan qaldırmır. O, öz atasını baxımsız qoymasaydı o da ömrünü mərhumun saxlanmasına yox öz şəraitini qurardı. X1 baxılmış və xərclərini ailə üzvlərilə onlar qarşılamışdır. 2010-cu ildə mənzili əsaslı təmir etmiş- 8750 manat xərcləri çıxmışdır. Hansı ki, iddiaçı bu halları nəzərə almadan 23 il atasına baxmış və xərclərini qarşılamış bir ailəni hər hansı kompensasiya ödəmədən və müvəqqəti yaşamaq üçün möhlət vermədən mənzildən çıxarılmaqlarını tələb edir, ərizəsində çıxarılan şəxslərin dairəsi dəqiq müəyyən edilməmişdir. Bununla bağlı həmin mənzildə təkcə o, yox mərhumun bacısı da həmin mənzildə yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək¸ həmin mənzildə mərhum atasından başqa heçkimin qeydiyyatda olmadığını, cavabdehin mənzilə köçürülməsi üçün heç bir əsasın olmadığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29;MM-in 152-158, 228; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, cavabdeh apellyasiya şikyətində tələblər əks etdirmiş lakin iddia tələbinin forma və məzmununa riayyət edilmədiyindən bunlara qiymət verilməsini kollegiya yolverilməz hesab edir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4490/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar