Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3077/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X28, müstəqil tələb irəli sürən üçüncü şəxs X21, müstəqil tələb irəli sürən üçüncü şəxs S.Nəbiyevanın nümayəndəsi və vəkili X31 iştirakları ilə, İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 3-cü şəxs qismində “xxxx” MTK cəlb edilməklə İddiaçı qarşı pul tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı X10 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil ona və ailəsinə məxsusdur. Həmin mənzili o, xx.xx.2009-cu ildə “xxxx” MTK-nın sədri X50 ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmişdir. Həmin mənzilin əldə olunması üçün o, “xxxx” MTK-ya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Qeydolunan mənzili o və ailəsi öz şəxsi vəsaitləri hesabına əldə etmişlər. Cavabdeh və ailəsi həmin mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh qardaşı X1 arvadıdır. X42 cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 1 (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları X29 anadan olmuşdur. X43 cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə o, həyat yoldaşının razılığı ilə ona və ailələrinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişlər. Mənzili X42 və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə o, ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişlər. Məqsədləri o olmuşdur ki, qardaşıgil başqalarının qapısında kirayədə yaşamasınlar, kirayəyə verdikləri pulu da yığıb özlərinə ev və ya mənzil alsınlar. Onların də köməkləri bu şəkildə dəysin. Lakin aradan keçən bu müddət ərzində onlar hələ də özlərinə ev ala bilməmişlər. Cavabdeh ilə X42in ailə münasibətləri son 3 (üç) ilə kimi, yəni 2016-cı ilin əvəllərinə kimi nisbətən normal olmuşdur. 2016-cı ildən başlayaraq cavabdehlə qardaşı Bəhruzun ailə münasibətləri pozulmağa başlamışdır. Səbəb isə cavabdehin qardaşı Bəhruzu eşitməməsi, ona bir ər kimi hörmət qoymaması, onu saymaması, yersiz iddialar irəli sürməsi, öz istədiyini və bildiyini etməsi və s. olmuşdur. Bu səbəbdən də tez-tez onların ailələrində mübahisələr, söz-söhbətlər və münaqişələr baş vermiş, ailə münasibətləri getdikcə kəskinləşmiş və ailə münasibətlərində ciddi soyuqluq yaranmışdır. Bu üç il ərzində həmişə qardaşı və ailəsi çox çalışmşlar ki, qardaşı və cavabdeh arasında ailə münasibətləri pozulmasın və ailələri dağılmasın. Ancaq cavabdehin ailə məsuliyyətini dərindən dərk etməməsi səbəbindən yaxşılığa doğru heç bir şey baş vennəmişdir. Onların bütün səylərinə baxmayaraq qardaşı Bəhruzun cavabdehlə olan ailə münasibətləri getdikcə daha da kəskinləşmiş və pisləşərək dözülməz həddə gəlib çatmışdır. Artıq bir yerdə yaşamaq mümkün olmadığına görə qardaşı Bəhruzla cavabdeh 2018ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Qardaşı Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi ona və ailəsinə məxsus, onlara müvəqqəti yaşamaq üçün verdikləri 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşayırlar. Artıq cavabdehlə bir yerdə yaşamalarının mümkün olmadığını görən qardaşı Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3875/2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları xxxx cavabdehin yanında saxlanılmışdır. O, indiyə kimi dəfələrlə cavabdehdən ona və ailəsinə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzillərini boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh onu eşitmir, mənzillərindən çıxmır və çıxmaq istəmir. Cavabdeh qardaşı Bəhruz ondan boşandığına görə bu yolla onlardan qisas almaq istəyir. Cavabdeh ona və ailəsinə məxsus olan, müvəqqəti yaşamaq üçün ona və X42ə verdiyikləri Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllə,bina 2-də yerləşən 36 saylı mənzilində heç bir hüquq və aidiyyatı yoxdur. Mənzildə köçüb yaşamağa başlayandan indiyə kimi Cavabdeh və ailəsinin ona və ailəsinə ziyanlarından başqa heç bir xeyrləri dəyməmişdir. Belə ki, onlar mənzildə yaşadıqları vaxtdan indiyə kimi 36 saylı mənzilin bütün kommunal xərclərini və vergiləri də o və ailəsi ödəmişdir. Bu yolla da o və ailəsi onlara kömək etmək istəmişlər. Bütün bu qədər yaxşılığın əvəzini cavabdeh mənə və ailəmə bu gün belə verir. Bir daha qeyd edib bildirir ki, Cavabdeh Miisavər qızı ona və ailəsinə məxsus olan 36 saylı mənzili boşaldıb oradan çıxmamaqla onun və ailəsinin hüquqlarını və qanuni mənafeyini ciddi şəkildə pozur. Onun bu hərəkətləri tam qanunsuzluqdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair X21 ilə “xxxx” MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Gülşən 2008-ci ildə Bəhruz Şirəliyev ilə nişanlanıb. Onların maddi durumları yaxşı idi. X44 maddi durumu aşağı idi. Buna baxmayaraq, bir-birilərini üzun müddətdir tanıdıqlarına və sevdiklərinə görə qızının ürəyini qırmayıb Gülşəni həmin oğlana vermişlər. 2 il nişanlılıq müddətində oğlanın maddi durumu ev almağa uyğun olmadığı üçün qızına ev axtarmağa başlamışdır. Axtarışlar nəticəsində “xxxx” MTK-nı məsləhət görmüşlər. Həm qiymət baxımından uyğun olduğu üçün, həm də öz evinə yaxın ərazidə yerləşdiyi üçün o, “xxxx” MTK-dan ev almaq qərarına gəlmişdir. 104 000 (yüz dörd min) ABŞ dolları (45 000 əlbəəl olmaqla) banka pul ödəyərək evi almışdır. Ödəniş etdikdən sonra onlar müqaviləni hazırlamışlar. Həmin vaxt yanında Bəhruz Şirəliyev və onun bacısı İddiaçı da olub. Onun xəbəri olmadan Bəhruz Şirəliyev müqaviləyə öz bacısının adını yazdırmışdır. Müqaviləyə isə o özü imza atmışdır. Lakin, oradakı qarışıqlıq səbəbindən müqavilədə yazılan ada fikir verməmişdir. Aldığı evin təmirinə 70 000 (yetmiş min) manat xərcləmişdir. Evdə işləyən ustaların hamısı buna şahiddirlər. Bütün otaqlara televizor, kondisioner, mebel və italian qapılar qoymuşdur. Toydan sonra yoldaşı oğlana Volksvagen markalı avtomobil hədiyyə etdi. 3 il sonra daha bir Hyundai Grandeur markalı avtomobil hədiyyə etmişdir. Hal-hazırda avtomobil onun həyətindədir. Toylarından iki il sonra övladları olmadığı üçün Almaniyanın Köln şəhərində və Türkiyənin İstanbul şəhərində müalicə etdirmişdir. Bütün bu xərclərin hamısını onlar ödəmişlər. Bir müddət sonra onların bir qız övladı Leyla Şirəliyeva dünyaya gəlmişdir. Uşağın bir ayından sonra sağlamlığında problem olduğu üçün uşağı Almaniyaya əmiyyata aparmışlar. Əməliyyat xərcləri onlar tərəfindən ödənilmişdir. Evlilik müddəti ərzində qızı Vergilər Nazirliyində işləyirdi və maaşı oğlanın maaşından dörd qat üstün idi. Leyla Şirəliyeva iki yaş yarımından 600 manatlıq bağçaya gedib, indi də halhazırda 600 manatlıq məktəbdə təhsil alır. Bu günə qədər 14 000 (on dörd min) manat bağçaya, 4000 (dörd min) manat ödəniş olub. Bundan əlavə, qızının ailəsinin bütün maddi çətinliklərinin hamısını onlar ödəmişlər. Bəhruz Şirəliyev və ailəsinin heç bir maddi köməkliyi olmamışdır. Bir müddət sonra Bəhruz Şirəliyev işdən azad edilmişdir, 4 il heç bir yerdə işləməmişdir. Hər dəfə qızından və onlardan pul tələb edirdi. Qızı ona artıq yoruldum deyib pul vermədiyinə görə boşanma ərizəsi vermişdir. Boşanmadan sonra Bəhruz Şirəliyevin bacısı Aynur tərəfindən evə qarşı iddia qaldırılmışdır ki, guya ki, ev Aynurundur. Hansı ki, ev alınanda Aynur özü Əhmədlidə Kirayə yaşıyırdı. Həmin bu iddiadan sonra onlar öyrənmişilər ki, müqavilədə Aynurun adı qeyd olunub. Lakin müqavilədəki imza onundur və ev onun tərəfindən alınıb. Bunu evi satan şəxs və “xxxx” MTK da bilirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, mübahisəli mənzil sahəsi tərəfindən 104 400 ABŞ dolları və 45.000 AZN ödənilməklə “xxxx” MTK-dan alınmışdır. Müqavilədə və maliyyə arayışında yalnız 104 400 ABŞ dolları göstərilsə də, həmin məbləğdən başqa 45.000 AZN pulu o, əlbəəl ödəmişdir. Baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müqavilədəki imzanın İddiaçı tərəfindən imzalanması göstərilmişdir, faktiki olaraq müqavilə onun tərəfindən imzalanmışdır, ən əsası isə müqavilədə göstərilmiş mənzilin dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Məhkəməyə dəvət edilmiş şahidlərin ifadələri ilə həmin hallar tam təsdiq olunur. Təsəvvür edin ki, İddiaçı indiyədək ailəsi ilə kirayələrdə yaşadığı halda, onun qızına o cür bahalıqda, 4 otaqlı mənzil aldığını iddia edir. Hansı ki, bu, absurd bir haldır. Müqavilədəki imzanın onun tərəfindən edildiyini digər qaydada təsdiqləyə bilməsə də, mənzilin dəyər məbləğini ödədiyini, mənzilin təmirinə 70.000 manatdan artıq pul xərclədiyini və zəruri, bahalı mebel və digər zəruri əşyalarla təchiz etdiyini təsdiq edən mötəbər sübutlara malikdir. Bu sübutların bir qismi artıq məhkəmədə tədqiq olunmuşdur, bir qismi isə tərəfindən yenə də təqdim ediləcəkdir. xx xxxxxxxx 2009-cu il tarixli müqavilənin 2-ci bəndinə əsasən mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçun 600 ABŞ dolları, cəmi 104 400 (bir yüz dörd min dörd yüz) ABŞ dolları müəyyən edilmişdir. MTK tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışda mənzilin dəyərinin ödənildiyi qeyd edilsə də, bu deyərin məhz İddiaçı tərəfindən ödənildiyi görünmür. Belə ki, bunun sadə bir izahı vardır ki, həmin pul onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir və ödənilə də bilməzdi, buna onun və ailəsinin maddi imkanı heç cür yol vermirdi, qeyd etdiyi kimi onlar kirayədə yaşayan insan olmuşlar, mənzil alınan vaxt da kirayədə yaşamışlar. Mənzilin tam dəyəri və təmir xərcləri tərəfindən ödənilmiş, qızının cehizi kimi müvafiq ev əşyaları, avadanlıqları ilə təmin edilmişdir. Bütün bunlar isə məhkəmədə öz təsdiqini tapmışdır. Qızı Cavabdeh iddiası üzrə cavabdeh İddiaçı X42lə ailə münasibətləri pozulduğu üçün ayrıldıqdan sonar, Bəhruz Şirəliyev mənzili tərk edərək getmişdir, qızı ilə nəvəsi mənzildə yaşayırlar, buradan da görünür ki, Bəhruz Şirəliyev qısa vaxtda başa düşdü ki, mənzilin onunla və ya başqası (hətta bacısı İddiaçı) ilə əlaqəsi, bağlılığı yoxdur, mənzil artıq ona yad hesab olunacaq şəxsə - keçmiş qaynanası olan şəxsə, yəni ona məxsusdur, qızından ayrılıbsa mənzili də tərk etməlidir. Hesab edir ki, İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etmiş, əsassız varlanmışdır, mənzilin tam dəyəri və təmir haqqı tərəfindən ödənildiyi halda müqavilənin onun adına bağlanmasına nail olmuş, onun əmlak itkisinin hesabına qanunsuz zənginləşmiş, varlanmışdır. Nə qədər ki, mənzil Aynur Şirəlıyevanın adına qeydiyyatdan keçmişdir, o, mənzilin ona məxsus olduğunu iddia edir, mənzili sahibinə qaytarmaq fikrində deyil, qızının və nəvəsinin mənzildən çıxarılmasını tələb edir, onda mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini ona ödəməlidir. Göstərilənlərə əsasən, xx xxxxxxxx 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 172 kv.m olan 4 otaqlı, 36 saylı mənzilinin dəyəri olan 104.400 ABŞ dolları və 45.000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 AZN pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77.550 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X10 ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddia tələbinin təmin edilməsi, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104.400 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77 550 manat məblğində pul vəsaitinin tutularaq X12 verilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Əhmədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və onların vəkilləri 36 saylı mənzilin alınması ilə əlaqədar iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış və 3 (üç) vərəqdən ibarət olan xx.xx.2009-cu il tarixli, 131\R saylı müqavilənin hər üç vərəqindəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya məxsus olduğunu böyük səs-küylə və israrla məhkəməyə bildirərək həmin müqavilədəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmədən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını və rəyin alınmasını tələb etməyə başlamışlar. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyini əvvəlcədən alıb tanış olandan və həmin rəydə müqavilədəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya deyil, iddiaçıya aid olmasının yazılmasını görəndən sonra artıq yalanlarının keçmədiyini görüb xx.xx.2019-cu il saat 10:30-a təyin edilmiş məhkəmə prosesi başlayandan sonra ekspertiza rəyinə tərəflərin münasibətini öyrənmək üçün işə baxan hakim tərəflərə söz verən kimi Cavabdeh, 3-cii şəxs Sənubər Nəbiyeva və onların vəkilləri məhkəməyə birağızdan “biz onsuz da bilirdik ki, müqavilədəki imzalar İddiaçıdır” deməklə, məhkəməyə 3-cü şəxs Sənubər Nəbiyevanın adından “iddia tələbinin dəqiqləşməsi barədə” yazıb hazırladıqları ərizəni təqdim etmişlər. Həmin bu ərizəsi ilə 3-cü şəxs Sənubər Nəbiyeva iddiaçıya qarşı olan tələbini dəyişdirmiş və iddiaçıdan bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü və ailəsi tərəfindən aparılmasını iddia edərək mübahisəli 36 saylı mənzilə görə 104.400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, əlavə 45.000 manat məbləğində pul və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70.000 manat məbləğində pul tələb etməyə başlamışdır. Məhkəmə 3-cü şəxs Sənubər Nəbiyevanın qanunsuz və əsassız iddia tələbini təmin etmək və əsaslandırmaq üçün faktları, tərəflərin və şahid ifadələrini saxtalaşdırmaq və təhrif etmək yolunu seçmiş, bunun üçün iddiaçının, şahidlər X22, X7, Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın və onların məhkəməyə gətirdikləri şahidlər X13, X8, X4, X5, X14 verdikləri ifadələri öz şəxsi maraqları üzündən qəsdən 3-cü şəxs Sənubər Nəbiyevanın əsassız və qanunsuz iddia tələbinin təmin olunması üçün onun xeyrinə saxtalaşdırıb məhkəmə iclas protokollarına və daha sonra qətnaməyə yazmaqla çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə qətnamə çıxaran zaman yalnız qarşı tərəfin məhkəmə prosesində söylədiyi, heç bir fakt və dəlillə sübut edə bilmədikləri və heç bir həqiqətə uyğun olmayan izahatlarını, tamam saxta, iddiaçıya qarşı şər və böhtan olan, heç bir mötəbər fakta və sübuta söykənməyən, yalnız ehtimal və mülahizələrdən ibarət olan saxta fikrilərini əsas götürmüşdür. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman tam şəkildə təsdiq və müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil iddiaçı və ailəsinə məxsusdur. Həmin mənzili iddiaçı xx.xx.2009-cu ildə “xxxx” MTK-nın sədri X50 ilə 131 \R saylı müqavilə bağlamaqla və dəyərini öz ailəsinin şəxsi vəsaiti hesabına tam ödəməklə əldə etmiş və sonra da təmir etdirmişdir. Həmin mənzilin əldə olunması üçün iddiaçı “xxxx” MTK-ya mənzilin hər bir kv. metri üçün 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Mənzili alandan sonra da onu yenə ailəsinin şəxsi vəsaiti hesabına tam şəkildə təmir etdirmişdir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi həmin mənzilin əldə olunması və təmiri üçün hər hansı məbləğdə pul verməmiş və vəsait xərcləməmişdir. Cavabdeh iddiaçının qardaşı X1 arvadı olmuş, Bəhruz Şirəliyev cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan onlarınl (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları X29 anadan olmuşdur. Bəhruz Şərəliyev cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə iddiaçı həyat yoldaşının razılığı ilə iddiaçıya və ailəsinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzilini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Mənzili Bəhruz Şirəliyev və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə iddiaçı ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişdir. Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi iddiaçıya məxsus olan, onlara müvəqqəti yaşamaq üçün verilən 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşamağa başlamışlar. Artıq cavabdehlə bir yerdə yaşamağın mümkün olmadığını görən Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 3875\2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Leyla cavabdehin yanında saxlanılmışdır. Boşanandan sonra iddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya məxsus olan, müvəqqəti yaşamaq üçün Cavabdeh və Bəhruz Şirəliyevə verilən 36 saylı mənzilə heç bir hüquq və aidiyyatları yoxdur. 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi mübahisəli 36 saylı mənzilin alınmasına və təmirinə hər hansı bir məbləğdə pul verməmiş və xərcləməmişlər. 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı irəli sürdüyü iddia tələbi tam qanunsuz və əsassız bir iddia tələbidir. Bakı şəhəri Nizami rayon məhkəməsində işə baxılan zaman mübahisəli mənzilin iddiaçıya məxsus olması və həmin mənzilin dəyərinin şəxsi vəsaiti hesabına tam şəkildə iddiaçı tərəfimdən ödənilməsi, 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına təmir olunması, qarşı tərəfin həmin mübahisəli mənzilə heç bir hüququnun olmaması və həmin mənzilin alınmasına və təmirinə hər hansı məbləğdə pul xərcləməməsi iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli 131/R saylı müqavilə ilə, müqaviləni bağlayıb 36 saylı mənzili aldığı zaman “xxxx‘'MTK-nın sədri olmuş Tahir Həsənov tərəfindən iddiaçıya verilmiş 04-75 saylı,xx.xx.2009-cu il tarixli arayışla, daha sonra Nizami rayon məhkəməsində işə baxılan zaman həmin məhkəməyə təqdim etmək üçün “xxxx” MTK-nın sədri B.H.Hüseynov tərəfindən mənə 2019-cu ildə verilmiş 01-A/02 saylı,xx.xx.2019-cu il tarixli və 01-A/03 saylı, xx.xx.2019-cu il tarixli arayışlarla, 2010-cu ildən 2019-cu ilə kimi 36 saylı mənzilin bütün kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi barədə məhkəməyə təqdim edilən sənədlərlə, iddiaçının, nümayəndə və vəkilinin,eyni zamanda şahid qismində dindirilmiş qardaşı Şirəliyev Bəhruz, X7 verdiyi ifadələrlə, mülki iş üzrə alınmış məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Əgər həmin sənədlərə baxılarsa, iddiaçının dediklərim və yazdıqları tam olaraq bir daha öz təsdiqini tapacaqdır. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı verdiyi iddia ərizəsində və ona dəqiqləşmə ilə bağlı verdiyi ərizədə qeyd etdiyi fikirlərin, məhkəməyə onun, Cavabdeh və onların vəkilləri və nümayəndələrinin verdikləri izahatlarında, habelə onların məhkəməyə gətirdikləri yalançı şahidlərin mənzilin təmiri ilə bağlı səsləndirdikləri fikirlərin, faktların tam əsassız, iddiaçıya qarşı şər və böhtan, ağ yalan olmaqla heç bir həqiqətə uyğun olmayan, saxta fikirlər olması, mübahisəli mənzilin nə Cavabdeh və əri, yəni iddiaçının qardaşı X30, nə də 3-cü şəxs X21 və onun ailəsinə heç bir aidiyyatının ol maması, onların həmin mənzilin alınması və təmiri üçün hər hansı məbləğdə pul verməməsi və vəsait xərcləməməsi, 3-cü şəxs Sənubər Nəbiyevanın və Cavabdeh həmin mənzili öz şəxsi vəsaitləri hesabına almaları və təmirinə 70.000 manat pul xərcləmələri barədə söylədiklərinin yalan olması təsdiq və müəyyən olunmuşdur. Ancaq bütün bunlara baxmayaraq işə baxan məhkəmə bütün bu faktların heç birini tam qanunsuz və əsassız olaraq nəzərə almamış, onlara heç bir əhəmiyyət verməmiş, qəsdən və bilərəkdən onlara düzgün hüquqi qiymət verməmiş, mübahisəli 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına alınması və daha sonra tam şəkildə təmir olunması keçirilmiş məhkəmə proseslərində tam təsdiqini tapsa və sübuta yetsə də, nəticədə işə baxan məhkəmə işi qarşı tərəfin xeyrinə həll etmək üçün iş üzrə dindirilmiş şahid ifadələrini təhrif edib saxtalaşdırmaqla mübahisəli 36 saylı mənzilin alqı-satqısı ilə bağlı müqavilənin iddiaçı ilə “xxxx” MTK arasında bağlansa da, həmin mənzilin dəyərinin 3-cü şəxs X23 tərəfindən ödənilməsi kimi səhv və yalnış nəticəyə gələrək iş üzrə 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. İş üzrə çıxarılmış 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin qanunsuz və əsassız olmasını, işə baxan məhkəmənin fakt və sübutlara düzgün hüquqi qiymət verməməsini,çıxarılmış qətnamənin işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamasını təsdiq edən faktlardan biri də iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması zamanı yol verilmiş nöqsanlar və alınmış məhkəmə tikinti-texniki ekspertizasının rəyinə məhkəmənin düzgün hüquqi qiymətin verilməməsidir. Belə ki, mübahisəli mənzildə təmir işlərinin aparılmasını hər iki tərəf və 3-cü şəxs Sənubər Nəbiyeva 2009-cu ildə aparıldığını desə də, işə baxan hakim xx.xx.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin olunması haqqında qərardad çıxaran zaman ekspert qarşısına “mənzilin təmiri üçün görülmüş işlərin xərcinin hazırkı bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil etməsinin müəyyən edilməsi” barədə sual qoymuşdur. İddiaçı buna etiraz əlaməti olaraq çıxarılmış qərardadın surətini alandan sonra məhkəməyə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etsə də, bunun heç bir xeyri olmamışdır. İşə baxan ekspert də qoyulan suallara uyğun olaraq təmir xərclərini müəyyən etmişdir. İkinci bir tərəfdən məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikintitexniki ekspertizası üzrə ekspert Xəyyam İsgəndərov tərəfindən verilmiş 31752 saylı, xx.xx.2020-ci il tarixli rəy tam saxta bir rəydir. Belə ki, ekspert Xəyyam İsgəndərov mübahisəli 36 saylı mənzilin daxilində xx.xx.2009-cu il tarixli, 131 /R saylı müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş təmir işlərindən başqa aparılmış təmir işlərini 2009-cu ilin bazar qiymətlərinə uyğun deyil, hal-hazırkı bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq edib hesablamaqla bərabər, digər tərəfdən ekspert rəyində ümumiyyətlə görülməmiş bir çox təmir işləri görülmüş işlər kimi qeyd olunmuş, görülmüş təmir işlərinin ölçü vahidi, miqdarı və qiyməti həddindən artıq şişirdilmiş, həddən çox göstərilmiş və qiymətləndirilmişdir. İddiaçı tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizanın təyin olunub rəyin alınmasının zəruri və vacib olması qeyd edilmiş və bu barədə məhkəməyə yazılı şəkildə vəsatət verilmişdir. Ancaq məhkəmə vəsatəti tam qanunsuz və əsassız olaraq təmin etməmişdir. Rəyə münasibət bildirən zaman iddiaçı tərəf rəylə bağlı tərtib edilmiş smetanın digər bəndləri ilə bərabər, smetanın 3-cü bəndində 82 kv.metr, hər kv.metrinin qiyməti 15 manat olmaqla 1230 manat məbləğində döşəmənin altının reyka ilə yığılması, döşəmə üçün taxtanın vurulması, daha sonra döşəmə üçün hər birinin qiyməti 20 manat olmaqla 85 ədəd taxtanın alınması və bunun ümumi qiymətinin 1700 manat pul etdiyini, qiyməti 60 manat olan 1 qutu kley PVA 50 kq və ümumi məbləği 320 metr olan 320 metr reykanın alınması ilə bağlı yazılanların yalan və heç bir həqiqətə uyğun olmamasını, ümumiyyətlə bu mal-materialın alınmamısım və bu işlərin heç birinin görülməməsini, döşəmənin altının sadəcə beton qatı olmasını, üstündən də birbaşa laminal vurulmasını, başqa heç bir işin görülməməsini, əgər yoxlanılarsa bütün bunların öz təsdiqini tapacağını, smetanın 6-cı bəndində 76 kv.metr kafel və metlağın vurulmasının hər bir kv metrinin qiyməti 10 manat kimi göstərilsə də və bunun ümumi qiyməti 760 manat etdiyi halda, ekspert Xəyyam İsgəndərovun bu işlərin ümumi məbləğini 760 manat göstərmək əvəzinə, səhvən 7600 manat kimi, yəni 10 dəfə artıq göstərməsini, smetanın 10-cu bəndində ekspertin kombi xəttinin çəkilməsinin (material ilə birlikdə) ümumi məbləğini 3000 manat kimi göstərməsinin səhv olmasını, bu işlərə birlikdə 1850 manat pul sərf edilməsini, İddiaçı həmin kombini 800 manata, radiatoru isə 360 manata almasını və mənzilə qoymasını, kombi aparatının aksesuarları ilə bağlı yazılanların tamam səhv və yalnış olmasını, mənzilə qoyulmuş kombi aparatının birbaşa cərəyana qoşulmasını, onun heç bir aksesuarının olmamasını, smetanm 21-ci bəndində 23 kv. metr, hər kv.metrinin qiyməti 110 manat olmaqla, ümumi məbləği 2530 manat olan plastik pəncərənin quraşdırılması barədə yazılanların yalan olmasını, mənzilə bütün plastik pəncərələri həmin binanı tikən “xxxx’' MTK-nın özü tərəfindən qoyulmasını və bu barədə müqavilədə açıq-aşkar qeydin olmasını qeyd etsək də, qətnaməni çıxaran hakim bunların heç birini tam əsassız olaraq nəzərə almamışdır. Hakim smetanın 6-cı bəndində ekspert tərəfindən 760 manat əvəzinə, səhv olaraq 7600 manat kimi hesablanmış təmir xərci ilə bağlı rəqəmə də münasibət bildirməmiş, ekspert tərəfindən buraxılan səhvi düzəltməmiş və iddiaçıdan tutulması qət edilmiş 77.550 manatın tərkibinə 760 manat təmir xərci əvəzinə, 7600 manat məbləğində təmir xərcini hesablamaqla qətnamə çıxarmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin 10-cu vərəqinin 4-cü abzasında yazılmış “məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayonu Oləddin Quliyev kiiç.,1130cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerrləşəh 4(dörd) otaqdan ibarət olan 36 saylı mənzilin alqı-satqısına dair müqavilə “xxxx” MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin cəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir” barədə yazılanlar başdan-ayağa ağ yalan olmaqla heç bir həqiqətə uyğun olmayan fikirlərdir. Ona görə ki, istər iddiaçı tərəfindən, istərsə də qarşı tərəfdən məhkəməyə gəlib ifadələr verən şahidlər heç vaxt məhkəməyə bu məzmunda ifadələr verməmişdir. Sadəcə işə baxıb qətnamə çıxarmış məhkəmə belə saxta, yalan və heç bir həqiqətə uyğun olmayan ifadələri qanunsuz və əsassız qətnaməsinə daxil etməklə onu əsaslandırmağa çalışmışdır. Əgər həmin şahidlərin hər biri apellyasiya məhkəməsinə çağırılıb təkrar dindirilərsə, birinci instansiya məhkəməsinin qətnaməsində bu barədə yazılanların yalan olması tam müəyyən olunacaqdır. Belə ki, birinci instansiya məhkəməsində qarşı tərəfin məhkəməyə gətirdiyi və məhkəmə tərəfindən dindirilmiş şahidlərdən X32 məhkəmədə ifadə verən zaman cavabdeh Gülşən Nəbiyevanı tanıdığını, onunla bir yerdə, hətta bir otaqda işlədiyini, mübahisəli 36 saylı mənzilin kimin tərəfindən alınması və pulunun kimin tərəfindən ödənilməsi, mənzilin hansı qiymətə alınması barədə məlumatının olmadığını, bunun şahidi olmadığını, sənədləşmədə iştirak etmədiyini, mənzilin alınmasına Sənubər Nəbiyevanın nə qədər pul verməsini deyə bilmədiyini, bu barədə məlumatının olmadığını, mənzildə təmir işlərinin kimin aparması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Məhkəmədə qarşı tərəfin şahidi qismində dindirilmiş X24 17-18 ildir ki, 3-cü şəxs Sənubər Nəbiyevanın evində ev qulluqçusu kimi işlədiyini, mübahisəli mənzilin alınmasında şəxsən iştirak etmədiyini, o prosesdə olmadığını, mübahisəli mənzilin dəyərinin kimin tərəfindən ödənilməsi barədə heç bir məlumatının olmadığını, 3-cü şəxs Sənubər Nəbiyevanın həmin mənzilin alınmasına pul verib-vermədiyini, hansı məbləğdə pul verdiyini, mübahisəli mənzilin təmirini kimin etdiyini, buna görə nə qədər pul sərf edildiyini bilmədiyini göstərmişdir. Qarşı tərəfin şahidi X15 ifadə verən zaman Cavabdeh ev qulluqçusu olduğunu, mübahisəli 36 saylı mənzilin 3-cü şəxs Sənubər Nəbiyevaya məxsus olduğunu zənn etdiyini, ancaq bunu dəqiq bilmədiyini və bununla bağlı heç bir sənəd görmədiyini, mübahisəli 36 saylı mənzilin kimin pulu ilə alınması barədə heç bir məlumatının olmadığını, 3-cü şəxs Sənubər Nəbiyevanın və ya Cavabdeh həmin bu mənzilin alınmasına pul verib-verməməsi, nə qədər pul vermələrini bilmədiyini, bu barədə məlumatının olmadığını, mübahisəli mənzilin təmirini kimin etdiyini, buna görə nə qədər pul sərf etdiyini bilmədiyini göstərmişdir. Qarşı tərəfin şahidi kimi dindirilmiş X16 ifadə verən zaman 3-cü şəxs Sənubər Nəbiycvanın əri Müsavər müəllimin yaşadığı evin memarı olduğunu, onu çoxdan tanıdığını, mübahisəli 36 saylı mənzilin kimin almasını, pulunu kimin verməsini, mənzilin neçəyə alınmasını bilmədiyini, bu barədə məlumatının olmadığını, mübahisəli 36 saylı mənzilin təmiri ilə bağlı tərtibatı özünün verdiyini, həmin mənzildə görülən təmir işləri ilə bağlı işçiləri də özünün tutduğunu, təmirə görə ona pulu Müsavər müəllimin verdiyini, təmir işlərinin 2009-cu ilin qışında başlanıb 2010-cu ildə başa çatdığını, təmir işləri aparılan zaman Bəhruz Şirəliyevanı da bir neçə dəfə həmin mənzildə gördüyünü göstərmişdir. X2 eyni ifadəni vermişdir. Bu iki nəfər şahid mübahisəli 36 saylı mənzildə təmir işlərinin aparıldığını, təmir işlərinə görə pulu Müsavər müəllimin verildiyini göstərsələr də, ancaq verilən suallara cavab olaraq konkret olaraq mübahisəli 36 saylı mənzildə hansı təmir işləri gördüklərini və görüldüyünü deyə bilməmişlər. Bu da onların yalan danışdığını, öyrədilib məhkəməyə gətirilmiş yalançı şahidlər olmasını bir daha təsdiq edir. Məhkəmədə qarşı tərəfin şahidi qismində dindirilmiş X33 2009-cu ilin payızında və 2010-cu ilin qışında “Ramstorqun” arxasında yerləşən hündürmərtəbəli evin 10-cu mərtəbəsində (mübahisəli 36 saylı mənzilin yerləşdiyi 14-cü mərtəbədə yox) təmir işləri olaraq santexnik işləri gördüyünü, gördüyü işlərə görə ona təxminən 2000 manat pul verildiyini, gördüyü işlərə görə ona pulu Tofiq müəllim və Müsavər müəllimin verdiyini, mübahisəli 36 saylı mənzilin kimin tərəfindən və neçəyə alınmasını, həmin mənzilin kimə məxsus olmasını bilmədiyini və bu barədə heç bir məlumatının olmadığını göstərmişdir. İddiaçı tərəfindən məhkəmədə ifadə verən şahidlər X35 və X25 mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu, həmin mənzilin iddiaçının şəxsi vəsaiti hesabına alındığını və sonra təmir olunduğunu, cavabdeh Gülşən Şirənyevanın, 3-cü şəxs Səınubər Nəbiyevanın və ailəsinin mübahisəli 36 saylı mənzilin alınmasına və təmirinə hər hansı məbləğdə pul vermədiklərini və xərcləmədiklərini, bu barədə onların dediklərinin ağ yalan olduğunu, mübahisəli 36 saylı mənzilin onlara heç bir aidiyyatının olmadığını göstərmişlər. Qətnamədə iddiaçının adından “iddiaçının 36 saylı mənzilin təmirinə çəkilən xərci bilməməyi, evin oboyunu almamağı, ofisin harada yerləşməsini bilməməyi barədə” yazılanlar, Cavabdeh adından ayrılandan sonra evin Aynurun adına olduğunu öyrəndiyi, boşanmadan sonra işıq pulu ilə bağlı qəbz gələndə evin, yəni iddiaçının adına olmasını öyrənmələri, evin sənədləri onlarda olmadığı üçün bunu bilmədikləri, kommunal xərclərin pulunu ödəmək üçün yoldaşına verdiyi barədə yazılanlar, 3-cü şəxs Sənubər Nəbiyevanın adından “bir gün yoldaşı dedi ki,’’ xxxx” MTK-ya zəng etmişdir, gedib ordan evlərə baxıb alsınlar, o, Bəhruz və Aynur getdilər evlərə baxmağa, Binanın komendantı Aydın müəllim onlara binanı göstərdi, Qiyməti danışdılar. 104.000 dollar kassaya verdi, 45.000 isə Tahir müəllimə verdi” yazılanlar,həmçinin X9nun adından“ evin necə alınmasından xəbərinin olmaması barədə yazılanlar, X3nın adından yazılmış izahatda “təmiri Aynurgil başlamışdır, sonrasını o bilmir, o sonradan evə gedəndə ev təmirli idi” barədə yazılanlar, şahid X13 adından yazılmış izahatda “lakin bir dəfə maşına Gülşəndən anasına zəng gəldi, Gülşən dedi ki, Bəhruz deyir ki, ya tütün çatdır evə, ya da evə gəlmə, anası da dedi ki. ‘mənim evimdir” barədə yazılanlar, şahid X8 adından yazılmış izahatda “evdə müəyyən söz-söhbət oldu, eşitdim ki, Gülşəngilə alınan ev Aynur xanımın adına imiş, ev alman vaxt Sənubər xanım dedi ki, işini at, gəl pulları sayaq, 104.000 dollar və 45000 manat pul saydılar, 2-3 ay əvvəl eşitdilər ki, ev Aynur xanımın adınadır. Sənubər xanım da sevindiyindən qol çəkdiyi müqaviləyə baxmayıb, Təmiri də Gülşənin anası edib” barədə yazılanlar, şahid X4 adından yazılan izahatda “Bəhruzu heç vaxt işləyən görməmişdir. Həmişə evdə yatırdı. Evdə gördüklərinə əsasən deyə bilər ki, ev Sənubər xanımındır” barədə yazılanlar, şahid X18 adından yazılmış izahatda “Müsavər müəllimin evin sahibi olduğunu bilirdi, bir gün Müsavər müəllim ona işini bəyəndiyini, qızı üçün ev almasını, həmin evin santexnik işini onun görməsini istəməsini bildirməsi” barədə yazılanlar tamam ağ yalandır. Qeyd olunan fikirlər yuxarıda göstərilən şəxslər tərəfindən məhkəmə proseslərində heç vaxt səsləndirilməmiş və deyilməmişdir. Bu fikirləri və ifadələri işə baxan məhkəmə çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsini əsaslandırmaq üçün özündən uydurub yazmışdır. Əksinə Nizami rayon məhkəməsində işə baxılan zaman iddiaçı izahat verən zaman qeyd edib göstərmişdir ki, mənzili təmir edən zaman mənzilin zal otağına vurulmuş divar kağızını 60 manata, digər otaqlara vurulmuş divar kağızlarını isə 40 manatdan almaqla otaqlara vurdurmuşdur. 3-cü şəxs Sənubər Nəbiyeva xx.xx.2019-cu il saat 10:50-yə təyin olunmuş məhkəmə prosesində iştirak edib izahat verən zaman məhkəməyə bildirmişdir ki, mübahisəli 36 saylı mənzili əri Müsavər müəllimin xəbəri olmadan almışdır. Bu faktı Elçin Sadıqov adlı şəxs də tam təsdiq edə bilər.X48 işləyir. Hazırda da Almaniyadadır. X9 məhkəmədə izahat verən zaman göstərmişdir ki, mübahisəli 36 saylı mənzil bacısı İddiaçı və ailəsinə məxsusdur. Həmin mənzili bacısı İddiaçı xx.xx.2009-cu ildə “xxxx” MTK-nın sədri X50 ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini öz ailəsinin şəxsi vəsaiti hesabına tam ödəməklə əldə etmiş və sonra da təmir etdirmişdir. Həmin mənzilin alınmasında şəxsən iştirak etmişdir. Mübahisəli mənzilin əldə olunması üçün bacısı İddiaçı “xxxx” MTK-ya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi həmin mənzilin əldə olunması və təmiri üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh onun keçmiş arvadı olmuş, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan onların 1 (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları X29 anadan olmuşdur. Cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə bacısı İddiaçı həyat yoldaşının razılığı ilə əzlərinə məxsus olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Cavabdehlə 36 saylı mənzilə köçüb yaşamağa başlayan zaman bacısı İddiaçı artıq həmin mənzili tam təmir etdirmişdir. Cavabdehnm, 3cü şəxs Sənubər Nəbiyevanın mübahisəli mənzilin alınmasına 104.400 ABŞ dollan və 45000 manat pul vermələri və təmirinə 70.000 manat pul xərcləmələri barədə dedikləri tamam ağ yalandır. Bu barədə olan iddianı onlar Cavabdeh boşadığına görə ondan və bacısı İddiaçı qisas almaq üçün qaldırıblar. Nızami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3875\2018 saylı qətnaməsi ilə Cavabdeh ilə olan nikahlarının ləğv edilmişdir. X3 məhkəmədə şahid kimi dindirilən zaman göstərmişdir ki, İddiaçı onun qardaşı arvadıdır, mübahisəli 36 saylı mənzili İddiaçı və qardaşı öz şəxsi vəsaitləri hesabına almış və sonra da təmir etmişdir. Həmin mənzilin alınmasına biz 104.400 ABŞ dolları məbləğində pul vermişik. Mübahisəli 36 saylı mənzilin alınması ilə bağlı müqavilə İddiaçı ilə “xxxx” MTK arasında bağlanınışdır. Mənzil 4 otaqdan ibarət olmaqla 14-cü mərtəbədə yerləşir. Mübahisəli 36 saylı mənzilin Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevaya heç bir aidiyyatları yoxdur. Həmin bu mənzilin alınmasına və təmirinə onlar hər hansı məbləğdə pul sərf etməmişlər. Onların bu barədə dedikləri tamam ağ yalandır. İddiaçı və qardaşı özlərinə məxsus olan 36 saylı mənzili ailə həyatı qurandan sonra yaşamağa evləri və mənzilləri olmadığına görə İddiaçınm X42 və Cavabdeh müvəqqəti yaşamaq üçün vermişlər. 2019-cu ildə Bəhruz Şirəliyev arvadı, iş üzrə Cavabdeh məhkəmə yolu ilə boşanmışdır. Ancaq Cavabdeh 36 saylı mənzili indiyə kimi tərk etməyib, qızı ilə həmin mənzildə qalıb yaşayır. Dəfələrlə İddiaçı ona mənzili boşaltmağı desə də, Cavabdeh mənzildən çıxmır. Bakı şəhəri Nizami rayon məhkəməsinin iş № 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2, 217.3-cü maddələrinin tələblərinə və AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan qanuni və əsaslı sayıla bilməz. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh G.Nəbiyeva iddiaçının apellyasiya şikaytətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən müstəqil tələb irəli sürən 3-cü şəxs S.Nəbiyeva və onun nümayəndəsi və vəkili G.Nəzərli iddiaçının apellyasiya şikaytətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” MTK-nın sədri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, onunla “xxxx” MTK arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan “xxxx” MTK-nın sədri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil ona satılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 276/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X35 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və xx xxxx 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 929 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx xxxxx 2013-cü il tarixdə doğulmuş X29 anası Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızının yanında qalması, X19 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxx 2013-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,0 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızına verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli müqavilənin surətdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130- cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104 400 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş xətşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 88-90-cı vərəqələrində “xxxx” MTK ilə X26 adından olan x xxxxxxxx 2009- cu il tarixli № 131/R nömrəli müqavilənin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündəki imzalar və 3-cu vərəqəsində “ALİCİ İddiaçı” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin daxilində xx xxxxxxxx 2009-cu il tarixli 131/R nömrəli müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş təmir işlərindən başqa təmir işləri aparılmış və aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 77550,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilə aid olan fotoşəkillər mülki işin materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı X35 şahid qismində ifadə verərək göstərmişdir ki, 2010-cu ildə Cavabdehlə nikaha daxil olmuşlar. Evi olmadığından bacısının evinə yerləşmişlər. Evin necə alınmasından xəbəri yoxdur. Ev təmirli olub, evi özləri təmir edib, qaynatası evin alınmasında köməklik etməyib. Qiymətlərdə endirimlərin edilməsi və ustaların əmək haqqı məsələlərində qiymətlərin aşağı endirilməsinə köməklik edib. Cavabdeh tərəf qapı, dörd kondisioneri almışlar. Qaynatasının ona verdiyi avtomobili qaytarmışdır. 2016-cı ildə boşandıqdan sonra o evi tərk etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Mamedova Suria şahid qismində ifadə verərək göstərmişdir ki, mənzil qardaşının yoldaşının adınadır. X55 Rusiyada bizneslə məşğuldur. Ev alanda qardaşı burda olmuşdur. Bankdan pul alıblar. Hansı bank olmasını bilmir. Qardaşının ailəsi bacısıgildə yaşayır. Təmiri Aynurgil başlamışdır. Sonrasını o bilmir. O sonradan gedəndə ev təmirli idi. Gəlinin əşyalarını evə o yerləşdirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı X32 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşəni 2011-ci ildən tanıyır, bir yerdə işləyirlər, Mütəmadi olaraq Gülşən evli olduğu müddətdə əsəb keçirirdi. Bir gün özü ona dərdini danışdı, məsləhət vermiş, çalışdı ailəsi dağılmasın. Gülşən günün çox hissəsini onun yanında olurdu və ondan bilir ki, yoldaşının bütün ehtiyaclarını Gülşən özü qarşılayırdı. Mənzilin nə vaxt, hansı qiymətə alındığını bilmir. Lakin bir dəfə maşında Gülşəndən anasına zəng gəldi, Gülşən dedi, Bəhruz deyir ya tütün çatdır evə yada evə gəlmə. Anası da dedi ki, “mənim evimdir”. Birinci instansiya məhkəməsində icraat zamanı X27 şahid qismində ifadə verərək göstərmişdir ki, artıq 17-18 ildir ki, Sənubər xanımgilin evində işləyir. Evdə müəyyən sözsöhbətlər oldu, eşitdi ki, Gülşəngilə alınan ev Aynur xanımın adına imiş, ev alınan vaxt Sənubər xanım dedi ki, işini at gəl pulları sayaq. 104 000 dollar və 45 000 manat pul saydılar. 2-3 ay əvvəl eşitdilər ki, ev Aynur xanımın adınadır. Sənubər xanım da sevindiyindən qol çəkdiyi müqviləyə baxmayıb. Təmiri də Gülşənin atası edib. Birinci instansiya məhkəməsində icraat zamanı X20 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşənlə Bəhruz evli olandan o, Gülşənin yaşadığı evdə işləyir. Bəhruzu heç vaxt işləyən görməmişdir. Həmişə evdə yatırdı. Gülşən isə həmişə işləyib. Evdə gördüklərinə əsasən deyə bilər ki, ev Sənubər xanımındır. Birinci instansiya məhkəməsində icraat zamanı X17 şahid qismində ifadə verərək göstərmişdir ki, əsgərlikdən gələndən sonra Sənubər xammgili tanımışdır. Mübahisəli mənzil Xətai rayonunda Ramstorun yanında yerləşir. Həmin mənzildə təmirində iştirak etmiş, təchizatla məşğul olmuşdur. Tapşırıqları Gülşənin atasından almışdır. Təmir xərclərini Gülşənin atası verirdi. Birinci instansiya məhkəməsində icraat zamanı X16 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşənin atasını çoxdan tanıyır. Evi təxminən 2009-cu ilin qış aylarında təmir etməyə bşladılar. 2010-cu ildə qurtardılar. Evin ünvanını dəqiq bilmir. Həmin evin memarı olmuşdur. Bütün pul haqqhesablarını Gülşənin atası ilə etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı X34 şahid qismində ifadə verərək göstərmişdir ki, təxminən 10 il bundan əvvəl 2009-2010-cu ilin payız-qış ayları idi. Gülşənin atası dedi ki, yeni ev almışlar onu təmir etmək lazımdır. Evə baxdılar. Mənzilin ünvanını dəqiq xatırlamıram, Xətai rayonunda yerləşən körpüdən dönəndə orda olan Ramstorun arxasında yerləşirdi. Mənzil səf etmirəmsə 10-cu mərtəbədə yerləşirdi. Onlar orda isti pol işlədik, iki sanzuel və diğər santexnika işlərini görmüşlər. Müsavər müəllim dedi ki, isti pola etibar yoxdur, ehtiyat üçün divarlardan istilik sisteminin xətlərini də çəksinlər. O təmir işləri aparılarkən Aynur adlı şəxsi görməmişdir. Ona pulu Müsavər müəllim və arxitektor Tofiq müəllim ödəyirdi. Müsavər müəllim evin sahibi olduğunu bilirdi. Bütün göstərişləri Müsavər müəllim verirdi. O, yalnız santexnik işi üçün boruların və diğər lazım olan materialların seçimini etmişdir. İnşaat mağazasına boruların və digər materialların daha keyfiyyətlisinin müəyyən edilməsinə köməklik etmək üçun Müsavər müəllim və Tofiq müəllimlə bərabər gedirdilər. Material seçimi ilə bağlı məsləhətləşirdilər. Evin təmiri bitənədək mənzildə işləmişdir. Təqribən 3-4 ay bundan əvvəl isti suları pis gəldiyi üçün konbiyə baxış keçirmişdir. Onlar, mənzildə işləyən vaxt qaz olmadığı üçün konbini işıqla qoşmuşdurlar. Müəyyən vaxtdan sonra qaz verildiyi üçün konbini qazla istifadəyə vermişdirlər. Elektrik işini rəhmətlik Rauf adlı usta edirdi. Malyar işini Zaur və adnı xatırlamadım ustalar edirdilər. Ona pulu Müsavər müəllim hissə-hissə ödəyirdi. Arxitektor Tofiq müəllim Müsavər müəllimə təmir işlərinin aparılmasında köməklik edirdi. Ona 3-4 ay bundan öncə mənzillə bağlı mübahisə olduğunu dedilər. Ona təmirlə bağlı Müsavər müəllim və Tofiq müəllimdən başqa heçkim ödəniş etməyibdir. Təmir işləri bitdikdən sonra, evin açarlarını Müsavər müəllimə təqdim etmişlər. Mənzildən içəri daxil olarkən hol var, holun üzərində və iki sanzuel var, holun sol tərəfində mənzilin dənizə baxan tərəfində qonaq otağı və mətbəx yerləşir, mətbəxin baş hissəsində katelninin qurlaşdırılması üçün balaca bir otaq var, holun sağ hissəsində isə həyətə baxan tərəfdən iki yataq otağı var və yataq otaqlarının baş hissəsində artırmalar edilmişdir. Lazım gələrsə gedib göstərə bilər. Mənzildə əsas işləri özü görürdü, çapma işlərinə isə qardaşı uşaqlarından Telman, Azad, Mirəli və xalası oğluTural köməklik edirdilər. Səf etmirsə ona 3000 manat ödəniş etmişdirlər. O, isti polu vurduqdan sonra müəyyən təmir işləri aparılması üçün fasilə vermiş, ona görə ki, hamamda, tualetdə və mətbəxdə kafel-metlax işi bitəndən sonra unitazın, moytadırın, vannanın qurlaşdırılması və. s işlər təmir yekunlaşana yaxın edilir. Müsavər müəllimlə tanışlıqları 2000-ci ildən onun həyət evinin fundamenti tökülən vaxtdan orada işləyəndə yaranmış, onun işini bəyənmişdir. Bir gün Müsavər müəllim ona işinin bəyəndiyini, qızı üçün ev almasını, həmin evin santexnik işini onun görməsini istəməsini bildirmişdir. Həmin vaxt qızının nişanlı olduğunu eşitmişdir. Sənubər xanımın kürəkənini bir dəfə təmir işləri gedəndə görmüşdür. Dedilər ki, Müsavər müəllimin kürəkənidi, hətda ustalar öz aralarında gülüşərək dedilər ki, “bəxtəvərlinin əcəb qaynatası var”. Kürəkən onlara təmirlə bağlı pul verməyib. Bir dəfə təmir işləri gedərkən divarlara sıvaq çəkilmişdir, Müsavər müəllim tələsdiyini bildirib, divarların tez qurudulması üçün tokla işləyən trubinlər gətirib qoşmuşdur. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, İddiaçı, “xxxx” MTK arasında xx xxxxxxxx 2009-cu il tarixli Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilə dair müqavilə bağlanmışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində həmin mənzildə yaşamamasını qardaşı X22 evləndiyi zaman evi olmaması səbəbindən ona və ailəsinə yaşamaq üçün müvəqqəti verməsi ilə izah etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X21 mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzilin onun vəsaiti hesabına alınıb təmir edildiyini iddia etmişdir. S.Nəbiyeva bu iddiasını iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında onunla əsaslandırmışdır ki, qızı Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının yoldaşı X35 MTN-in əməkdaşı olduğu dövrdə mənzil növbəsinə durduğundan onun adına evin rəsmiləşdirilməsi Şirəliyev Bəhruzun mənzil növbəsindən çıxarılmasına səbəb ola bilərdi. Qızının adına rəsmiləşdiriləcəyi təqdirdə isə, onlara 2 deyil, 1 otaqlı mənzil veriləcəkdir. Bu səbəbdən də, evi onun bacısı İddiaçı adına rəsiləşdirmişlər. İddiaçı iddia tələbində Cavabdeh və qızı X10 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh və qızı X10 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsini təmin etməkdə haqlı olmuşdur. İddiaçı Cavabdeh ilə birlikdə yetkinlik yaşına çatmayan X29 da ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi Mülki Məcəllənin 27-ci maddəsinin tələbləri baxımından doğrudur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Kollegiya müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tələbinə münasibətdə hesab edir ki, “xx xxxxxxxx 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 172 kv.m olan 4 otaqlı, 36 saylı mənzilinin dəyərinin 104.400 ABŞ dolları və 45.000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 AZN pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70.000 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi” tələbinin əsaslı sayılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Sadalanan hüquq normalarının tələbinə əsasən kollegiya qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, qiymətli kağızlar, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Kollegiya iş materiallarına və tərəflərin izahatlarına əsasən hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin alqı-satqısına dair müqavilə “xxxx” MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən ödənilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində çağrılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir. Bundan başqa, şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, evin təmiri cavabdehin valideyinləri tərəfindən aparılmış və bütün təmir xərclərini cavabdehin valideyinləri ödəmişdir. Şahid ifadələrinin təhrif edilməsi və saxtalaşdırılması ilə bağlı iddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə məhkəmə iclas protokoluna qeyd verilməsinə dair ərizə ilə müraciət etsə də, şahid ifadələrinin təhrif edilməsi və saxtalaşdırılmasına dair dəlilləri öz təsdiqini tapmamışdır. Yəni, həm birinci instansiya məhkəməsində məhkəmə iclas protokoluna qeyd verilməsinə dair verdiyi ərizədə, həm də apellyasiya şikayətində iddiaçı şahid ifadələrinin təhrif edilməsi halının mövcudluğunu sübutlarla təsdiq edə bilməmiş, mülahizə xarakteri daşımış və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Odur ki, şahid ifadələrinin qeyri-mötəbər hesab olunmasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsində şahid ifadələrinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən olunur ki, ev İddiaçı adına olsa da, mənzilin alınması və təmir edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Mənzilin təmirinə sərf olunan xərclərin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tikinti-təmir işlərinin ümumi məbləğinin 77.555 manat olması müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində ekspert rəyində kafel və metlaxın vurulmasına hər kvadrat metri üçün 10 manat olmaqla cəmi 7600 manat deyil, 760 manat müəyyən edilməli olmasına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilini araşdıraraq, məhkəmə iclasında S.Nəbiyevanın nümayəndəsi və vəkili G.Nəzərli mərmərin hər kvadrat metrinin 10 manat yazılmasının texniki səhv olduğunu, əslində isə 100 manat olduğunu və 7600 manat məbləğində hesablanmasının doğru olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, qeyd edilən hal həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hal deyildir. İddiaçı həmin rəyin qeyri mötəbərliyini əsaslandıra bilmədiyindən təkrar ekspertizanın keçirilməsinə dair vəsatətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının mübahisəli mənzildə iddiaçının qeyd etdiyi kimi, müvəqqəti yaşamaq üçün qaldığını bildiyi halda, onun valideyinləri tərəfindən mənzilin təmirinə 77 550 manat pul xərclənməsi, eyni zamanda mənzilə pərdələrin, karnizlərin, çil-çırağın, kondisionerlərin quraşdırılması, daimi istifadə üçün nəzərdə tutulan qapıların dəyişdirilməsi, mətbəx mebelinin sifariş edilərək mətbəxdə quraşdırılması hallarını onun həmin mənzilə müvəqqəti yaşamaq üçün köçməsini ağlabatan hesab etmir. İddiaçı da bildirdiyinə görə mənzildəki bütün əşyalar cavabdeh Gülşən Nəbiyevaya məxsus olmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin alqı-satqısına dair müqavilə “xxxx” MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən ödənilməsi, o cümlədən mənzilin təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılanması işin halları ilə öz təsdiqni tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsə, yəni X11 qaytarmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3077/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3077/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver