Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3075/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(004)- 1034/2022 saylı qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işdən azad edilmə barədə əmrin ləğvi tələbinə dair iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra isə Cavabdeh QSC İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin və 479.352 manat həcmində zərərin ondan tutularaq Cavabdeh QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı Cavabdeh QSCnin İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, dövlət rüsumu ilə bağlı məsələ 2 hissədən ibarətdir, yəni dəymiş ziyanın ödənilməsi və cərimənin ödənilməsi. Cərimənin ödənilməsi bağlı hissədə görünür ki, həqiqətən də mülki hüquqi mübahisədir. Ona görə də o hissə ilə bağlı rüsum ödənildi. Rüsumun digər hissəsi isə dəymiş ziyanla bağlıdır. Bu əmək mübahisəsi olduğu üçün rüsumdan azaddır. Məhkəmənin 03 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olan iddia ərizələri üçün dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd olunan müddəasının mənası və ruhu əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif olan məhz işçi mənafeyinin qorunmasına yönəlmişdir və qeyd olunan müddəanın (9.1.1-ci maddəsinin) işəgötürənə münasibətdə şamil olunması qanunvericiliyin ruhuna uyğun deyildir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Belə olan halda kollegiyanın qənaətinə görə qarşılıqlı iddia ərizəsində zərərin ödənilməsi tələbi 479.352,00 manat həcmində olduğundan, dövlət rüsumu da qarşılıqlı iddia üzrə göstərilən tələbə mütənasib ödənilməlidir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən dəlillər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1034/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3075/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3075/2022
31.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver