Məhkəmə qərarları › İş №2(103)-3071/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3071/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3071/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 606/2024 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti vermişdir. İş apellyasiya icraatında olan zaman Nərimanov Rayon Məhkəməsi müraciət edərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 ASC tərəfindən xx.xx.2024-cü il tarixdə şikayət verilməsi səbəbindən işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və xx.xx.2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 ASC tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş Cavabdeh2 ASC tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar