Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3067/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində olan tikilinin sökülərək qanuni sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1899/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 288T saylı bağ sahəsindən və ona bitişik olan etibarnamə əsasında ona aid olan ümumilikdə 0,10 ha (10 sot) ərazini əhatə edən bağ sahəsindən çıxarılması, yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasına və cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Hüseynağa Həsənağa oğlu arasında Pirşağa qəsəbəsində 0,10 hekatrlıq bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1993-cü il tarixli 24750 №-li Müqavilə bağlanmışdır (səh.8); Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Hüseynağa Həsənağa oğlunun adına həmin 1000 kv m torpaq sahəsinin 630,15 kv m hissəsinə dair xx.xx.2009cu il tarixdə A № 221137 №-li plan və ölçü verilmişdir (səh.15); Sabunçu rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 686 №-li Sərəncamı ilə 630,15 kv metr torpaq sahəsinin üzərində inşa edilən evin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir (səh.59); Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287T saylı bağ sahəsinin 0,9 ha olan torpaq sahəsi X3 xüsusi mülkiyyətində olmuşdur. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) (səh.69); X4 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287T saylı bağ sahəsinin 0,09 ha olan torpaq sahəsinin 0,04 ha hissəsini X1 (5 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li, xx.xx.2018-ci il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi), 0,05 ha hissəsini isə Cavabdeh (5 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi) satmışdır (səh.61-64); xx.xx.2009-cu il tarixdə Hüseynağa Həsənağa oğlunun adından etibarnamə əsasında imza edən X6 (hazırki iş üzrə iddiaçının anası və nümayəndəsi) Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək 0,10 ha torpaq sahəsinə dəyişiklik edib faktiki sahənin 640 kv m qeyd edilməsinə və bununla bağlı özəlləşdirib dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir (səh.58); xx.xx.2010-cu il tarixdə Hüseynağa Həsənağa oğlunun adına 288T saylı bağ evinə və 0,063015 ha torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə ******* №-li Reyestrdən Çıxarış verilmişdir (səh.55); Həmin bağ evini və torpaq sahəsini hazrki iş üzrə iddiaçı Cəfərova X8 Həsənağa oğlundan satın almışdır (Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Adıçəkilən müqavilən yenə də Hüseynağa Həsənağa oğlunun adından etibarnamə əsasında iddiaçının anası və nümayəndəsi X7 imzalamışdır. Beləliklə, İddiaçı və onun anası və nümayəndəsi X7 torpaq sahəsinin 10 sot deyil, 6,3015 sot olduğunu bilmişdilər (səh.53); Hazırda həmin bağ evi və torpaq sahəsi (0,063015 ha) İddiaçının xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) (səh.12); Adıçəkilən torpaq sahəsinin qonşuluğunda Cavabdeh mülkiyyətində olan 5 sot torpaq sahəsi yerləşir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) (səh.44). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1899/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68; "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 3, 6-cı bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, onun mülkiyyətində 0,06 ha topaq sahəsinin olmasına baxmayaraq, ilkin sənədlərə əsasən torpaq sahəsi 10 sot olmuşdur və cavabdeh qalan təxminən 4 sotu zəbt etmişdir. Hazırda iddiaçı torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində olan tikilinin sökülərək qanuni sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsini istəyir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 287 saylı bağ sahəsinin 0,5 ha olan torpaq sahəsi cavabdehin qanuni mülkiyyətindədir. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan 0,063015 torpaq sahəsi ilkin olaraq Hüseynağa Həsənağa oğluna 1993-cü ildə10 sot ayrılsa da, 2009-cu ildən başlayaraq həmin torpaq sahəsi artıq 0,063015 ha olmuş, bunu iddiaçı da, anası da bilmişlər. 10 sot torpaq sahəsinin qalan hissəsi Hüseynağa Həsənağa oğlu tərəfindən özəlləşdirilməmiş və iddiaçıya satılmamışdır. Cavabdeh həmin toraq sahəsində isə qanuni əsaslarla yerləşmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1899/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarına; Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədləri sadalayan məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, yəni iş üzrə müvafiq ekspertiza təyin etmədən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onunla qonşu olan cavabdehin bağ sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən edə bilməzdi. Birinci məhkəmə baxışı iclasında onun tərəfindən iş üzrə müvafiq ekspertizanın keçirilməsinə dair şifahi vəsatətlə müraciət edərkən hakim əvvəlcə aidiyyəti üzrə sənədlərin təqdim edilməsinə dair sorğu verilməli olduğunu, lazımi sənədlər gəldikdən sonra ekspertiza keçiriləcəyini bildirsə də, məhkəmə sorğusunun cavabı gəldikdən sonra ekspertiza təyin etmədən, yerli baxış keçirmədən tələsik şəkildə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etdi. Sənədlərdən də göründüyü kimi iddiaçıya verilən torpaq sahəsi ilkin olaraq 10 sot olmuşdursa, yerdə qalan təxmini 3.7 sot torpaq sahəsi fiziki olaraq yox ola bilməzdi, deməli həmin torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Bundan başqa, məhkəmə baxışı iclasında həm iddiaçının nümayəndəsi və vəkilinin həm də sədrlik edənin sualına cavab olaraq cavabdeh iddiaçıya məxsus tikilinin və hasarın bir hissəsini özbaşına sökdüyünü və sökdükdən sonra İddiaçı məxsus hasarın tikilməsində istifadə edilən daşları (kubikləri) yolun kənarına nəzarətsiz şəkildə atdığını etiraf etmişdir. İşə baxan hakim iddianın bir hissəsi olan dəymiş zərərin əvəzinin ödənilməsi tələbini də təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 vəsatət təqdim edərək və apellyasiya şikayətini müdafiə edərək, torpaq sahəsinin 10 sot olduğunu, onun torpaq sahəsinin hər tərəfdən Qəhrəman adlı şəxsə məxsus olduğunu, qonşuluqda mübahisə yarandığını, faktiki olaraq 6.3 sot torpaq sahəsi aldığını, lakin notarial qaydada təsdiq edilmiş müqavilədə 10 sot torpaq sahəsinin göstərildiyini, həmin əraziyə görə bələdiyyəyə pul ödədiyini, cavabdehin onun 6 sot olan torpaq sahəsinə girərək evi sökdüyünü, daşları götürdüklərini, tualet-hamamı uçurduqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; Mülki Məcəllənin 139-158, 176, 238-245; Torpaq Məcəlləsinin 4, 65, 82, 103, 106- 108; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385 - 390cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi qanunvericiliyə müvafiq və hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar mübahisələndirilmədiyindən, tələbdən kənar olaraq qanuni qeydiyyatları olan şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti rədd edildiyindən ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1899/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3067/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3067/2021
15.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver