Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3068/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil İddiaçı, cavabdehin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı "pul" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4807/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məcburi işburaxma müddəti üçün, yəni xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 4637,96 manat olmaqla, cəmi 20870,82 manat əmək haqqının, məzuniyyət pulu olan 4637,96 (3637,96+1000) manat məbləğin və iddiaçıya ödəyəcəkləri 13500 manat əmək haqqına əlavənin əvəzi qismində ümumi bonus məbləğinin, hüquqi yardıma görə 1500 manat, dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin, hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 150000 manat pul vəsaitinin, ümumillikdə 190538,78 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək işə gəlməyən iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4807/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17, 42, 75, 300-cü maddəsinin 1 -ci hissəsinə; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx xxxxxx 2008-ci il tarixli Qərarına; «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77.1, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh Şirkət arasında son olaraq xx xxxxx 2020-ci il tarixli, 0921/01 saylı əmək müqaviləsi bağlanılmışdır. İddiaçının əmək müqaviləsi üzrə vəzifəsi "İnformasiya texnologiyaları üzrə mütəxəssis” olmuşdur. xx xxxxxxx 2020-ci il tarixinə qədər qüvvədə olan həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 3637.96 manat məbləğində müəyyən edilmişdir. 2020-ci ilin may ayının sonlarından cavabdeh Şirkətin qazma əməliyyatları və əlaqəli digər xidmətlərin dayandırılması, qazma xidmətləri müqavilələrinə xitam verilməsi, həmçinin yeni layihələrin olmaması nəticəsində Şirkətdə İT xidmətlərinə, o cümlədən proqramlaşdırma üçün davamlı texniki dəstəyə ehtiyac kəskin şəkildə azalmışdır. Bu səbəbdən Şirkətdə iddiaçının əmək funksiyasına aid edilmiş işlərin həcmi azaldığından Şirkətin xx xxxx 2020- ci il tarixli, 1152 saylı əmri ilə xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç” bəndi ilə xitam verilmiş, əmək haqqı və digər ödəmələr də daxil olmaqla son haqq-hesab aparılmışdır. İddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı öz ərizəsində işə bərpa edilməsinə dair heç bir tələb irəli sürməmişdir. Halbuki, iddiaçı tərəfindən tələb edilən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hüququ işçinin qanunsuz işdən çıxarılması və bununla əlaqədar olaraq işə bərpa edilməsini tələb etmək hüququndan yaranır. Məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi ayrılıqda müstəqil tələb deyil və yalnız işçinin işə bərpa edilməsini tələb etmək hüququ olduqda yaranır. Hazırkı halda iddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işə bərpa haqqında heç bir iddia qaldırmamış, Şirkətin iddiaçı ilə olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verildiyini qəbul etmişdir. Məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hüququ işçinin qanunsuz işdən çıxarılmasından qaynaqlandığından və müstəqil tələb olmadığından, iddiaçının məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi üçün iddia qaldırmaq hüququ yoxdur. Bütün tələblər gözləndiyindən əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. Bu cür əsas əmək müqaviləsində müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsində işçi ilə əmək müqaviləsinə istinad edilən əsas üzrə xitam verilməsi təsbit edilmişdir. İddiaçının məzuniyyət pulunun ödənilməsinə dair tələbləri əsassızdır. İddiaçı öz iddia ərizəsində xx xxxx 2020-ci il tarixindən etibarən xx xxxxxxx 2020-ci il tarixinə qədər hesablanmalı olan məzuniyyət pulunun ödənilməsini tələb edir. İşin materiallarından göründüyü kimi iddiaçı xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə qədər əmək məzuniyyətində olmuş və məzuniyyət üçün müvafiq məzuniyyət pulu iddiaçıya ödənilmişdir. İddiaçının məzuniyyəti xx xxxxx 2020-ci il tarixli 055-20/HOV saylı müvafiq əmr ilə rəsmiləşdirilmişdir. İddiaçı ilə xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilərkən son haqq-hesab aparılmış, son haqq-hesab çərçivəsində iddiaçıya 2375.58 manat məzuniyyət pulu ödənilmişdir. Buna görə də, iddiaçının məzuniyyət pulunun ödənilməməsi ilə bağlı iddia tələbləri əsassızdır. Bundan əlavə, iddiaçı öz ərizəsində şöbə müdirinin şifahi danışıqlar və müəyyən yazışmalar zamanı verdiyi vədlərə istinad etməklə, əmək haqqına əlavələrin ödənilməsini tələb edir. İşəgötürənin əmək münasibətləri çərçivəsində hər hansı bir şifahi vədi, sözü və ya zəmanəti yalnız o halda hüquqi qüvvəyə malik olur ki, işçi və işəgötürən bu barədə əmək müqaviləsinə yazılı formada dəyişiklik etsin. Tərəflərin imzaladıqları hər iki əmək müqaviləsində hər-hansı bir əlavə və dəyişikliyin yazılı formada edilməsi ilə bağlı tələb müəyyən edilmişdir. xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 22-ci maddəsinin 1-ci paraqrafında qeyd edilmişdir ki, müqavilənin şərtlərinə hər hansı əlavə və ya düzəlişlər yazılı şəkildə edilməli və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Yazılı formada rəsmiləşdirilmədiyi halda şifahi vədlər heç bir hüquqi əhəmiyyətə malik deyildir. İddiaçı bu cür mənəvi sarsıntı və ya iztirab keçirməsi, sağlamlığına hər hansı bir ziyanın dəyməsi, müalicə olunma faktları, iddiaçıya dəyən mənəvi zərərin və iztirabların xarakteri və dərəcəsi, iztirabların hansı formada ifadə olunması ilə bağlı ümumiyyətlə heç bir fakt mövcud deyildir. İddiaçı mənəvi zərərin ödənməsinə əsas verən heç bir hala dair sübut təqdim etməmiş, belə halın olmasını yalnız ümumi sözlərlə ifadə etməklə kifayətlənmişdir. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(006)-4807/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 Hüquqları Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı xx.xx.1999-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Qanunvericilikdən sui-istifadəyə yol verilməməlidir. Halbuki cavabdeh buna yol verib və əmək müqaviləsinə əlavə etdiyi 75.2 ç) bəndlə pandemiya vaxtı onu işdən azad edib. 1-ci instansiya məhkəməsi məsələnin bu tərəfinə cavabsız qalmışdır. Pandemiya dövründə zatən hər yerdə məntiqi olaraq iş həcmi azalmışdır. Bu səbəblə işçini işdən çıxarmamaqla bağlı dövlət dəfələrlə işəgötürənləri xəbərdar etmişdir. Cavabdeh buna da məhəl qoymamışdır. 1-ci instansiya məhkəməsi də bu məsələyə münasibət bildirməyərək əsassız qətnamə qəbul etmişdir. Hərbi vəziyyətlə əlaqədar ondan sonra işdə qalan yeganə proqramist də müharibayə getmiş və şirkətdə proqramist qalmamışdır. Cavabdeh şirkət nəhəng şirkətdir, onun proqramistsiz qalması inandırıcı deyil. İşəgötürən yenə onu işə dəvət etməmişdir. Halbuki öhdəlik götürmüşdü ki, onu yenidən işə çağıracaq. Çağırmamışdır. 1-ci instansiya məhkəməsi buna da biganə qalmış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Oktyabrda onun şirkətlə olan əmək müqaviləmin müddəti bitdi. Şirkət isə onu həmin ilin iyun ayında işdən çıxartmışdı. Bəs yaxşı, sual olunur, ƏM-nin 75.2 ç) maddəsi ilə işəgötürənin faktiki hərəkətləri nə qədər üst üstə düşdü? Həqiqətən cavabdehin niyyəti onu yenidən işəgötürmək olsaydı, proqramistin olmadığı dövrdə, proqramistə ehtiyac yaranan dövrdə onu işə götürərdi. 1-ci instansiya məhkəməsi bu məsələyə də düzgün qiymət verməmişdir. Cavabdeh iş həcminin azalmasını sübut edən heç bir rəsmi sənəd təqdim etməmişdir. Sözdə iş azaldı deyib, onu işdən çıxarmışdır. 1-ci instansiya məhkəməsi bu məsələyə də doğru hüquqi qiymət verməmişdir. Cavabdeh onu nə vaxt, hansı şərtlərlə, hansı vəzifəyə işə götürəcəyinə dair yazılı heç bir sənəd təqdim etməmişdir. Bu da nəzərə alınmalıdır. Hər nə qədər görmədiyi və bilmədiyi qoruyucu faktorlar cavabdehin xeyrinə qətnamə qəbul edilməsinə yardımçı olsa da, hesab edir ki, Azərbaycan Respublikasında ədalətli məhkəmə sistemi, ədalətli və qanunu doğru düzgün tətbiq edən hakimlər mövcuddur. Odur ki, ədalətinizə sığınaraq bir vətəndaş kimi, bir insan kimi pozulmuş hüquqlarının bərpa edilməsində ona yardımçı olacağına ümid edir. Əlində olan bütün dəlillərini, sübutlarını 1-ci instansiya məhkəməsində təqdim etdi. Bundan artıq əlindən bir şey gəlmir. Heç də sirr deyil ki, sənəd üzərində hər şeyi təmiz göstərmək mümkündür. Yəni qurulan ‘təmiz’ işəgötürən obrazı ədalətdən daha güclü ola bilməz. Bu oyunu görə bilən, bu oyunu poza bilən güclü hakimlər, müstəqil hakimlərin olduğuna inanır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şirkətdə ixtisara salınmanın olmadığını, buna dair sübutlarının olduğunu, əmrdə guya 17 aprel -17 may tarixlərində məzuniyyətdə olmasının qeyd edildiyini, guya 2018- 2020-ci illərə görə məzuniyyət verildiyini, lakin 14 apreldə işdən azad olunduğunu, xx xxxxx 2020-ci il tarixdə işə başlayan işçiyə guya bir gün sonra bir aylıq məzuniyyət verildiyini, onun 15 apreldə işə daxil olması, 17 apreldən də bir aylıq məzuniyyətə çıxmasının nə dərəcədə məntiqli olduğunu, birinci instansiya məhkəməsi tərəfindən bu faktların heç biri araşdırılmadığını, hüquqi qiymət verilmədiyini, məzuniyyətə görə ödənişin 12 may tarixində edildiyini, pandemiya vaxtı ərzində işdən azad edilməsinin qanuvericilikdə qadağan edildiyini, həmçinin işə bərpa olunmaq istəmədiyini və təzminat tələb etdiyini, 01-30 aprel tarixində məzuniyyətdə olması barədə ərizənin saxta olduğunu, həmin dövrdə ərzində işdə işlədiyini, işdə azad etməmələri üçün həmin ərizəyə imza etdiyini, amma gələcəkdə məzuniyyətdə çıxa biləcəyəni, həmin pulu alacağını güman etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək və etiraz verərək, iddiaçıya şirkət tərəfindən 3314 manat məzuniyyət pulu verildiyini, sonradan 2257.67 manat ödəniş edildiyini, iddiaçının bonus söz verildiyi barədə məlumatının doğru olmadığını, bonus verilməsi barədə vədin verilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4807/2020 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında cavabdeh "Cavabdeh" MMC apellyasiya şikayətinə etiraz edərək, iddiaçı ilə cavabdeh arasında son olaraq xx xxxxx 2020-ci il tarixli, 0921/01 saylı əmək müqaviləsi bağlanılmışdır. İddiaçının əmək müqaviləsi üzrə vəzifəsi "İnformasiya texnologiyaları üzrə mütəxəssis” olmuşdur. xx xxxxxxx 2020-ci il tarixə qədər qüvvədə olan həmin əmək müqaviləsinə əsasən İddiaçının əmək haqqı 3637.96 manat məbləğində müəyyən edilmişdir. Cari ilin may ayının sonlarından Şirkətin qazma əməliyyatları və əlaqəli digər xidmətlərin dayandırılması, qazma xidmətləri müqavilələrinə xitam verilməsi, həmçinin yeni layihələrin olmaması nəticəsində Şirkətdə İT xidmətlərinə, o cümlədən proqramlaşdırma üçün davamlı texniki dəstəyə ehtiyac kəskin şəkildə azalmışdır. Bu səbəbdən Şirkətdə İddiaçının əmək funksiyasına aid edilmiş işlərin həcmi azaldığından Cavabdehin xx xxxx 2020-ci il tarixli, 1152 saylı əmri ilə xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin ("Məcəllə”) 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə xitam verilmiş, əmək haqqı və digər ödəmələr də daxil olmaqla son haqq-hesab aparılmışdır. Əmək müqaviləsinə xitamın qanunsuz olaraq həyata keçirildiyini hesab edən İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət pulunun, əmək haqqına əlavənin əvəzi qismində ümumi bonus məbləğinin, hüquqi yardım, dövlət rüsumu əvəzində pul məbləğinin, eləcə də maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsi İddiaçının mövqeyi ilə razılaşmamış və İddiaçının iddia tələbinin tam olaraq rədd edilməsi barədə Qətnamə çıxarmışdır. İddiaçı Apelyasiya Şikayətində iddia tələbinin predmetinə aid olmayan məsələlərə toxunmuş, eləcə də Nəsimi Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərə bilməmişdir. Nəsimi Rayon Məhkəməsi iddiaçı və cavabdehin mövqeyini dinləmiş, işin materialları ilə tanış olmuş və qərara gəlmişdir ki, iddiaçının mövqeyi hüquqi baxımdan əsassız olduğundan İddiaçının iddia tələbləri tam şəkildə rədd edilməlidir. Nəsimi Rayon Məhkəməsi İddiaçının iddia tələblərinə bir-bir münasibət bildirmiş və İddiaçının həm məcburi işburaxma dövrü üçün əmək haqqı, həm ödənilməmiş məzuniyyət pulu, həm İddiaçının iddia etdiyinə görə ona verilmiş şifahi vədlər, həm də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsinə dair iddialarının tam olaraq əsassız olduğu barədə qənaətə gəlmiş və öz qənaətini təqdim edilmiş sübutlar, sənədlər və dəlillərlə əsaslandırmışdır. İddiaçı isə maddi və prosessual hüquq normalarının pozulmasının hansı formada təzahür etdiyini əsaslandırmaq və Məhkəmənin diqqətinə çatdırmaq əvəzinə Apelyasiya Şikayətinə yalnız öz əsaslandırılmamış mülahizələr və fikirlərini daxil etmiş və heç bir hüquqi mövqe ortaya qoymamışdır. İddiaçının verdiyi Apelyasiya Şikayəti tam olaraq rədd edilməli və Nəsimi Rayon Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəsimi Rayon Məhkəməsi tərəfindən İddiaçının iddia tələblərinin rədd edilərək qətnamə çıxarılması maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmamışdır. İddiaçının Apelyasiya şikayətində maddi və prosessual hüquq normalarının hansı formada pozulmasına dair heç bir istinad olmasa da, Nəsimi Rayon Məhkəməsinin Qətnaməsinin tam olaraq qanuni və əsaslı olduğunu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini və işin faktiki hallarına uyğun olduğunu bir daha Məhkəmənin diqqətinə çatdırmağın zəruri olduğunu düşünürük. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilən Qətnamə qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğundur və beləliklə, aşağıdakı dəlillər nəzərə alınmaqla, tamamilə qanuni və əsaslıdır. İddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı öz iddia ərizəsində işə bərpa edilməsinə dair heç bir tələb irəli sürməmişdir. Halbuki, İddiaçı tərəfindən tələb edilən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hüququ işçinin qanunsuz isdən çıxarılması və bununla əlaqədar olaraq işə bərpa edilməsini tələb etmək hüququndan yaranır. Göründüyü kimi, məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi ayrılıqda müstəqil tələb deyil və yalnız işçinin işə bərpa edilməsini tələb etmək hüququ olduqda yaranır. Hazırkı halda İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işə bərpa haqqında heç bir iddia qaldırmamış, Cavabdehin İddiaçı ilə olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verdiyini qəbul etmişdir. Məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hüququ işçinin qanunsuz isdən çıxarılmasından qaynaqladığından və müstəqil tələb olmadığından, İddiaçının məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi üçün iddia qaldırmaq hüququ yoxdur. Bu baxımdan, Nəsimi Rayon Məhkəməsi haqlı olaraq İddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddia tələbini tam həcmdə rədd etmişdir. Yuxarıda sadalanan bütün tələblər cavabdeh tərəfindən gözlənildiyindən və müvafiq sənədlərlə təsdiqləndiyindən Nəsimi Rayon Məhkəməsi haqlı olaraq əmək müqaviləsinə xitam verilməsini əmək qanunvericiliyinin tələblərinə uyğun hesab etmişdir. Buna baxmayaraq, iddiaçı apellyasiya şikayətində təkrar olaraq qeyd edir ki, Cavabdeh iş həcminin azalmasını sübut edən heç bir rəsmi sənəd təqdim etməmişdir. Halbuki qanunvericilik iş və xidmətlərin həcminin azalmasının hansı formada təsdiq edilməsinə dair məcburi göstəriş müəyyən etmədiyindən, bu məsələnin işəgötürən tərəfindən müstəqil qaydada həlli qanunauyğun olmuşdur. Məcəllədə istinad edilən bənd üzrə işin və ya xidmətlərin həcminin azalması ilə əlaqədar hər hansı bir yazılı formada əsaslandırmanın olması və ya xidmətlərin həcminin azalmasının müəyyən bir formada təsdiqi ilə bağlı imperativ göstəriş yoxdur. Qanunvericilik işlərin və xidmətlərin azalması barədə qənaətləri və qərarları işəgötürənin mülahizəsinə buraxmışdır. Əlavə olaraq, Şirkətin layihələrinin müddətinin bitməsi səbəbindən yalnız bir qazma qurğusunun fəaliyyət göstərməsi ilə əlaqədar iş və xidmətlərin həcminin azalmasına dair təsdiqedici hal və sübutlar Nəsimi Rayon Məhkəməsinin diqqətinə çatdırılmışdır. Nəsimi Rayon Məhkəməsi isə öz növbəsində haqlı olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə istinad edilən maddə üzrə xitam verilməsini qanunauyğun hesab etmişdir. İddiaçının məzuniyyət pulunun ödənilmədiyinə dair iddiaları tam olaraq əsassızdır və təqdim edilmiş sənədlər məzuniyyət pulunun tam həcmdə ödənildiyini təsdiq edir. İddiaçı öz iddia ərizəsində xx xxxx 2020-ci il tarixindən etibarən xx xxxxxxx 2020-ci il tarixinə qədər hesablanmalı olan məzuniyyət pulunun ödənilməsini tələb edir. İddiaçı xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə qədər əmək məzuniyyətində olmuş və məzuniyyət üçün müvafiq məzuniyyət pulu İddiaçıya ödənilmişdir. İddiaçının məzuniyyəti xx xxxxx 2020-ci il tarixli 055-20/HOV saylı müvafiq əmr ilə rəsmiləşdirilmişdir. Əlavə olaraq, iddiaçı ilə xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilərkən son haqq-hesab aparılmış, son-haqq hesab çərçivəsində İddiaçıya 2375.58 manat məzuniyyət pulu ödənilmişdir. İddiaçıya 2020-ci ildə məzuniyyətdə olduğu dövr üçün məzuniyyət pulunun, habelə son haqq-hesab çərçivəsində istifadə olunmamış məzuniyyət günləri üçün məzuniyyət pulunun ödənildiyini təsdiq edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş və eyni zamanda da, İddiaçının özü tərəfindən də məhkəmə iclası zamanı təsdiq edilmişdir. Bunları nəzərə alaraq, Nəsimi Rayon Məhkəməsi haqlı olaraq məzuniyyət pulunun ona ödənilməli olması ilə bağlı İddiaçının tələbini rədd etmişdir. İddiaçının ərizəsində irəli sürdüyü əmək haqqına əlavənin əvəzi qismində pul məbləğinin ödənilməsi tələbi əsassızdır. İddiaçı öz ərizəsində öz şöbə müdirinin şifahi danışıqlar və müəyyən yazışmalar zamanı verdiyi vədlərə istinad etməklə, əmək haqqına əlavələrin ödənilməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsi İddiaçının bu iddiasını haqlı olaraq rədd etmişdir. Belə ki, ilk növbədə, İddiaçının şöbə müdirinin bu cür vəd vermək səlahiyyəti yox idi, çünki işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsi, əmək haqqının artırılması və ya əmək haqqına əlavənin verilməsinə münasibətdə məhz işəgötürəndən başqa müəssisənin digər vəzifəli şəxslərinin qərar vermək səlahiyyəti yoxdur. Əlavə olaraq, bu cür vəd hətta işəgötürən tərəfindən verilsəydi belə, işəgötürənin əmək münasibətləri çərçivəsində hər hansı bir şifahi vədi, sözü və ya zəmanəti yalnız o halda hüquqi qüvvəyə malik olur ki, işçi və işəgötürən bu barədə əmək müqaviləsinə yazılı formada dəyişiklik etsin. Yazılı formada rəsmiləşdirilmədiyi halda şifahi vədlər heç bir hüquqi əhəmiyyətə malik deyildir. Bu baxımdan, Nəsimi Rayon Məhkəməsi İddiaçının sözügedən iddia tələbinə düzgün hüquqi qiymət vermiş və onu haqlı olaraq rədd etmişdir. İddiaçının mənəvi zərərin əvəzi olaraq ödənilməsini tələb etdiyi pul məbləğinə dair tələbi əsassızdır. Əmək qanunvericiliyinin tələbinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Hazırkı iş üzrə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürən olan Cavabdeh tərəfindən işçi olmuş İddiaçıya heç bir mənəvi ziyan dəyməmişdir. Belə ki, işçiyə mənəvi ziyan vurulmasına gətirib çıxa biləcək yuxarıdakı maddə üzrə sadalanan hallar baş verməmiş, eləcə də İddiaçı mənəvi sarsıntı və ya iztirab keçirməsi, sağlamlığına hər hansı bir ziyanın dəyməsi, müalicə olunması faktlarına dair heç bir əsaslı sübut təqdim etməmiş, belə halların olmasını yalnız sözlərlə ifadə etməklə kifayətlənmişdir. Nəticədə Cavabdehin İddiaçının şərəf və ləyaqətini alçaldan və ya ləkələyən heç bir addım atmadığını, böhtan xarakterli heç bir məlumat yaymadığını, İddiaçını təhqir etmədiyini və ümumiyyətlə Məcəllənin 290cı maddəsində müəyyən edilmiş hallardan heç birinə yol vermədiyini, o cümlədən İddiaçının mənəvi ziyanın vurulmuş olması ilə bağlı heç bir sübut təqdim etmədiyini nəzərə alaraq, Nəsimi Rayon Məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı bütün iddia tələblərini tamamilə əsassız hesab etmiş və onları rədd etmişdir. Göründüyü kimi. Cavabdehin Apelyasiya Şikayətində əks etdirdiyi mövqe və iddia tələbləri tamamilə əsassızdır. Bu baxımdan Nəsimi Rayon Məhkəməsi haqlı olaraq həmin iddia tələblərini qətnamədə tamamilə rədd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17, 42, 75, 296, 300; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-388, 404; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apelyasiya şikayətinin dəlilləri işdən azad edilmənin və məzuniyyətin verilməsinin qanunsuz olduğuna əsaslanmış, lakin bunlara dair əmr və sair sənədlər mübahisələndirilmədiyindən tələbdən kənar araşdırma mümkün olmamışdır. Ona görə, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Bununla belə izah edilməlidir ki, sübutlarla müəyyən edilməsi mümkün olan digər tələblər həddində tərəflər arasında mümkün mübahisələr üzrə onların məhkəmə müdafiə hüquqları istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4807/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3068/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3068/2021
15.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver