Məhkəmə qərarları › İş №2(103)-3079/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3079/2021

01.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3079/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)-5508/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn baş direktorunun xx.xx.2020-ci il tarixli 552-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn baş direktorunun xx xxxx 2020-ci il tarixli 552-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən hüquqi şəxsin ixtisaslaşmış şöbənin xəstələrə qulluq edən kiçik tibb qardaşı vəzifəsindən azad edilmişdir. Belə ki, səhiyyə nazirinin əmrinə əsasən 2020-ci ilin yanvar ayında sanitar vəzifəsində çalışdığı Cavabdehnin baş direktoru vəzifəsinə X3 təyin olunandan bir müddət sonra onu otağına dəvət edərək öz ərizəsi ilə işdən çıxmağını tələb etmiş, daha sonra isə bu məsələ mütəmadi xarakter almış, dəfələrlə özü və kadrlar şöbəsinin müdiri tərəfindən ona işdən çıxmağı barədə ərizə yazmaq tələb edilmiş, lakin nəyə görə ərizə yazmağa məcbur edilməsi səbəbləri ona izah edilməmişdir. Onun işdən öz xahişi ilə çıxması barədə ərizə yazmadığını görən cavabdeh mühafizə xidmətinə tapşırmaqla onu işə buraxmamışdır ki, sonra heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbi ilə onu işdən çıxara bilsinlər. Hazırda isə işdən çıxmağı barədə ərizə yazmasa da, yuxarıda qeyd etdiyi kimi, o, tutduğu vəzifədən cavabdehin dediyi kimi “maddə ilə” azad edilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuzdur. Belə ki, Cavabdehnin rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər olunub “öz xahişi ilə” işdən azad olmaq tələbi irəli sürülmüşdür və bu “təklif”i qəbul etmədiyi təqdirdə onu ağır maddə ilə işdən azad etməklə hədələmişlər. Bütün bunlar bir daha onun işdən azad olmağının qeyriqanuni olmasını deməyə əsas verir. Bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Ölkə başçısı dövlət və özəl qurumlar qarşısında qoyduğu qəti tələblər və işçilərin COVİD-19 pandemiyası dövründə işdən azad olunmamağına dair qəti tələbi hər bir işəgötürən tərəfindən yerinə yetirilməlidir. xx xxxx 2020-ci il tarixli 552-k nömrəli əmr həqiqəti əks etdirmir, geniş şəkildə əsaslandırılmamış, formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)- 5508/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2020-ci il tarixli 552-k nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn ixtisaslaşdırılmış şöbənin xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 613 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə) əsasən xx.xx.2020-ci il tarixdən xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 15 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. Cavabdehn Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli 9 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh ixtisaslaşdırılmış şöbənin böyük tibb bacısı (qardaşı) vəzifəsini icra edən N.İ.Hacıyeva Cavabdeh baş direktoru O.R.Cəfərovun adına məlumat verərək, ixtisaslaşdırılmış şöbənin xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) İddiaçı heç bir üzrlü səbəb bildirmədən işə çıxmadığı və nəticədə müəssisəsinin normal iş gedişatına xələl gətirdiyi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. İddiaçı işə çıxmaması barədə xx.xx.2020-ci il tarixdə Mərkəzin nizam-intizam komissiyanın iclası keçirilmiş və Həmkarlar İttifaqı Komitəsinə təqdimat verilmişdir. HİK-nin üzvü, İİ şöbənin böyük tibb bacısı (qardaşı) E.Ə.Rəhimova çıxış edərək, İddiaçı xx.xx.2020-ci il tarixdən işə çıxmadığını və işə gəlməməsi barədə heç bir sənəd təqdim etmədiyini göstərmiş, HİK-nin sədri V.R.Kalimulina İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a" bəndinə uyğun olaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə) xx.xx.2020-ci il tarixdən xitam verilməsini təklif etmişdir. HİK İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməsini əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə) xitam verilməsi yekdilliklə qərara almışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, onun əmək hüquqlarının pozulması barədə müraciətlərinə baxılmış və müəssisə rəhbərliyinin (Cavabdehn) yazdığı məktubdan və təqdim etdiyi sənədlərdən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə) əsasən xx.xx.2020-ci il tarixli 552-k nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla xitam verildiyi və son haqq hesabın ödənildiyi məlum olmuşdur. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası SN-nin Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2020-ci il tarixli xx/xx-6638 saylı məktubla müracət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Reabilitasiya şöbəsində sanitar vəzifəsinə işə qəbul olunmuşdur. Ştat cədvəlində dəyişikliklə əlaqədar xx.xx.2020-ci il tarixdən ixtisaslaşdırılmış şöbədə xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejimi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 35 saylı əmrinə uyğun olaraq xx.xx.2020-cı il tarixdən xx.xx.2020-cı il tarixədək orta əmək haqqı saxlanılmaqla tutduğu vəzifənin icrasından kənarlaşdırılmışdır. Xəstələrə qulluq edən İddiaçı xəstəlik vərəqəsinə görə xx xxx 2020-ci il tarixdən işdə olmamışdır. Xəstəlik vərəqəsi Kadrlar idarəsinə Hüseynov Əli tərəfindən təqdim olunmuş və Balayevin işə çıxması barədə həmin şəxsə məlumat verilmişdir. Xəstəlik vərəqəsi 16 iyun tarixdə bitməsinə baxmayaraq o, xx xxxx 2020-ci il tarixdə işə çıxmamışdır. Cavabdehndə xidmət aparan polis nəfəri, polis serjantı X1 və digər polis işçiləri Abbasov Zaur və Mirkişiyev Şahin birlikdə tərtib etdikləri akta əsasən İddiaçı barəsində məsələyə xx.xx.2020-ci il tarixdə Mərkəzin Nizam-İntizam Komissiyasında baxılmışdır. İddiaçı iş vaxtının əvvəlinə nizam-intizam komissiyasına çağrılmasına baxmayaraq iş vaxtı bitdikdən sonra gəlmişdir. Həmkarlar İttifaqı Komitəsinin iclasında da məsələ müzakirə olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə) xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmiş və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İşçiyə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə xəstəlik vərəqəsinə görə kartına pul köçürülmüşdür. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 15 təqvim günü iyul ayında ödəniləcəyi qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn ixtisaslaşdırılmış şöbənin böyük tibb bacısı vəzifəsini icra edən Hacıyeva Nəzakət tərəfindən Cavabdehn baş direktoru O.Cəfərova ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatın və aktların surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olduğu üçün işə çıxmamışdır. İddiaçı xəstəlik vərəqəsini özü təqdim etməmiş, təsərrüfat heyətinin gözətçisi Hüseynov Əlinin vasitəsi ilə göndərmişdir. 18-23- 26-29 iyun tarixlərdə İddiaçı iş cədvəlinə uyğun olaraq növbələrə çıxmalı olduğu halda heç bir xəbərdarlıq etmədən işə çıxmamışdır. İşə əlavə edilmiş həkim narkoloq Turan Əhmədov, böyük tibb bacısı əvəzi Hüseynova Nəzakət, xəstələrə qulluq edən kiçik tibb qardaşı A.Eyvazov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxmamış, işə gəlməməsi barədə heç kimi xəbərdar etməmiş və icazə almamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ləğv edilməsi tələb olunan əmr əmək qanunvericiliyinin tələblərinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə) uyğun qəbul edilmiş, əsaslar düzgün müəyyən olunmuş və qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı iddia etdiyi halları, yəni əmək müqaviləsinə Cavabdehn subyektiv yanaşması – qərəz əsasında xitam verilməsini sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı madddənin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü verə bilər; 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5508/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar