Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3085/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli, 159426- CNS19285 saylı kredit müqaviləsinə əsasən 18 dekabr 2018-ci il tarixə banka borclu olduğu 15.773,64 manat məbləğində əsas, 2.760,70 manat məbləğində faiz, 319,20 manat məbləğində cərimə, ümumilikdə isə 18.853,54 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 158.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2020 saylı, 09 sentyabr 2020- ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh1 19.10.2015-ci il tarixli krediti müqaviləsi üzrə 18.12.2018-ci il tarixə yaranmış 15.773,64 manat məbləğində əsas, 2.760,70 manat məbləğində faiz, 319,20 manat məbləğində cərimə, cəmi 18.853,54 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlunun paylı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin paylarına uyğun olaraq onun mülkiyyətçilərinə – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinin ilkin satış qiymətinin 228.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılması qət edilmişdir. İddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və mənzilin ilkin satış qiymətinin 158000 manat müəyyən müəyyənləşdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy alınanadək icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi iddiadan imtina edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 19 oktyabr 2015-ci il tarixli, 159426-CNS19285 saylı girovlu istehlak krediti müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunu ödədiyindən hazırki iddiadan imtina edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bundan başqa mülki işə məhkəmədə mahiyyəti üzrə baxılarkən iş üzrə əlavə məhkəmə qiymətləndirmə eksperizası təyin edilmiş, qiymətləndirici mütəxəssisin rəyi məhkəməyə daxil olmuş və aparılmış tədqiqatının dəyəri 350 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən mülki iş üzrə qiymətləndirmə xərci tərəflərdən tutularaq “X3 Mərkəzi” MMC-nin xeyrinə keçrilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək “İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş ekspertizasının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan müştərək qaydada tutularaq “X3 Mərkəzi” MMC-nin xeyrinə keçrilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3085/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3085/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver