Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-31/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı, həmçinin Cavabdeh2 İddiaçı və X11 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X3 və onun vəkili Vəkil3, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Qarşılıqlı iddia üzrə cavabdeh X8 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən çıxarılma» tələbinə dair ilk, həmçinin Cavabdeh2 cavabdeh İddiaçı və X11 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh X23 alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər.
2. Belə ki, İddiaçı X12 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Məhəllə 668, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzili 2 may 2019-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir.
3. Daha öncə isə mübahisəli mənzil X23 tərəfindən 14 may 2011-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin dövrdə mənzilin mülkiyyətçisi olan X4 əldə edilmişdir.
4. Mübahisə predmeti olan mənzil X5 İddiaçı mülkiyyətinə keçən zaman orada qeydiyyatda olan X13, X10, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 tərəfindən mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada ərizələr verilmişdir.
5. xx.xx.2020-ci il tarixdə İddiaçı vəfat etmiş, onun qardaşı X31 prosessual hüquq varisi qismində işə cəlb edilmişdir.
6. X17 nümayəndəsi X6 ilə X36 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı daşınmaz əmlakınn alqı-satqı müqaviləsinə əsasən Əfqan Ərəbov mübahisəli mənzili Nicat Novruzova satmışdır.
7. Mübahisəli mənzil xx.xx.2022-ci il tarixdən X3 mülkiyyətindədir.
8. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun prosessual hüquq varisi kimi X18 işə cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İlkin iddia üzrə iddiaçı (bundan sonra iddiaçı) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh2 və ilkin iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh1 azyaşlı X19 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 25, mənzil 5-də yerləşən yaşayış sahəsinə (bundan sonra mübahisəli mənzil) istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili alqı-satqı yolu ilə X5 02 may 2019-cu il tarixdə almışdır. Mənzili aldıqdan sonra onun adına qeydiyyat nömrəsi ********** saylı çıxarış da verilmişdir. O, mənzili alanda qeydiyyatda olan şəxslər ona bildirmişlər ki, 5 ay müddətinə qeydiyyatdan çıxacaqlar və mənzili boşaldacaqlar. Lakin bu vaxta kimi cavabdehlər qeydiyyatdan çıxmamışlar. Mənzildə yaşayırlar. Dəfələrlə mənzildən çıxmalarını tələb etsə də, onlar mənzildən çıxmamışlar. O, mənzili alandan sonra da cavabdehlər orada yaşamağa davam etmişlər. Cavabdehlərin qeydiyyatdan çıxmaması və mənzilində yaşamaları mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
11. Cavabdeh2 İddiaçı və X11 qarşı qarşılıqlı iddia verərək, cavabdehlər X25 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yəni X14 2011-ci ilin mart ayında mübahisəli mənzili X7 135.000 AZN qiymətinə razılaşma yolu ilə valideynlərinin yaşaması üçün almışdır. X2 və anası X20 2011-ci ilin may ayından yuxarıda göstərilən ünvana köçmüşlər. X39 tam hesablaşmadığı üçün (65.000 AZN) borclu qaldığından mənzili notariat qaydada rəsmiləşdirməmişlər. X1 müraciət etmiş və ondan borc istəmişdir. Verdiyi pulun təminatı olaraq Əzimovun adına mənzili rəsmiləşdirmişlər. Əzimov Füzuli öz tərəfindən ona etibarnamə vermişdir. 2018-ci ildə Əzimova təcili olaraq pul lazım olmuş və onun razılığı ilə mənzili “FİNOKO” adlanan qeyri-bank təşkilatına girov goyub Əzimov 50.000 AZN pul götürmüşdür, aylıq ödənişlər onun tərəfindən olmuşdur. Lakin bir neçə ay sonra maddi durumu pis olduğu üçün ödənişləri edə bilməmişdir. Əzimovla qərara gəlmişlər ki, evi girov goyub “FİNOKO”nun pulunu ödəsinlər və əldə etdikləri pul ilə başqa problemlərini həll etsinlər. Bu məqsədlə İddiaçı adlı şəxslə aralarında olan danışıq əsasında 3.5% aylıq və qabaqcadan 10% şapka ilə 60.000 ABŞ dolları (102.000 AZN) pul borc almaqla, xx.xx.2019-cu il tarixdə alqı-satqı yolu ilə həmin evi notarial qaydada İddiaçı adına keçirmişlər. Lakin notariusdan çıxdıqdan sonra İddiaçı tərəfindən şərtlər pozulmuşdur. İddiaçı tərəfindən deyilmişdir ki, pulunu qaytaranda 10.000 ABŞ dolları Yaqub, 10.000 ABŞ dolları da Füzuli verəcəkdir. Bu zaman o, etirazını bildirərək mübahisə etmədən demişdir ki, artıq o, bu söhbətdə yoxdur, Fizuli bilər və o bilər. 03 iyun 2019-cu ildə Rövşənə zəng vurub onunla görüşmüş və danışdıqları kimi təklif etmişdir. Lakin Rövşən etirazını bildirərək ona demişdir ki, o, Füzulidən evi almışdır, istəyirsə, kirayə müqaviləsi bağlasınlar. Rövşən sentyabr ayında xəbər yollamışdır ki, evi boşalt, o da etirazını bildirərək ona təklif etmişdir ki, 10% şapka halal xoşun olsun, 60.000 ABŞ dolları versin ona məsələni bitirsinlər. Lakin Rövşən yenə də bildirmişdir ki, mənzili 60.000 ABŞ dollarına F.Əzimovdan almışdır, ev onundur, evi boşaltsın. O, evini satacaq olsa idi, borc götürməmişdən öncə satardı. “FİNOKO” tərəfindən qiymətləndirmə edildikdə 190.000 manat likvid qiymət qoyulmuşdur. O, nədən 102.000 AZN-ə evini satmalıdır. Hesab edir ki, xx.xx.2017-ci il tarixdə 7 saylı Dövlət Notariat Kontorunda bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız sayılmalıdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin alqı-satqısı qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən mənzilin mülkiyyətçisidir. Mənzilin alqı-satqısı zamanı notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən qeyd edilən mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Həm işdə olan notariat işinin materialları, həm də X8 izahatı müqavilə tərəflərinin həqiqi iradəsinin mənzilin alqı-satqısı ilə bağlı olduğunu sübut edir. İlkin iddia üzrə cavabdeh X21 buna etiraz etsə də, məhkəməyə etirazının dəlilləri ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığından etibarlıdır və onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Belə olan halda, yuxarıda istinad olunan mülki qanunvericiliyin və alqı-satqı müqaviləsinin tələblərinə müvafiq olaraq ilkin iddia üzrə cavabdehlərin mübahisələndirilən mənzildən istifadə hüquqları itirilməli, onlar həmin yaşayış sahəsindən çıxarılmalıdırlar.
16. Məhkəmə mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 157.1, 157.2, 157.4, 228.1, 228.2, 228.5, 324, 337.1-337.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X25 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və birinci instansiya məhkəməsində icraat zamanı izahatını təzyiq altında verdiyini, mərhum İddiaçı onu yaxın ailə üzvləri haqqında rüsvayedici məlumatları yaymaqla hədələdiyini, bu səbəbdən də izahatında həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirmiş, mübahisəli mənzilin əslində qarşılıqlı iddiaçı Cavabdeh2 məxsus olduğunu bildirmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi kimi cəlb edilmiş X18 və onun vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
37. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya ilk iddianın əsaslılığına qiymət vermədən əvvəl qarşılıqlı iddia tələbinə qiymət verməyi zəruri hesab edir.
45. İş materiallarında olan sənədlərdən görünür ki, X23 mübahisəli mənzili xx.xx.2011ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 əldə etmiş, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında həmin mənzili İddiaçı satmışdır.
46. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 hazırkı tələbi X25 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədədir.
47. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil İddiaçıla aralarında olan borc münasibətlərinin təminati kimi onun adına rəsmiləşdirilmiş, real alqı-satqı olmamışdır.
48. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzilin 2019-cu ildə İddiaçı adına formal olaraq rəsmiləşdirildiyini iddia edərkən, bu mənzili xx.xx.2011-ci il tarixdə özünün aldığını, lakin formal (borc aldığı pulun təminatı) olaraq X8 adına rəsmiləşdirdiyini bildirmiş, lakin xx.xx.2011-ci il tarixli həmin alqı-satqı müqaviləsini mübahisələndirmədən, birbaşa olaraq X25 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.
49. Bununla bağlı qeyd edilməlidir ki, Mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbinə əsasən əqdin etibarsızlığı həmin əqdin bağlandığı andan etibarsız olduğunu ehtiva edir. Yəni, əqdin etibarsız hesab edilməsi əqd üzrə tərəflərin əqdin predmetinə münasibətdə əqd bağlanmamışdan əvvəlki vəziyyətə qayıtmasını nəzərdə tutur.
50. Oxşar mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da əks olunmuşdur. Həmin qərarda qeyd edilir ki: “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir”.
51. Qeyd edilən mövqedən yanaşmaqla qarşılıqlı iddia tələbinə qiymət verildikdə müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdehlər X23 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməklə, həmin müqavilə bağlanmamışdan əvvəlki vəziyyətə, yəni mübahisəli mənzilin X9 mülkiyyətinə qayıtmasını arzulamış olur.
52. Halbuki, həmin alqı-satqı müqaviləsi mübahisəli mənzilin xx.xx.2011-ci il tarixli alqısatqı müqaviləsi əsasında yaranmış mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin həqiqiliyi prinsipinə uyğun olaraq həyata keçirilmişdir.
53. Bu mənada kollegiya hesab edir ki, qarşılıqlı iddiada mübahisələndirilən xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin bağlanması ilə Cavabdeh2 hansı hüququnun pozulması, habelə bu müqavilənin etibarsız hesab edilməsi ilə onun hansı pozulmuş hüququnun bərpa ediləcəyi müəyyən deyildir.
54. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
56. İşin yuxarıda göstərilən hallarını, qeyd edilən qanunvericlik normalarını və Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqeyini nəzərə alaraq bu nəticəyə gəlmək olur ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzilin alqı satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni mübahisələndirməyə subyektiv hüququ olmamışdır.
57. Bu səbəbdən kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmuş, birinci instansiya məhkəməsi həmin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
58. İlkin iddia tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
60. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
61. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
62. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir.
63. Kollegiya hesab edir ki, ilk iddia tələbi iddiaçının mülkiyyət hüququna əsaslandığından və həmin hüququn həqiqiliyi şübhə altına alınmadığından, habelə cavabdehlərin mübahisəli mənzili tərk etməkdən imtina etmələri iddiaçının mülkiyyətçi hüquqularının məhdudlaşıdrılmasına səbəb olduğundan, ilk iddia əsaslı olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
64. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas deyil.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.