Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3091/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın qaytarılması pul və dəymiş mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1342/2023 saylı mülki işi üzrə 03 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin şərtlərinin pozulması səbəbindən mebellərin geri qaytarılması, Cavabdeh2 QSC ilə aralarında bağlanan 566-EKC-0021-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılaraq ödədiyi 936 manat kredit məbləğinin cavabdehlər tərəfindən ona qaytarılması və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 5*** manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1342/2023 saylı işi üzrə 03 fevral 2023cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq eskpertizarının keçirilməsi qərara alınmış, ekspert rəyi məhkəməyə təqdim edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 MMC şikayət vermiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı üzrə işin dayandırılmasını əsassız hesab etmiş və şikayətin təmin olunmasını xahiş etmişdir.Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 609 nömrəli etiraz ərizəsində də qeyd edilib ki, 2022-ci ilin oktyabr ayında müştəri mətbəx mebelinin bütün detallarının boyalı MDF materialından dəyişdirilməsinə razı olduğunu bildirmişdi. Əməkdaşları müştəri məmnuniyyətini nəzərə alaraq, müqavilədə və onun eskizində razılaşdırılmayan şərtlərin, yəni mətbəx mebelin bütün korpus hissəsinin boyalı MDF materialı ilə əvəz edilməsinə razılığını bildirmişdilər, lakin İddiaçı bildirib ki, adına rəsmləşmiş kredit müqaviləsi ləğv edilsin və yeni kredit rəsmləşdirilsin, yeni şərtlərlə kredit müqaviləsi bağlandıqdan sonra mətbəx mebelinin bütün korpusu boyalı MDF ilə əvəz edilsin. Cavabdeh1 MMC kredit təşkilatı olmadığından kredit və kredit müqaviləsindən irəli gələn mübahisələrə, şərtlərə baxılması məsələsi BOKT "xxxx" QSC-yə aiddir.Qüsurlu malın lazımi keyfiyyətli mal ilə əvəz edilməsini iddiaçıya dəfələrlə təklif ediblər, lakin iddiaçı başqa tələblər (kredit müqaviləsinin ləğvi, yeni şərtlərlə kredit müqaviləsinin bağlanılması və s.) irəli sürüb. İddiaçı BOKT "xxxx" QSC ilə kredit müqaviləsi bağlayıb, iddiaçını heç kəs kredit müqaviləsinin bağlamasına məcbur etməyib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1342/2023 saylı işi üzrə 29 mart 2023-cü il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 97-103, 254-258, 385, 387-390-cı maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya diqqətə çatdırır ki, Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 103.1-ci maddəsinə əsaasən: Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Şikayət verən tərəfindən işin mahiyyəti üzrə qiymət verilməsi zərurəti kimi təfsir edilməsi və hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan, ədaələt mühakiməsinin prinsiplərinə zidd və sübutlara qabağcadan qiymət verilməsinə yönəlik hal kimi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən (maddə 120) məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə, konkret hallar nəzərə alınmaqla, ağlabatan miqdarda məbləğ tuta bilər və bu prosessual hərəkətlərin aparılması məhkəmə işinin yekun qənaətindən asılıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 - 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1342/2023 saylı işi üzrə 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3091/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3091/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver