Məhkəmə qərarları › İş №2(103)-3104/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3104/2022

16.06.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3104/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi» üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə onun mərhum anası - 21 iyun 2017-ci il tarixdə vəfat etmiş X1 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı «İpoteka Müqaviləsi»nin cavabdehlə onun arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı «Əlavə Kredit Müqaviləsi»nə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 saylı, 10 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı izahatında bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeydlər vermiş və həmin qeydlərə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 14 iyun 2022-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə iddiaçı tərəfindən ərizə verildiyindən mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 saylı, 10 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar