Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3098/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-1364/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-1364/2020 saylı qətnaməsi iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən verilən apelyasiya şikayətinə baxılması üçün məhkəmə iclası təyin olunmuşdur. Sonradan Sabunçu Rayon Məhkəməsi maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətini poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir . Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə X1 tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)- 1364/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli 2(008)-1364/2020 saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3098/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3098/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver