Məhkəmə qərarları › İş №2(103)-3090/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3090/2023

16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3090/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddiasına, iddiaçı Cavabdeh İddiaçı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2023-cü il tarixli qətnamədən iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə və cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci iş üzrə məlumat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka-1” Bağ sahəsində yerləşən 528 “M” saylı bağ evindən və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsindən cavabdehin və digərlərinin cavabdehin hesabına çıxarılması, bağ evinin və torpaq sahəsinin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin törədilməsinin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əaslandırılmışdır ki, iddiaçı, yuxarıda qeyd edilən torpaq sahəsini və bağ evini onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsi” əsasında almışdır. Bundan sonra həmin torpaq sahəsi və bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – DƏDRX) tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və həmin əmlakın iddiaçının xüsusi mülkiyyətində olması barədə DƏDRX tərəfindən iddiaçıya ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Reyestrdən çıxarış” verilmişdir. “Alğı-satqı müqaviləsinin” bağlanmasından 1 il keçməsinə, torpaq sahəsinin və bağ evin boşaldılması ilə bağlı iddiaçının dəfələrlə etmiş müraciətlərinə baxmayaraq, Cavabdeh torpaq sahəsini və bağ evini iddiaçıya təhvil vermir, ailə üzvləri ilə birlikdə orada yaşamağa davam edir. Buna görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bu iddia ərizəsi əsasında Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)- 5154/2022 saylı mülki işin icraatı başlanmışdır. b) ikinci iş barədə məlumat

4. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək mübahisəli torpaq sahəsinə və bağ evinə dair onunla İddiaçı arasında xx.xx.2021ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız sayılması və həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bu iddia ərizəsində Bakı Şəhəri 14 saylı Notariat Ofisi iş üzrə üçüncü şəxs kimi göstərilmişdir.

6. Özündə, İddiaçı iddiasına qarşı etirazı da ehtiva edən bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında həmin “Alğı-satqı müqaviləsi” bağlansa da, Cavabdeh torpaq sahəsini və bağ evini İddiaçı satmamış, müqavilə formal xarakterli olmuşdur. Belə ki, Cavabdeh, İddiaçı qohumu olan Elmir adlı şəxsdən 2019-cu ildən başlayaraq topdan satış məqsədi ilə meyvə-tərəvəz məhsullarını nisyə götürüb satırdı və satışdan əldə olan vəsait hesabına Elmirə olan borclarını ödəyirdi. Elmir özünü sığortalamaq üçün Cavabdeh təklif etmişdir ki, o, yeganə yaşayış yeri olan bağ evini və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsin. Elmir və Vüsal ilə aralarında uzun illər al-ver və tanışlıq olduğu üçün Cavabdeh bu təklif ilə razılaşmış, lakin onları xəbərdar etmişdir ki, əmlakı ipoteka ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklüdür. Elmir ilə Vüsal isə razılaşmışlar ki, onlar "xxxx" BOKT-na olan borcu ödəyəcəklər ki, “Alğı-satqı müqaviləsi” bağlana bilsin. Bu münvanla da, Cavabdeh ilə İddiaçı arasında həmin müqavilə bağlanmışdır. Əmlakın qiyməti 308.000 manat olsa da, müqavilədə qeyd edilmişdir ki, əmlakın qiyməti 75.000 manatdır. Notariat Ofisində və "xxxx" ASC-də video görüntülərə baxış keçirilərsə, onda açıq şəkildə bəlli olar ki, “Alğı-satqı müqaviləsi” bağlanan zaman Cavabdeh pul almamışdır. Buradan açıq aydın görünür ki, “Alğı-satqı müqaviləsi” formal bağlanmışdır. İddiaçı isə ona qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddianı irəli sürdükdə o başa düşmüşdür ki, İddiaçı və Elmir onu aldadıblar.

7. Bu iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)- 5627/2022 saylı mülki işin icraatı başlanmışdır. c) ikinci iş üzrə cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz barədə məlumat

8. İkinci iddia üzrə cavabdeh İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə təmsil etdiyi şəxsə qarşı Cavabdeh tərəfindən irəli sürülümüş iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı tərəfindən aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. Cavabdeh İddiaçı qohumu olan Elmirə borcunun olduğunu və qeyd edilən “Alğı-satqı müqaviləsinin” məhz həmin borca görə bağlanmasını təsdiq edə biləcək sübut yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, “Alğı-satqı müqaviləsində” qeyd edilən və notariusun hesabına qoyulmuş 75.000 manat məbləğdə pulu Cavabdeh şəxsən "xxxx" ASC-dən götürmüş və ötən dövr ərzində pulun onun tərəfindən alınmaması və “Alğı-satqı müqaviləsinin” etibarsız olması ilə bağlı heç bır mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh iddia ərizəsində bildirir ki, İddiaçı ona qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddianı irəli sürdükdə o başa düşmüşdür ki, İddiaçı və Elmir onu aldadıblar. Cavabdeh bu dəlili yalandır. Belə ki, Cavabdeh evinin və torpaq sahəsinin qiyməti 308.000 manatdırsa, onda onun Bankda 75.000 manat alaraq 1 il ərzində aldandığını bilməməsi qeyri-mümkündür. Əslində isə İddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə bir qədər gec müraciət etməsinin səbəbi ondan ibarət olmuşdur o, ötən müddət ərzində Cavabdeh ilə söhbətlər aparmış və evin, habelə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi məsələsini sülh yolu ilə həll etmək istəmişdir. d) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

9. Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla yuxarıda qeyd edilən hər iki mülki işin bir icraatda birləşdirilməsini qərara almış və icraatında olan mülki işi Sabunçu Rayon Məhkəməsinə göndərmişdir c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

10. Hər iki işə bir icraatda baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın təmin edilməməsini, Cavabdeh İddiaçı qarşı irəli sürdüyü iddianın isə təmin edilməsini, mübahisəli torpaq sahəsinə və bağ evinə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız sayılmasını, həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsini qət etmişdir.

11. Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 340.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına və “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadən iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinin və bağ evinin alınıb-satılması barədə heç bir danışıq aparılmamış, Cavabdeh mülkiyyətində olan həmin əmlakları satmaq niyyətində olmamışdır. Belə ki, Cavabdeh ilə İddiaçı qohumu olan Elmir adlı şəxs arasında ticarət münasibətləri olmuş, sonuncu gələcəkdə bu münasibətlərdən əmələ gələ biləcək öhdəliklərin təminatı kimi Cavabdeh öz əmlakını İddiaçı adına rəsmiləşdirməyi təklif etmiş, Cavabdeh da tanışları olan Elmirə və İddiaçı etibar etdiyi üçün bu təklif ilə razılaşmış və İddiaçı ilə mübahisəli “Alğı-satqı müqaviləsini” bağlamışdır. Göründüyü kimi, “Alğı-satqı müqaviləsi” Elmir adlı şəxslə Cavabdeh arasında sonuncunun gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da tərəflər müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışlar. Buna görə də, həmin “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında mübahisəli əmlaka dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməlidir. Bundan başqa, İddiaçı ona qarşı Cavabdeh tərəfindən irəli sürülmüş iddia tələbinin iddia müddətinin ötürülməsi ilə bağlı rədd edilməsini xahiş etsə də, İddiaçı bu dəlili əsassız hesab edilməlidir. Belə ki, Cavabdeh iddiası “Alğı-satqı müqaviləsinin” yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz. d) apellyasiya şikayəti barədə məlumat

12. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın təmin, Cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş iddianın isə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, onun əmlakına dair “Alğı-satqı müqaviləsi” bağlanılarkən onun inamından sui-istifadə edilmişdir. Demək ki, Cavabdeh vacib əhəmiyyətli yanılmanın təsiri altında evi satmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər. Cavabdeh aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. Müqavilənin Cavabdeh aldanması nəticəsində bağlanılmasını və müqavilə üzrə İddiaçı Bankdakı hesaba köçürtdüyü 75.000 manat məbləğində pulun Cavabdeh tərəfindən götürülməməsini təsdiq edən əsaslı sübutlar yoxdur. Cavabdeh 75.000 manat məbləğində pulu şəxsən bankdan götürmüş, həmin pul məbləğindən "xxxx" BOKT ASC-yə ödəyə bilmədiyi 45.000 manat istehlak kreditini ödəmiş və keçən dövr ərzində bu barədə heç bır mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir. Bundan başqa, Cavabdeh mübahisəli əmlakın qiymətinin 308.000 manat olduğunu iddia etsə də, iş materiallarında "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi var və həmin müqavilədən görünür ki, Cavabdeh məxsus bağ evi xx.xx.2019-cu il tarixli “İstehlak krediti müqaviləsinə” əsasən yaranmış öhdəliyin (Cavabdeh həmin BOKT-dan 35.000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri Cavabdeh ilə BOKT arasında olmuş razılığa əsasən 90.000 manat müəyyən edilmişdir. Əgər belə idisə ondan Cavabdeh niyə bir ildən çox müddətdə 75.000 manat məbləğində pulu şəxsən Bankdan götürərkən aldandığını bilməmişdir. Daha sonra, Cavabdeh iddiasında qeyd edir ki, guya o, aldandığını İddiaçı ona qarşı “bağ evindən çıxarılma və sair tələbləri barədə” iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. Bu tamamilə yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı Cavabdehla 7-8 ay ərzində şifahi danışıqlar aparmış və aralarındakı mübahisəni məhkəmədən kənar həll etmək istəmiş, lakin müsbət nəticə əldə olunmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı ilə “Alğı-satqı müqaviləsi” bağlayarkən tam anlaqlı vəziyyətdə olmuş, öz hərəkətlərini və müqavilənin hansı nəticələr doğuracağını dərk etmişdir. Lakin Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına əhəmiyyət verməmişdir. Digər tərəfdən, Rayon Məhkəməsi heç bir təsdiqedici sübuta istinad etmədən qənaətə gəlməklə yanaşı faktları da uzlaşdıra bilməmişdir. Gəldiyi nəticə məhkəmə iclası zamanı Cavabdeh verdiyi izahata deyil, onun məhkəmə iclasından əvvəl, yəni məhkəməyə verdiyi qarşılıqlı iddia ərizəsindəki fikirlərinə söykənmişdir. Rayon Məhkəməsi həmçinin qətnamədə “Alğı-satqı müqaviləsinin” formal bağlandığını qeyd etmişdir. Lakin alğı-satqı nəticəsində ödənilmiş 75.000 manat məbləğində pulun Cavabdeh özü tərəfindən Bankdan götürülməsini araşdırmamış, bununla bağlı sübutları Bankdan tələb etməmişdir. Halbuki, həmin məlumatlar bank sirrini təşkil etdiyindən İddiaçı tərəfindən əldə oluna bilməzdir. Cavabdeh Rayon Məhkəməsinə təqdim etdiyi daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, mübahisəli torpaq sahəsinin və bağ evinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir. Lakin həmin arayışın onun (İddiaçı) “Alğı-satqı müqaviləsinə” əsasən əldə etdiyi mülkiyyətinə heç bir aidiyyatı yoxdur. Belə ki, İddiaçı 14 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv.metr olan bağ evini və 528 “M” ünvanında yerləşən ümumi sahəsi 0,109 ha olan torpaq sahəsini Cavabdeh almışdır. Evin sahəsi arayışda göründüyü kimi 604,5 kv.m yox 392.1 kv.m-dir. Evin ünvanı 528 yox, 528 “M”-dir. Torpaq sahəsi isə 0,199 ha yox, 0,109 ha-dır. Arayışda qeyd edilən daşınmaz əmlak da Cavabdeh məxsusdur (və ya əvvəllər məxsus olmuşdur), lakin mübahisəli daşınmaz əmlak deyildir. Cavabdeh bu arayışla işə baxmış Rayon Məhkəməsini aldatmış və nəticədə Rayon Məhkəməsi “Alğı-satqı müqaviləsi” ilə evin bazar qiyməti arasındakı fərqə görə həmin müqaviləni formal hesab etmişdir. e) apellyasiya şikayətində dair verilmiş etiraz barədə məlumat

14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, göstərmişdir ki, mübahisəli “Alğı-satqı müqaviləsi” bağlanarkən tərəfindən hər hansı vəsaiti qəbul etməmişdir. O, həmin müqaviləni İddiaçı və sonuncunun qohumu Elmirə inandığı üçün bağlamışdır. İddiaçı onun etimadından sui-istifadə edərək, yeganə yaşayış yerini əlindən almaq niyyətindədir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

15. Apellyatorun – İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

16. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi.

17. İş üzrə üçüncü şəxs olan Bakı Şəhəri 14 saylı Notariat Ofisi apellyasiya baxışının yeri və vaxtı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Göstərilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, 14 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka-1” Bağ sahəsində yerləşən, ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evini və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsini 75.000 manata İddiaçı satmışdır.

20. Müqavilədən, işdə olan digər sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, müqavilə bağlanan anda bağ evi və torpaq sahəsi ipoteka ilə "xxxx" BOKT ASC-nin xeyrinə yüklü olmuşdur.

21. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışdan” görünür ki, 528 “M” saylı bağ evi və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə İddiaçı adına qeydiyyata alınmışdır.

22. "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh, onunla "xxxx" BOKT ASC ilə xx.xx.2019cu il tarixdə (35.000 manat məbləğində kreditin BOKT-an alınması ilə bağlı) bağlanmış 2019/00742-EY saylı “İstehlak kredit müqaviləsi” üzrə BOKT qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 528 “M” saylı bağ evini və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsini BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədən həmçinin görünür ki, ipoteka predmeti olan əmlakın dəyəri Cavabdeh ilə BOKT-un razılığına əsasən 90.000 manat müəyyən edilmişdir.

23. DƏDRX 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş və onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan” görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 “Bağ sahəsi” ünvanında yerləşən və ümumi sahəsi 604,5 kv.m olan 528 saylı bağ evinin və həmin evə aid sahəsi 0,199 ha olan torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir.

24. Məhkəmə bildirir ki, apellyasiya baxışının predmeti olan iddiaların həlli ilə bağlı ilk növbədə Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasının əsaslılığına, bu iddianın əsaslı olub-olmamsından asılı olaraq isə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddiasının əsaslığına qiymət verilməlidir.

25. Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddia ərizəsində bildirir ki, “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan” görünür ki, onun mülkiyyətində olmuş bağ sahəsinin və torpaq sahəsinin qiyməti 308.000 manat olsa da, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsində” evin və torpaq sahəsinin qiyməti 75.000 manat göstərilmişdir. Bu isə ona dəlalət edir ki, “Alğı-satqı müqaviləsi” formal olaraq bağlanmışdır.

26. Cavabdeh bu dəlilinə etiraz edən İddiaçı apellyasiya şikayətində bildirir ki, həmin “Arayışda” göstərilən qiymətin “Alğı-satqı müqaviləsinin” predmeti olan evə və torpaq sahəsinə aidiyyətı yoxdur. Belə ki, “Alğı satqı müqaviləsində” ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evindən və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsi qeyd edilibsə, “Arayışda” ümumi sahəsi 604,5 kv.m olan 528 saylı bağ evinin və həmin evə aid sahəsi 0,199 ha olan torpaq sahəsi qeyd edilib. Bundan başqa, nəzərə alınmalıdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsində qeyd edilib ki, ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evinin və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsinin qiyməti Cavabdeh ilə BOKT arasında olmuş razılığa əsasən 90.000 manat müəyyən edilmişdir. Buna görə həmin “Arayış” etibarlı sübut kimi qəbul edilə bilməz.

27. Bununla bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, DƏDRX 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş və onun tərəfindən tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Arayışda” (bax: hazırki qətnamənin 23-cü bəndinə) qiymətləndirilən əmlak kimi ümumi sahəsi 604,5 kv.m olan 528 saylı bağ evi və həmin evə aid sahəsi 0,199 ha olan torpaq sahəsi qeyd edilib. Lakin Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsində” (bax: hazırki qətnamənin 19-cü bəndinə) qeyd edilib ki, alğı-satqının predmeti ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evi və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsidir.

28. Göründüyü kimi, “Arayışda” göstərilən qiymətin “Alğı-satqı müqaviləsinin” predmeti olan evə və torpaq sahəsinə aidiyyətı yoxdur. Buna görə də Məhkəmə həmin “Arayış” etibarlı sübut kimi qəbul etmir.

29. Lakin bununla yanaşı Məhkəmə qeyd edir ki, İddiaçı özü tərəfindən dəfələrlə (həmçinin apellyasiya şikayətində də) istinad edilən, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsindən” görünür ki, ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evi və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsinin qiyməti 90.000 manat müəyyən edilmişdir (bax: hazırki qətnamənin 22-ci bəndinə).

30. İddiaçı həmin “İpoteka müqaviləsinə” etibarlı sübut kimi yanaşdığından Məhkəmə də, həmin müqaviləyə etibarlı sübut kimi yanaşır və qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsində” bağ evinin və torpaq sahəsinin qiymətinin birdən birə (90.000 - 75.000 =) 15.000 manat aşağı göstərilməsi nəzərə alınmalı və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

31. Cavabdeh İddiaçı qarşı irəli sürdüyü iddia ərizəsini həmçinin onunla əsaslandırır ki, o, İddiaçı qohumu olan Elmir adlı şəxsdən 2019-cu ildən başlayaraq topdan satış məqsədi ilə meyvə-tərəvəz məhsullarını nisyə götürüb satırdı və satışdan əldə olan vəsait hesabına Elmirə olan borclarını ödəyirdi. Elmir özünü sığortalamaq üçün Cavabdeh təklif etmişdir ki, o, bağ evini və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsin. Elmir və Vüsal ilə aralarında uzun illər al-ver və tanışlıq olduğu üçün o, bu təklif ilə razılaşmış və İddiaçı ilə “Alğı-satqı müqaviləsini” bağlamışdır.

32. Cavabdeh bu dəlilinə etiraz edən İddiaçı bildirir ki, Cavabdeh “Alğı-satqı müqaviləsini” göstərdiyi səbəbdən deyil, bağ evini və torpaq sahəsini ona satmaq niyyətində olması səbəbindən bağlamışdır.

33. Bununla bağlı Məhkəmə qeyd edir ki, İddiaçı, qohumu olan Elmir ilə Cavabdeh arasında ticarət münasibətlərinin olmasını inkar etmir. Belə olan halda evin və torpaq sahəsinə dair bağlanmış “Alğı-satqı müqaviləsinin” Cavabdeh bildirdiyi səbəbdən deyil, real olaraq satılması səbəbindən bağlanmasını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Apellyasiya icraatı zamanı İddiaçı vəkilinin (nümayəndəsinin) razılığı ilə Məhkəmə, Cavabdeh təqdim etdiyi və özündə onunla İddiaçı telefon danışığını əks etdirən telefon danışığını əks etdirən səs yazısını (xx.xx.2023-cü il tarixli məhkəmə iclasına dair video görüntüdə həmin səs yazısı səslənir) dinlənmişdir. Həmin səs yazısından aydın olur ki, İddiaçı Cavabdeh təklif edir ki, o, Elmirə olan borcunu ödəsin və ya evi başaltsın.

35. Səs yazısı dinləndikdən sonra İddiaçı vəkili (nümayəndəsi) bildirdi ki, həmin səs İddiaçı məxsusdur. Lakin bu hal “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki həmin danışıqda “Alğı-satqı müqaviləsi” üzrə ödənilmiş pulun qaytarılmasından söhbət gedir.

36. Dinlənmiş səs yazısının İddiaçı ilə Cavabdeh arasında olan danışığa aid olmasını nəzərə alan Məhkəmə, həmin səs yazısına etibarlı sübut kimi qəbul edir və hesab edir ki, səs yazısı nəzərə alınmalı və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

37. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında mübahisəli bağ evinə və torpaq sahəsinə dair “Alğı-satqı müqaviləsi” xx.xx.2021-ci il tarixdə bağlanmışdır.

38. İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddia ilə xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

39. İddiaçı vəkili (nümayəndəsi) bu halı onunla izah edir ki, İddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə bir qədər gec müraciət etməsinin səbəbi ondan ibarət olmuşdur o, ötən müddət ərzində Cavabdeh ilə söhbətlər aparmış və evin, habelə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi məsələsini sülh yolu ilə həll etmək istəmişdir.

39. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin “Alğı-satqı müqaviləsinin” 11-ci bəndindən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, alğı-satqının predmeti olan bağ evi və torpaq sahəsi xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli idi.

40. İşin hallarından müəyyən edilir ki, alğı-satqının predmeti olan bağ evi və torpaq sahəsi hələ də İddiaçı təhvil verilməyib və Cavabdeh ailəsi ilə birlikdə həmin bağ evində yaşayır və torpaq sahəsi onların istifadəsindədir.

41. Bu hal iş üzrə tərəflər arasında mübahisə doğurmadığından Məhkəmə hesab edir ki, bu hal işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

42. Cavabdeh tərəfindən İddiaçı qarşı irəli sürülmüş “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddianın dəlillərini və “Xaqani Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” onların iradə ifadə edib-etməməsi, etibarsızlığı tələb edilən əqdin yalan və ya uydurma əqd olub-olmaması ilə bağlı araşdırma aparılmalı və sübutların qarşılıqlı qiymətləndirilməsi təmin edilməlidir.

43. Məhkəmə hesab edir ki, iş üzrə mübahisələndirilən müqavilənin şərtlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilənin etibarlılığına Mülki Məcəllənin 340-cı maddəsinin müddəaları nöqteyi-nəzərdən tərəflər arasında borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanıb-bağlanması, bundan sonra iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Bunun nəticəsi olaraq, Mülki Məcəllənin 337.5-ci və ya 340.2-ci maddəsinin tələblərinin tətbiqi imkanları araşdırılmalıdır.

44. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).

45. Qeyd edilən maddi hüquq normalarının tələblərini işin hallarına tətbiq edən Məhkəmə, xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra evin və torpaq sahəsinin (müqavilədə satıcı kimi qeyd edilmiş) Cavabdeh tərəfindən (müqavilədə alıcı kimi qeyd edilmiş) İddiaçı müqavilənin bağlandığı tarixdə təhvil verilməli olması, lakin təxminən 11 ay müddət (“Birinci iş”in başlanmasına əsas olmuş iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə daxil olduğu tarixədək olan müddət) ərzində təhvil verilməməsini (hazırki qətnamənin 40-41-ci bəndlərində qeyd edilən işin halları), işin müəyyən edilmiş və hazırki qətnamənin 30-cu və 36-cı bəndində göstərilən hallarını əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, Cavabdeh evi və torpaq sahəsini satmaq niyyəti, İddiaçı isə onları almaq niyyəti olmamışdır. Həmin müqavilə Cavabdeh İddiaçı qohumuna ola biləcək borcun qaytarılmasının təminatı olaraq bağlanmışdır.

46. Mülki Məcəllənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur (maddə 340.2.).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xaqani Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır.

49. Beləliklə, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğısatqı müqaviləsi” ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Tərəflər həmin müqaviləni bağlamaqla Cavabdeh İddiaçı qohumuna ala biləcək borcun qaytarılmasının təminatının rəsmiləşdirmək istəmişlər. Guya ki, Cavabdeh İddiaçı qohumuna borcunu qaytara bilməsə, borcun əvəzi kimi mənzil İddiaçı özünün və ya qohumunun mülkiyyətinə keçəcək və borc mənzil ilə əvəzləşdiriləcək. Hansı ki, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (“N.Hacıyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı).

50. Göstərilənləri nəzərə alan Məhkəmə ədalətli balansın təmini, mülki dövriyyənin sabitliyi və müəyyənlik prinsipinə əsaslanaraq hesab edir ki, yuxarıda qeyd edilən “Alğısatqı müqaviləsi” yalan əqddir. Müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir.

51. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsini” etibarsız hesab edilməsini qət etməkdə haqlı olmuşdur.

52. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır.

53. Bu nəticəyə gələn Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin “Alğı-satqı müqaviləsinin” predmeti olan əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsini qət etməkdə də haqlı olmuşdur.

54. Belə ki, qeyd edilən həmin “Çıxarış” Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” nəticəsi olaraq verilmişdir.

55. Buna görə də, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri də əsassız hesab edilməlidir.

56. Bundan başqa Məhkəmə bildirir ki, Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası hər hansı (istər iddia müddətinə, istər isə kəsici) müddətə görə rədd edilə bilməz və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə də haqlı olmuşdur.

57. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.).

58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, “.... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.”

59. Göstərilənləri və Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” yalan əqd olmasını nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

60. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

61. Rayon Məhkəməsi hazırki iş üzrə qeyd edilən maddənin tələbini (restitusiyanı) tətbiq etməmişdir.

62. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

63. Belə ki, İddiaçı bildirir ki, onunla Cavabdeh arasında bağlanmış “Alğı-satqı müqaviləsində” qeyd edilmiş 75.000 manat onun tərəfindən Cavabdeh ödənilmişdir.

64. Cavabdeh isə bildirir ki, o, İddiaçı bir manatda olsun almamışdır. İddiaçı, “Alğısatqı müqaviləsinin” bağlanmasına nail olmaq üçün 75.000 manatı müqaviləni bağlamış notariusun "xxxx" ASC-də olan hesabına ödəmiş, o (Cavabdeh), pulun alınması barədə “Məxaric qəbzinə” imza etsə də, notarius, həmin məbləğdən təxminən 36.000 manatını onun (Cavabdeh) "xxxx" BOKT-a olan borcun ödənilməsinə yönəltmiş, qalan məbləği isə İddiaçı geri götürmüşdür.

65. İş üzrə tərəflərin bildirdikləri bu dəlillərə qiymət verilməsi eləcə də işin obyektiv həllinə nail olmaq üçün Məhkəmə iş üzrə tərəfin vəsatətləri əsasında, (alıcı olaraq) İddiaçı ilə (satıcı olaraq) Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə "xxxx" ASC tərəfindən aparılmış maliyyə-bank əməliyyatlarını təsdiq edən sənədlərin, habelə həmin “Alğı-satqı müqaviləsi” tələb edilən üzrə pul vəsaitinin Cavabdeh tərəfindən qəbul etməsini təsdiq edə biləcək videogörüntün (kamera görüntüsünün) "xxxx" ASC-dən götürülməsi barədə qərardad qəbul edilmişdir.

66. Qərardadın icrası ilə bağlı "xxxx" ASC Məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, M/11-4237 nömrəli məktubla, aparılmış maliyyə-bank əməliyyatlarını təsdiq edən sənədləri Məhkəməyə təqdim etmiş və lakin videogörüntülərin yaddaş həcmi bir aydan bir avtomatik olaraq silinərək yenilənməsi səbəbindən təqdim edilməsinin mümkün olmaması barədə məlumat vermişdir.

67. Bununla yanaşı Məhkəmə Bakı Şəhəri 14 saylı Notariat Ofisinə məktubla müraciət edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında “Alğı-satqı müqaviləsinin” bağlanmasına dair 47-1356 nömrəli notariat işinin təqdim edilməsini xahiş etmiş və həmin notariat işinin surəti Məhkəməyə təqdim edilmişdir.

68. "xxxx" ASC tərəfindən Məhkəməyə təqdim edilmiş sənədlərdən eləcə də 47- 1356 nömrəli notariat işindən görünür ki, mübahisəli “Alğı-satqı müqaviləsi” üzrə 75.000 manat müqaviləni bağlamış notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş, Cavabdeh, pulun alınması barədə “Məxaric qəbzinə” imza etmiş, notarius, həmin məbləğdən təxminən 35.670 manatı "xxxx" BOKT-un xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən Cavabdeh "xxxx" BOKT-a olan borcun ödənilməsinə yönəltmişdir.

69. Göstərilənlərə əsasən müəyyən edilir ki, (alıcı olaraq) İddiaçı ilə (satıcı olaraq) Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən "xxxx" BOKT-un xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən notarius tərəfindən Cavabdeh BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır.

70. İşin bu halını işin yuxarıda müəyyən edilmiş digər halları ilə birlikdə müzakirə edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə restitusiyanı tətbiq etməməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi

71. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

72. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

73. Bu baxımdan, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar