Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3096/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3443/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 642 ünvanında yerləşən bağ evindən çıxarılmaları, həmin bağ evinin cavabdehlər tərəfindən boşaldılması və İddiaçı həmin bağ evinə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və qeyrilərinin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evindən çıxarılması, evin boşaldılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evini almışdır. xx.xx.2012-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin bağ evinə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Bağ evində tanışları X4 öz ailəsi ilə birlikdə alınan vaxtdan yaşayırlar. xx.xx.2019-cu il tarixdə təxminən 19:00 radələrində Cavabdeh və qeyriləri həmin ünvana gələrək evinə qanunsuz daxil olmaqla oranı zəbt etmiş, hazırda həmin mənzildə yaşayırlar və oradan çıxmaq istəmirlər. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayəti qəbul etməyərək təmin olunmamasını, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.07 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru Faiq Muradov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və X2 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində AR İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Tər-Tər rayonunda anadan olmuş və Tər-Tər şəhəri, E.Səfərov küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh xx.xx.2019cu il tarixdə sözügedən ünvanda yerləşən bağ evinə qanunsuz olaraq daxil olmuşlar və hal-hazıradək orada yaşayır. Cavabdehlə iddiaçının heç bir tanışlıq və ya qohumluq əlaqəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci madəsinə əsasən “Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən “Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.” Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixdə qanunsuz olaraq iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli bağ evinə daxil olmuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh halhazırda həmin ünvanda yaşayır və sözügedən ünvanda cavabdehə aid olan əşyalar vardır. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəliləri qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3096/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3096/2020
05.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver