Məhkəmə qərarları › İş №2(103)-3085/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3085/2023

12.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3085/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Firmasının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Torpaq sahəsinə cavabdeh sahiblik edir. Cavabdeh torpaq sahəsinə sahibliyini icarə hüququ ilə əsaslandırır. Belə ki, Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən Bakı ŞİH (icarəyə verən) ilə cavabdehin (icarəçinin) arasında bağlanmış xx.xx.2005-ci il tarixli 0565 №-li icarə müqaviləsi ilə Səbail rayonu, Salyon şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində yerləşən 30.000 kv.m torpaq sahəsi 49 il müddətinə cavabdehin icarəsinə verilib. İcarəyə verilən torpaq sahəsinə dair Bakı ŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktı tərtib edilib, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı verilib (kadastr nömrəsi **********6445). İddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin sahiblik etməsi ekspert rəyi ilə təsdiq olunub. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6170 nömrəli rəyinə görə, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri üst-üstə düşür. İddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsi tamamı ilə cavabdehə verilmiş planölçü (kadastr nömrəsi **********6445) hüdudları daxilində yerləşir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi iddiaçıya qaytarılsın və torpaq sahəsindən istifadəyə maneələrin yaradılması cavabdehə qadağan olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneçilik törədilməsi cavabdehə qadağan olunsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddiaçı 0,12 ha torpaq sahəsinin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ reyestrdə qeyd alınıb və reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin torpaq sahəsinin cavabdehin sahibliyində olması ekspert rəyi ilə təsdiq olunub. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuz sahiblik sayılır. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Cavabdehin icarə hüququnun müddəti 11 aydan artıqdır (49 ildir), lakin dövlət qeydiyyatına alınmayıb. Mülki Məcəllənin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, müddəti 11 aydan artıq olan icarə hüququ dövlət qeydiyyatına alndığı andan əmələ gələ bilər. Cavabdehin icarə hüququ qeydə alınmadığına görə əmələ gəlməyib, bu səbəbdən cavabdehin torpaq sahəsinə sahibliyi qanunsuz sahiblik sayılır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar