Məhkəmə qərarları › İş №2(103)-3089/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3089/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3089/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2627/2023 saylı işi üzrə 29 mart 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu İslam Mirzəzadənin hərəkətlərinin qanunsuz hesab edilməsi, 17 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 13 saylı dövlət notariusu Zəminə Abdullayeva tərəfindən verilmiş 18 oktyabr 2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,88 ha olan torpaq sahəsi və AA747732 saylı qeydiyyat şəhadətnaməsinə əsasən 2006- cı ilin buraxılışı, mühərrik G4GC549842, ban KMHJM81BP6U408472, qeydiyyat nömrəsi 10G0430 olan Hyundai Tucson markalı minik markalı nəqliyyat vasitəsi üzərində 1/3 pay üzrə hüququnun müəyyən edilməsi və həmin həcmdə pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2(006)- 2627/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 2V-10 nömrəsi ilə qeyd edilmiş 17 yanvar 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, X6 miras qalmış ünvan 2i ünvanda yerləşən 0,88 ha torpaq sahəsinə İddiaçı İsa oğlunun 1/6 hissədə miras payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 29 saylı Notariat ofisinə həvalə edilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmə xərclərinin iddiaçınının özünə aid edilməsi qət edilmişdir. Cavabdehlərin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)- 7602/2023 nömrəli qərardadı ilə qeyrimümkün hesab edilmiş, cavabdehlər həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(102)- 1336/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)- 7602/2023 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 Vasif oğlunun və Cavabdeh2 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2627/2023 saylı işi üzrə 29 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)-7602/2023 nömrəli qərardadına əsasən,qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 360, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qanunla nəzərdə tutulmuş müddəti ötürülməklə verildiyindən apellyasiya şikayətləri və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № e2(006)-2627/2023 saylı, xx.xx.2024-cü il tarixli Qərardaddan cavabdehlər olaraq verdikləri şikayəti müzakirə edərək həmin qərardadı ləğv edib, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2(006)-2627/2023 saylı qətnaməsindən təqdim olunmuş apelyasiya şikayətlərinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasına göndərilməsinə dair Qərardad çıxarılmasını xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125, 127, 130; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6; Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında Qanunu”un 3, 4, 18, 99; Azərbaycan Respublikası “Məhkəmə Hüquq Şurası haqqında” Qanunun 111, 112; “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 9; Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 4.1, 5.1, 8.1, 8.2, 9.1, 9.3, 130, 133, 266, 267, 268,269, 357, 386, 387.1, 385, 388, 390-cı maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməşinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarna; «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV-hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Hakim-sədr X3. İş № e-2(006)-2627/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməni rəsmi qaydada yaşayış ünvanının yerləşdiyi ərazinin poçtunda (AZ-1022 №-li) xəbərnaməni və xx.xx.2023-cü il tarixli Nəsimi rayon Məhkəməsinin inzibati binasında Məhkəmə Qəbzini imzalamaqla rəsmi qaydada qəbul etmişlər. Bundan sonra iş № e-2(006)-2627/2023 saylı, xx.xx.2023-cü il tarixli X2 prosessual qanunla nəzərdə tutulmuş 30 gün müddətini ötürmədən elektron kabinət vasitəsi ilə 23 noyabr 2023-cü il tarixdə və yazılı formada Məhkəmənin dəftərxanasında xx.xx.2023-cü il tarixdə Qeydiyyatı aparılmaqla təhvil verilmişdir. Sonra 1-ci instansiya Məhkəməsi verilmiş Apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasına göndərilməsini icra etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası №2(103)-7602/2023 saylı, xx.xx.2023-cü il tarixli, apellyasiya şikayətinin (19 sentyabr 2023-cü il tarixli iş № e-2(006)- 2627/2023 nömrəli Qətnamədən) qeyri-mümkün hesab edilməsi barədə Qərardadla müəyyən edərək göstərir ki, “Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e- 2(006)-2627/2022 nömrəli qətnaməsi 05 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə cavabdehlərə çatdırılmış, sonuncuların hazırki apellyasiya şikayətləri isə elektron kabinet vasitəsilə 23 noyabr 2023-cü il tarixdə göndərilmiş bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessial müddət ötürülmüşdür. Məhkəmə Kollegiyasının müəyyən etdiyi bu halla onların elektron qaydada yerləşdirilmə ilə heç bir məlumatları olmamışdır. Yerləşdirilmə barədə işdə olan telefon nömrələrinə və ünvan üzrə poçta heç bir rəsmi xəbər və SMS göndərilərək daxil edilməmişdir. Hətta məhkəmə tərəfindən Qətnamənin rəsmi qaydada poçt vasitəsi ilə xəbərnaməli göndərilməsi ünvan səhv və dəyişdirilməklə qeydiyyatdan keçirilərək yola salınmış ayrı-ayrı poçtda ünvan səhvləri qeydiyyatı aparılaraq gecikdirilmiş xəbərnamə məktubu yaşayış və qeydiyyat ünvanı üzrə AZ- 1022 №-li poçt vasitəsi ilə rəsmi qaydada çatdırıldıqdan sonra yəni 23 noyabr 2023-cü il tarixdə elektron 24 noyabr 2023-cü il tarixdə isə yazılı formada Məhkəmənin dəftərxanasında qeydiyyatla təhvil verilmişdir. Bütün bunlara dair məhkəmə işində sənədlər mövcud olmuşdur. Əgər xaric edilməmişdirsə ona görə də X1 verilməsi üçün Qanunla müəyyən edilmiş prosessual müddətin elektron qaydada yerləşdirilməsi halı ilə bağlı ötürülməsi faktında iradələrindən asılı olmayan hərəkət və hərəkətsizlik dinamikası üzürlülüyü önə çəkilməsi bərpası təmin olunaraq Apellyasiya Şikayətinin baxılmasına dair o, mümkün sayılmalı və yuxarı Məhkəmə İnstansiyası Kollegiyasına göndərilməlidir. Qətnamə rəsmi qaydada Məhkəmənin göndərdiyi xəbərnaməli bildirişi poçta (AZ-1022 № li) imzalamaqla və xx.xx.2023-cü il tarixdə Məhkəmə binasında Qəbzə imza etməklə rəsmi qaydada verilmişdir. Elektron poçtda yerləşdirilməsi barədə heç bir məlumatımız olmamış və Məhkəmə tərəfindən SMS-lə telefona xəbər də yerləşdirilməmişdir. Məhkəmə tərəfindən Qətnamənin məktubla göndərilməsi ünvanlar səhv və dəyişdirilməklə icra olunmuşdur. Qanunla nəzərdə tutulmuş 1 ay müddət elektron poçtda yerləşdirilməklə ötürülməsindəki hərəkət və hərəkətsizlikdə cavabdeh subyektlər olaraq onların iradəsindən asılı deyildir. Bunu rəsmi poçt möhürlərindəki tarixli qeydlər, Məhkəmə qəbzinin imzalanma tarixi, Xəbərnamə - Sifarişçi məktubun imza olunmaqla qəbulu tarixi, məhkəmə işində olan telefonlarımıza SMS-lərin yerləşdirilməməsi əyani şəkildə təsdiq edir. İş materillarında olan həmin sənədlərin surətlərini Bakı Apellyasiya Məhkəməsində işin materilları ilə tanış olarkən tərəflərindən müraciət əsasında götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2627/2023 saylı işi üzrə 06 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10- 1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, qanuni qüvvəsini almiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7602/2023 nömrəli işi üzrə 11 dekabr 2023-cü il tarixli qərardadı ilə artıq bu məsələyə qiymət verilmiş, cavabdehlər isə qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə versələr də, müvafiq qətnamədən şikayəti əlavə etməmiş, yuxarı instansiya məhkəmə tərəfindən müəyyən edilmiş hallar üzrə birinci instansiya məhkəməsinin qərardadından şikayət vermişlər. Halbuki Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: (133.3.) Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2627/2023 saylı işi üzrə 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar